Последние посты

Azərbaycan tarixi və arxeoloji tədqiqatlar.
23 авг., 05:40
Qarabağda Azərbaycanın zəngin tarixinə aid yüzlərlə arxeoloji abidələr var. Bunlardan ən məşhurları Azıx və Tağlar mağara düşərgələridir.Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunmuşdur. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir.@IravanAzerbaijan
Azərbaycan tarixi və arxeoloji tədqiqatlar.
15 авг., 14:25
Rəqəmsal arxeologiya çöl təlimləri Göytəpə neolit dövrü yaşayış yeri.Göytəpənin tikili qalıqlarının araşdırılması mükəmməl quruluşa malik neolit dövrü yaşayış məskənləri haqqında maraqlı fikirlər irəli sürməyə imkan verir. Stratiqrafik araşdırmalar hər bir tikilinin stratiqrafiyasını üzə çıxartmaqla yanaşı həmçinin tikinti şəraitinin müxtəlif aspektlərini də müəyyən etmiş olur.E.ə təxminən 5750 və 5300 (50-yə yaxın radiokarbon C14 və C12 analizlərinin aparılması əsasında) illər ilə dövrləşən və memarlıq baxımından bir neçə tikili horizontunu nümayiş etdirən mədəni təbəqələri Azərbaycanda və ümumən regionda bu günə qədər neolit dövrünün tikili horizontları arasında müəyyən edilmiş ən mükəmməli hesab oluna bilər.@IravanAzerbaijan
Azərbaycan tarixi və arxeoloji tədqiqatlar.
1 авг., 07:35изменён
Astara, Orta əsrlərə aid Əlişa qalası 2026 il@IravanAzerbaijan
Azərbaycan tarixi və arxeoloji tədqiqatlar.
18 июл., 08:45
Xaraba-Gilan, 2 saylı memorial kompleks, Naxçıvan MR, Ordubad rayonu, 2026-cı il@IravanAzerbaijan
Azərbaycan tarixi və arxeoloji tədqiqatlar.
1 июл., 05:09
Tavatəpədə aparılan arxeoloji tədqiqatlar 2026Tavatəpədə aparılan arxeoloji araşdırmalar Azərbaycanın qədim tarixinin öyrənilməsinə, milli mədəni irsin qorunmasına və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verir. Eyni zamanda, bu tədqiqatlar Gəncə-Qazax bölgəsinin zəngin arxeoloji potensialının tanıdılması və gələcək elmi araşdırmalar üçün yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.@IravanAzerbaijan
Azərbaycan tarixi və arxeoloji tədqiqatlar.
18 июн., 10:51
Ağstafa, Keşikçidağ DTMQ, Paleolit dövrünə dair arxeoloji kəşfiyyat ekspedisiya@IravanAzerbaijan
Azərbaycan tarixi və arxeoloji tədqiqatlar.
7 июн., 09:21
Ağstafa, Keşikçidağ qoruğu,kurqanlar Son Tunc - Erkən Dəmir dövrü@IravanAzerbaijan
Azərbaycan tarixi və arxeoloji tədqiqatlar.
30 мая, 08:38
Qəbələ rayonunun ərazisində yerləşən Kilsədağ məbəd kompleksi Azərbaycanın ən zəngin arxeoloji abidələrindən biridir. Qazıntılar ərazidə qədim sivilizasiyaların izlərini və dini-ictimai mərkəzləri üzə çıxarmışdır.@IravanAzerbaijan
Azərbaycan tarixi və arxeoloji tədqiqatlar.
28 мая, 07:48
Xaraba Gilan orta əsr şəhər yeriBu videoda İlxanilər dövrünə aid İkinci Memorial kompleksdə aşkar edilmiş, yeganə az-çox salamat qalmış tabutun qapağinı götürürük. Bu tabutda tamamilə fərqli bir dəfn adəti izləndi. Kəfənə bükülmüş, ölünun başının altına iki balınc qoyulmuş, tabutun içərisi sahədən toplanmış pambıqla doldurulmuşdu. Tabutun qapağını altında tabutun ayağının da aşkar edilməsi onun tamamilə "in situ" vəziyyətində olduğunu qeyd etmək olmaz."In situ" arxeologiyada bir tapıntının "tapıldığı orijinal yerdə" və "toxunulmamış vəziyyətdə" olduğunu bildirir.@IravanAzerbaijan
Azərbaycan tarixi və arxeoloji tədqiqatlar.
19 мая, 17:34
Ağalıqtəpə dəmir dövrünə aid yaşayış məskəninin üzərində orta əsrlərə aid intruziv dəfn yerinin aşkarlanması anı.Arxeologiyada İntruziv Dəfn (Intrusive Burial)bu termin daha əvvəl mövcud olan qəbrin və ya kurqanın içinə, sonradan qazılaraq yerləşdirilən fərqli (sonrakı dövrə aid) dəfni ifadə edir. Belə hallar məzar soyğunçuluğu və ya qədimdə məkan qıtlığı səbəbi ilə baş verə bilər.@IravanAzerbaijan
Azərbaycan tarixi və arxeoloji tədqiqatlar.
17 мая, 07:27
AMEA Arxeologiya və Antropologiya İnstitutunun Səngəçal arxeoloji kəşfiyyat ekspedisiyası öz işini yekunlaşdırdı. Ötən ilin payızından fəaliyyətə başlamış ekspedisiya qarşısında duran vəzifələri bütünlüklə yerinə yetirmişdir.Ötən ilin tədqiqat dövründə arxeoloji ekspedisiyaya İnstitutun şöbə müdiri, t.ü.f.d., dosent Bəxtiyar Cəlilov, cari ildə isə, İnstitutun şöbə müdiri, t.ü.f.d., dosent Səfər Aşurov rəhbərlik etmişlər.@IravanAzerbaijan
Azərbaycan tarixi və arxeoloji tədqiqatlar.
7 мая, 06:20
Naxçıvanda "Xaraba Gilan 2026" arxeoloji ekspedisiyası başlayıb.Bütün ekspedisiya iştirakçılarına uğurlar arzulayırıq.Ekspedisiyanın rəhbəri Bəhlul İbrahimlidir@IravanAzerbaijan
Azərbaycan tarixi və arxeoloji tədqiqatlar.
2 мая, 08:36
Mayın 1-də AMEA Arxeologiya və Antropologiya İnstitutunda türkiyəli mütəxəssislərin apardığı müasir arxeologiyada tətbiq olunan yeni yanaşmalar və praktiki tətbiqlərlə bağlı təlim-treninqlər yekunlaşdı.@IravanAzerbaijan
Azərbaycan tarixi və arxeoloji tədqiqatlar.
30 апр., 09:38
Aprelin 29-da AMEA Arxeologiya və Antropologiya İnstitutunda müasir arxeologiyada tətbiq olunan yeni yanaşmalar və praktiki tətbiqlərlə bağlı təlim-treninqlərə başlanılıb.Əsas təşkilatçılar AMEA Arxeologiya və Antropologiya İnstitutu, Türkiyə Respublikasının Ege Universiteti və Bakı Dövlət Universitetidir.@IravanAzerbaijan
Azərbaycan tarixi və arxeoloji tədqiqatlar.
25 апр., 13:07
Arxeologiya və Antropologiya İnstitutunun t.ü.f.d, dosent,arxeoloq Azad Zeynalov Qazaxıstanda beynəlxalq arxeoloji ekspedisiyada iştirak edir.@IravanAzerbaijan
Azərbaycan tarixi və arxeoloji tədqiqatlar.
24 апр., 17:15
Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev.Haaqa Konvensiyası tarixi abidələrə və ibadət yerlərinə qarşı düşmənçilik hərəkətlərini qadağan edir.@IravanAzerbaijan
Azərbaycan tarixi və arxeoloji tədqiqatlar.
22 апр., 18:08
Bakı Dövlət Universitetində Xaraba Gilanda aparılmış son arxeoloji qazıntıların nəticələri təqdim olunub.@IravanAzerbaijan
Azərbaycan tarixi və arxeoloji tədqiqatlar.
22 апр., 09:25
29 Aprel - 1 May tarixlərində AMEA Arxeologiya və Antropologiya İnstitutunda müasir arxeologiyada tətbiq olunan yeni yanaşmalar və praktiki tətbiqlərlə bağlı təlim-treninq təşkil olunacaqdır. Treninq 2025-ci ildə Türkiyə Respublikasının Ege Universiteti ilə aparılan danışıqlar zamanı razılaşdırılmış, universitetin Arxeologiya bölümünün əməkdaşı dosent, Dr. Zafer Derinin rəhbərliyi ilə arxeologiya sahəsində yeni tədqiqat üsullarının tətbiqi və təcrübə mübadiləsi məqsədilə AMEA Arxeologiya və Antropologiya İnstitutunda keçiriləcəkdir.Üç gün davam edən treninqdə, arxeoloji sahələrdə qazıntılar zamanı sənədləşdirmə, ətraf mühitin təhlili, çöl şəraitində materialların kameral işlənilməsi, arxeometrik tədqiqatlar, həmçinin qazıntı sahələrinin ölçü və planlarının rəqəmsal hazırlanması və s. haqqında məruzələr dinləniləcəkdir. Seminar arxeoloqlar üçün nəzərdə tutulub və institut rəhbərliyinin
Azərbaycan tarixi və arxeoloji tədqiqatlar.
20 апр., 12:01
Əhəmənilər sarayı Şəmkir — eramızdan əvvəl V–IV əsrlərə aid qədim yaşayış yeri.@IravanAzerbaijan
Azərbaycan tarixi və arxeoloji tədqiqatlar.
17 апр., 15:42
AMEA Arxeologiya və Antropologiya, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti əməkdaşlarının Böyük Britaniya və ABŞ Universitetləri ilə əməkdaşlığı nəticəsində I Maxta Maxta Kültəpəsinin fauna qalıqları izotop analizi edilmiş, burda məskən salan insanların oturaq həyat sürdüyü və köçmə maldarlıqla məşğul olduğu müəyyən edilmişdir. Elmi nəticələrin Scopus, Web of Science bazasında nəşr olunması bu abidənin Kür-Araz mədəniyyətinin öyrənilməsi üçün əhəmiyyətini daha da artırmışdır. Məqalə ilə aşağıdakı linkdə ətraflı tanış ola bilərsiniz.©️ Vəli Baxşəliyev Tarix elmləri doktoru ,professor, arxeoloqhttps://journals.plos.org/plosone/article?id=10.1371/journal.pone.0346108@IravanAzerbaijan
Подписчики пишут боту, вы отвечаете реплаем, ваш аккаунт скрыт. Создаётся в одно касание.
Как это работает →