gram news
Аватар канала Insanoid

Insanoid

@insanoidcom

Bizimlə əlaqə: https://t.me/insanoidxeber Sayt: insanoid.com Instagram: www.instagram.com/_insanoid_ Facebook: www.facebook.com/insanoidcom Tiktok: https://www.tiktok.com/@insanoid.com YouTube: https://www.youtube.com/@insanoidcom

ПроектыAZНовостиПодтверждён Telegram

20,500подписчиков

Открыть канал

Последние посты

  • Insanoid

    23 сент., 12:25

    "AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənibPrezident İlham Əliyev "AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında 22 fevral 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.Bununla bağlı dövlət başçısı yeni Sərəncam imzalayıb.Sərəncama əsasən, Şuraya daxil olan İnvestisiya layihələrinin və infrastrukturunun maliyyəsi şöbəsinin müdiri Mehman İsmayılov Maliyyə Nazirliyi Aparatının Maliyyə xidmətləri və dövlət müəssisələri üzrə siyasət şöbəsinin müdiri Gündüz Əliyevlə əvəzlənib.@insanoidcom
    Иллюстрация к посту канала InsanoidИллюстрация к посту канала Insanoid
  • Insanoid

    23 сент., 12:20

    "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilibPrezident İlham Əliyev 7 noyabr 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısında dəyişiklik edib.Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC siyahıya əlavə edilib. Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.@insanoidcom
    Иллюстрация к посту канала InsanoidИллюстрация к посту канала Insanoid
  • Insanoid

    23 сент., 12:15

    🌳“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildiBakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” MMC yaradılıb.Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Sənədin mətni Nazirlər Kabinetinin rəsmi internet saytında dərc olunub.Qərara əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi yolu ilə yenidən təşkil edilir.Cəmiyyətin işçilərinin say həddi 230 ştat vahidi müəyyən edilib.@insanoidcom
    872211Открыть в Telegram
  • Insanoid

    23 сент., 12:05

    🌧Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQSentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.@insanoidcom
    Иллюстрация к посту канала InsanoidИллюстрация к посту канала Insanoid
    123111Открыть в Telegram
  • Insanoid

    23 сент., 11:55изменён

    Əfv sərəncamı Naxçıvanda icra olunub, 2 Türkiyə vətəndaşı azadlığa buraxılıbPrezident İlham Əliyevin bu gün imzaladığı əfv Sərəncamı Naxçıvanda icra olunub.Əfv olunan şəxslər arasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən iki əcnəbi də var.Belə ki, Türkiyə vətəndaşları Demir Mehmet və Özdemir Salih azadlığa buraxılıblar.@insanoidcom
    Иллюстрация к посту канала InsanoidИллюстрация к посту канала Insanoid
  • Insanoid

    23 сент., 11:45

    ⚡️❕🚚Baş verən dəhşətli qəzadan sonra Bakı-Sumqayıt yoluHazırda Bakı-Sumqayıt yolunda tıxac müşahidə olunur. Buna səbəb bu gün baş verən dəhşətli yol qəzasıdır.Xəbər verdiyimiz kimi, bu gün saat 12:05 radələrində Bakı-Quba avtomobil yolunun 13,5-ci kilometrliyində 01-CN-479 dövlət qeydiyyat nişanlı "Scania" markalı yük avtomobili ayırıcı sədlə toqquşduqdan sonra qarşı hərəkət zolağına çıxaraq 99-PK-293 dövlət qeydiyyat nişanlı "Ravon" markalı minik avtomobilinin üzərinə aşıb.İlkin məlumata görə, hadisə nəticəsində minik avtomobilində olan bir nəfər hadisə yerində həyatını itirib, digər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.@insanoidcom
    172видео111Открыть в Telegram
  • Insanoid

    23 сент., 11:35

    ❕🇮🇷İran İslam Respublikasının Ermənistanın Qafan şəhərindəki yeni baş konsulu, əslən İran azərbaycanlısı olan Davud Yayci fəaliyyətə başlayıbO, 2026-cı ilin sentyabrında bu vəzifəyə təyin olunub və 2022-ci ildən Qafanda baş konsul işləyən Mürtəza Abidin Vəramini əvəz edib. Bir müddət İranın Bakıdakı səfirliyində çalışan diplomat həm də XİN əməkdaşıdır. Onun elmi araşdırmalarından birinin mövzusu “Zəngəzur keçidinin sərhəd terminalı və sərhəd bazarı” olub.@insanoidcom
    189311Открыть в Telegram
  • Insanoid

    23 сент., 11:26изменён

    ❗️Fransaya casusluqda ittiham olunan Martin Ryan əfv edilib Bu, məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd olunub. Sərəncama əsasən, 1988-ci ildə anadan olmuş, Fransa Respublikasının vətəndaşı
    Иллюстрация к посту канала InsanoidИллюстрация к посту канала InsanoidИллюстрация к посту канала Insanoid
  • Insanoid

    22 сент., 20:01

    💡Yasamalın bu ərazilərində işıq olmayacaqSentyabrın 23-də Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Süleyman Dadaşov və Zahid Xəlilov küçələrində, Hüseyn Cavid prospektində, həmçinin Yeni Yasamal 2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.Təmir işləri başa çatdıqdan sonra ərazilərin elektrik enerjisi ilə təchizatı bərpa olunacaq.@insanoidcom
  • Insanoid

    22 сент., 19:44

    🇺🇦🇷🇺 Zelenski: “Rusiya enerji obyektlərimizə hücum etməsə, enerji sahəsində atəşkəsə hazırıq”Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla enerji obyektlərinə qarşı hücumların qarşılıqlı dayandırılması və müharibənin başa çatdırılması yollarını müzakirə etdiyini bildirib.Zelenskinin sözlərinə görə, Rusiya Ukraynanın enerji və su infrastrukturuna zərbələri dayandıracağı təqdirdə, Ukrayna da Rusiyanın neft emalı və digər enerji obyektlərinə hücumları dayandırmağa hazırdır.@insanoidcom
  • Insanoid

    22 сент., 19:31

    ❣️Azərbaycan cüdoçuları Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklərSentyabrın 25-26-da Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Xüsusi Olimpiya Açıq Cüdo Turniri keçiriləcək.Beynəlxalq yarışda Azərbaycan Cüdo Federasiyasının adaptiv cüdo qrupunun üzvləri Adilə Niftaliyeva, Sadiq Nəzirov və Yusif Nəsirli mübarizə aparacaqlar.Bu turnir hər üç idmançının ilk beynəlxalq yarış təcrübəsi olacaq. Qeyd edək ki, adaptiv cüdo xüsusi qayğıya ehtiyacı olan şəxslərin fərdi imkanları nəzərə alınmaqla cüdo ilə məşğul olmasına və idman vasitəsilə sosial inteqrasiyasına imkan yaradır.@insanoidcom
    Иллюстрация к посту канала InsanoidИллюстрация к посту канала Insanoid
  • Insanoid

    22 сент., 19:15

    ❗️Tramp: “ABŞ və İran arasında BMT Baş Assambleyası çərçivəsində üç saatlıq görüş keçirilib”@insanoidcom
  • Insanoid

    22 сент., 19:03

    ❣️Azərbaycanın veteran cüdoçuları dünya çempionatında daha iki qızıl medal qazanıblarBosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub.Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, M5 yaş kateqoriyasında Babək Hacıyev (60 kq) və Mövlud Mirəliyev (100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq dünya çempionu adını qazanıblar. Hər iki cüdoçumuz karyerasında dördüncü dəfə veteranlar arasında mundialın qızıl medalına sahib çıxıb.Daha əvvəl Məmmədəli Mehdiyev (100 kq) qızıl, Əbülfət İsmayılov (60 kq), Mahir Abbasov (81 kq), Coşqun Abdullayev (90 kq), Şıxrəcəb Şıxmuradov, Əhməd Məmmədov (hər ikisi 73 kq) və Anar Ağayev (90 kq) isə bürünc medala yiyələniblər.Beləliklə, Azərbaycan komandasının dünya çempionatında qazandığı
    Иллюстрация к посту канала InsanoidИллюстрация к посту канала Insanoid
  • Insanoid

    22 сент., 18:50изменён

    ‼️Zelenski Trampla görüşdüUkrayna Prezidenti Volodimir Zelenski Ukrayna nümayəndə heyəti ilə birlikdə ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Nyu-Yorka gəlib.Görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub. Görüş başlamazdan əvvəl tərəflər bir neçə açıqlama verib, daha sonra danışıqlar qapalı formatda davam etdirilib.“Ümid edirəm ki, bu müharibəni qışa qədər başa çatdıra biləcəyik və Tramp bu məsələdə kömək edəcək”, - Zelenski bildirib.Tramp isə Ukraynadakı müharibəyə son qoymaq üçün həll yolu axtardıqlarını deyib.@insanoidcom
    Иллюстрация к посту канала InsanoidИллюстрация к посту канала Insanoid
  • Insanoid

    22 сент., 18:40

    İlham Əliyev: “Ağdərə rayonunda artıq işlərə başlanılmışdır”Prezident İlham Əliyev sosial media hesablarında "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədəki çıxışından bir hissənin videosunu paylaşıb.Prezident bu videoda işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması məsələləri barədə danışıb."Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Ağdərə rayonunda artıq işlərə başlanılmışdır. Ümid edirəm ki, yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan, yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq", - dövlət başçısı bildirib.@insanoidcom
    172видео11Открыть в Telegram
  • Insanoid

    22 сент., 18:35

    ‼️İlham Əliyev: “Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır”Prezident İlham Əliyev sosial media hesablarında "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədəki çıxışından bir hissənin videosunu paylaşıb.Prezident bu videoda Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədini xatırladıb."Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır. Çünki "Daşkəsən" filiz yatağının istismarı və ona yaxın olan bölgələrdə digər layihələrin icra edilməsi, əlbəttə ki, məhz Qərb Sənaye Parkının yaradılmasını şərtləndirdi. Burada, ilk növbədə, tezliklə infrastruktur yaradılmalıdır və bu məqsədlə büdcədə lazımi vəsait nəzərdə tutulmalıdır. Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır",
    168видео11Открыть в Telegram
  • Insanoid

    22 сент., 18:30

    ‼️Prezident İlham Əliyev sosial media hesablarında "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədəki çıxışından bir hissənin videosunu paylaşıb.Prezident bu videoda işğal dövründə Ermənistanın Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondunu məhv etməsindən bəhs edib."Təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi.Hamının yaxşı xatirindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar. Görünür, onlar
    181видео111Открыть в Telegram
  • Insanoid

    22 сент., 18:25

    İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılıb - YENİLƏNİB İran aviaşirkətləri tərəfindən Azərbaycana həyata keçirilən uçuşlar müvəqqəti dayandırılıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən
  • Insanoid

    22 сент., 18:16

    ❗️Azərbaycan Bolqarıstana neft satışını 4.5 dəfədən çox artırıbBu ilin yanvar-avqust aylarında Azərbaycan Bolqarıstana 358 min 842,99 ton xam neft ixrac edib.Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 253 milyon 113,5 min ABŞ dolları təşkil edib. İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 8 ayı ilə müqayisədə 4,53 dəfə, dəyəri isə 5,25 dəfə çoxdur.Bolqarıstana tədarük edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 2,44 % olub.Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 9 milyard 281 milyon 893,55 min ABŞ dolları olan 14 milyon 677 min 951,6 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 33 milyard 238 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici
    Иллюстрация к посту канала InsanoidИллюстрация к посту канала Insanoid
    209111Открыть в Telegram
  • Insanoid

    22 сент., 18:03

    🚇“İçərişəhər”də yeni qatarların olmamasının səbəbi açıqlandıBakı metrosunda “28 May”dan “İçərişəhər” istiqamətinə yeni nəsil qatarların ardıcıl buraxılmamasının səbəbi açıqlanıb.Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.Onun sözlərinə görə, sözügedən istiqamətdə mövcud elektrik yarımstansiyalarının imkanları yeni nəsil qatarların yaratdığı enerji tələbatını tam ödəməyə imkan vermir.Bəxtiyar Məmmədov bildirib ki, yeni nəsil qatarların hərəkət sisteminin enerji tələbatı 170 kVt, köhnə nəsil qatarlarda isə maksimum 114 kVt təşkil edir. İki dəqiqəlik hərəkət intervalı da nəzərə alındıqda enerji tələbatı əhəmiyyətli dərəcədə artır.“Hazırda “28 May”dan “İçərişəhər” istiqamətində elektrik yarımstansiyaları köhnə nəsil olduğu və bu tələbatı ödəmədiyi üçün həmin istiqamətdə ardıcıl olaraq yeni nəsil qatarları buraxa bilmirik”, – deyə o
    249111Открыть в Telegram