Последние посты

azerisalaf
7 авг., 13:05
Bəlkə siz də fikir vermisiz: dünyanın bir çox ölkəsində İslam dini haqqında danışarkən müəyyən ifadələr təkrar-təkrar səslənir. "Din geridədir", "dindar adam savadsızdır", "hicablı qadın azad deyil" və bu kimi digər sözləri az eşitməmişik. Bunlar bir-birindən asılı olmayan təsadüfi fikirlər deyil. Diqqətlə baxsaq görərik ki, bunların hamısı bir neçə əsas metodun və psixoloji təsir mexanizmin müxtəlif formalarda təkrarıdır. Gəlin bu metodları sadə dildə izah edək və hansı prinsiplərə əsaslandıqlarına baxaq.Davamı burada: https://www.facebook.com/share/p/1Biggfb2PC/
azerisalaf
2 авг., 19:58изменён
Çoxlu müsəlmanlar uzun illərdir bir psixoloji tələyə düşüblər: onları ittiham edirlər, onlar da müdafiə olunurlar. Qarşı tərəf deyir: “siz beləsiniz”, müsəlman isə cavab verir: “yox, biz elə deyilik”. Belə müsəlmanlar qarşı tərəflə debatlarda zəif mövqedədirlər. Bu, oponentin arqumentlərinin güclü və sarsılmaz olduğuna görə deyil. Səbəb bəsitdir, həm də çox acı: həmin müsəlmanlar daim müdafiə mövqeyində qalırlar. Ssenari həmişə eynidir. Bir islamofob ortaya çıxıb deyir: "İslam qadına zülm edir." Müsəlman oturur, saatlarla, səhifələrlə izah verir – ayələr gətirir, tarixdən misallar çəkir, sübut üstünə sübut qoyur. Aradan az vaxt keçir, yeni ittiham gəlir: "Yaxşı, bəs niyə İslam azadlığın əleyhinədir?" Yenə izah, yenə sübut, yenə müdafiə. Sonra başqa bir ittiham... Bu dövrənin sonu yoxdur. Çünki əslində məqsəd həqiqəti öyrənmək deyil, səni sonsuza qədər müdafiə mövqeyində saxlamaqdır.
azerisalaf
30 июл., 09:33

azerisalaf
30 июл., 06:04
Əl-vəla vəl-bəra (الولاء والبراء) – İslam əqidəsinin mühüm əsaslarından biridir. Bu prinsip möminin Allah rizası üçün kimləri sevib dəstəkləməli (əl-vəla), kimlərdən isə əməli və ya etiqadi baxımdan uzaq durmalı olduğunu (əl-bəra) tənzimləyir. ... Mömin hər şeydən əvvəl Allahın sevdiyini sevər, Allahın nifrət etdiyinə isə nifrət edər. İslam heç kəsə qarşı zülm etməyə və haqsızlıq göstərməyə icazə vermir. Lakin müsəlman küfrə, şirkə və Allahın dininə açıq düşmənçiliyə qarşı qəlbində nifrət bəsləməlidir. ... İslam başqa bir təhlükə barədə ciddi xəbərdarlıq edir. ... Davamını burda oxu: https://www.facebook.com/share/p/18qcseZFyU/
azerisalaf
24 июл., 07:16изменён
Peyğəmbər ﷺ buyurmuşdur: “İnsan öz əcəli tamam olmadan və ruzisini tam almadan ölməz. Elə isə Allahdan qorxun və ruzinizi gözəl yollarla qazanın.” (Sahih əl-cəmi əs-sağir, 2085) İnsanın ruzisi qaçılmaz olaraq ona çatacaqdır. Ona görə də insan Allahdan qorxmalı, haqq yolda möhkəm dayanmalı və ruzisini ən gözəl şəkildə qazanmağa çalışmalıdır. Yəni ruzini halal yollarla əldə etməyə çalışmalı, harama əl atmamalıdır. Çünki insan nə edirsə etsin, sonda yalnız Allahın onun üçün yazdığını əldə edəcəkdir. “Allah insanlara mərhəmətindən nəyi nəsib edərsə, heç kəs onun qarşısını ala bilməz. Onun göndərmədiyi bir şeyi də Ondan başqa heç kəs verə bilməz. O, Qüdrətlidir, Hikmətlidir.” (Fatir surəsi, 2-ci ayə) “Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir.” (Bəqara
azerisalaf
24 июл., 07:16изменён
✅ NİYƏ RUZİ QAYĞISI MÖMİNİN QƏLBİNİ NARAHAT ETMƏMƏLİDİR?Ruzi qazanmaq arzusu insanların çoxunu məşğul edən qayğılardandır. Gənc də bunun üçün çalışır, yaşlı da ona can atır. İnsanların qayğılarının, söhbətlərinin və gündəlik məşğuliyyətlərinin böyük hissəsi bu mövzunun ətrafında fırlanır. Lakin ağıllı mömin ruzi məsələsini Ruzi Verənə həvalə edəndir. Əziz qardaşım və bacım, sənin üçün təyin olunmuş ruzi həm zəif olduğun vaxtda, həm də güclü olduğun vaxtda sənə çatacaqdır. Elə isə artıq sənə təmin edilmiş bir şey üçün öz vaxtını narahatlıq içində keçirmə. Həyat davam etdiyi müddətdə ruzi şübhəsiz ki, gələcəkdir. Uca Allah buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, saxlanılacaqları yeri də bilir. Hər şey açıq-aşkar Kitabda yazılmışdır.” (Hud surəsi, 6-cı ayə) Sənin ruzin artıq müəyyən edilmişdir. Allahın sənin
azerisalaf
20 июл., 18:53
Təəssüf ki, ümmətin bir hissəsi elə bir hala gəlib ki, futbolda bir qeyri-müsəlmanın başqa bir qeyri-müsəlman üzərində qələbəsini öz qələbəsi kimi yaşayır.Nə iman qazandı. Nə bir qarış müsəlman torpağı azad olundu. Nə bir məzlumun göz yaşı silindi. Nə də Allahın dini izzət tapdı.Amma sevinir...Sanki böyük bir fəth baş verib.Bu, qələbə deyil. Bu, məğlub düşüncənin sevincidir.Söhbət futbol oynamaqdan və ya oyuna baxmaqdan getmir. Problem odur ki, ümmətin izzət hissi stadionların nəticələrinə bağlanıb. Halbuki meydanda oynayanların da, onları idarə edən sistemlərin də ümmətin dərdi ilə heç bir əlaqəsi yoxdur.Müsəlmanın sevinci Allahın dininin ucalması, haqqın yayılması və ümmətin izzət qazanması ilə olmalıdır. Əgər sevincimizin zirvəsi hansısa milli komandanın kubok qazanmasıdırsa, deməli, qəlblərimiz böyük hədəflərdən uzaqlaşıb, kiçik təsəllilərlə kifayətlənməyə öyrəşib.
azerisalaf
17 июл., 08:15
Sosial şəbəkələrdə Makiavellinin adından "İnsanı din ilə necə manipulyasiya edirlər?" başlıqlı bir video yayılır. Oradakı iddiaları təhlil edərkən islamofobların növbəti yalan və manipulyasiyası ifşa olundu. 1-ci hissə 2-ci hissə 3-cü hissə 4-cü hissə
azerisalaf
12 июл., 02:30
☑️ ƏGƏR UĞURUNU ONLAR ÖLÇÜRSƏ, MƏĞLUBİYYƏTİNİ DƏ ONLAR ELAN EDƏCƏKMisirlə Argentina arasında keçirilən oyundan sonra hamı eyni mövzudan danışdı: hakimlərin qərəzi, FIFA-nın sükutu, siyasətin idmana sirayəti, ikili standartlar. Bunların hamısı doğrudur. Amma bundan daha vacib bir sual var və diqqətimizi əslində məhz bu sual cəlb etməlidir: Niyə biz hələ də uğuru başqalarının qoyduğu meyarla ölçürük? Əgər uğurun meyarını başqası müəyyən edirsə, deməli, məğlubiyyətinə də o qərar verəcək. Bu gün "beynəlxalq nizam" adlandırdığımız sistem artıq öz mahiyyətini gizlətmir. Qəzzada baş verənlər, beynəlxalq hüququn seçici tətbiqi, xalis siyasi maraqdan doğan qərarlar, idmandakı ikili standartlar – bunların hamısı eyni həqiqəti göstərir: "universal və neytral beynəlxalq sistem" dediyimiz anlayış, gözəl adlandırılmış bir mifdən başqa bir şey deyil. Buna baxmayaraq, insanların böyük əksəriyyəti
azerisalaf
8 июл., 03:03изменён
✅ Dünya Kuboku və ümmət şüuruHər Dünya Çempionatında eyni mənzərə təkrarlanır. Milyonlarla insan ekran qarşısında nəfəsini tutur. Müsəlmanlar da bu coşqunun bir hissəsinə çevrilirlər. Kimisi Argentinaya, kimisi Mərakeşə, kimisi Türkiyəyə, kimisi başqa bir komandaya görə gecəsini gündüzünə qatır. Bu yazıda vurğulamaq istədiyimiz problem odur ki, bəzi müsəlmanların sevinci adi idman azarkeşliyini aşaraq dini və ümmət şüuruna qarışır. Sosial şəbəkələrdə və gündəlik söhbətlərdə bəzən elə bir ab-hava yaranır ki, sanki hansısa "müsəlman ölkəsinin" qələbəsi ümmətin izzətinin bərpası deməkdir. Müsəlmanların izzəti nə vaxtdan futbol meydanındakı hesabla ölçülməyə başladı? Əgər sabah hansısa müsəlman ölkəsi Dünya Çempionu olsa: – Şirk, bidət və günahlar yox olacaqmı? – Fələstində işğal bitəcəkmi? Dünyanın başqa yerlərində müsəlmanların yaşadığı zülmlər sona çatacaqmı? – Məscidlər dolacaqmı? – Gə
azerisalaf
7 июл., 01:07изменён
✅ İZZƏT SUNNƏYƏ TABE OLMAQDADIRقال عمر بن الخطاب رضي الله عنه:إنكم كنتم أذل الناس فأعزكم الله برسوله ﷺ، فمهما تطلبوا العز بغيره يذلكم الله!Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) demişdir:"Siz insanların ən zəlil vəziyyətində olanları idiniz. Allah sizi Öz Elçisi (Allahın ona salavatı və salamı olsun) vasitəsilə izzətləndirdi. Buna görə də nə vaxt izzəti ondan (yəni Allahın Elçisinin gətirdiyi dinindən) başqa bir şeydə axtarsanız, Allah sizi zəlil edər."📚 Hilyətu əl-əuliyə, 1/47.
azerisalaf
2 июл., 02:38изменён
1-ci hissə: 🔸Həya - unudulan xəzinə 🔸Həya dini kökündən ayrı yaşaya bilərmi? 2-ci hissə: 🔸Həya yalnız fərdi xüsusiyyət deyil 🔸Nümayiş mədəniyyətinə qarşı sipər 🔸Nə üçün bu gün həya əvvəlki kimi başa düşülmür? 3-cü hissə: 🔸Həyanın itməsi – cəmiyyətin görünməyən məğlubiyyəti 🔸Həyanı necə bərpa edə bilərik?
azerisalaf
22 июн., 12:02
☑️ Kərbəlanın unudulan şəhidləriKərbəla faciəsi İslam tarixinin ən ağrılı hadisələrindən biridir. Heç bir müsəlman Hüseyn ibn Əlinin (Allah ondan razı olsun) şəhid edilməsini yüngül saymaz. O, Peyğəmbərin ﷺ nəvəsi, Əhli-beytin böyük şəxsiyyətlərindən biri və İslam ümmətinin sevimli simalarından idi. İmam Hüseynin (Allah ondan razı olsun) Kərbəlada şəhid olması və onunla əlaqəli hadisələr barədə çoxlu mötəbər məlumatlar var. Bu mövzuda azğın insanların uydurduqları yalanlara tutarlı cavablar da mövcuddur. Bu mövzuda çoxlu insanların diqqətindən kənarda qalan məsələlərdən biri barədə qısa yazmaq istəyirik. Kərbəla deyiləndə yaddaşlarda təkcə Hüseyn ibn Əli (Allah ondan razı olsun) canlanır. Lakin tarixi mənbələr göstərir ki, Aşura günü Hüseynlə birlikdə Bəni-Haşimdən təxminən iyirmi nəfər də şəhid olmuşdu – qardaşları, qardaşı oğulları və əmisi oğulları. Hətta şiə elminin özünün ən
azerisalaf
20 июн., 00:51изменён
✅ Abdullah ibn Abbas (radıyAllahu anhumə) rəvayət edir ki: Peyğəmbər (sallAllahu aleyhi və səlləm) aşura orucunu tutub, insanlara da onu tutmağı əmr etdiyində ona belə dedilər: «Bu günü yəhudi və xristianlar təzim edirlər (oruc tuturlar)». Peyğəmbər (sallAllahu aleyhi və səlləm) dedi: «İn-şəə-Allah gələn il aşura ilə bərabər doqquzuncu günü də tutarıq». Gələn aşura gəlməmiş Peyğəmbər (sallAllahu aleyhi və səlləm) vəfat etdi.“📚 Sahih Muslim, 1916.➖➖ ➖ Bu il Aşura günü (Məhərrəm ayının 10) iyun ayının 25-nə təsadüf edir.
azerisalaf
19 июн., 11:27

azerisalaf
16 июн., 06:57
✅ Son zəngHər il yazın sonu, yayın əvvəlində Azərbaycan məktəblərinin həyətlərində eyni mənzərə təkrarlanır. Günorta. Günəş. Mikrofon səsi. Direktorun nitqi. Sonra isə musiqi. Şagirdlər bu günə həftələrlə hazırlaşırlar. Paltarlar seçilir, salonlara gedilir, şəkillər planlaşdırılır. Oğlanlar və qızlar bir araya gəlir, rəqslər başlayır. Müəllimlər kənardan baxıb gülümsəyir, valideynlər isə telefonlarını qaldırıb bu anları çəkirlər. Bütün bunlar gizli şəkildə deyil, günün ortasında, ictimai məkanda, rəsmi tədbirin bir hissəsi kimi baş verir. Burada problem gənclərin sevinməsi deyil. Sevinc insan fitrətinin bir hissəsidir. Problem həyanın addım-addım zəifləməsi və bunun normal hal kimi təqdim edilməsidir. Əcdadlarımızın dəyər dünyasında kişi ilə qadın münasibətlərini tənzimləyən bir ölçü vardı: həya. Bu həya insanı sıxmır, onu qoruyurdu. Onu alçaltmır, əksinə ucaldırdı. Bu gün isə həya
azerisalaf
6 июн., 02:58
✅ QƏDİR-XUM BARƏDƏ SUALQədir-Xum barədə düşünərkən sadə bir sual ortaya çıxır: Əgər Peyğəmbər ﷺ həqiqətən də Əlini (Allah ondan razı olsun) açıq şəkildə özündən sonrakı rəhbər təyin etmişdisə, bəs bu təyinatın həyata keçirilməsini ən çox kim tələb etməli idi? Qədir-Xumun xilafətə açıq təyinat olduğunu iddia edənlər əvvəlcə öz nəzəriyyələrinin nəticələri ilə üzləşməlidirlər. Şiə mənbələrində tez-tez iddia olunur ki, səhabələrin əksəriyyəti Peyğəmbərin ﷺ vəfatından sonra haqq yoldan uzaqlaşdı və yalnız az sayda səhabə haqq üzərində qaldı. Əgər belə idisə, onda həmin azlıq – başda Əlinin özü olmaqla – niyə Qədir-Xumdakı iddia edilən təyinatın tətbiqini illərlə tələb etmədi, bunun həyata keçirilməsi üçün mübarizə aparmadı? Buna cavab olaraq "təqiyyə etdi", "məcbur qaldı", "gücü çatmadı" kimi cavablar verilir. Lakin bu cavablar daha da böyük problem yaradır. Çünki imamət onların etiqadına
azerisalaf
4 июн., 20:39изменён
Rusiya federal "Aqroeksport" mərkəzinin rəsmi statistikasına görə, 2026-cı ilin ilk dörd ayında Rusiya istehsalı olan arağın əsas alıcıları arasında Qazaxıstan ($3,6 milyon), Azərbaycan ($2,2 milyon dollar, 900 tondan çox. Ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 55% artım qeydə alınıb) və Gürcüstan ($1,7 milyon) liderlik edir.⚠️ Bəzən bir xalqın vəziyyətini anlamaq üçün yüzlərlə statistikaya baxmağa ehtiyac olmur. Tək bir rəqəm kifayət edir. Rusiyadan ən çox araq alan ilk üç ölkədən ikisi özünü müsəlman ölkəsi kimi tanıdan dövlətlərdir: Qazaxıstan və Azərbaycan. Rusiya arağının ikinci ən böyük alıcısı olmaq – sadə ticarət statistikası deyil. Bu, bir xalqın mənəvi portreti haqqında sual doğurur. Necə oldu ki, Allahın sərxoşedici hər bir şeydən uzaq durmaq əmrinə iman etdiyini söyləyən cəmiyyət, spirtli içki bazarının ən böyük müştərilərindən birinə çevrildi? Bəzi insanlar
azerisalaf
3 июн., 15:36изменён
✅ MÜSƏLMAN PSİXOLOGİYAYA NECƏ YANAŞMALIDIR?1-ci hissə: 🔸Müsəlman öz nəfsinin tərbiyəsi üçün niyə Allahın vəhyindən üz döndərib insanların nəzəriyyələrinə üz tutur? 2-ci hissə: 🔸Dini sözlər əlavə edilib, lakin əsas fəlsəfə dəyişməyib 3-cü hissə: 🔸Qəlb rahatlığı insanın öz Rəbbinə yaxınlaşmasındadır
azerisalaf
27 мая, 07:17
Подписчики пишут боту, вы отвечаете реплаем, ваш аккаунт скрыт. Создаётся в одно касание.
Как это работает →