Последние посты

CSSC Baku
21 сент., 09:37изменён
Fərhad Məmmədov: Sülh prosesinə tarixi və dini məsələlər üzərindən təsir göstərilməməlidir“Qafqaz Albaniyası irsi ətrafında müzakirələr yalnız tarixi deyil, həm də dövlətçilik və siyasi kontekst daşıyır”. 1news.az xəbər verir ki, bunu BMTMM İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə deyib.O bildirib ki, Azərbaycan ərazisində tarixən mövcud olmuş dövlətlərin irsi Azərbaycanın dövlətçilik tarixinin ayrılmaz hissəsidir. “Bizim apardığımız araşdırmalardan belə nəticə çıxır ki, indiki Azərbaycan ərazisində tarixən 30-a yaxın dövlət mövcud olub. Biz bütün bu dövlətlərin irsini qorumalı və onların varisi olduğumuzu nəzərə almalıyıq. Dünyada çox az ərazi var ki, bu qədər qədim və zəngin dövlətçilik ənənəsinə malik olsun”, - deyə F.Məmmədov qeyd edib.O vurğulayıb ki, Ermənistanın məhz Qafqaz
CSSC Baku
9 сент., 15:02
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas sual” verilişində "Təhlükələr və qeyri-müəyyənliklər artır: Azərbaycan nə etməlidir?" mövzusunda öz fikirlərini bölüşüb.Daha ətraflı: https://www.youtube.com/watch?v=eI5HP4sXjp8YouTubeTƏHLÜKƏLƏR VƏ QEYRİ-MÜƏYYƏNLİK ARTIR... – Azərbaycan nə etməlidir?#bəyən #paylaş #abunəol ABUNƏ OLUN ►https://bit.ly/3rGosrr Gördüyünüz nöqsanlara biganə qalmayın! Çəkdiyiniz foto və videoları, üzləşdiyiniz problemləri bizimlə bölüşün. Bölüşün ki,” Sizin Səsiniz” olaq! Qaynar xətt: 055 455 45 58 Videolarımızı bəyənib…
CSSC Baku
8 сент., 11:00
Qeyri-müəyyənlikdən qaynaqlanan təhdidlər artırBeynəlxalq münasibətlərdəki mövcud qeyri-müəyyənlik getdikcə daha da artır. Hələ iyulun əvvəlində biz ilin sonunadək regionumuza təsir edən demək olar ki, bütün xarici amillər üzrə yeni bir vəziyyətin yaranacağını və onların nəticələrinə əsasən Azərbaycanın öz mövqeyini formalaşdırmalı və ifadə etməli olacağını proqnozlaşdırmışdıq (https://t.me/cssc_cqtm/700). İndi isə payızın əvvəlində qeyri-müəyyənliyi dərinləşdirən və mümkün nizamlanmanı yubadan proseslərə nəzər salmağa çalışacağıq.ABŞ Konqresi və Senatına seçkilər mühüm hadisələrdir və həmin seçkilərdən sonra Prezident Trampın beynəlxalq səhnədə eyni dərəcədə aktiv qalıb-qalmayacağına dair dəqiq bir cavab vermək mümkün olacaq. Parlamentin hər iki palatasında məğlubiyyət Trampın fəaliyyətini məhdudlaşdıracaq və ABŞ-də daxili qarşıdurma prosesinə start verəcək.Bu qeyri-müəyyənlikTelegramCSSC BakuAzərbaycan üçün gözləmə vaxtı Son bir neçə həftə ərzində Azərbaycan diplomatiyası gözləmə rejimindədir. Azərbaycan gözləmək imkanı olan ölkələrdəndir, müasir beynəlxalq münasibətlərdə bu hal olduqca dəyərli bir aktivdir. İkitərəfli formatda Azərbaycanın…
CSSC Baku
20 авг., 17:50
Ermənistan Hökumətinin Proqramında hansı maraqlı məqamlar var?Ermənistanın Baş naziri yeni hökumətin proqram layihəsini açıqlayıb. Şübhəsiz ki, proqram parlamentin iclasında qəbul olunacaq. Bu, Ermənistan hökumətinin 2026-2031-ci illər dövrü üçün məqsədlərini göstərən bir sənəddir. Proqram genişdir, hökumətin bütün fəaliyyət sahələrini əhatə edir. Yeni seçilmiş hökumətin fəaliyyəti beş ildən sonra məhz bu sənəd əsasında qiymətləndiriləcək. Proqramın xülasəsində qeyd olunur ki, seçkidən sonrakı Ermənistan artıq Dördüncü Respublikadır.Beləliklə, Proqramdakı maraqlı məqamlar hansılardır?Preambulada vurğulanır ki, Ermənistan xalqı ərazisi 29,743 kv km göstərilən Real Ermənistan ideyasına səs verib.Azərbaycan müxtəlif kontekstlərdə qeyd olunur:- Sülhün institusionallaşdırılması, göstərilən dövrdə sülh sazişinin imzalanması və ratifikasiyası, iki ölkənin vətəndaş cəmiyyəti və biznes
CSSC Baku
13 авг., 11:01
Rusiya və Ermənistan qarşıdurmasında Azərbaycan haradadır?!Bu suala cavab vermək üçün Ermənistan-Rusiya münasibətlərini nəzərdən keçirmək və hansı sahələrdə artıq böhranın mövcudluğunu, hansıların isə potensial olaraq təsirlənə biləcəyini müəyyən etmək lazımdır.Siyasət/Təhlükəsizlikİkitərəfli hərbi-siyasi ittifaq – Rusiyanın Gümrüdəki hərbi bazası, birgə HHM sistemi. Ermənistanın hərbi rəhbərliyi rus müttəfiqləri ilə az ünsiyyət qursa da, bu mövzulara yenidən baxılması gözlənilmir.KTMT üzvlüyü dondurulub. Böhran göz qabağındadır. Hazırda Ermənistanın səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılır.Ən yüksək və yüksək səviyyədə siyasi dialoq mövcuddur. Lakin bu, ultimatumlar və narazılıqların çatdırılması üçün istifadə olunur.İran və Türkiyə ilə sərhədlərdə rus sərhədçilərinin sayı azalıb, lakin onların çıxarılması ilə bağlı hələ də qərar yoxdur. TRIPP və Aİ ilə
CSSC Baku
10 авг., 12:01
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən "Əsas sual" verilişində ötən həftənin siyasi yekunları və Rusiya-Ukrayna müharibəsinin gedişi ilə bağlı öz fikirlərini bölüşüb.Daha ətraflı: https://www.youtube.com/watch?v=MueOvhwrH-UYouTubeUkrayna Tatarıstanı vurdu, matəm elan olundu#bəyən #paylaş #abunəol ABUNƏ OLUN ►https://bit.ly/3rGosrr Gördüyünüz nöqsanlara biganə qalmayın! Çəkdiyiniz foto və videoları, üzləşdiyiniz problemləri bizimlə bölüşün. Bölüşün ki,” Sizin Səsiniz” olaq! Qaynar xətt: 055 455 45 58 Videolarımızı bəyənib…
CSSC Baku
10 авг., 11:00
Türkiyə - Səudiyyə Ərəbistanı - Pakistanın Məkkə Paktı barədə...Məkkədəki üçtərəfli sammit və imzalanmış müdafiə Paktı haqqında artıq çox fikirlər söylənilib. Gəlin bu fikirləri ümumiləşdirək və maraqlı məqamlar üzərində dayanaq.Məkkə Paktı iki illik müzakirələrin nəticəsidir. Daha əvvəl Səudiyyə Ərəbistanı və Pakistan arasında ikitərəfli müdafiə Paktı imzalanıb. Yəni, tərəflər anlayışlı şəkildə hərbi-müdafiə sazişinə doğru gediblər.Hərbi ittifaqlarda iştirak baxımından ən çox təcrübəyə malik Türkiyədir. Ən yüksək inteqrasiya olunmuş hərbi ittifaq sayılan NATO-ya üzvlük Ankaraya hərbi ittifaq quruculuğu təcrübəsini Məkkə Paktına tətbiq etməyə imkan verir. Mərkəzi siyasi ofisin hərbi ofisdən ayrıldığı NATO-dan fərqli olaraq, Məkkə Paktı Səudiyyə Ərəbistanında yerləşən vahid hərbi-siyasi koordinasiya mərkəzinin mövcudluğunu nəzərdə tutur. Nümayəndə heyətlərinə baxsaq, bunlar xarici
CSSC Baku
8 авг., 14:06
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "8 avqust Bəyannaməsinin bir ili: Siyasi razılaşma praktik mərhələyə keçdimi?" mövzusunda fikirlərini bölüşüb.Daha ətraflı: https://youtu.be/Wt-2FGTpxmM?si=XsNzwM7lxR8fZy1KYouTube8 avqust Bəyannaməsinin bir ili | Diqqət mərkəziBizi İzləyin: Whatsapp: https://bit.ly/457kdup Facebook: https://bit.ly/3H6GtMT Instagram: https://bit.ly/46wEkoi Teleqram: https://bit.ly/3INUKP2 Sayt: https://bit.ly/3UzGQme Copyright © İCTİMAİ TV #8AvqustBəyannaməsi #DiqqətMərkəzi #siyasət #siyasiRazılaşma…
CSSC Baku
7 авг., 05:23
Vaşinqton Sammitinin ildönümü: Azərbaycan - Ermənistan sülh gündəmində hansı nəticələr var?2025-ci il avqustun 8-dən bir il ötür. Gəlin sülh gündəmini strukturlaşdırmağa və ötən il ərzində formalaşmağa başlayan tendensiyaları müəyyənləşdirməyə çalışaq.İkitərəfli format alternativsiz olaraq qəbul edilib. Ardıcıl addımlardan ibarət razılaşdırılmış sülh gündəmi mövcuddur.TRIPP layihəsinin reallaşdırılması üçüncü tərəfin sülh gündəmində iştirak formulunu müəyyən edir: Hər iki tərəfin razılığı ilə və müəyyən istiqamət, layihə üzrə.Ən yüksək və yüksək səviyyələrdə dialoq qurulub. Administrasiyalar arasında daimi operativ əlaqə var. Diplomatlar beynəlxalq təşkilatlarda gərginliyin azaldılması istiqamətində iş aparırlar.Baş nazir müavinlərinin rəhbərlik etdiyi Hökumətlərarası Komissiya sərhədin müəyyənləşdirilməsi və iqtisadi münasibətlər məsələləri ilə məşğul olur.Qarşılıqlı
CSSC Baku
30 июл., 17:00изменён
BMT Baş katibinin Kipr təşəbbüsü barədə…Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antoniu Quterreş səlahiyyət müddətinin sonuna yaxın Kipr ilə bağlı təşəbbüslə çıxış edib. Quterreşin Kipr problemini xatırlaması özlüyündə təəccüblüdür.Kipr mövzusu Şərqi Aralıq dənizi bölgəsi deməkdir. Bu region Azərbaycan üçün vacibdir. İlk növbədə bu, Türkiyənin və Şimali Kipr Türk Respublikasının (ŞKTR) maraqları ilə bağlıdır. İkincisi, Azərbaycan Türkiyə ilə birlikdə Suriyanın bərpasında iştirak edir. Üçüncüsü, Şərqi Aralıq dənizində SOCAR-ın maraqları mövcuddur - hazırda yalnız İsrailin, gələcəkdə isə Türkiyənin və ŞKTR-nin ərazi sularında.Quterreşin ideyası beşliyin görüşünü təşkil etməkdən ibarətdir: Kiprin türk və yunan icması, Türkiyə, Yunanıstan və Böyük Britaniya.BMT-nin keçmiş baş katibi Annanın irəli sürüdüyü planının tərkib hissəsi olan 2004-cü il referendumu uğursuz oldu. Adanın
CSSC Baku
20 июл., 14:47изменён
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən "Əsas sual" verilişində "Müharibələr şiddətlənir: Regionu nələr gözləyir?" mövzusunda fikirlərini bölüşüb.Daha ətraflı: https://youtu.be/_Ex0T-quWJA?si=8jCQ3PQjyv0Dz-xaYouTubeMüharibələr şiddətlənir - Regionu nələr gözləyir?#bəyən #paylaş #abunəol ABUNƏ OLUN ►https://bit.ly/3rGosrr Gördüyünüz nöqsanlara biganə qalmayın! Çəkdiyiniz foto və videoları, üzləşdiyiniz problemləri bizimlə bölüşün. Bölüşün ki,” Sizin Səsiniz” olaq! Qaynar xətt: 055 455 45 58 Videolarımızı bəyənib…
CSSC Baku
20 июл., 11:00
Şimal-Cənub vs Şərq-Qərb – Azərbaycan üçün hansı daha vacibdir və seçim etmək lazımdırmı?Azərbaycanın şimalında (Rusiya/Ukrayna) və cənubunda (ABŞ, İsrail/İran) müharibələr davam edir və gərginlik getdikcə artır. Rusiya ilə İran zəifləyir və daha da aqressivləşir. Strateji infrastruktur sıradan çıxır, limanlar, körpülər, dəmir yolları, neft emalı müəssisələri, hasilat platformaları dağılır. Bundan Rusiya və İranın bütün qonşuları ziyan çəkir. Belə görünür ki, orta müddətli perspektivdə vəziyyət yaxşılaşmayacaq!Türkiyədəki NATO sammitindən sonra aydın oldu ki, ABŞ, gözlənildiyi kimi, Avropada qalır, lakin yeni formada. Bu yenilik funksiyaların yenidən bölüşdürülməsini nəzərdə tutur.ABŞ Yaxın Şərqdə də qalır. Bunun sübutu Türkiyə ilə yaxınlaşma, İsrailin ram edilməsidir. Qalır Körfəz ölkələrilə münasibətlərin nizama salınması - İranla hərbi-diplomatik qarşıdurmanın davam
CSSC Baku
15 июл., 16:04
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Bakıdan Moskvaya mesaj: Azərbaycanın yeni Cənubi Qafqaz planı" mövzusunda fikirlərini bölüşüb.Daha ətraflı: https://youtu.be/U_GFcvUPp44?si=b00EsCZcYQFcym5PYouTubeBakıdan Moskvaya mesaj: Azərbaycanın yeni Cənubi Qafqaz planı! – Fərhad Məmmədovla TƏHLİLDünya müharibə və qeyri-stabillik dövründə: Cənubi Qafqazın yeni siyasi reallığı "Diqqət mərkəzi"ndə bu gün qlobal geosiyasi çaxnaşmaların Cənubi Qafqaza təsirini və regionun yeni siyasi arxitekturasını müzakirə edirik. Qonağımız Cənubi Qafqaz Araşdırmalar…
CSSC Baku
2 июл., 17:01изменён
Azərbaycan üçün gözləmə vaxtıSon bir neçə həftə ərzində Azərbaycan diplomatiyası gözləmə rejimindədir. Azərbaycan gözləmək imkanı olan ölkələrdəndir, müasir beynəlxalq münasibətlərdə bu hal olduqca dəyərli bir aktivdir. İkitərəfli formatda Azərbaycanın yalnız Türkiyə qarşısında öhdəlikləri var və bu öhdəliklər tam həcmdə yerinə yetirilir. Azərbaycan XİN-in İsrail hökumətinin qondarma "erməni soyqırımını" tanımasına reaksiyası məhz bunun nümayişidir.İyul, avqust, sentyabr və qismən oktyabr - Cənubi Qafqaza təsir edən bir neçə məsələ üzrə qeyri-müəyyənlik və təlatümlü dövr olacaq. Həmin məsələləri nəzərdən keçirək:ABŞ/İsrail vs İran. Bütün göstəricilərə görə, proses uzanacaq, İsrail və İrandakı bəzi dairələr yeni münasibətlər sisteminin qurulmasında maraqlı deyillər. İranda hələ də vəziyyət dəyişə bilər, çünki razılaşmalar konkret şəxslərə (Prezident, Parlamentin spikeri) bağlıdır.
CSSC Baku
29 июн., 15:13
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas sual” verilişində "Putin çıxılmaz durumda: Hansı qərarlar gözlənilir?" mövzusunda fikirlərini bölüşüb.Daha ətraflı: https://www.youtube.com/watch?v=o3YZ9NalQsIYouTubePutin çıxılmaz durumda, hansı qərarlar gözlənilir?#bəyən #paylaş #abunəol ABUNƏ OLUN ►https://bit.ly/3rGosrr Gördüyünüz nöqsanlara biganə qalmayın! Çəkdiyiniz foto və videoları, üzləşdiyiniz problemləri bizimlə bölüşün. Bölüşün ki,” Sizin Səsiniz” olaq! Qaynar xətt: 055 455 45 58 Videolarımızı bəyənib…
CSSC Baku
24 июн., 10:00изменён
CQTM-in direktoru Fərhad Məmmədov: “Verdiyim cavablar BBC-nin maraqlarına uyğun olmadı”Ötən həftə, çərşənbə günü, 17 iyun tarixində BBC-nin Azərbaycan Bürosunun əməkdaşı mənə Ermənistanda keçirilən parlament seçkilərindən sonra Azərbaycan və Ermənistan arasında sülh gündəliyi ilə bağlı müsahibə vermək xahişi ilə müraciət etdi.Mən səfərdə olsam da, səhər saat 9:00-da müsahibə üçün vaxt tapa bildim. Britaniya təbliğatını dinləmək və küləyin hansı tərəfə əsdiyini görmək həmişə maraqlıdır. Suallar referendum, onun keçirilməsinin mümkünsüzlüyü, Azərbaycanın mümkün hərəkətləri və Ermənistandakı daxili siyasi vəziyyətin mürəkkəbliyi ilə bağlı idi. Suallar arasında Bakının öz referendum tələbləri ilə Ermənistan hökumətini lazımi nəticəni əldə etmək üçün inzibati resurslardan istifadə etməyə təhrik etməsi fikri də var idi.Mən sadəcə qeyd etdim ki, Vaşinqton, London və Brüssel Ermənistan
CSSC Baku
11 июн., 13:32
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov Pressklub TV-nin efirində gedən “Əsas sual” verilişində "Rusiya Ermənistanda uduzdu, Paşinyanı nə gözləyir?" mövzusunda fikirlərini bölüşüb.Daha ətraflı: https://www.youtube.com/watch?v=HSfKDDacErI
CSSC Baku
5 июн., 06:43
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov İctimai TV-nin efirində gedən "Diqqət Mərkəzi" verilişində "Ermənistan seçkiləri 2026: Paşinyan qalib gələcək?" mövzusundakı müzakirələrdə iştirak edib.Daha ətraflı: https://www.youtube.com/watch?v=kDDJaKD1TH8&t=2221sYouTubeErmənistan seçkiləri 2026: Paşinyan qalib gələcək?Ermənistanda keçirilən taleyüklü parlament seçkilərini və bu seçimin Cənubi Qafqazın gələcəyinə təsirlərini regional kontekstdə təhlil edirik. Ermənistan vətəndaşları bu həftəsonu tərəzinin iki gözü arasında seçim edirlər: Azərbaycanla sülh və Qərblə yaxınlaşma…
CSSC Baku
4 июн., 17:00
ABŞ Cənubi Qafqazda nə tapıb?ABŞ-nin Cənubi Qafqazdakı fəaliyyətinin səbəbini anlamağa çalışarkən tez-tez bir sual ortaya çıxır: Vaşinqton Qafqazda nə itirib?! Biz əks istiqamətdə düşünməyə və ABŞ-nin bölgəmizdə nə tapmaq istədiyini anlamağa çalışacağıq.1990-cı illərin əvvəllərindən bəri ABŞ regionda fəal iştirak edir. Onun ən böyük nailiyyəti Azərbaycandan Aralıq dənizinə neft kəmərinin çəkilməsi idi. Layihənin həyata keçirilməsindən sonra Obamanın rəhbərliyi altında ABŞ praqmatik yanaşmadan ideoloji yanaşmaya keçidə başladı ki, bu da münasibətlərdə böhranlara səbəb oldu.Obama ABŞ-nin regiondakı maraqlarından imtina edərək, Azərbaycan və Ermənistan arasında sülhə əhəmiyyət vermədən Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını dəstəklədi. Rusiya diplomatiyası solçu-liberal dairələr tərəfindən ABŞ prezidentliyinə gətirilmiş bu təsadüfi şəxsdən məharətlə istifadə etdi.Bu gün
CSSC Baku
19 мая, 10:52изменён
Türkiyədə Azərbaycana qarşı kampaniya kimə sərfəlidir?Dünəndən bəri Türkiyənin sosial mediasında, xüsusən də bəzi diplomatlar və jurnalistlər arasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədova qarşı etirazlar başlayıb. Bu, diplomatın Ermənistanla bağlı Azərbaycan-Türkiyə koordinasiyasından danışdığı müsahibəsindən qaynaqlanıb. Əslində səfir yeni və ya Türkiyə Prezidenti ilə xarici işlər nazirinin açıqlamalarından fərqlənən heç nə deməyib.(Müsahibənin mətni ilə burada tanış ola bilərsiniz: https://www.cumhuriyet.com.tr/turkiye/azerbaycan-buyukelcisi-resad-memmedov-cumhuriyet-e-konustu-2504606#)Lakin buna baxmayaraq, bəzi təqaüdçü diplomatlar və jurnalistlər Azərbaycan səfirinin etiraz üçün Türkiyə Xarici İşlər Nazirliyinə çağırılmasını tələb edən paylaşımlar edirlər.Özü də bütün bunlar Azərbaycan və Türkiyə liderləri arasında Ermənistanla münasibətlər, Cənubi Qafqaz,
Подписчики пишут боту, вы отвечаете реплаем, ваш аккаунт скрыт. Создаётся в одно касание.
Как это работает →