Последние посты

Qəlbin Nuru
20 сент., 03:35изменён
🥀 Yaxşı əməl, pis baxış.İmam ən-Nəvəvi رحمه الله demişdir:“Bil ki, insanın özünü tərifləməsi və özündə olan yaxşı xüsusiyyətləri bildirməsi iki qisimdir: bəyənilməyən və bəyənilən...”Bəyənilməyən odur ki, insan özünü tərifləyərək fəxr etsin, başqalarından üstün olduğunu göstərsin və özünü fərqli görsün.Bəyənilən odur ki, dini bir fayda üçün — nəsihət etmək, öyrətmək, islah etmək və haqqı qarşı tərəfə daha təsirli çatdırmaq üçün özündə olan bir xüsusiyyəti qeyd etməsində qəbahət yoxdur.Bəzən insan bir günah edəni görür və deyir:“Mən heç vaxt belə etmərəm.”Günahı pisləməsi yaxşıdır. Amma təhlükə buradadır: şeytan bəzən insana günah tərəfdən yox, yaxşılıq tərəfdən yaxınlaşır. Sənə yaxşı əməllərini göstərir və vəsvəsə verir; " səndə hec belə bir xüsusiyyət yoxdur...."--itaətini gözündə böyüdür, sonra da başqasının xətasına baxdırıb: “Sən onlardan deyilsən...” — deyə qəlbinəTelegramQəlbin NuruKanalı paylaş xeyrin açarı ol 🌱 kanalımız: https://t.me/mefatihul_khayr Kanalın sahibi: Mədinə islam universiteti və Tayyibə universitetinin məzunu Ubeydullah Balaşov.
Qəlbin Nuru
14 сент., 12:39изменён
📚Övladlarımıza unutdurmayaq..Əziz valideynlər, dərslərin başladığı bu günlərdə övladlarınıza yalnız yaxşı oxumağı, yüksək qiymət almağı və gələcəkdə bir peşə sahibi olmağı nəsihət etməyin.Övladlarınızın qarşısına yalnız və yalnız dünya uğurlarını məqsəd qoymayın...Övladlarınızı yalnız və yalnız dünya həyatı üçün hazırlamayın...Onlara gəncliyin , vaxtın və ömrün qədrini bilməyi, dünyalarını qurarkən axirətlərini də qurmağı öyrədin.Dünya elmini öyrənməkdə, övladlarımızın yaxşı təhsil almasında heç bir qəbahət yoxdur. Lakin bir anlıq özümüzdən soruşaq: Övladımızın dünya gələcəyi üçün çalışdığımız qədər, onun əbədi gələcəyi üçün də çalışdıqmı?Dünya həyatının qayğıları onları elə məşğul etməsin ki, əbədi həyatlarını unutsunlar.Çünki biz valideyn olaraq onların yalnız dünyadakı gələcəyinə deyil, əbədi həyatına da görə məsuliyyət daşıyırıq. Allah xeyirlərə müvəffəq etsinhttps:/TelegramQəlbin NuruKanalı paylaş xeyrin açarı ol 🌱 kanalımız: https://t.me/mefatihul_khayr Kanalın sahibi: Mədinə islam universiteti və Tayyibə universitetinin məzunu Ubeydullah Balaşov.
Qəlbin Nuru
14 сент., 10:23изменён
🌿 Qəlbin nuruİmam Şafii (Allah ona rəhmət etsin) buyurmuşdur:“Razı salmaq məcburiyyətində qaldığın biri ilə dostluqda sənə heç bir xeyir yoxdur.” Şuəbul-İman, 12/72Bəzən dostunun xətrinə dəyməmək, ona gözəl davranmaq, könlünü almaq ədəb və gözəl əxlaqdır. Hətta dostunu sevdiyin üçün onu xeyirə dəvət etmək, səhvindən çəkindirmək və haqqa yönəltmək də dostluğun haqqındandır.Lakin səhvini gördüyün halda onu təsdiqləmək, Allahın razılığını qoyub daim onun razılığını güdmək.. Dostun da səndən yalnız razılıq gözləyir, hər səhvində səni qınayır, amma səndən daim onu razı salmağını gözləyirsə — belə dostluqda xeyir yoxdur.https://t.me/mefatihul_khayrTelegramQəlbin NuruKanalı paylaş xeyrin açarı ol 🌱 kanalımız: https://t.me/mefatihul_khayr Kanalın sahibi: Mədinə islam universiteti və Tayyibə universitetinin məzunu Ubeydullah Balaşov.
Qəlbin Nuru
12 сент., 14:05изменён
Necə də böyük müjdədir.Allahu təalə buyurur:"Ey Rəbbimiz! Biz imana çağıran bir çağırışçının çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bağışla, təqsirlərimizdən keç və canımızı yaxşılarla birlikdə al!”..... .(Ali-İmran, 3:195)Nə böyük müjdədir...Sən haqqı eşitdin, qəlbin onu qəbul etdi, iman gətirdim dedin və sonra Rəbbinə üz tutdun:“Ey Rəbbimiz! Günahlarımızı bağışla...” Və Allah səni ümidsiz buraxmadı...“Mən sizin etdiyiniz heç bir əməli — istər kişi olsun, istər qadın — puç etməyəcəyəm.” (Ali-İmran, 3:195)Günahların çox ola bilər...TelegramQəlbin NuruKanalı paylaş xeyrin açarı ol 🌱 kanalımız: https://t.me/mefatihul_khayr Kanalın sahibi: Mədinə islam universiteti və Tayyibə universitetinin məzunu Ubeydullah Balaşov.
Qəlbin Nuru
11 сент., 07:08изменён
Bəzən insan bilmədiyi bir şeyi bilir kimi danışır, dəlili olmadan hökm verir, eşitdiyini araşdırmadan başqasına çatdırır. Halbuki möminin dili məsuliyyətsiz deyil, hər kəs ağızdan çıxan haqqında soruşulacaq. Bilmirsənsə, “bilmirəm” de. Çünki bilmədiyini danışmaq, haqq adına dəlilsiz hökm verməkdir.https://t.me/mefatihul_khayr
Qəlbin Nuru
6 сент., 08:43

Qəlbin Nuru
3 сент., 03:04изменён
Allahu təalə xatırladır ki, etdiyin hər yaxşılıq və hər günah səninlə birlikdə yazılır. Sən onu zamanla unuda bilərsən, amma əməl dəftərin xatırladacaq və öz əməllərinə özün şahid olacaqsan.Kitab yalnız sənin boynundan asılacaq.Heç kim sənin kitabını daşımayacaq. O gün hər kəs öz yükü ilə baş-başa qalacaq. https://t.me/mefatihul_khayrTelegramQəlbin NuruKanalı paylaş xeyrin açarı ol 🌱 kanalımız: https://t.me/mefatihul_khayr Kanalın sahibi: Mədinə islam universiteti və Tayyibə universitetinin məzunu Ubeydullah Balaşov.
Qəlbin Nuru
3 сент., 02:44

Qəlbin Nuru
30 авг., 04:29изменён
Siz ətrafınızdakı ölənləri görmürsünüzmü? Eşitmirsinizmi? Dünən aramızda olanlar bu gün torpağın altındadır. Bəs sabah növbənin kimə çatacağını düşünmürsünüzmü?Bir vaxtlar danışan, gülən, planlar quran insanın nəfəsi ağırlaşır, baxışları dəyişir, rəngi solur. Ətrafında dayananlar isə onun ölümünün şiddətini seyr edir. Son nəfəsini verdikdə deyirlər:“Artıq öldü... Allah ona rəhmət etsin.”Ardınca malı bölünür, əşyaları paylaşılır, yeri başqaları tərəfindən tutulur. Sanki dünən onların arasında yaşayan o insan heç vaxt onlarla birlikdə olmayıb. Ayaqları evinin yolunu tutmur artıq onu çiyinlərdə daşıyırlar ((Acı olan nədir bilirsiz ???Dünən səsi evdə eşidilən, varlığı ilə bir ailənin içini dolduran insan çox keçmir, olmamış kimi unudulur.Elə isə insanın özünə verməli olduğu sual budur: Mən nə üçün yaşayıram ?? Hara gedəcəyəm ?? Rəbbimin qarşısına nə ilə çıxacağam?TelegramQəlbin NuruKanalı paylaş xeyrin açarı ol 🌱 kanalımız: https://t.me/mefatihul_khayr Kanalın sahibi: Mədinə islam universiteti və Tayyibə universitetinin məzunu Ubeydullah Balaşov.
Qəlbin Nuru
30 авг., 03:51изменён

Qəlbin Nuru
29 авг., 05:52изменён
Belə suallar sıx -sıx verilir... Niyə Quran qalaktikalardan geniş danışmır, dəvədən, arıdan, qarışqadan, ağcaqanaddan danışır?Məsələ orasındadır ki, İnsan hələ kainatın bütün sirlərinə çatmayıb və çatması da mümkünsüzdür. Qalaktikaların həqiqi miqyasını, kainatın bütün qanunlarını və içindəki saysız-hesabsız yaradılış möcüzələrini tam dərk etməkdən acizdir.İnsan, Allahın Qüdrətini görmək üçün milyonlarla işıq ili uzaqdakı qalaktikaları heyrətləndirici hesab edir, amma ayağının altında gəzən qarışqaya, qarşısında dayanan dəvəyə, bal hazırlayan arıya, süd verən inəyə ,hətta ağcaqanədə baxıb düşünmür. Dəvənin səhraya uyğunlaşdırılmış bədən quruluşu, arının heyrətamiz nizamı, qarışqanın mürəkkəb quruluşu, ağcaqanadın kiçik bədənində yerləşən inanılmaz labaratoriya sistemi və s bizə uzaqlarda deyil yaxınlarda möcüzə axtarmağımızı öyrədir.İnsan ən kiçik yaradılmışlardan birinin beləTelegramQəlbin NuruKanalı paylaş xeyrin açarı ol 🌱 kanalımız: https://t.me/mefatihul_khayr Kanalın sahibi: Mədinə islam universiteti və Tayyibə universitetinin məzunu Ubeydullah Balaşov.
Qəlbin Nuru
29 авг., 05:25

Qəlbin Nuru
28 авг., 15:09изменён
Qul Allaha itaətində həya edib başını aşağı salar, Rəbb Kərəmi ilə onu qaldırar...Yəhya İbn Muaz Ər-Raziyə (Allah ondan razı olsun) demişdir: “Kim itaət etdiyi halda Allahdan utanarsa, Allah da o bəndə günah etdiyi zaman ondan utanar.”Daha maraqlısı odur ki, İbnul-Qeyyim (رحمه الله) bunu Mədaricus-Salikin əsərində gətirib və mənasını geniş şəkildə izah edib. O deyir ki, Allahdan həya etmək yalnız günah zamanı deyil, itaət zamanı da insanın öz əməlini böyük görməməsidir: insan itaət etsə belə qəlbi Allah qarşısında başıaşağı, xəcalətli və öz təqsirini görən vəziyyətdə olur. Sonra günaha düşdükdə Allahın ona olan kərəmi və lütfü səbəbilə onu dərhal rüsvay etməməsi bu mənada “Allahın ondan həya etməsi” kimi ifadə olunur. Və burada çox təsirli bir məqam var: Günah etdikdən sonra Allahın səni dərhal rüsvay etməməsi, ruzini kəsməməsi, səni insanlara ifşa etməməsi tövbə qapısının hələ açıqTelegramQəlbin NuruKanalı paylaş xeyrin açarı ol 🌱 kanalımız: https://t.me/mefatihul_khayr Kanalın sahibi: Mədinə islam universiteti və Tayyibə universitetinin məzunu Ubeydullah Balaşov.
Qəlbin Nuru
23 авг., 06:18изменён
Nemətlərə xor baxmamaq üçün...İnsan çox qəribədir: əlində olan nemətə tez öyrəşir, sahib olmadığı şeyə isə uzun-uzadı baxır.Birinin evinə baxır — öz evini kiçik görür. Birinin geyiminə baxır — öz geyimini bəyənmir. Birinin rahatlığına baxır — öz həyatını bədbəxtlik hesab edir. Birinin gözəlliyinə baxır -ozunü bəyənmir Birinin övladına baxır — öz övladını naqis hesab edir . Birinin sağlamlığına baxır — özündə olan sağlamlığın qədrini bilmir.Peyğəmbərimiz ﷺ buyurur: “Dünya işlərində özünüzdən aşağı olan təbəqəyə baxın, özünüzdən yuxarı olan təbəqəyə baxmayın, bu sizin Allahın nemətlərinə xor baxmamağınız üçün daha yaxşı olar”. (ət-Tirmizi, 2513) Unutma ,şeytan sənə daima daha gözəlini göstərəcək Səndə özündən yuxarıdakına baxsan, sahib olduqların gözündə kiçiləcək. Nemətlərin çoxalsa belə, qəlbində yoxsulluq yaranacaq.Bəli daha yaxşısını istəyə bilərsən lakin əlindəkinə şükrTelegramQəlbin NuruKanalı paylaş xeyrin açarı ol 🌱 kanalımız: https://t.me/mefatihul_khayr Kanalın sahibi: Mədinə islam universiteti və Tayyibə universitetinin məzunu Ubeydullah Balaşov.
Qəlbin Nuru
21 авг., 07:10
https://youtu.be/UKd5Fb8HY9c?si=8pmWvCEw6VmRFDjX
Qəlbin Nuru
21 авг., 07:07
https://youtu.be/UKd5Fb8HY9c?si=8pmWvCEw6VmRFDjXYouTubeİmam Şafinin çoxumuzun bilmədiyi 4 təsirli nəsihəti 2 (15.08.26) Vasif Balaşov#vasifbalaşovquransünnəicma
Qəlbin Nuru
16 авг., 05:33
📚 Əbu Hureyra(Allah ondan razı olsun) rəvayət edir ki, Peyğambər sallallahu aleyhi və səlləm belə demişdir:"Hansı qadın ətirlənmişsə bizimlə bərabər işa(yatsı) namazına çıxmasın."(gəlməsin) 📝 Muslim 444✏️Qeyd: Kişilərin qadından gələn ətir iyini hiss edəcəklərinə görə Peyğambər sallallahu aleyhi və səlləm ətir vuran qadına məscidə getməyi qadağan etmişdir. Bu halda, əgər qadına ətirlənib məscidə getmək olmazsa, bəs bazarlara və insanların çox olduqları yerlərə getmək necə? Əlbəttə bu daha şiddətli və qadağandır!https://t.me/mefatihul_khayrTelegramQəlbin NuruKanalı paylaş xeyrin açarı ol 🌱 kanalımız: https://t.me/mefatihul_khayr Kanalın sahibi: Mədinə islam universiteti və Tayyibə universitetinin məzunu Ubeydullah Balaşov.
Qəlbin Nuru
14 авг., 11:19изменён
🏠Ailədə kamillik axtarma – çünki kamil insan yoxdur.Bəzən ər arvadından qüsursuz qadın olmasını gözləyir; hər sözü yerində olsun, heç səhv etməsin, onu heç vaxt incitməsin, hər işə çatsın , gözəl olsun və.sBəzən də qadın ərindən bunu gözləyir: həmişə anlayışlı olsun, əsəbiləşməsin, heç bir nöqsan etməsin və s...Amma ailə iki kamil insanın görüşdüyü yer deyil. Ailə, iki nöqsanlı insanın bir-birinə qarşı mərhəmət göstərməyi, bir-birinin haqqını qorumağı, səhv etdikdə bağışlamağı, qüsur gördükdə isə örtməyi öyrəndiyi yerdir.Peyğəmbər ﷺ də buyurub: “Mömin kişi mömin qadına nifrət etməsin. Onun bir xasiyyətini bəyənməsə, başqa bir xasiyyətindən razı qalar.” (Muslim)Həyat yoldaşının hər şeyini dəyişdirməyə çalışma. Bəzi şeylər nəsihətlə düzələr, bəziləri isə səbir, bəziləri dua və sənin gözəl əxlaqinla düzələcək. Allah müvəffəq etsinhttps://t.me/mefatihul_khayrTelegramQəlbin NuruKanalı paylaş xeyrin açarı ol 🌱 kanalımız: https://t.me/mefatihul_khayr Kanalın sahibi: Mədinə islam universiteti və Tayyibə universitetinin məzunu Ubeydullah Balaşov.
Qəlbin Nuru
13 авг., 03:08изменён
Bu gün süfrən bol ola bilər, sabah azala bilər. Bu gün sağlamlığın yerində ola bilər, sabah xəstəlik qapını döyə bilər. Bu gün rahatlıq içində ola bilərsən, sabah bir imtahanla üzləşə bilərsən. Bu gün yanında olanlar sabah səndən uzaq düşə bilər. Bu gün sahib olduğun mal-mülk sabah əlindən çıxa bilər. Bu gün güclü ola bilərsən, sabah gücsüz və möhtac qala bilərsən. Bu gün gülə bilərsən, sabah göz yaşları ilə imtahan oluna bilərsən.. Bu gün evində ola bilərsən, evin dolu ola bilər, sabah isə evin boşalacaq və səslər susacaq.Allahım, bizi dünyanın dəyişkənliyinə aldananlardan etmə. Ölüm gələnə qədər bizi Öz itaətində sabit saxla və Sənə gözəl halda qovuşdur. Amin. https://t.me/mefatihul_khayrTelegramQəlbin NuruKanalı paylaş xeyrin açarı ol 🌱 kanalımız: https://t.me/mefatihul_khayr Kanalın sahibi: Mədinə islam universiteti və Tayyibə universitetinin məzunu Ubeydullah Balaşov.
Qəlbin Nuru
13 авг., 03:06
Подписчики пишут боту, вы отвечаете реплаем, ваш аккаунт скрыт. Создаётся в одно касание.
Как это работает →