gram news
Аватар канала Çəpəki

Çəpəki

@cpkfm

İqtisadçı Fərid Mehralızadənin telegram kanalı. İqtisadi siyasət və statistikalar, orijinal xəbərlər, inkişaf məsələləri, Bakı şəhəri və daha nələr-nələr. Əlaqə - @faridmehrali

1,486подписчиков

Открыть канал

Последние посты

  • Çəpəki

    22 июл., 11:53

    переслано из @abzasmedia

    “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə Milli Mətbuat Günü münasibətilə həbsxanadan mesaj göndərib.“Abzas Media işi” üzrə 9 il azadlıqdan məhrum edilən jurnalist mətbuat azadlığı ilə ölkənin iqtisadi inkişafı və rifahı arasındakı əlaqəyə diqqət çəkib.“2026-cı il Dünya Mətbuat Azadlığı Reytinqinə görə Azərbaycan 180 ölkə arasında 171-ci yerdədir. Mətbuat azadlığı reytinqində son 10-luqda olan bir ölkənin nə insan inkişafı, nə də iqtisadi rifah baxımından ilk 10-luqda olması mümkündür. Çünki mətbuat azadlığı təkcə ifadə azadlığı deyil, həm də hesabatlılığın, şəffaflığın, yəni, sağlam iqtisadi mühitin təməlidir. Təməl zəiflədilir, dağıdılırsa, inkişaf və rifaha çatmaq da çətinləşir”. https://shorturl.at/MKygp
  • Çəpəki

    31 мая, 08:31

    Fəridin həbsindən bəri iki il ərzində nələr baş verib?Aşağıda qeyd olunanlardan əlavə əlavə olaraq, ABŞ senatında Beynəlxalq Mətbuat Azadlığı günü ilə bağlı qətnamədə, AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsinin 27 may iclasında, Freedom House, CPJ, RSF, Amnesty İnternational kimi insan haqları təşkilatlarının çağırış və hesabatlarında Fəridin azadlığa buraxılması ilə bağlı tələblər dövri olaraq səsləndirilir.
  • Çəpəki

    30 мая, 15:43

    Həbsinin ikinci il dönümündə Fərid Mehralızadə həbsxanadan iqtisadi düşüncələrini paylaşıb, həm də həbsinin səbəb olduğu şəxsi çətinlikləri bölüşüb. Yazının mətninə keçid: https://storage.googleapis.com/snaplink/P1wE9.html
    1,100видео118111Открыть в Telegram
  • Çəpəki

    29 мая, 11:08

    Xarici jurnalistlər Fərid Mehralızadəyə müraciət ediblər:Fərid, jurnalist kimi öz işini gördüyün üçün həbs olunub bizdən ayrılmağının üzərindən artıq iki il keçir. Sadəcə həqiqətləri söylədiyinə görə sevdiklərindən ayrı salındın. Sənin möhkəm iradən hamımıza ilham verir. Bilməyini istəyirik ki, səni düşünmədiyimiz bir gün belə yoxdur. Səni evinə qaytarmaq üçün Praqada, Vaşinqtonda və dünyanın müxtəlif yerlərində hər gün çalışırıq. Çox keçmədən həyat yoldaşın, qızın və bizimlə birlikdə azadlığını qeyd edəcəyin gün gələcək.
    562видео1921Открыть в Telegram
  • Çəpəki

    28 мая, 14:45

    Mayın 30-da iqtisadçı və jurnalist Fərid Mehralızadənin haqsız həbsinin ikinci ili tamam olur. Bu münasibətlə Azadlıq Radiosunun Praqa redaksiyasının əməkdaşları Fəridə dəstək və onun azadlığa buraxılması tələbi ilə fotoaksiyaya qoşulublar.Əməkdaşlar Fəridin fotosu ilə çəkdirdikləri şəkilləri paylaşaraq hər kəsi 30 mayda #FreeFarid həştəqi ilə həmrəylik nümayiş etdirməyə və aksiyaya qoşulmağa çağırıblar. https://x.com/rferlpress/status/2059998158378123503?s=46
  • Çəpəki

    12 мая, 16:44

    ABŞ-ın xarici siyasət üzrə aparıcı beyin mərkəzlərindən olan Atlantik Şurasının ekspertləri 10 mayda dərc olunan məqalələrində qeyd ediblər ki, Azərbaycanla münasibətləri inkişaf etdirmək üçün "böyük saziş"ə ehtiyac var. Onlar Trump administrasiyasına tövsiyə ediblər ki, növbəti altı ay ərzində imkan var ki, həmin sazişə çatmaq üçün Belarus modeli əsasında Azərbaycana qarşı sanksiyaların tam götürülməsi qarşılığında Əliyev hökuməti ilə ölkədə ədalətsiz həbs olunmuş şəxslərin azadlığa buraxması üçün danışıqlar aparılsın. Ekspertlər Azadlıq Radiosunun təhlilçisi Fərid Mehralızadənin işini də qeyd ediblər. Mətnin originalı: https://www.atlanticcouncil.org/dispatches/now-is-the-time-for-a-us-grand-deal-with-azerbaijan/
  • Çəpəki

    3 мая, 16:50

    Qətnamənin mətninə keçid: https://www.congress.gov/congressional-record/volume-172/issue-76/senate-section/article/S2177-2
  • Çəpəki

    3 мая, 10:04

    Siyasi məhbus Fərid Mehralızadə 3 may Dünya Mətbuat Azadlığı günü ilə bağlı deyir:
  • Çəpəki

    29 апр., 10:12

    Bugün Fərid Mehralızadənin əsassız həbsindən 700 gün keçir. O, 2024-cü il mayın 30-da saxlanılıb. Fərid “Abzas Media işi” çərçivəsində həbs olunsa da, nə həmin media ilə əməkdaşlığına, nə də hər hansı bir cinayətə dair heç bir sübut məhkəməyə təqdim olunmayıb. Buna baxmayaraq, Fərid 9 il müddətinə azadlıqdan məhrum edilib. Özü həbsinin siyasi sifariş olduğunu və Azadlıq Radiosunda dərc olunan iqtisadi təhlillərinə görə həbs edildiyini bəyan edib.
    1,3302742Открыть в Telegram
  • Çəpəki

    9 мар., 09:58изменён

    6 mart Fərid Mehralızadənin kassasiya şikayətinə baxılıb. O məhkəmədə çıxışı zamanı bildirib ki, hökmün əsaslandığı sübutların heç birində onun əleyhinə nəsə yoxdur. Buna baxmayaraq o, 9 il həbs cəzası alıb. Fərid bildirdi ki, məhkəmə Məhəmməd Kekalovun ilkin ifadəsini mötəbər sübut qəbul edib, 5 nəfəri bu sübuta əsaslanaraq həbs edib, amma Məhəmmədin ifadəsinin mənim lehimə olması nəzərə alınmır. Necə olur ki eyni sübut əleyhə işlədilir, lehinə yox. Digər sübut növü kimi sənədlər göstərilib, Abzas media bu sənədlərin saxta olduğunu bəyan edib. Lap tutaq ki, sənədlər məhkəmənin qəbul etdiyi kimi saxta deyil. Axı o sənədlərdə də mənim adım yoxdur. Digər sübut növü kimi şahid ifadələri qeyd olunub. Dindirilən şahidlər məni tanımadıqlarını, Abzas media ofisində görmədiklərini bildiriblər, tanıyanlar isə sosial şəbəkələrdən iqtisadçı kimi tanıdıqlarını qeyd ediblər. Yəni mənim əleyhimə
  • Çəpəki

    9 февр., 11:51

    Fevralın 10-u ABŞ-nin vitse prezidenti Cey Di Vens Azərbaycana səfər edəcək. Onun səfəri çərçivəsində hazırda həbsdə olan siyasi məhbuslarla bağlı çağırışlar edilib. ABŞ konqresmeni Ceyms MakQovern də çağırış edərək, səfər çərçivəsində vitse-prezidentin Fərid Mehralızadə də daxil olmaqla siyasi məhbusların azadlığa buraxılmasını müdafiə etməsini xahiş edib.
    1,1201242Открыть в Telegram
Скачать ряд в CSV
Бот обратной связи для своего канала — бесплатно

Подписчики пишут боту, вы отвечаете реплаем, ваш аккаунт скрыт. Создаётся в одно касание.

Как это работает →
Создать бота