gram news
Аватар канала hicab202

hicab202

@hicab202

ПроектыAZ

712подписчиков

Открыть канал

Последние посты

  • hicab202

    19 сент., 03:31

    Ya Sahibəz-Zaman, ya Mövla…Bu yorğun dünyanın içində bəzən insanın söykənməyə bir çiyni, dərdini deyə biləcəyi bir ünvanı qalmır. Mənim isə ümidim Sənədir.Ağa, qəlbimdə gizlətdiyim hər şeyi Sən bilirsən. Səsimi eşit, halımı gör, əlimdən tut. Bu zülmət yollarında məni özümə buraxma. Günahların, dərdlərin və ümidsizliyin içində yolumu nurunla aydınlat.Ya Sahibəz-Zaman, mən Səni görməsəm də, bilirəm ki, Sən məni görürsən. Mən Sənə çata bilməsəm də, qəlbim Sənə sığınır.Ağa, bu bəndənin əlindən tut… Mənə Səndən başqa pənah lazım deyil.
  • hicab202

    18 сент., 04:01

    Əs-səlamu əleykə Ya Sahibəz-Zaman, ya Mövla🌹✋Bu cümə səhəri yenə Sənə üz tuturam. Bu dünyanın yorğunluğundan, zülmətindən və insanın qəlbini ağırlaşdıran dərdlərindən Sənə pənah gətirirəm. Bilirəm ki, görünməsən də varsən, səsimizi eşidirsən və bizi unutmursan.Ya İmam Zaman, əlimizdən tut, qəlbimizi Sənə bağlı saxla, yolumuzu haqqın nuru ilə işıqlandır. Günahların çoxaldığı bu zamanda bizi özümüzə buraxma. Bizə elə bir səbir ver ki, haqq yolundan dönməyək və elə bir qəlb ver ki, zühurunu gözləyənlərdən olaq.İlahi, bu mübarək cüməni İmamımızın zühuruna bir addım daha yaxın olduğumuz günlərdən et. 🤲Cüməniz mübarək olsun. Ya Sahibəz-Zaman, bizi öz həqiqi gözləyənlərindən qərar ver. 🌹
  • hicab202

    17 сент., 03:31

    Əs-səlmu əleykə ya Mövla ya Sahibəz-Zəman (ə.f)🌹✋
  • hicab202

    16 сент., 03:40

    Əs -səlamu əleykə ya Mövla ya Sahibəz-Zəman (ə.f)🌹✋Ya Sahibəz-Zəman, ya Mövla (ə.f) Ağa, hər kəsdən, hər şeydən yorulmuşam. İnsanların sözündən, haqsızlıqlardan, bu dünyanın ağırlığından yorulmuşam. Elə bir yerə gəlib çatmışam ki, artıq heç kimə sığınmaq istəmirəm. Sənə sığınıram, Ağa Səni görməsəm də, varlığına inanıram. Səsimi eşitdiyini, halımı bildiyini bilirəm. Ya İmam Zaman (ə.f), əlimdən tut. Mənə bu qaranlıqda yol göstər. Ürəyimdə qalan son ümidi də itirməyə qoyma. Mən yorulmuşam, amma Səndən ümidimi kəsməmişəm.Mənə yetər ki, Sən mənimlə olasan, ya Mövla (ə.f)
  • hicab202

    15 сент., 03:59

    Salam sənə, ey Sahibəz-Zaman, ey Əbu Saleh! 🤲🏻💔Ya Mövla, bu dünyada çox qapılar var, amma mənim ürəyimin sığındığı tək bir qapı var sənin qapın. Bilirəm, məni görürsən, səsimi eşidirsən, susduğum yerdə belə içimdən keçənləri bilirsən.Məni özümə buraxma, ya İbnəl-Həsən. Əlimdən tut, qəlbimi öz yolunda sabit et. Mən sənin gələcəyin günə yox, sənin razı qalacağın bir bəndə olmağa hazırlaşmaq istəyirəm.Salam olsun sənə, ey Allahın yer üzündəki höccəti Salam olsun sənə, ey qəlbimizin ümidi… 🥀
  • hicab202

    13 сент., 05:58

    Bismilləhir-Rahmənir-Rahim .AZƏRBAYCAN HAKİMİYYƏTİNƏ AÇIQ BƏYANATBu gün Azərbaycanda məktəb zəngi çalır. Uşaqlar çantalarını götürüb məktəbə gedirlər. Amma Hacı Taleh Bağırzadənin övladlarının yolu məktəbə deyil, məhkəmə qapılarına yönəlir.Sizə sualımız var:Hacı Taleh Bağırzadə ilə bağlı mövqeyinizdən onun uşaqlarının nə günahı var?Uşaqlar atasının əqidəsinə, fikirlərinə və fəaliyyətinə görə məsuliyyət daşımamalıdır. Onların əllərində məktəb çantası olmalıdır, məhkəmə sənədi yox.Qurani-Kərim xəbərdarlıq edir:«وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ»“Bir qövmə olan düşmənçiliyiniz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır.” (Maidə, 5:8)İmam Əli (ə) buyurur:
  • hicab202

    13 сент., 05:58

  • hicab202

    13 сент., 05:56

    Ya Sahibəz-Zaman, ya Mövla (ə.f)Bu dünyanın zülmətləri içində, insanların haqqı ilə batilin arasında qaldığı bu ağır zamanda Sənə sığınıram.Mövla can biz Səni görmürük, amma bilirik ki, Sən bizi görürsən. Səsimizi eşidirsən, dərdimizi bilirsən, qəlbimizdə gizlətdiyimizi belə bilirsən.Əlimizdən tut, bizi özümüzə buraxma. Günahlarımız bizi Səndən uzaq salmasın, qəlbimizin yorğunluğu bizi yolumuzdan döndərməsin.Ya İmam Zaman, bu təlatümlü dünyanın içində bizə bir yol göstər… Qəlbimizi nurunla oyat, addımlarımızı haqq üzərində sabit et.Ağa can, biz Səni gözləyirik. Sən də bizi öz həqiqi gözləyənlərindən qərar ver.
  • hicab202

    12 сент., 07:12

    “Ya Sahibəz-Zəman! Səndən başqa heç bir pənahım olmadığını bilirəm. Bilirəm ki, sən varsan və səsimi eşidirsən. Səni necə çağırmalı olduğumu bilmirəm. Səni ananın canına and verirəm. ‘Əl-vədə vəfa’ — mən gəlmişəm ki, bir daha geri dönməyim, ya Sahibəz-Zəman!”
    73видео21Открыть в Telegram
  • hicab202

    11 сент., 04:09

    İmam Zamanı (ə.c.) yad etmək onu göstərir ki, Günəş mütləq doğacaq, gündüz gələcək. Bəli, zülmət var, dünyada zalımlar və qaranlıq yaradanlar var və əsrlər boyu da olublar. Amma bu qara və zülmətli gecənin sonu, şübhəsiz ki, Günəşin doğuşudur.Ayətullah Seyyid Əli Xamnei (r.ə).Cüməniz mübarək olsun 🌹✋
    86видео41Открыть в Telegram
  • hicab202

    28 авг., 04:06

    “İlahi! Sənin vəlinə və itaətlərini vacib etdiyin, haqlarını vacib buyurduğun, onlardan hər cür çirkinliyi uzaqlaşdırdığın və onları tamamilə pak etdiyin Öz vəlilərinin oğluna salavat göndər.İlahi! Ona yardım et və onun vasitəsilə Öz dininə qələbə qazandır.İlahi! Onun vasitəsilə Öz dostlarına, onun dostlarına, şiələrinə və yardımçılarına yardım et və bizi də onlardan qərar ver.”İmam Zamanın (ə.f) xas salavatı. Cümə günüdür səmimi qəlblə bu salvati oxuyaq Ağanın (ə.f) zühuru tezləşsin.Cüməniz mübarək olsun olsun Allah bizləri həqiqi Müntəzirlərdən qərar versin.
  • hicab202

    21 авг., 03:45

    Ya İmam Zaman (ə.f.). Bu gün əziz atan, İmam Həsən Əsgərinin (ə) şəhadətinin hüznünü Səninlə bölüşürük. Bu ağır gündə Sənə başsağlığı verməyə dilimiz belə acizdir.Başın sağ olsun, ey atası şəhid olan Sahibimiz… 🖤 Biz Sənin dərdinə şərik olmaq, qəlbindəki həsrətə bir damla da olsa məlhəm olmaq istəyirik.Ey Bəqiyyətəllah! Bizləri atanın yolundan ayrılmayan, Sənin zühurunu həqiqətən gözləyən və Səni sevindirən bəndələrdən qərar ver.
    258видео1Открыть в Telegram
  • hicab202

    20 авг., 04:21

    Ya İmam Zaman (ə.f), salam olsun sənə, ey bizim Sahibimiz və Mövlamız. Bu dünyanın çətinlikləri içində bizləri unutma. Bizim üçün dua et, bizə nəzər sal və bizi öz mərhəmətindən məhrum etmə. Sənə ümidliyik, ey mənim Ağam.
  • hicab202

    16 авг., 03:21

    Bismillahir-Rahmənir-Rahim. Əziz şiələr!Biz sahibsiz deyilik. Bizim Sahibimiz var, bizim İmamımız var, bizim mənəvi atamız var. O, bizi unutmayan, dərdimizdən xəbərdar olan, bizə özümüzdən daha çox mərhəmət edən İmam Mehdidir (ə.f).Gəlin Əhli-Beytdən (ə) uzaq düşməyək. Onların sözünü həyatımıza rəhbər edək, yolunu yolumuz bilək. Xüsusilə İmam Zamanı (ə.f) yalnız adla tanımayaq; onu düşünək, onun razılığını axtaraq, onun üçün yaşamağa çalışaq.Sən İmamını nə qədər düşünürsənsə, bil ki, o da səni düşünür. Sən onun dərdini çəkirsənsə, o da sənin dərdindən xəbərsiz deyil.Bizim işimiz ona yaxınlaşmaqdır. Çünki insan öz atasına sığındığı kimi, mömin də öz İmamına sığınar. İmam Zaman (ə.f) mehriban atadır; bizdən istənən isə bu mənəvi atadan uzaq düşməmək, onun sözünə itaət etmək və onun zühuruna layiq bir bəndə olmağa çalışmaqdır.Ya İmam Zaman! Biz səni unutmaq istəmirik. Sən də bizi
  • hicab202

    14 авг., 18:53

    переслано из @huseyniyyun_az

    ✊ İmam Həsən (ə) böyük şiə təşkilatını yaratdı.Həzrət Şəhid İmam Xamenei:İmam Həsən (ə) müharibənin dayandırılması hadisəsindən sonra təşkilatlanma və sistemləşdirmə işinə başladı. Bu, o vaxta qədər olunmamış, həm də buna zərurət və imkan olmamış bir iş idi; o, böyük bir şiə təşkilatını meydana gətirdi. Bu, elə bir təşkilat idi ki, siz onun izlərini İmam Hüseynin (ə) dövründə və şəhadətindən sonra Kufədə, Mədinədə, Yəməndə, Xorasanda, hətta ən uzaq bölgələrdə belə görə bilərsiniz. Məhz bu təşkilatlanma Təvvabin (tövbəkarlar) hərəkatını və Muxtarın qiyamını ortaya çıxardı, İslam dünyasında saysız-hesabsız hadisələrə yol açdı və sonadək Bəni-Ümeyyə (Əməvi) xəlifələrinin rahat nəfəs almasına imkan vermədi. Bu, İmam Hüseynin (ə) dövründə də mövcud olan bir təşkilat idi. İmam Hüseyn (ə) şəhid olarkən bilirdi ki, özündən sonra elə bir təşkilat qoyub gedir ki, onlar bu bayrağı uca tutacaq,
  • hicab202

    10 авг., 08:57

    переслано из @qeribimam

    Bismillahir-Rahmənir-Rahim.BİRİNCİ HƏQİQƏT: Azərbaycanda bir sıra ruhanilər Qurandan, Əhli-beytdən və xüsusilə İmam Hüseynin (ə) haqq, ədalət və zülmə qarşı mübarizə məktəbindən danışdıqları üçün şərlənərək həbs edilirlər. Başqa ruhanilərə isə eyni Qurandan, eyni Əhli-beytdən, eyni İmam Hüseyndən danışmaq üçün məscidlər, minbərlər və geniş meydan verilir.İKİNCİ HƏQİQƏT: Əgər problem din deyilsə, Quran deyilsə, Əhli-beyt və İmam Hüseyn deyilsə, onda fərq haradadır?Fərq danışılan adlarda deyil, çatdırılan mahiyyətdədirsə, deməli, çox ciddi bir sual ortaya çıxır:Görəsən, hansı İmam Hüseyn qəbul edilir, hansı İmam Hüseynin məktəbindən qorxulur?Çünki İmam Hüseynin adını çəkmək asandır. Amma onun haqqını demək, ədaləti tələb etmək və zülm qarşısında susmamaq tamam başqa məsələdir.NƏTİCƏ: Əgər bir cəmiyyətdə İmam Hüseynin adı sərbəst şəkildə çəkilir, amma İmam Hüseynin məktəbinin
  • hicab202

    9 авг., 13:21

    переслано из @mbh_avropanumayendeliyi

    MBH Avropa nümayəndəliyi fəaliyyətə başladıMüsəlman Birliyi Hərəkatı (MBH) fəaliyyət imkanlarını genişləndirərək bundan sonra Avropada da fəaliyyət göstərəcək.Beynəlxalq aləmlə geniş əlaqələrin qurulması, baş verən hadisələrə çevik reaksiya verilməsi, ictimai-siyasi vəziyyətin izlənilməsi, eyni zamanda Azərbaycanda baş verən hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması, müəyyən məsələlərin Avropada diqqətə çatdırılması, xaricdə yaşayan azərbaycanlılarla koordinasiyalı münasibətlərin qurulması, Avropada yaşayan vətəndaşlarımıza dəstək göstərilməsi və digər bu kimi istiqamətlər hərəkatın gələcək fəaliyyət planları sırasındadır.Hərəkatın Avropa nümayəndəliyi MBH sədri Tale Bağırzadənin qərarı əsasında fəaliyyətə başlayır. Nümayəndəlik Avropada bütün rəsmi və hüquqi sənədləşmə işlərini həyata keçirərək hüquq müstəvisində fəaliyyət göstərməyi qarşısına məqsəd qoyur.Sədr MBH
  • hicab202

    9 авг., 13:19

    переслано из @m_b_h_elm_ve_tedris_shobesi

    ❗️Tale Bağırzadə 12 saylı cəzaçəkmə müəsisəsinə köçürülübİlahiyyatçı Tale Bağırzadə avqustun 8-də saxlanıldığı Umbakı ciddi qapalı müəsisəsindən 12 saylı cəzaçəkmə müəsisəsinə köçürülüb.Bu barədə MBH sədri özü məlumat verib. “Ötən gün köçürülmə oldu. Bir gün karantində qaldım. Bu gün səhərdən (9 avqust) açıq zona buraxılmışam. Hər şey yaxşıdır.”Xatırladaq ki, Tale Bağırzadə 2025-ci il iyulun 18-də Qaradağ rayon Məhkəmənin qərarı ilə 1 il müddətinə ciddi qapalı rejimli müəsisəyə köçürülmüşdü. Bu 1 illik Umbakı həbsxanasında olduğu müddətdə ilahiyyatçı təkadamlı otaqda cəza müddətini yaşamışdı.Avqustun 8-də T. Bağırzadə cəza müddətini başa vuraraq Umbakıdan 12 saylı cəzaçəkmə müəsisəsinə geri qaytarılıb.
  • hicab202

    9 авг., 08:04изменён

    KİÇİK HÖKM: Əgər bu, həqiqətən müsəlman birliyi ittifaqıdırsa, İran, Fələstin və Yəmən niyə bu ittifaqda yoxdur?BÖYÜK HÖKM: Müsəlman birliyi müsəlmanların bir hissəsini kənarda qoyaraq qurula bilməz.NƏTİCƏ: Deməli, ya bu, müsəlman birliyi deyil, ya da “müsəlman birliyi” adı altında müəyyən müsəlmanlara qarşı ittifaqdır.Elə isə sual budur: Bu ittifaq kimə qarşıdır?Mənim cavabım budur Trampın göstərişi ilə üç müsəlman ölkəsinin İrana, Yəmənə və Fələstinə qarşı ittifaqıdır. Başqa nəticəyə gələ bilmədim. İndi siz Ərdoğanın həqiqi sifətini görün müsəlman, xüsusanda şiə qanına susamış bir vampirdir.
  • hicab202

    8 авг., 07:05

    Görün, əksəriyyəti şiə olan bu xalqa kimlər din təbliğ edir?! Azərbaycanda insanlara edilən zülmlər, milli-mənəvi və dini dəyərlərin məhv edilməsini ört-basdır etmək üçün, Kərbəla adı ilə təşkil olunan belə turlar ön plana çıxarılır.Kufədən İmam Hüseyni qətlə yetirmək üçün Kərbəlaya gedənlərin sayı minlərlə idi. Onları həmin mövqeyə gətirən də məhz belə təbliğatlara kor-koranə uymaq, haqqı batildən ayıra bilməmək idi. Bu gün də İmam Hüseyn var, bu gün də Yezid var! Sadəcə meydan və zaman dəyişib.Ey əziz xalq! Milli-mənəvi və dini dəyərlərinizi kimlərdən öyrəndiyinizə diqqət edin. Kərbəla turistik səfər, İmam Hüseyn isə sosial şəbəkə görüntüsü deyil! Hüseynin məktəbi zülmə susmamaq, haqqı müdafiə etmək və mənəviyyatı qorumaqdır.Əgər zülmün qarşısında susub, sonra Kərbəla və İmam Hüseyndən danışırıqsa, özümüzə sual verməliyik: biz həqiqətən Hüseynin tərəfindəyik, yoxsa Kərbəlanı
Скачать ряд в CSV
Бот обратной связи для своего канала — бесплатно

Подписчики пишут боту, вы отвечаете реплаем, ваш аккаунт скрыт. Создаётся в одно касание.

Как это работает →
Создать бота