Последние посты

Ailə və evlilik sirləri
22 сент., 05:19
⚠️ Diqqətli olaq ki, zehnimiz həyat yoldaşımızı yalnız son baş verən hadisəyə görə mühakimə etməsin.🏠 Təsəvvür edin ki, həyat yoldaşınız bu gün etməli olduğu bir işi unudub.💎Zehniniz dərhal belə deyə bilər: “Yenə belə oldu... Həmişə belə edir!”🔵 Ancaq burada mühüm bir məqam var: İnsanın son davranışı onun bütün şəxsiyyətini göstərmir.✅ Həyat yoldaşınız bu gün hövsələsiz davranıbsa, bu, onun indiyədək göstərdiyi bütün mehribanlıqları unutmalı olduğumuz demək deyil.✅ Bu gün səhv edibsə, bütün yaxşılıqlarını yaddan çıxarmamalıyıq.✅ Bu gün gözlədiyimiz şəkildə bizə dəstək olmayıbsa, dərhal belə nəticəyə gəlməməliyik ki: “Deməli, o, məni heç vaxt anlamır!”🟡 Bu, səhvləri görməmək və ya onları əhəmiyyətsiz saymaq demək deyil.⭕️ Məqsəd səhv davranışı görmək, lakin həmin davranışı həyat yoldaşımızın bütün şəxsiyyəti ilə eyniləşdirməməkdir.
Ailə və evlilik sirləri
21 сент., 05:18
🔴 Ailədə ixtilaf salmaq üçün şeytanın hiyləsi.🏠 Ailə həyatında bəzi incikliklər bir cümlədən deyil, bir “fərziyyə”dən başlayır.🌍 Həyat yoldaşınız həmişəkindən gec evə gəlir.🟡 Siz öz-özünüzə deyirsiniz: “Yəqin yenə işi məndən daha vacib olub.”🔵 O, evə daxil olub davranışınızın dəyişdiyini görür və öz-özünə düşünür: “Yenə nə oldu? Niyə narahatdır?”🟠 Beləcə, heç biriniz heç nə demədən zehninizdə bütöv bir hekayə qurulur!🟣 Problem ondadır ki, biz çox vaxt sual vermək əvəzinə fərziyyə irəli sürürük. Halbuki həqiqət düşündüyümüzdən daha sadə ola bilər.🟤 Növbəti dəfə həyat yoldaşınızın hansısa davranışını gördükdə zehniniz dərhal nəticə çıxarmağa başlayarsa, həmin nəticəyə əsasən davranmazdan əvvəl bir anlıq dayanıb özünüzdən soruşun:“Mən bunu həqiqətən bilirəm, yoxsa sadəcə ehtimal edirəm?”
Ailə və evlilik sirləri
19 сент., 06:26
🏠 Ər-arvad münasibətləri💎 Fikir ayrılığı ailə həyatında həmişə pis əlamət deyil!✅ Ər-arvadın bütün məsələlərdə eyni fikirdə olması vacib deyil. Bəzən pul, övlad tərbiyəsi, qohumlarla münasibət və ya hətta gündəlik sadə bir qərarla bağlı fikirlər fərqli ola bilər.💎 Əsas məsələ «heç vaxt fikir ayrılığımız olmasın» deyil; mühüm olan fikir ayrılığı yarandıqda onunla necə davranmağımızdır.🟢 Əgər tərəflər alçaltmadan, kinayə vurmadan və hörmətsizlik etmədən fikirlərini ifadə edə, bir-birinin mövqeyini səmimi şəkildə anlamağa çalışa bilsələr, fikir ayrılığı belə onların bir-birini daha yaxşı tanımasına səbəb ola bilər.🏡 Deməli, sağlam ailə həyatı fikir ayrılığının olmadığı həyat deyil. Sağlam ailə həyatı fikir ayrılığının hörmətsizliyə çevrilmədiyi, məsələlərin söhbət və məntiqli yanaşma yolu ilə həll edildiyi həyatdır.@kovser114
Ailə və evlilik sirləri
18 сент., 03:06
🏠 Ailə insanın yüksəliş meydanıdır.❓ Bu nə deməkdir?✅ Yəni insan inkişaf, rahatlıq və kamillik yolunda irəliləmək istəyirsə, onun ən mühüm dayaqlarından biri ailədir.🏡 Ailə elə bir mühitdir ki:🌷 Şəxsiyyətimiz orada formalaşır. 🌷 İnanclarımız orada yaranır. 🌷 Həyati bacarıqlarımızı orada məşq edirik.🏘 Deməli, ailəni möhkəmləndirmək üçün atılan hər bir addım yalnız dəyərli ictimai fəaliyyət deyil, həm də böyük bir ibadətdir.🌱 Ailənin ən mühüm vəzifələrindən biri üzvləri üçün mənəvi, psixoloji və emosional rahatlıq yaratmaqdır; ailə inkişaf etmək, təcrübə qazanmaq və qarşılıqlı etimad formalaşdırmaq üçün təhlükəsiz mühitdir.❓ Bəs evdə bu rahatlığı necə yaratmaq olar?✅ Cavab aydındır: ünsiyyət bacarıqlarını öyrənməliyik. Məsələn:
Ailə və evlilik sirləri
17 сент., 04:33
🏠 Övladımızın sözümüzə sorğu-sualsız tabe olması bizi niyə narahat etməlidir?✅ Sorğu-sualsız itaət heç də həmişə uğurlu tərbiyənin göstəricisi deyil. Valideynlərinin hər bir sözünə sual vermədən və etiraz etmədən tabe olan uşaq tədricən müstəqil düşünmək, qərar vermək, doğru ilə yanlışı ayırd etmək bacarığını itirə bilər.🔴 Belə tərbiyə olunan uşaq “yaxşı olmaq” anlayışını etiraz etməmək kimi qəbul edir. Nəticədə böyüdükdə başqalarından asılı, “yox” deməyi bacarmayan birinə çevrilə bilər. Yaxud əksinə, yeniyetməlik və yetkinlik dövründə hər cür nüfuz və qaydaya qarşı sərt üsyankarlıq göstərə bilər.📌 Hisslərin davamlı şəkildə boğulması emosional problemlərə və onları düzgün idarə etmək qabiliyyətinin zəifləməsinə də səbəb ola bilər.🟡 Buna görə kor-koranə itaət şüurlu itaətlə əvəz edilməlidir. Valideynlər aydın sərhədlər müəyyən etməklə yanaşı, övladlarına sual vermək, fikrini
Ailə və evlilik sirləri
17 сент., 04:33
🏠 Ailə — davamlı bağlılıq və cənnət sərmayəsi.🌐 Qarşıda Qurani-kərimin dəhşətli şəkildə təsvir etdiyi bir gün var:يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ وَأُمِّهِ وَأَبِيهِ وَصَاحِبَتِهِ وَبَنِيهِ“O gün insan öz qardaşından, anasından, atasından, həyat yoldaşından və övladlarından qaçacaq.” Əbəsə surəsi, 34–36-cı ayələr🌍 Bu təsvir göstərir ki, dünyadakı bağlılıqlar həqiqət və ədalət üzərində qurulmayıbsa, həmin böyük səhnədə tamamilə qırılacaq; qovuşmaq əvəzinə, qaçmaq və uzaqlaşmaq hakim olacaq. Orada aydınlaşacaq ki, hansı münasibət həqiqi bağlılıq, hansı isə sadəcə birgə yaşayış imiş.✅ Bunun qarşılığında başqa bir mənzərə də vardır:🔆هُمْ وَأَزْوَاجُهُمْ فِي ظِلَالٍ عَلَى الْأَرَائِكِ مُتَّكِئُونَ“Onlar və həyat yoldaşları kölgəliklərdə, taxtlar üzərində söykənmiş olacaqlar.” Yasin surəsi, 56-cı ayə✅ Allahın başqa bir möhtəşəm vədi isə belədir:
Ailə və evlilik sirləri
16 сент., 17:49
🏘 Uğurlu valideynlərin fərqi nədir?✅ Aydın başlanğıc, hazırlıqlı ailə, uğurlu şagird.🏠 Uğurlu və müvəffəq valideyn yalnız yüksək qiymət gözləmir, həm də yaxşı insan yetişdirir:✔ Müqayisə etmək əvəzinə, övladına dəstək olur.✔ Nəzarət etmək əvəzinə, ona məsuliyyət verir.✔ Yalnız nəticəyə deyil, göstərdiyi səyə də diqqət yetirir.🏡 Tərbiyənin məqsədi bacarıqlı, əxlaqlı və ümidli insan yetişdirməkdir.@kovser114
Ailə və evlilik sirləri
15 сент., 05:39
🏠 Bəzən övladımıza səhvinin harada olduğunu birbaşa deməməliyik.✅ Məsələn, uşaq ev tapşırığını gətirir və görürük ki, iki suala səhv cavab verib.👇Belə demək əvəzinə: «Bu iki cavabı səhv yazmısan.»👉 Sadəcə deyək: «Cavablardan ikisi düzgün deyil. Özün tapmağa çalış.»🟢 Bu kiçik yanaşma dəyişikliyinin bir neçə faydası var:- Uşağın diqqəti artır. - Öz işini yoxlamağı öyrənir. - Düzgün cavabı tapmaq üçün daha çox düşünür. - Tədricən başqasının onun səhvini düzəltməsini gözləmək əvəzinə, səhvini özü tapmağı öyrənir.🔵 Övladımız hər dəfə səhv etdikdə səhvin yerini ona göstərmək məcburiyyətində deyilik.⚠️ Bəzən sadəcə ipucu vermək və səhvini özünün kəşf etməsinə imkan yaratmaq daha faydalıdır.
Ailə və evlilik sirləri
14 сент., 05:38
🏠 Ailə münasibətləri.🏡 Bu günlərdə bəlkə də daha çox diqqət etməli olduğumuz məsələlərdən biri gözləntilərimiz və istəklərimizdir.⭕️ Bu, hər istəyimizi boğmaq demək deyil. Sadəcə, bəzən ailənin hazırkı şəraitini nəzərə alıb hansı istəyin həqiqətən həyata keçirilə biləcəyini düşünmək lazımdır.✅ Məsələn, uşaqlar yeni paltar və ayaqqabı istəyirlər, eyni zamanda ödəməli olduğumuz borc və ya kredit də var.🟢 Ola bilər ki, bu ay yeni paltar almaq zəruri deyil və bəzi alışları gələn aya saxlamaq mümkündür.🔵 Bəzən də uşaqlar səyahət etmək istəyirlər. Amma bir neçə günlük səfərin xərci ailə büdcəmizə uyğun gəlmir.🟡 Sadəcə «səyahət etmiş olaq» deyə özümüzü maddi sıxıntıya salmağa ehtiyac yoxdur. Bəlkə də hazırkı şəraitdə ailə ilə birgünlük gəzinti daha münasib seçimdir.🟠 Hətta qonaqlıq və ailəvi görüşlərdə də hər dəfə süfrəmizi imkanımız xaricində olan nemətlərlə doldurmağa
Ailə və evlilik sirləri
13 сент., 05:43
🏠 Övlad tərbiyəsinin əsası Əllamə Təbatəbainin nəzərində.📖 Qurani-kərim Loğman surəsinin 13-cü ayəsində buyurur:وَإِذْ قَالَ لُقْمَانُ لِابْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ ۖ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ"Bir zaman Loğman oğluna öyüd-nəsihət verərək dedi: “Oğlum! Allaha şərik qoşma! Həqiqətən, şirk böyük zülmdür”.📓 Əllamə Təbatəbainin nəzərinə əsasən uşağın tərbiyəsi sadəcə əxlaqi məsələ deyil, insanın varlıq istiqamətinin formalaşdırılması kimi təqdim olunur. Yəni uşaq lap əvvəldən nəyə arxalanmalı və həyatının mənasını nədən almalı olduğunu başa düşməlidir.🟢 Bu yanaşmada tərbiyənin əsas mehvəri tövhiddir. Burada tövhid yalnız zehni etiqad deyil, uşağın ruhunda əsas dayaq nöqtəsinin yaradılması deməkdir.🕋 Əgər bu dayaq nöqtəsi Allahın razılığı əsasında formalaşarsa, insan daxili pərakəndəlikdən və insanlardan asılılıqdan xilas olar. Əgər
Ailə və evlilik sirləri
12 сент., 06:35
🏠 Ailədə xoş əhval – az xərc tələb edən, böyük qazanc gətirən sərmayə.🏡 Bəzən ailəmiz üçün bir iş görürük və bunun qarşılığında əldə etdiyimiz yeganə şey dərin bir daxili rahatlıq və məmnunluq hissi olur. Bu hiss başqalarının təsdiqinə və qiymətləndirməsinə möhtac deyil. Çünki etdiyimiz işin dəyərini özümüz bilirik.اقْرَأْ كِتَابَكَ كَفَىٰ بِنَفْسِكَ الْيَوْمَ عَلَيْكَ حَسِيبًا"Əməl kitabını oxu! Bu gün özünün özünə hesab çəkməyin kifayətdir." İsra surəsi 14-cü ayə🟢 Bəlkə də çoxumuz fərqində deyilik ki, bu daxili rahatlıq və xoş əhval insanların əldə etmək üçün böyük zəhmətə və xərcə qatlaşdığı həmin dəyərli hissdir. İnsanlar diplom almaq, müəyyən mövqeyə çatmaq, bahalı səfərlərə çıxmaq və başqa imkanlar əldə etmək üçün çox çalışırlar. Bunların arxasında duran məqsədlərdən biri də özünü yaxşı və məmnun hiss etməkdir.🔵 Halbuki xoş əhval və daxili məmnunluq çox vaxt elə
Ailə və evlilik sirləri
11 сент., 05:47
🏠 Ailəni möhkəmləndirən amil – "Nemətləri görmək"🏡 Ər-arvad sahib olduqları hər bir şeyi görüb dəyərləndirməyi və onlara şükür etməyi bacardıqda ailədə narazılıq və gərginlik də azalır.💠 İnsan əlindəki nemətlərə adiləşmiş bir şey kimi baxmasa və yaşadığı hər anın təkrarsız olduğunu dərk etsə, onların qədrini daha yaxşı bilər və həyatından daha çox zövq alar.🔰 Hədisdə buyurulur:لِكُلِّ جَدِيدٍ لَذَّةٌ"Hər yeni şeyin öz ləzzəti vardır."📘 Şərhul-Kafi 2-ci cild 202-ci səhifə✅ Məsələn, qadın həyat yoldaşının hər dəfə sağ-salamat evə qayıtmasını adi bir hadisə deyil, bir nemət kimi görə bilər. Çünki bu gün adi görünən bir şey sabah insan üçün böyük bir arzuya çevrilə bilər.💎 Bəzən nemətlərdən zövq almamağımızın səbəbi onların azalması deyil, gözümüzdə adiləşməsidir.🔆 Sahib olduqlarımızın qədrini yenidən görməyi bacarsaq, şükür hissimiz də artar.
Ailə və evlilik sirləri
10 сент., 05:51
🏠 Qız uşaqlarının özünəinamını gücləndirməyin 5 yolu🔆 Özünəinam böyük sözlərlə deyil, gündəlik kiçik davranışlarla formalaşır.1. Ona fikrini ifadə etməyi öyrədin.🟢 Qızınıza hiss və istəklərinin əhəmiyyətli olduğunu öyrədin. Məsələn, kimsə onu narahat etdikdə belə deyə bilsin:👇«Mənimlə bu cür danışmağından xoşum gəlmir».2. Tərifləriniz konkret olsun.💎 Yalnız «Sən ağıllısan» demək əvəzinə, onun səyini və əzmkarlığını da görün:👇«Çox çalışdın və nəticə əldə etdin».3. Yalnız nəticəni deyil, irəliləyişini də görün.🔵 Səmimi və yerində təşviq onun özünə daha çox inanmasına kömək edir.
Ailə və evlilik sirləri
9 сент., 10:36

Ailə və evlilik sirləri
8 сент., 07:34
🌙 Uşağın yuxu rejimi pozulubsa, nə etməli?❓ Uşağınız gecələr gec yatır, səhərlər çətin oyanır və gün ərzində həmişəkindən daha çox narahat və hövsələsiz olur?🏠 Yuxu rejiminin pozulması uşağın həm əhvalına, həm də davranışına təsir edə bilər. Rejimi tədricən qaydaya salmaq üçün bunlara diqqət edə bilərsiniz:1. Uşağı gün ərzində yatmağa məcbur etməyin. Yuxusu gəlmirsə, israr etməyin. Orqanizminin tədricən normal yuxu rejiminə qayıtmasına imkan verin.2. Gün ərzində daha çox hərəkət etməsinə şərait yaradın. Oyun oynasın, gəzsin, fiziki fəaliyyətlə məşğul olsun. Gün ərzində kifayət qədər hərəkət edən uşaq axşam yuxuya daha rahat hazırlaşır.3. Yuxu vaxtı yaxınlaşdıqca evdə sakit mühit yaradın. Axşam yeməyindən sonra səs-küyü, coşqulu oyunları və uşağı həddindən artıq həyəcanlandıran fəaliyyətləri tədricən azaldın.4. Yatmaq üçün müəyyən bir qayda yaradın. Mümkün qədər hər gün
Ailə və evlilik sirləri
7 сент., 17:44
💠 Uşaq və yeniyetmənin düzgün tərbiyəsi.🅰 Övladınıza xüsusi vaxt ayırın.⏰ Gündə cəmi 15 dəqiqə olsa belə, bu vaxtı yalnız ona ayırın: telefon, televizor və diqqətinizi yayındıran başqa şeylər olmadan.Uşaq hiss etməlidir ki:«Mən valideynlərim üçün önəmliyəm.»🅱 Sevginizi uşağın uğuruna bağlamayın.«Yaxşı qiymət alsan, səni sevəcəyəm» kimi sözlər deməyin.🏡 Uşaq əmin olmalıdır ki, valideynlərinin ona olan sevgisi qiymətindən, məktəbdəki nəticələrindən və uğurlarından asılı deyil.✅ Onun davranışını düzəltmək olar, amma uşağın dəyəri və şəxsiyyətinə olan hörməti həmişəlik qorunmuş olur.@kovser114
Ailə və evlilik sirləri
7 сент., 06:29
🏠 Ailəni möhkəmləndirən amillər - Şadlıq və gümrahlıq🏡 Qadınla kişinin gümrah və şən olmalı olduğu ən mühüm məkan ailə mühitidir. Halbuki bəzən onların hər biri evdən kənarda şən və gümrah olur, lakin evdə bu əhvali-ruhiyyəni göstərmir.📖 Qurani-kərimdə buyurulur:وَاذْكُرْ عَبْدَنَا أَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُ أَنِّي مَسَّنِيَ الشَّيْطَانُ بِنُصْبٍ وَعَذَابٍ"Bəndəmiz Əyyubu da yada sal! Bir zaman o, Rəbbini çağırıb demişdi: “Şeytan mənə əziyyət və məşəqqət toxundurmuşdur”. Sad surəsi 41-ci ayə«نُصْب» sözü yorğunluq və məşəqqət mənasını ifadə edir. Ərəblər bu sözü insanın yorğun və halsız olduğu zaman işlədirlər.🔥 Şeytan ailənin təməlini sarsıtmaq üçün bu vasitədən çox istifadə edir. O, bu vəziyyətə zahirən əsaslı bir don geyindirdiyinə görə qadın və kişi evdə yorğun və ruhsuz davranmağı özlərinə rəva bilirlər.✅ Məsələn, yaşı artmış, kürəkəni və gəlini olan bir qadın
Ailə və evlilik sirləri
6 сент., 13:10
✅ Əxlaq ustadlarının nəzərində tərbiyənin doğru üsulu.🔰 Əxlaq ustadları tərbiyəni insanın fitrətinin və daxilində gizli olan istedadlarının çiçəkləndirilməsi, həmçinin ruhi və psixoloji qabiliyyət və qüvvələrinin mütləq kamala çatmaq istiqamətində potensial haldan gerçəkliyə keçirilməsi kimi dəyərləndirir. Tərbiyə tədrici, yüksəldici və dərin bir prosesdir; tövhidi əsaslara söykənir və insan varlığının bütün yönlərini əhatə edir.🏠 Əxlaq ustadları tərbiyənin başlanğıcını insanın hələ ana bətnində olduğu dövrdən, hətta ondan da əvvəldən hesab edir.💎 Onlar tərbiyənin ixtiyar, Allahmərkəzlilik, əqlə və fitrətə əsaslanmaq kimi mühüm əsas və prinsiplərə malik olduğunu bildirir.🟢 Onların nəzərində tərbiyə iki istiqaməti — fərdi və ictimai yönü əhatə edir. O, tərbiyənin məqsədləri sırasında fəna və bəqaya billaha çatmağı, haqqı axtarmağı, cəmiyyəti islah etməyi və müstəqilliyə can
Ailə və evlilik sirləri
6 сент., 06:34
🏠 Ailənin islahı insanın özündən başlayır.🏡 Bəzən ailə həyatımızı yenidən nəzərdən keçirərkən əsaslı dəyişikliklərə ehtiyac olduğunu hiss edirik. Ailənin islahında ilk addım başqalarını dəyişdirməyə çalışmaq deyil, özümüzü islah etməkdir.⚠️ Böyük səhv budur ki, insan özünü islah etmədən ətrafındakı insanları dəyişdirməyə çalışsın.🔰 Halbuki müxtəlif dualarda daim ilk növbədə özümüzün islahını Allahdan istəyirik:وَ اسْتَصْلِحْ بِقُدْرَتِكَ مَا فَسَدَ مِنِّي"İlahi! Qüdrətinlə məndə fəsada uğramış hər şeyi islah et."📘 Səhifeyi-Səccadiyyə, Məkarimul-əxlaq duası✅ Əlbəttə, bu istək afiyət və asanlıqla birlikdə olmalıdır. Yəni Allahdan istəyirik ki, Öz qüdrətini bizə qarşı qəzəb və çətinliklə deyil, lütf və məhəbbətlə göstərsin.🏘 Buna görə də müqəddəs ailə təməlinin islahını istəyiriksə, hansı yaşda olmağımızdan asılı olmayaraq, islaha özümüzdən başlamalıyıq:أَصْلِحْنِي
Ailə və evlilik sirləri
4 сент., 06:49изменён
🏠 Həyat yoldaşları üçün...💠 Sağlam və güvənli münasibətin əlamətlərindən biri də budur ki, insan fikrini dəyişə bilsin və buna görə qınanmasın.✅ Məsələn, həyat yoldaşınız hansısa alış-veriş, ailəvi qərar və ya bir plan haqqında əminliklə deyir:👇«Bəli, belə edək.»🟣 Bir neçə gün sonra isə deyir: 👇 «Bir az düşündüm... Bəlkə, başqa cür etsək, daha yaxşı olar.»🟠 Belə məqamda demək çox asandır ki:👇«Gördün?! Mən elə əvvəldən demişdim!»⚠️ Amma bundan daha yaxşı bir cavab var:👇«Yaxşı, gəl bir də birlikdə nəzərdən keçirək.»
Подписчики пишут боту, вы отвечаете реплаем, ваш аккаунт скрыт. Создаётся в одно касание.
Как это работает →