gram news
Аватар канала Əhkam

Əhkam

@ehkam_313

ПроектыAZ

438подписчиков

Открыть канал

Последние посты

  • Əhkam

    22 сент., 08:22

  • Əhkam

    21 сент., 08:22

  • Əhkam

    20 сент., 08:22

  • Əhkam

    19 сент., 08:20

  • Əhkam

    26 апр., 08:12

    ✍#Hökmlər İqtida haqqında yeddi məqam 🕴 1⃣👈 Əgər mə’mum bilməsə ki, imam camaat #vacib yoxsa #müstəhəb namaz qılır, ona iqtida edə bilməz. 2⃣👈 Hər rəkətdə namaz qılan #qiraət zamanı və ya #rüku halında imam camaata iqtida edə bilər. 3⃣👈 Mə’mum niyyət edərkən imamı #müəyyən etməlidir. Amma onun adını bilmək #lazım deyil. Məsələn, əgər niyyət etsə ki, hazır olan imama iqtida edirəm, namazı #düzgündür. 4⃣👈 Əgər imam ayaq üstədirsə və mə’mum onun hansı rəkətdə olduğunu bilmirsə, iqtida edə bilər, lakin həmd və surəni qürbət qəsdi ilə oxumalıdır. 5⃣👈 Əgər ön sıralar namaza hazırdırsa, sonrakı sıralar da iqtida edə bilər. 6⃣👈 #İqtida etmək və #təkbir demək sakit halda olmalıdır və hərəkətdə olan, məsələn rükuya çatmaq halında olan şəxs bu halda iqtida edə bilməz. 7⃣👈 Üçüncü və dördüncü rəkətlərin qiyamında iqtida edən şəxs namazın həmd və surəsini oxumalıdır və əgər həmd və surəni
  • Əhkam

    26 апр., 08:06

    🔰 Namazda unudulanlar 🔖 Namazda unudulan hissələr üç növdür:🔸1. Elə hissələr ki, əgər unudularsa namaz batil olur, məsələn #namazın_rüknləri unudularsa. 📌 Məsələ: Əgər namazın bir rüknünü unudub ondan sonrakı rüknü yerinə yetirərsə, məsələn rüku etməzdən əvvəl iki səcdə edərsə, namaz batildir. 🔸2. Elə hissələr ki, əgər unudularsa namazdan sonra #cobran (əvəzin qarşılamalıdır) edilməlidir, məsələn unudulan səcdə və təşəhhüd. 🔸3. Elə hissələr ki, cobrana ehtiyac yoxdur, məsələn namazın digər vacibləri kimi həmd, surə və təsbihat və s. 📌 Məsələ: Əgər namaz qılan qiraəti və ya zikri və s. #unudarsa və yerinə yetirməzsə, namazı düzgündür. https://t.me/ehkam_313https://chat.whatsapp.com/FOMBXIzM1qLKh8qUaO7ogM?mode=wwt
  • Əhkam

    20 апр., 06:42

    Sual: Üzük, bilərzik və saatı çıxarmadan dəstəmaz almaq olarmı? Cavab: Üzün və əllərin yuyulmasında meyar budur ki, su yuxarıdan aşağıya yuyulsun və dəstəmaz üzvlərinin hamısına çatsın. Üzüyü və bilərziyi çıxarmaq lazım deyil. Onları fırladaraq və yerini dəyişərək suyu onların altına çatdırmaq olar. Əgər su (yuxarıdan aşağıya) onların altına çatsa, problem yoxdur. Qısa hərəkət (yuxarı istiqamətə) dəstəmazın düzgünlüyünə zərər vermir. Əgər üzük o qədər ələ yapışıbsa ki, dəstəmaz suyunun dəriyə çatmasına mane olur, onu yerindən tərpətmək lazımdır. Onu yuxarı çəkmək niyyəti ilə etmək dəstəmaza zərər vermir. https://t.me/ehkam_313https://chat.whatsapp.com/FOMBXIzM1qLKh8qUaO7ogM?mode=wwt
  • Əhkam

    13 апр., 05:43

    💬 Namazda “Həmd”dən sonra surə oxumamaq 🔹 Ayətullah Xamenei (r) Əgər namaz vaxtı az olarsa və ya insan surə oxumamağa məcbur olarsa (məsələn, qorxsa ki, surə oxusa oğru, yırtıcı heyvan və ya başqa bir şey ona zərər verə bilər), surəni oxumamalıdır. Həmçinin, əgər vacib bir işə tələsmə halı varsa, surəni oxumaya bilər. 🔹 Ayətullah Sistani (h) Əgər namaz vaxtı az olarsa insan surəni oxumaya bilər. Hətta vaxtın darlığında və bəzi qorxu hallarında surəni oxumamaq vacib olur.🔹 Ayətullah Məkarim Shirazi: Vaxtın dar olduğu hallarda və ya oğru, yırtıcı kimi təhlükə qorxusu olduqda surəni tərk etmək olar. Həmçinin mühüm bir iş üçün tələsmək lazım gəldikdə də surəni oxumamaq icazəlidir. 📚 Mənbə: Müctəhidlərin rəsmi saytlarından istiftalar (sual-cavablar) https://t.me/ehkam_313 https://chat.whatsapp.com/FOMBXIzM1qLKh8qUaO7ogM?mode=wwt
  • Əhkam

    10 апр., 09:54

    🕘 Namazın fəzilətli vaxtı və əvvəl vaxtı❓Namazın fəzilətli vaxtı ilə əvvəl vaxtının fərqi varmı?✅ Namazın vacib olduğu vaxtın başlanğıcı – zöhrün zəvalı kimi – namazın "əvvəl vaxtı"dır. Namazın "fəzilətli vaxtı" isə namazın əvvəl vaxtından başlayır və İmam Xomeyninin (r.ə) izahlı şəriət məsələləri risaləsində izahı verilən miqdara qədər davam edir. Namaz əvvəl vaxta nə qədər yaxın qılınırsa, savabı və fəziləti də bir o qədər çox olar. Namazı yalnız camaat namazını gözləmək kimi əhəmiyyətli bir işdən ötürü təxirə salmaq olar.✍ Ayatullah Xameneihttps://t.me/ehkam_313https://chat.whatsapp.com/FOMBXIzM1qLKh8qUaO7ogM?mode=wwt
  • Əhkam

    20 мар., 14:20

    Məsələ 1945 Qazanc əldə edə bilən, özünün və ailəsinin xərclərini təmin etməyə gücü çatan, lakin tənbəllik səbəbindən işləməyən kasıbın zəkat alması caiz deyil. Həmçinin, qazanc əldə etməsi təhsilini davam etdirməsinə mane olan kasıb tələbə heç bir halda kasıblar üçün ayrılmış zəkat payından istifadə edə bilməz. Yalnız bu halda istisna var ki, əgər təhsil onun üçün vacib (vacib-e eyni) olarsa. Belə tələbə, əgər təhsili ictimai fayda daşıyırsa, “səbilillah” (Allah yolunda) payından, şəri hakimdən icazə almaq şərti ilə — vacib ehtiyata əsasən — istifadə edə bilər. Həmçinin, sənət (peşə) öyrənməsi onun üçün çətin olmayan kasıbın — vacib ehtiyata əsasən — zəkat alaraq dolanması caiz deyil. Lakin sənəti öyrəndiyi müddətdə zəkat alması mümkündür.Ayətullahul Üzma Seyyid Sistanihttps://t.me/ehkam_313https://chat.whatsapp.com/FOMBXIzM1qLKh8qUaO7ogM?mode=wwt
    3684321Открыть в Telegram
  • Əhkam

    1 мар., 00:20

  • Əhkam

    28 февр., 07:36

    📚 Oruc tutmayan və dini vəzifələrə əməl etməyən şəxslərin kəffarəsi 💠 Sual: Şəri vəzifələrə bağlılığı olmayan və təbii olaraq Ramazan ayında oruc tutmaq niyyəti etməyən şəxslər, günün əvvəlindən – yemək, içmək və s. etməmişdən öncə – oruclu sayılmırlar. Bu şəxslər gün ərzində orucu batil edən əməllər etsələr, onsuz da oruclu olmadıqları üçün oruclarını pozmuş sayılmırlar. Bu halda onların boynuna kəffarə düşürmü? ✅ Cavab: Qeyd olunan halda kəffarə vacibdir.https://t.me/ehkam_313https://chat.whatsapp.com/FOMBXIzM1qLKh8qUaO7ogM?mode=wwt
  • Əhkam

    27 февр., 09:45

    📚 Sübh azanından sonra yemək yemək.💠 Sual: Ramazan ayında səhər vaxtı nəsə yemişik və sonra məlum olub ki, bunu azandan sonra etmişik. Orucumuzun hökmü nədir? ✅ Cavab: Əgər araşdırma apardıqdan sonra (məsələn, saata, telefona, televiziyaya və s. baxaraq) azan vaxtının daxil olmadığına yəqin etdiniz və yemək yediniz, sonra isə məlum oldu ki, artıq azan oxunubmuş, bu halda orucunuz səhihdir. Lakin əgər heç bir araşdırma aparmadan yemək yemisinizsə və sonradan məlum olub ki, azandan sonra imiş, bu halda oruc batildir. Belə vəziyyətdə iftara qədər orucu batil edən əməllərdən çəkinmək lazımdır və sonradan həmin günün qəzası tutulmalıdır.https://t.me/ehkam_313https://chat.whatsapp.com/FOMBXIzM1qLKh8qUaO7ogM?mode=wwt
  • Əhkam

    26 февр., 10:42

    📚 Hamilə və ya süd verən qadının orucunun hökmləri (doğuşu yaxın olan hamilə qadın) 1️⃣ Əgər oruc ananın özü üçün zərərlidirsə: 💠 Orucunu açmalıdır. Əgər növbəti Ramazana qədər (oruc ona zərərli olmadığı halda) həmin günlərin qəzasını yerinə yetirərsə, ehtiyata əsasən hər gün üçün bir “mudd” (təxminən 750 qram) ərzaq fəqirə fidyə olaraq verməlidir və başqa vəzifəsi yoxdur. 🔰 Əgər qəzanı yerinə yetirməzsə: a) İl boyu oruc tutmaq ana üçün zərərli olduğu üçün yerinə yetirməyibsə: ✅ Qəza vacibliyi götürülür. Lakin hər gün üçün (ehtiyata əsasən vacib olan fidyədən əlavə) bir “mudd” da ərzaq fəqirə verməlidir. b) İl boyu oruc tutmaq ana bətnindəki uşaq və ya südəmər körpə üçün zərərli olduğu üçün yerinə yetirməyibsə: ✅ Ehtiyata əsasən bir “mudd” ərzaq fəqirə verməlidir və sonradan nə vaxt imkanı olsa, həmin orucların qəzasını tutmalıdır. c) Üzrsüz olaraq qəzanı yerinə yetirməyibsə: ✅ Ehtiya
  • Əhkam

    25 февр., 18:31

  • Əhkam

    25 февр., 08:31

    📚 Baş və sinə seliyini udmaq 💠 Sual: Oruc halında baş və sinədən gələn selik ağız boşluğuna daxil olarsa, onu udmağın hökmü nədir? ✅ Cavab: Orucu batil etmir. Lakin ehtiyat baxımından çəkinmək daha münasibdir.Ayətullah Seyyid Əli Xamenei (h)https://t.me/ehkam_313https://chat.whatsapp.com/FOMBXIzM1qLKh8qUaO7ogM?mode=wwt
  • Əhkam

    24 февр., 12:31изменён

    Ayətullah Xamenei:Sual: Mən siqaretə aludəyəm və mübarək Ramazan ayında nə qədər çalışsam da əsəbi olmamağı bacarmıram. Bu da ailə üzvlərimin çox narahat olmasına səbəb olur. Özüm də bu çətin vəziyyətdən əziyyət çəkirəm. Mənim vəzifəm nədir? Cavab: Ramazan ayının orucu sizə vacibdir. Vacib ehtiyata əsasən, oruclu halda siqaret çəkmək caiz deyil. Həmçinin səbəbsiz olaraq başqalarına qarşı sərt davranmaq olmaz. Sual: Siqaretə aludə olan və gün ərzində mütləq bir neçə siqaret çəkməli olan şəxs oruc tuta bilərmi və onun orucu düzgündürmü? Cavab: Vacib ehtiyata əsasən, oruc tutan şəxs bütün növ tütün məmulatlarının tüstüsündən çəkinməlidir. Zərurət halında belə, orucun vacibliyi qüvvədən düşmür. Sual: Oruclu halda siqaret kimi tütün məmulatlarından istifadə etməyin hökmü nədir? Cavab: Vacib ehtiyata əsasən, oruc tutan şəxs bütün növ tütün tüstülərindən, eləcə də burun və ya dilaltı yolla
  • Əhkam

    24 февр., 11:31

    📚 Nikotin plastırından istifadə 💠 Sual: Oruc halında dəriyə yapışdırılan nikotin plastırından (pad) istifadə etməyin hökmü nədir? ✅ Cavab: İcazəlidir.Ayətullahül-üzma Seyyid Əli Xameneihttps://t.me/ehkam_313https://chat.whatsapp.com/FOMBXIzM1qLKh8qUaO7ogM?mode=wwt
  • Əhkam

    20 февр., 20:10

    Bu fətva Ağanın (h) yeni fətvasıdır.
  • Əhkam

    18 февр., 08:43

    ‎. tərəfindən sənəd
Скачать ряд в CSV
Бот обратной связи для своего канала — бесплатно

Подписчики пишут боту, вы отвечаете реплаем, ваш аккаунт скрыт. Создаётся в одно касание.

Как это работает →
Создать бота