Последние посты

Azad İran
22 сент., 20:06изменён
🇮🇷İran Hörmüz boğazı ilə bağlı yeni qərar qəbul etdi 🌊İran parlamentinin komitəsi Hörmüz boğazından "keçid qaydalarını pozan" dəniz gəmilərinin yüklərinin və ya onun dəyərinin 20%-ə qədərinin müsadirə olunması hüququnu hakimiyyət orqanlarına verən normativ müddəaları təsdiqləyibBu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəsmi nümayəndəsi Qəşqavi bildiriş göndərib. Onun sözlərinə görə, yeni tədbirlər yalnız daşınan yükün beşdə bir hissəsinin müsadirəsini deyil, həm də tətbiq edilən cərimə sanksiyaları tam ödənilənədək "qayda pozan gəmilərin" müvəqqəti saxlanılmasını nəzərdə tutur.Bu addımlar İran parlamentinin bu əsas beynəlxalq su yolu üzərində daimi suveren tənzimləmə və nəzarət sisteminin formalaşdırılması üzrə irimiqyaslı qanunvericilik təşəbbüsünün bir hissəsidir. Əvvəllər komitə Tehrana icazə verilmiş gəmilərdən naviqasiya, ekoloji,
Azad İran
22 сент., 19:50изменён
🇺🇸 Amerika-🇮🇷 İran görüşündə ABŞ tərəfindən Trampın xüsusi nümayəndələri Uitkof və Kuşner, İran tərəfindən isə XİN rəhbəri Əraqçı iştirak edibBu barədə "Axios"un müxbiri Ravid amerikalı məlumata malik rəsmiyə və regiondakı mənbəyə istinadən xəbər verir.Bundan öncə Tramp bildirmişdi ki, ABŞ və İran nümayəndə heyətləri üç saat davam edən "çox yaxşı" danışıqlar aparıblar.#ABŞ #İranKanala abunə olun
Azad İran
22 сент., 19:26изменён
🇪🇺 Kallas və 🇮🇷 Əraqçı müharibənin dayandırılmasını, Hörmüz boğazını və İrandakı repressiyaları müzakirə ediblər 🗣🌊Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas və İranın xarici işlər naziri Abbas Əraqçı 🇺🇸 ABŞ və İran arasında müharibənin dayandırılmasının diplomatik perspektivlərini ətrafında fikir mübadiləsi aparıblar. Kallas İrandakı daxili repressiyalar, o cümlədən həbslər, edamların və ölüm hökmünün kəskin artması məsələsini qaldırıb.Bundan əlavə, tərəflər Hörmüz boğazının tam açılması məsələsini müzakirə ediblər.Kallas bildirib ki, müharibədən əvvəl boğazdan keçid üçün heç bir rüsum və ya ödəniş alınmırdı və onun sözlərinə görə, münaqişə bitdikdən sonra da bunlar olmamalıdır.O, həm Hörmüz, həm də Bab əl-Məndəb boğazında sərbəst və maneəsiz gəmiçiliyin vacibliyini vurğulayıb.#İran #Əraqçı #Avropaİttifaqı #KayaKallas
Azad İran
22 сент., 18:55
🇦🇿🇮🇷 Azərbaycan və İran XİN rəhbərləri Ceyhun Bayramov və Abbas Əraqçı arasında görüş baş tutubBu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən görüşdə ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, həmçinin regional proseslər müzakirə olunub.Tərəflər regional təhlükəsizlik məsələlərini nəzərdən keçirib, diplomatiya və dialoqun, eləcə də sülh və sabitliyin təşviq edilməsinin vacibliyini vurğulayıblar. (Əraqçının "Telegram" kanalı)دیدار و گفتگوی عباس عراقچی وزیر امور خارجه ایران و جیحون بایراموف وزیر امور خارجه جمهوری آذربایجان در حاشیه هشتاد ویکمین نشست مجمع عمومی سازمان ملل متحد#Azərbaycan #İran #XİN #Bayramov #ƏraqçıKanala abunə olun
Azad İran
22 сент., 18:40изменён
🇦🇿🇮🇷 Azərbaycanın İrandakı səfirliyi uçuşların dayandırılması ilə bağlı vətəndaşlarına müraciət edib 📢✈️❌Aviabilet əldə edən və reyslərin ləğv olunması səbəbindən ölkəyə qayıda bilməyən Azərbaycan vətəndaşlarına iki ölkə sərhədindəki quru sərhəd-keçid məntəqələri vasitəsilə geri qayıtmalarına köməklik göstərilməsi üçün Azərbaycanın Tehrandakı səfirliyinə və ya Təbrizdəki Baş Konsulluğuna müraciət etmələri tövsiyə olunur.Bu barədə Azərbaycan səfirliyinin müraciətində deyilir.Diplomatik missiya qeyd edib ki, bu məhdudiyyətlərlə əlaqədar artıq aviabilet almış vətəndaşlara biletləri aldıqları müvafiq aviaşirkətlərə və satış məntəqələrinə müraciət etmələri tövsiyə edilir.#Azərbaycan #XİN #tövsiyə #vətəndaşlar #səfirlik #təxliyə #İranKanala abunə olun
Azad İran
22 сент., 18:18изменён
🇺🇸 ABŞ dövlət katibi Marko Robio: "🇮🇷 İrana qarşı əməliyyatlarda NATO üzvü ölkələr bəzi hərbi bazalardan istifadə etməyimizə icazə vermədilər" 🗣"Belə olan halda NATO-ya üzv olmağımızın əhəmiyyəti harda qaldı?",- deyə Rubio ritorik sual ünvanlaylb.#ABŞ #Rubio #NATO #İranKanala abunə olun
Azad İran
22 сент., 18:17
🇮🇷🇶🇦 İran və Qətər XİN rəhbərləri 🇺🇸 Nyu-Yorkda regiondakı son vəziyyəti müzakirə ediblərİran və Qətərin xarici işlər nazirləri Əraqçı və əl-Tani BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda görüş keçiriblər.Qətər XİN-in bəyanatına əsasən, tərəflər regiondakı son vəziyyəti, həmçinin gərginliyin azaldılması və dialoq üçün əlverişli şəraitin yaradılması istiqamətində göstərilən səyləri müzakirə ediblər.Səfər çərçivəsində bu gün Əraqçı 🇬🇷 Yunanıstan və 🇧🇾 Belarusdan olan həmkarları, eləcə də 🇪🇺 Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas ilə görüşüb.#İran #XİN #Əraqçı #Qətər #Belarus #YunanıstanKanala abunə olun
Azad İran
22 сент., 17:27изменён
🇺🇸 Tramp 🇮🇷 İran haqqında: "Onlar Yaxın Şərqi qoçusu idilər, lakin artıq zorbalıq etmirlər" 🗣☢"Siyasi səhnəyə qədəm qoyduğum ilk gündən bəri mövqeyimdə qətiyyətlə dayandım.İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verməyəcəyəm",- deyə Tramp əlavə edib.#ABŞ #İranKanala abunə olun
Azad İran
22 сент., 16:59изменён
🇮🇱 İsrail nümayəndə heyəti 🇹🇷 Türkiyə prezidenti Ərdoğanın 🇺🇸 Nyu-Yorkda 🇺🇳 BMT Baş Assambleyasındakı çıxışı zamanı zalı tərk edibBu gün 🇮🇷 İran nümayəndə heyəti də ABŞ prezidenti Trampın çıxışı zamanı zalı tərk etmişdi.#Türkiyə #İsrail #ABŞ #İranKanala abunə olun
Azad İran
22 сент., 16:32изменён
Axios: "Ərəb vasitəçiləri münaqişənin deeskalasiyası üçün 🇺🇳 BMT-də 🇺🇸 ABŞ və 🇮🇷 İran arasında görüşün keçirilməsinə çalışırlar"ABŞ və İran arasında vasitəçilik edən bir neçə ərəb ölkəsi, BMT Baş Assambleyası çərçivəsində Vaşinqton və Tehran nümayəndələrinin yüksək səviyyəli görüşünün təşkili üçün hər iki tərəflə danışıqlar aparır. Bu barədə "Axios" danışıqların gedişatından xəbərdar olan regional mənbəyə istinadən məlumat yayıb.Trampın bu gün İranla müharibəni müzakirə etmək üçün doqquz ərəb ölkəsinin nümayəndələri ilə görüşəcəyi gözlənilir. Regional mənbələrin sözlərinə görə, bu ölkələrin çoxunun ABŞ prezidentini İranla münaqişəni səngitməyə və razılaşmanın əldə olunması istiqamətində işləməyə çağıracağı gözlənilir.#ABŞ #İran
Azad İran
22 сент., 15:53изменён
🇦🇿🇮🇷 Azərbaycan 🇺🇸 ABŞ sanksiyaları ilə əlaqədar İran aviaşirkətlərinin reyslərini dayandırır 🛩Azərbaycanın "AZAL" aviaşirkəti sentyabrın 22-dən etibarən Azərbaycana uçuşlar həyata keçirən İran şirkətlərinin reyslərinin dayandırıldığını bildirib.Şirkətdən bildirilib ki, bu qərar ABŞ-nin İrana qarşı yeni sanksiyalar paketi, xüsusilə də aviasiya sektorundakı məhdudiyyətlərlə bağlıdır.#İran #ABŞ #Azərbaycan #aviasiya #sanksiyaKanala abunə olun
Azad İran
22 сент., 15:36изменён
🇮🇷 İranda hökumət qüvvələri daha bir vətəndaşı güllələdi 😱😢Deleqan şəhərində hərbçilərin açdığı atəş nəticəsində bəluç sakin həlak olub."Haalvsh"ın məlumatına görə, 19 sentyabr 2026-cı il axşam saatlarında Deleqan şəhərinin Çahdazu Zəhkəlut kəndində hərbi qüvvələrin təqib etdiyi "Peugeot" markalı avtomobilə atəş açılıb.Hadisə zamanı kənd sakini, 22 yaşlı İsa Cəlali Hut böyrəyindən aldığı ağır güllə yarası nəticəsində həyatını itirib.#İran #bəluç #güllələnməKanala abunə olun
Azad İran
22 сент., 14:58изменён
CNN: "🇺🇸 Tramp Nyu-Yorkda 🇮🇷 İran nümayəndə heyəti ilə görüşməyə hazır olduğunu bildirib"Tramp müşavirlərinə bildirib ki, "uyğun şərait olarsa", 🇺🇳 BMT Baş Assambleyası çərçivəsində İran rəsmiləri ilə görüşmək istərdi. Bu barədə mənbələrə istinadən CNN xəbər verir.Telekanalın məlumatına görə, hazırda İran rəsmiləri ilə hər hansı görüş planlaşdırılmayıb. Amerika rəsmilərindən birinin sözlərinə görə, iranlıların özlərinin mümkün görüşə hazır olub-olmadıqları qeyri-müəyyəndir.BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-də olan İran nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Abbsd Əraqçı və prezident Məsud Pezeşkian daxildir.Daha əvvəl Dövlət katibi Marko Rubio bildirmişdi ki, Tramp administrasiyası BMT Baş Assambleyasında iranlılarla görüşməyə hazırdır, "lakin belə bir görüş hələ ki planlaşdırılmayıb".#ABŞ #Tramp #İran #danışıqlar
Azad İran
22 сент., 14:21
🇮🇷 Əraqçı 🇺🇳 BMT Baş katibinin çıxışı zamanı Baş Assambleyasının sessiyasında iştirak edirİranın xarici işlər naziri Abbas Əraqçı müvafiq görüntüləri öz sosial şəbəkə hesablarında paylaşıb.Bu gün daha öncə Nyu-Yorkda keçirilən tədbir çərçivəsində Əraqçı 🇮🇹 italyalı həmkarı Tayani ilə görüş keçirib.حضور سید عباس عراقچی وزیر امور خارجه جمهوری اسلامی ایران و هیات همراه در سخنرانی افتتاحیه هشتاد ویکمین نشست مجمع عمومی توسط آنتونیو گوترش دبیرکل سازمان ملل متحد#İran #XİN #Əraqçı #BMTKanala abunə olun
Azad İran
22 сент., 14:12изменён
🇮🇷 İranda iqtisadi böhran fonunda edamlar və siyasi həbslər artır 😱😢Son həftələrdə iqtisadi böhran, İran rialının məzənnəsinin azalması, müharibənin fəsadları və xarici təzyiqlər fonunda İranda edamların, eləcə də siyasi, təhlükəsizlik və dini səbəblərdən həbs edilənlərin sayı artıb.İnsan hüquqları təşkilatları və 🇺🇳 BMT ilə əlaqəli qurumlar etirazlarla bağlı olmaqda təqsirləndirilən onlarca şəxs barəsində edam hökmünün icra olunduğunu bildirirlər.Bununla yanaşı, digər məhkumlar da hələ də edam təhlükəsi ilə üz-üzədir.Edamlar Əhvaz və ətraf ərazilərdə yüzlərlə sunni ərəbin saxlanılması dalğası ilə eyni vaxtda həyata keçirilir.Bu da davam edən təzyiq kampaniyasına əlavə etnik və dini ölçü qazandırır.Eyni zamanda, hüquq müdafiəçiləri son aylarda İranın digər mərkəzi bölgələrində, eləcə də Kürdüstan və Bəluçistanda yüzlərlə insanın saxlanıldığı barədə məlumat verirlər.
Azad İran
22 сент., 13:53изменён
🇮🇷 İran XİN başçısı 🇺🇸 ABŞ-dən dövlət mühafizəsi istəyib 🤔İran xarici işlər naziri Əraqçı ABŞ Dövlət Departamentindən BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı onun dövlət mühafizəsinin təmin edilməsini istəyib.Ona qarşı təhdidlərin olduğu nəzərdən keçirildikdən sonra ABŞ Diplomatik Təhlükəsizlik Xidməti tərəfindən mühafizəsi təşkil olunacaq.Bu barədə Axios nəşrinin müxbiri Ravid mənbələrə istinadən məlumat verir.#İran #Əraqçı #dövlətmühafizəsi #ABŞ #DövlətDepartamentiKanala abunə olun
Azad İran
22 сент., 13:33изменён
🇮🇷İran rəsmisi: “Culfa-Nurduz yolunun tikintisi bu il başa çatacaq” 🛣İran və Ermənistan arasında ticarətin asanlaşdırılmasına xidmət edəcək Culfa-Nurduz yolunun tikintisi bu il başa çatacaq.Bunu İranın vitse-prezidenti, Plan və Büdcə Təşkilatının rəhbəri Həmid Purməhəmmədi Ermənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə keçirilən tədbirdə bildirib. O, İran və Ermənistan arasında ticarət və iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində infrastruktur layihələrinin sürətlə davam etdiyini deyib.İran rəsmisi Nurduz terminalının inkişafının da davam etdiyini və yeni körpünün tikiləcəyini deyib. Onun sözlərinə görə, İran və Ermənistan arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi iki ölkənin iqtisadi münasibətlərinin inkişafı baxımından xüsusi önəm daşıyır. (IRNA)پورمحمدی، معاون رئیس جمهور و رئیس سازمان برنامه و بودجه کشور گفت: ساخت جاده جلفا به نوردوز که موجب
Azad İran
22 сент., 12:57
🇮🇷 Tehranda qadınların marafonu cinayət işi ilə nəticələndi 🏃♀️👨⚖️Tehran Prokurorluğu “Vilayət” parkında keçirilən 10 kilometrlik qaçış yarışının təşkilatçıları və məsul şəxsləri barəsində ittiham irəli sürüldüyünü və məhkəmə işi açıldığını açıqlayıb. Prokurorluq yarış zamanı “hüquqi və dini normalara riayət edilmədiyini” iddia edib.Yarışda kişi və qadınlar iştirak edib. Sosial şəbəkələrdə yayılan görüntülərdə bir qrup qadın iştirakçının baş örtüyü olmadan yarışdığı əks olunub. Bu görüntülər tədbirin sosial mediada geniş müzakirəsinə səbəb olub.“Fars” xəbər agentliyinin məlumatına görə, təşkilatçılar yarışın Daxili İşlər Nazirliyi və Tehran Əyaləti Atletika İdarəsinin icazəsi ilə keçirildiyini bildiriblər. Tehran Atletika İdarəsi isə iştirakçıların yarışdan əvvəl “hicab və İslam normalarına” riayət edəcəkləri barədə yazılı öhdəlik imzaladıqlarını qeyd edib.#İran #Tehran
Azad İran
22 сент., 12:30изменён
🇮🇷 Əraqçı: "Pezeşkian 🇺🇸Nyu-Yorkda İranın maraqlarını müdafiə edəcək" 🗣İranın xarici işlər naziri Abbas Əraqçı Nyu-Yorkda bildirib ki, səfərinin əsas məqsədi son müharibədən sonra İran xalqının hüquq və mənafelərini müdafiə etmək üçün BMT platformasından istifadə etməkdir.Onun sözlərinə görə, İran prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasında çıxış edəcək, beynəlxalq mediaya müsahibələr verəcək, siyasətçilər, akademiklər və media nümayəndələri ilə görüşlər keçirəcək. Əraqçının özü müxtəlif ölkələrin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır.İran XİN başçısı qeyd edib ki, hazırkı Baş Assambleyanın mövzusu "BMT-yə etimadın bərpası"dır. O bildirib ki, təşkilata olan etimad beynəlxalq sülhü və təhlükəsizliyi effektiv şəkildə təmin edə bilməməsi səbəbindən sarsılıb.Nazir habelə Qərb ölkələrini Fələstin, Livan və İrandakı münaqişələrə münasibətdə
Azad İran
22 сент., 12:00
🇺🇸 ABŞ Yaxın Şərqdə enerji infrastrukturu üçün 5 milyard dollarlıq fond təklif edib 💵“The Wall Street Journal”ın məlumatına görə, Donald Tramp administrasiyası Yaxın Şərq ölkələrinə İranla müharibə nəticəsində zədələnmiş enerji infrastrukturunun bərpasına kömək etmək və neft-qaz nəqli üçün Hörmüz boğazından asılılığı azaltmaq məqsədilə yeni fonda 5 milyard dollar sərmayə yatırmağı təklif edib.Məlumata görə, təşəbbüsün əsas məqsədlərindən biri region ölkələrinin enerji nəqli marşrutlarını şaxələndirmək və Hörmüz boğazından asılılığı azaltmaqdır. (Khabar Online)#ABŞ #YaxınŞərq #İran #HörmüzboğazıKanala abunə olun
Подписчики пишут боту, вы отвечаете реплаем, ваш аккаунт скрыт. Создаётся в одно касание.
Как это работает →