gram news
Аватар канала Aviasales.az

Aviasales.az

@aviasales_az

Aviasales.az — işimiz-gücümüz sənin üçün bilet tapmaqdır! Burada sənin üçün travel xəbərləri, ucuz biletləri və vacib məlumatları toplayırıq. Qoşul — hər şeydən xəbərin olsun! ✈️ Çağri mər

ПроектыENПутешествия

7,042подписчиков

Открыть канал

Последние посты

  • Aviasales.az

    21 сент., 10:49

    🇮🇹 Romada suya pul verməyə həmişə ehtiyac yoxdur.Şəhərin küçələrində “nasoni” deyilən kiçik içməli su fəvvarələri var.Onların sayı təxminən 2500-dür və su pulsuzdur. Hətta tarixi mərkəzdə belə yüzlərlə var.Bir detal da var: kranın əsas çıxışını barmağınızla bağlasanız, su yuxarıdakı kiçik dəlikdən fontan kimi çıxır və rahat içmək olur.Yəni Romada gəzəndə: 💧 boş su qabını özünüzlə saxlayın 📍 yaxınlıqdakı “nasone”ni tapın 🚰 doldurun və davam edinŞəhərdə onları tapmaq üçün Acquea tətbiqi də var.Qısası, Romada hər dəfə su almağa ehtiyac yoxdur.Pulunuzu gelatoya saxlayın 😌
    Иллюстрация к посту канала Aviasales.azИллюстрация к посту канала Aviasales.az
  • Aviasales.az

    18 сент., 08:31

    ✈️ Transfer sevməyənlər, bu post sizindir.Bakıdan low-cost və hybrid aviaşirkətlərlə birbaşa uça biləcəyiniz istiqamətlərdən bəziləri:🇭🇺 Budapeşt 🇮🇹 Roma 🇹🇷 İstanbul 🇹🇷 Antalya 🇦🇪 Dubay 🇦🇪 Şarja 🇰🇿 Aktau 🇺🇿 DaşkəndBir də siyahıya yeni şəhər gəlir: 🇸🇰 BratislavaWizz Air Bakı–Bratislava birbaşa reyslərinə oktyabrda başlayır. 👀 Yəni “transferlə məşğul olmaq istəmirəm” deyənlər üçün seçim düşündüyünüzdən çoxdur.Qalanı isə çox sadədir:
  • Aviasales.az

    17 сент., 12:43

    🇩🇪 Bu şənbə Münhendə Oktoberfest başlayır.Adında “October” var, amma festivalın böyük hissəsi sentyabrda keçirilir 😭Bu il Oktoberfest: 📅 19 sentyabr – 4 oktyabr 📍 Münhen, TheresienwieseFestival yalnız pivədən ibarət deyil. Burada attraksionlar, paradlar, canlı musiqi, Bavariya yeməkləri və ənənəvi geyimlərlə dolu böyük bir şəhərcik qurulur.İlk gün isə ənənə dəyişmir: saat 12:00-da Münhen meri ilk çəlləyi açır və festival rəsmi başlayır.Oktoberfest tarixlərinə ayrıca baxmaq üçün: ✈️ Bakı – Münxen — Bakı🔹 19–26 sentyabr https://www.aviasales.az/search/BAK1909MUC26091🔹 24–30 sentyabr https://www.aviasales.az/search/BAK2409MUC30091
    Иллюстрация к посту канала Aviasales.azИллюстрация к посту канала Aviasales.az
  • Aviasales.az

    16 сент., 08:39

    ✈️ Uzun aktarman varsa, aeroportda 8 saat oturmaq məcburi deyil.Turkish Airlines-la İstanbul üzərindən başqa ölkəyə uçursansa və aktarman 6–24 saatdırsa, Touristanbul adlı pulsuz şəhər turuna qoşula bilərsən.Yəni: 🛬 İstanbula enirsən 🚌 hava limanından tur başlayır 🏛️ şəhəri gəzirsən 🍽️ bəzi turlarda yemək də daxildir ✈️ sonra yenidən hava limanına qayıdırsanŞərtlərdən əsasları: • hər iki uçuş Turkish Airlines bileti altında olmalıdır • beynəlxalq reysdən beynəlxalq reysə keçid olmalıdır • aktarma 6–24 saat arası olmalıdır • tur saatı növbəti uçuşuna uyğun gəlməlidirQısası, bəzən aktarma “gözləmə” yox, əlavə bir şəhər deməkdir. 😌
    Иллюстрация к посту канала Aviasales.azИллюстрация к посту канала Aviasales.az
  • Aviasales.az

    15 сент., 12:09

    🇬🇪 Sentyabrda Gürcüstana gedirsinizsə, bunu qaçırmayın:Rtveli başlayıb.Rtveli Gürcüstanda üzüm yığımı mövsümüdür və xüsusən Kaxeti bölgəsində sentyabrda başlayır.Bu sadəcə üzüm yığmaq deyil. Bir çox şərab evində turistlər də prosesə qoşula bilir:🍇 üzüm yığmaq 🦶 ənənəvi üsulla üzüm əzmək 🍷 şərab hazırlanmasını görmək 🍽️ supra, yəni gürcü süfrəsinə qoşulmaq 🍬 hətta churchkhela hazırlamaq Rtveli Kaxetidə əsasən sentyabr–oktyabrın əvvəli aralığına düşür.Yəni Tbilisiyə gedirsinizsə, bir günü şəhərdən çıxıb Kaxetiyə ayırmaq üçün ən yaxşı vaxtlardan biridir. 😌✈️ Bakıdan Tbilisiyə birbaşa uçuş təxminən 1 saat 10 dəqiqədir.Qısası: bu dəfə Gürcüstana yalnız xaçapuri üçün getməyə bilərsiniz 👀
    Иллюстрация к посту канала Aviasales.azИллюстрация к посту канала Aviasales.az
  • Aviasales.az

    14 сент., 12:32

    🇦🇪 Dubaya uçub, bir səfərdə iki əmirlik görə bilərsiniz.Dubaya gedəndə bütün səfəri yalnız Dubayda keçirmək məcburi deyil.Bir günü Abu Dabiyə ayırıb:🏛️ Sheikh Zayed Grand Mosque 🎨 Louvre Abu Dhabi 🌊 Corniche 🏙️ şəhər mərkəzigörüb yenidən Dubaya qayıtmaq mümkündür.Yəni plan:1–2-ci gün → Dubay Burj Khalifa, Marina, Old Dubai, çimərlik 3-cü gün → Abu Dabi 4-cü gün → yenə Dubay
    Иллюстрация к посту канала Aviasales.azИллюстрация к посту канала Aviasales.az
  • Aviasales.az

    11 сент., 09:01

    🇦🇹 Bir bilet alıb iki ölkə görə bilərsiniz. 🇸🇰Vyanaya gedirsinizsə, Bratislavanı ayrıca səfərə saxlamağa ehtiyac yoxdur.Çünki Vyana ilə Bratislava arasında cəmi 62 km var və qatarla təxminən 1 saata çatmaq mümkündür.Yəni plan belə ola bilər:🇦🇹 Vyana ☕ klassik Vyana kafeləri 🏛️ Schönbrunn 🚶 şəhər mərkəzi ↓ 🚆 təxminən 1 saat🇸🇰 Bratislava 🏰 Old Town 🌊 Dunay sahili 🏯 Bratislava qalasıSəhər Vyanadan gedib, günü Bratislavada keçirib, axşam yenidən Vyanaya qayıda bilərsiniz.
    Иллюстрация к посту канала Aviasales.azИллюстрация к посту канала Aviasales.az
  • Aviasales.az

    10 сент., 11:47

    🇹🇷 İstanbula bilet alanda IST və SAW-a fikir verin.Çünki hər ikisi “İstanbul” yazsa da, şəhərin fərqli tərəflərindədir. 👀✈️ SAW — Sabiha Gökçən İstanbulun Asiya tərəfindədir.Kadıköy, Moda, Üsküdar tərəfdə qalacaqsınızsa, SAW daha rahat seçim ola bilər.Üstəlik hava limanından M4 metrosu birbaşa Kadıköyə gedir. Metro ilə yol təxminən 52 dəqiqədir.✈️ IST — İstanbul Hava Limanı Avropa tərəfindədir.Taksim, Beşiktaş, Şişli və şəhərin Avropa tərəfində qalacaqsınızsa, çox vaxt IST daha rahat olur.Hava limanından M11 metrosu ilə Gayrettepeyə gedib, oradan şəhər metrosuna keçmək mümkündür.Qısası: 📍 Kadıköy / Moda tərəfi → SAW-a baxın
    Иллюстрация к посту канала Aviasales.azИллюстрация к посту канала Aviasales.az
  • Aviasales.az

    9 сент., 08:49

    🇰🇿 Payız üçün bir fikir: AlmatıŞəhər istəyirsiniz, amma yanında dağ, təbiət və bir az “burada qalım” hissi olsun? Almatı yaxşı variantdır.3 günlük plan da rahat qurulur: 1-ci gün — şəhər, Panfilov parkı, Green Bazaar 2-ci gün — Medeu + Shymbulak 3-cü gün — Kok-Tobe və şəhərə yuxarıdan baxışƏn yaxşı tərəfi isə: 🇦🇿 Azərbaycan vətəndaşları üçün Qazaxıstan vizasızdır ✈️ Bakıdan Almatıya birbaşa uçuşlar var ⏱️ birbaşa uçuş təxminən 3 saat 15 dəqiqə çəkirYəni “çox uzaqdır” bəhanəsini də götürdük əlinizdən. 😌✈️ Bakı – Almatı – Bakı🔹 14–18 sentyabr — 578 ₼ https://www.aviasales.az/search/BAK1409ALA18091
    Иллюстрация к посту канала Aviasales.azИллюстрация к посту канала Aviasales.azИллюстрация к посту канала Aviasales.azИллюстрация к посту канала Aviasales.az
  • Aviasales.az

    8 сент., 10:47

    ✈️ Təyyarə pəncərəsindəki balaca deşik nə üçündür?Fikir vermisinizsə, təyyarə pəncərəsinin aşağı hissəsində çox balaca bir deşik olur.O deşik təsadüfi deyil.Təyyarə pəncərəsi bir neçə qatdan ibarətdir və həmin balaca deşik təzyiqin əsas yükünü xarici şüşənin daşımasına kömək edir.Yəni kabinədəki təzyiqlə çöldəki təzyiq arasında fərq yarananda sistem bunu balanslaşdırır.Bir də həmin deşik pəncərənin iç qatları arasında rütubətin yığılmasını azaldır ki, şüşə daha az buğlansın.Qısası, o balaca deşik: 🌬️ təzyiqi idarə edir 💧 rütubəti azaldır 🪟 pəncərənin təhlükəsiz işləməsinə kömək edirİndi növbəti uçuşda hamınız gedib o deşiyi axtaracaqsınız. 😭
    Иллюстрация к посту канала Aviasales.azИллюстрация к посту канала Aviasales.az
  • Aviasales.az

    7 сент., 08:36

    🇪🇺 Avropaya gedəndə pasportunuza möhür vurulmasa, narahat olmayın.Şengen ölkələrində artıq yeni sistem işləyir: EES.Sadə desək, əvvəllər sərhəddə pasportunuza möhür vururdular. İndi giriş-çıxış məlumatınız sistemdə elektron qeyd olunur.Sərhəddə sizdən bunlar istənə bilər:📸 üzünüzün şəkli ☝️ barmaq izi 🛂 pasport məlumatlarıYəni Azərbaycan vətəndaşı olaraq Şengen vizası ilə Avropaya gedirsinizsə, aeroportda belə bir yoxlama görsəniz, bu normaldır.Pasportda möhür az olacaq, amma sistem sizin Avropaya nə vaxt girib-çıxdığınızı özü yadda saxlayacaq. 😌
  • Aviasales.az

    4 сент., 07:05

    🇷🇸 Belqrada gedəndə nəqliyyata 0 ₼ xərcləyə bilərsiniz.Bəli, düz oxudunuz. 😌Belqradda avtobus, tramvay, trolleybus və şəhərətrafı BG Voz qatarları bütün sərnişinlər üçün pulsuzdur. Turist olmağınız da fərq etmir.Yəni: 🚌 avtobusa minirsiniz 🎫 bilet almırsınız 💳 kart axtarmırsınız 🚋 şəhəri gəzirsinizÜstəlik Azərbaycan vətəndaşları üçün Serbiya vizasızdır. 🇦🇿Belqradda plan da hazırdır: 📍 Kalemegdan qalası 🌊 Sava və Dunay çaylarının qovuşduğu mənzərə ☕ Skadarlija küçəsi 🏛️ Müqəddəs Sava məbədi 🌙 axşam isə şəhərin gecə həyatı
    Иллюстрация к посту канала Aviasales.azИллюстрация к посту канала Aviasales.az
  • Aviasales.az

    3 сент., 08:00

    Bu günün travel müşahidəsi:Səyahətə çıxmazdan əvvəl “çox xərc çəkməyəcəm” deyən insanla, səyahətin 2-ci günü suvenir mağazasında 17 manatlıq mənasız brelok alan insan eyni adamdır.Mənbə: həyat.
    Иллюстрация к посту канала Aviasales.azИллюстрация к посту канала Aviasales.az
  • Aviasales.az

    2 сент., 09:05

    Bu arada, necəsiniz? Yəni traveli filan qoyaq qırağa, həqiqətən necəsiniz? (Adminin deep talk moodu açılıb)
  • Aviasales.az

    2 сент., 08:58

    ✈️ Dünyada elə bir hava limanı var ki, uçuş zolağını dəniz udur.Şotlandiyanın Barra hava limanında təyyarələr asfalt zolağa yox, birbaşa çimərliyə enir.Bəli, həqiqi çimərliyə. 🏖️Üstəlik uçuş cədvəli də adi hava limanlarındakı kimi təkcə saata bağlı deyil. Qabarma və çəkilməyə görə dəyişir. Çünki su qalxanda uçuş zolağı dənizin altında qalır.Burada 3 ayrı qumlu uçuş zolağı var və təyyarə küləyin istiqamətinə uyğun olanından istifadə edir.Ən maraqlısı isə budur: hava limanı bağlı olanda və külək göstəriciləri endiriləndə həmin “uçuş zolağı” yenidən adi ictimai çimərliyə çevrilir.İnsanlar gəzir, it gəzdirir, hətta dənizə girirlər.Yəni səhər: 🏖️ çimərlikbir az sonra: ✈️ aeroport
    Иллюстрация к посту канала Aviasales.azИллюстрация к посту канала Aviasales.az
  • Aviasales.az

    1 сент., 13:24

    Psixoloq: problemlərinizdən qaçmayın. Biz: bəs uçsaq?(Adminin duzsuz zarafatlarından 😝)
  • Aviasales.az

    1 сент., 13:15

    Bir şeyi ömürlük pulsuz seçə bilərsiniz. Hansını götürürsünüz? 👀✈️ Bütün uçuşlar 🏨 Bütün otellər 🍝 Səyahətdə bütün yeməklər 🚕 Bütün ölkələrdə nəqliyyatAmma yalnız BİRİNİ seçə bilərsiniz. “Hamısı” yazıb sistemi aldatmaq yoxdur 🙂‍↔️
  • Aviasales.az

    31 авг., 13:08

    🇺🇿 Özbəkistana getməmək üçün “reys azdır” bəhanəsi də əldən gedir.Azərbaycan və Özbəkistan iki ölkə arasında həftəlik uçuşların sayını 18-dən 40-a çatdırmağı planlaşdırır.Yəni reyslərin sayını iki dəfədən çox artırmaq istəyirlər ki, siz də nəhayət “bir ara gedərik” dediyiniz Özbəkistana gedib gəzəsiniz. 😌Daşkənd, Səmərqənd, Buxara bir tərəfdə gözləyir, biz də burada tarix seçməmək üçün yeni səbəb axtarırıq.Qısası: ✈️ reyslər artır 🇺🇿 seçim çoxalır 🧳 “vaxt uyğun deyil” bəhanəsi isə getdikcə zəifləyirİndi növbə sizdədir. 👀
    Иллюстрация к посту канала Aviasales.azИллюстрация к посту канала Aviasales.az
  • Aviasales.az

    31 авг., 10:22

    bu havanın aşiqi olanlar bu postu bəyənsin 👀🤎
  • Aviasales.az

    31 авг., 10:13

    Sentyabrda hara getmək olar? 🍂Hamının “ideal payız səyahəti” eyni deyil. Ona görə şəhəri vibe-a görə seçək:🌊 Yayı buraxmaq istəməyənlərə — Antalya Dəniz hələ var, hava hələ yay kimidir, amma avqustun qaynar xaosu bir az səngiyib.🍝 Yemək üçün gedənlərə — Roma Səhər espresso, günorta pasta, axşam gelato. Arada şəhəri də görərsiniz. 😌🍂 Payız aesthetics üçün — Praqa Dar küçələr, köhnə binalar, çay kənarı və sentyabr işığı. Telefonun yaddaşı əvvəl təslim ola bilər.💸 Büdcəni düşünənlərə — Tbilisi Qısa səyahət, yaxşı yemək, rahat vibe və “bir həftəsonu gedib gələk” planına uyğun şəhər.🏛️ Bütün günü gəzmək istəyənlərə — İstanbul Səhər bir tərəfdə başlayıb axşam başqa qitədə bitirmək mümkündür. Ayaqlarınız bununla bağlı ayrıca rəy bildirə bilər.Sentyabrın üstünlüyü də budur: yay bitir, səyahət həvəsi yox.