gram news
Аватар канала Hidden Ganja

Hidden Ganja

@hiddenganja

Gəncənin bilinməyən tarixindən...

ПроектыAZ

203подписчиков

Открыть канал

Последние посты

  • Hidden Ganja

    20 сент., 14:56изменён

    Sən demə Xl-Xl əsrlərdə Gəncədə "Nizamiyyə" tipli mədrəsə olubmuş.Bu mədrəsənin əsasını dövrün məşhur Səlcuq dövlətinin vəziri olan Nizam əl-Mülk qoyulmuşdur.Ətraflı linkdə: https://ilkin-m-zade.livejournal.com/4622.html
  • Hidden Ganja

    19 сент., 15:43

    Gürcüstanın Gelati monastırında saxlanılan Qədim Gəncə qapılarının 1830-cu illərdə akvarel sulu boya ilə çəkilmiş rəsmi.Rəsm əsəri “İmeretidə qədim Qafqaz qapılarının qalıqları” adlanır və rəssam Q.Q.Çernetsov tərəfindən çəkilmişdir.#hiddenganja
  • Hidden Ganja

    8 сент., 06:06изменён

    1936 cı ildə Gəncədən İspaniyaya uzanan həmrəylikDaha ətraflı oxumaq üçün linkə keçid edin. https://ilkin-m-zade.livejournal.com/4502.html
  • Hidden Ganja

    22 авг., 17:12изменён

    Əsl adı Mahmud Nizamәddin olan şair Əbülüla Gəncəvi təqribən 1096-cı ildə Gəncə şəhərində dünyaya gəlib.İlk təhsilini Gəncədə alaraq burada bir sıra elmləri və ərəb fars dillərini öyrənir. Şirvanşahların dəvəti ilə təqribən 1140-cı ildə Şamaxıya köçür.Şairin əsərlərində poeziya, astronomiya, fəlsəfə, tibb və s. sahələrdə biliklərə sahib olduğu məlumdur.Əbülüla Şirvanşahlar sarayında tezliklə yüksək nüfuz qazanaraq “məlik-üş-şüəra” rütbәsinә qәdәr yüksәlir.Şair Şirvan poeziya məktəbinin əsasını qoyur və bir müddət Şirvanşahlar sarayında şairlər məclisinə başçılıq edib.Xaqani və Fələki Şirvani kimi şairlərin müəllimi olub. Rəvayətə görə, Əbülüla qızını Fələkiyə vermək istəyib, lakin Xaqani sarayda şöhrət qazanandan sonra qızını onunla evləndirir.Əbülüla XII əsrin 50-60-cı illәrindә saray çəkişmələrinin içinə düşür və hətta bu zaman Xəqani Şirvani ilə də aralarında ziddiyyәt
  • Hidden Ganja

    22 авг., 17:12

  • Hidden Ganja

    15 авг., 16:25

    Bu gün Azərbaycan dövlət və ictimai-siyasi xadimi, diplomat, hüquqşünas və hərbçi, Azərbaycan milli istiqlal hərəkatının görkəmli nümayəndəsi “İsmayıl xan Əbülfət xan oğlu Ziyadxanov”un anadan olmasının 159-cu ildönümüdür.
  • Hidden Ganja

    15 авг., 16:24

    Bu gün Azərbaycan dövlət və ictimai-siyasi xadimi, diplomat, hüquqşünas və hərbçi, Azərbaycan milli istiqlal hərəkatının görkəmli nümayəndəsi “İsmayıl xan Əbülfət xan oğlu Ziyadxanov”un anadan olmasının 159-cu ildönümüdür.
  • Hidden Ganja

    4 авг., 18:11

    переслано из @gence_sheher_icra_hakimiyyeti

    Gəncədə “Nizaminin evi” kimi tanınan kinopavilyon Bakı Abadlıq Xidməti tərəfindən bərpa olunduqdan sonra burada "Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” filminin çəkilişləri baş tutub
    170видео11Открыть в Telegram
  • Hidden Ganja

    1 авг., 12:37

    Allah xalq şairimiz Nərman Həsənzadəyə rəhmət eləsin
  • Hidden Ganja

    30 июл., 10:28

    30 iyul 1918 — Gəncə öz adını geri aldıBu gün Azərbaycan tarixinin mühüm günlərindən biridir. 30 iyul 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə şəhərin tarixi adı – Gəncə rəsmi olaraq bərpa edildi.Bununla da 1804-cü ildə Rusiya imperiyasının şəhərə verdiyi Yelizavetpol adı ləğv olundu.1804-cü ildə Gəncə qalasının işğalından sonra çar hakimiyyəti təkcə şəhəri deyil, onun adını da dəyişdirməyə çalışdı. Hətta mənbələrdə qeyd olunur ki, "Gəncə" adını işlədənlər cərimələnirdi. Lakin şəhər sakinləri öz doğma adlarından imtina etmədilər. Həmin zaman Gəmcədə olan rus hərbiçilərinin yazdıqlarına görə, rus zabiti "Yelizavetpol" deməyi tələb etdikdə, hər bir gəncəli cərimə olaraq bir gümüş abbası onun üzünə ataraq: "Bura Gəncədir!" cavabını vermişdi.Bu hadisə sadəcə bir rəvayət deyil, Gəncəlilərin öz tarixi kimliyinə və şəhərinin adına bağlılığının rəmzidir.30 iyul 1918-ci
  • Hidden Ganja

    20 июл., 05:44

    переслано из @gence_sheher_icra_hakimiyyeti

    “Anewz” televiziya kanalı “The aviators of Ganja | AnewZ investigative documentary” adlı sənədli film təqdim edibhttps://www.youtube.com/watch?v=d7vloI4zaBQ
    YouTubeLos aviadores de Ganja | AnewZ investigative documentary | in SpanishCómo cientos de españoles se convirtieron en aviadores en Ganja (Azerbaiyán)? Cientos de españoles viajaron desde su país hasta Azerbaiyán en la década de 1930 para unirse a un programa secreto. Se convirtieron en pilotos en condiciones extremas. Muchos…
  • Hidden Ganja

    25 июн., 05:22

    Gəncədə Aşura mərasimi1903-cü ilin martında Gəncədə keçirilmiş "Aşura" mərasimi dövrün mətbuatında belə təsvir edilmişdi:.Qəzet yazırdı ki, "şəhərdə şiə icması tərəfindən İmam Hüseynin Kərbəla faciəsini anmaq üçün mərasimlər keçirilirdi. Məqalədə xüsusilə “Şah Hüseyn — Vah Hüseyn” nidaları ilə keçirilən matəm yürüşlərindən bəhs olunur. Məlumata görə, iştirakçılar məscidlərin ətrafında toplanır, qara bayraqlarla yürüş edirdilər. Bəzi mərasimlərdə zəncirlə döyünmə və digər özünə əziyyət vermə formaları da müşahidə olunurdu. Həmin gün Gəncədə İranın vitse-konsulu Mirzə Məmməd-Əli xanın evində böyük “təziyə” mərasimi təşkil edilmişdi. Təxminən 600–700 nəfər insan qara bayraqlarla və mərsiyəxanların müşayiəti ilə konsulluğun həyətinə gəlmişdi. Mərasim zamanı mərsiyələr oxunmuş, daha sonra iştirakçılara şərbət və qəlyan təqdim edilmişdi"#hiddenganja
  • Hidden Ganja

    9 июн., 17:54

    1895-ci ildə Gəncədə müsəlman teatr gecəsiGəncədə keçirilən müsəlman gecəsi şəhərin mədəni həyatında diqqətçəkən hadisələrdən biri olmuşdu.Tədbirin məqsədi yerli gimnaziyanın maddi imkanı zəif olan şagirdlərinə yardım toplamaq idi.Həmin gecəni AXC qurucuları İsmayıl xan Ziyadxanov, Xəlil bəy Xasməmmədov və başqaları təşkil etmişdilər.Onlar Gəncədə ilk dəfə M.F.Axundovun “Mərdi-Xəsis” (Hacı Qara) əsərini tamaşaya qoymaqla şəhərdə tearın əsasını qoyanlardan olublar.Tamaşadan sonra musiqi və rəqslər təşkil olunmuş, gecə səhər saatlarına qədər davam etmişdi.
  • Hidden Ganja

    5 июн., 11:05

    Sonunda illərdir axtardığım Gəncənin 1872 ci ildə tərtib edilmiş baş planını sonunda tapdım. Tapdım deyəndə ki, yani rusiya onlayn arxivlərinə yeni əlavə edilib.Gəncənin bu günkü quruluşu bu plana əsasən qurulub.Bu baş planın əsas özəlliyi isə onu tərtib edənlərin şəhərin tarixi mənədi irsini nəzərə almamalarıdır.Belə ki, baş planı o dövrdə quberniyanın baş memarı polyak əsiıli İqnatiy Krjiştaloviç tərtib edib.Baş plana əsasən Gəncənin qala divarları və daxili tikililəri bir sözlə Gəncənin tarixi İçərişəhəri daöıdılaraq yerində "evropeyskiy kvartal" tikilir.Dağıntılar arasında Gəncə xan sarayı, xan məscidi, xan hamamı, karvansara, zərbxana, həbsxana, qala divarları və bürcləri daxil idi.Hansı ruslar bu memarlıq abidələrinin kərpiclərindən bu gün də mövcud olan yeni binaların və o cümlədən Aleksandr Nevski adına rus pravoslav kilsəsinin inşaasında istifadə ediblər.#hiddengan
  • Hidden Ganja

    28 мая, 08:02

    переслано из @sakit_redaktor

    🇦🇿 Azərbaycan tarixində onlarla dövlət olub: Albaniya, Şirvanşahlar, xanlıqlar və s. Biri əsrlərlə, biri on illərlə yaşayıb. Amma maraqlıdır ki, tariximizdə cəmi 23 ay yaşamış dövlətə qarşı xüsusi hörmət, xüsusi sevgi var...🇦🇿 Azərbaycan Xalq Cümhuriyyəti bu sevgini niyə qazanıb? Onlarla səbəb göstərmək mümkündür. Səbəblərdən birini deyim: Həmin dövləti quranların əksəriyyətinin niyyəti elə səmimi, elə içdən idi ki, bunu indiyə kimi hiss edirik.🇦🇿 Atasından pul istəyən Nəsib bəyi, ömrü boyu bir pencəkdə gəzən Xudadat bəyi, ağır mühacirət illərində amalından dönməmiş Əlimərdan bəyi olub həmin dövlətin. Vətəndən ayrı düşsə də, həyatının sonuna kimi müstəqillik uğrunda mübarizə aparan lideri — Məhəmməd Əmin Rəsulzadəsi olub həmin cümhuriyyətin.🇦🇿 Azərbaycan Respublikası məhz belə təməllər üzərində qurulub. Və buna görə də biz Azərbaycan Xalq Cümhuriyyəti ilə fəxr edir, həmin
  • Hidden Ganja

    25 мая, 04:56

    Bu gün 1920-ci il Gəncə üsyanının 106-cı ildönümüdür.Bolşevik işğalına qarşı qalxan Gəncə, Azərbaycan istiqlalı uğrunda mübarizənin ən şərəfli səhifələrindən birini yazdı. Şəhər əhalisi, hərbçilər və könüllülər son ana qədər müqavimət göstərdilər. Üsyan qan içində boğulsa da, Gəncə xalqının azadlıq ruhu tarixə həkk olundu.Gəncə üsyanı zamanı şəhid olan bütün azərbaycanlılara Allah rəhmət eləsin.#HiddenGanja #Gəncə #GəncəÜsyanı #1920 #AzərbaycanTarixi
  • Hidden Ganja

    22 мая, 10:14

    Sən demə Qədim Gəncə xarabalığı yaxınlığında "İlan piri" adlı ziyarətgah da varmış.Bu pir “Comərd Qəssab” türbəsindən cənubda, təxminən yarım kilometr məsafədə, Gəncəçay çayının sağ sahilində, onun məcrasına yaxın ərazidə əsrlik bir çinar ağacının yanında imiş.Yerli əhali onu “İlan oğlunun çinarı” adlandırırdı. Onun yaxınlığında XX əsrin əvvəllərinə qədər köhnə, kiçik bir otaqda “İlan piri” adlı ziyarətgah mövcud idi.Ora ilan vurmuş adamları “müalicə” üçün gətirirdilər.#hiddenganja
  • Hidden Ganja

    17 мая, 18:10

    Gəncə Aleksandr Nevski rus pravoslav kilsəsində bu tip lövhələr adətən kilsələrin divarlarında və ya içərisində xatirə-memorial məqsədilə yerləşdirilirdi.Çox güman ki, həmin şəxslər kilsə ilə bağlı olub, yaxud kilsənin həyətində/daxilində dəfn edilib, ya da ailəsi onun xatirəsinə bu lövhəni qoydurub.Aleksandr Nevski kilsəsi dövründə rus pravoslav icmasının əsas məbədlərindən biri olduğuna görə belə memorial lövhələrin olması normaldır. Divarın aşağı hissəsində yerləşməsi isə ehtimal edir ki, bu yer əvvəllər qəbir və ya daxili dəfn sahəsi ilə əlaqəli olub.#hiddenganja
  • Hidden Ganja

    11 мая, 08:55

    Tarixi xəritələr üzərində hazırladığım Gəncə xanlığının inzibati xəritəsi#hiddenganja
  • Hidden Ganja

    7 мая, 13:48

    Sən demə Kəpəz dağında İosif Stalinin büstü var imiş. Deyirəm yaxşı ki, o dövrdə Kəpəzin adını dəyişib Stalinaz dağı qoymayıblar.
Скачать ряд в CSV
Бот обратной связи для своего канала — бесплатно

Подписчики пишут боту, вы отвечаете реплаем, ваш аккаунт скрыт. Создаётся в одно касание.

Как это работает →
Создать бота