gram news
Аватар канала Qarabağ Azərbaycandır!

Qarabağ Azərbaycandır!

@qarabagzengezur

Qarabağ - Zəngəzur

ПроектыAZВоенное

1,041подписчиков

Открыть канал

Последние посты

  • Qarabağ Azərbaycandır!

    22 сент., 18:52

    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi keçirilib.
  • Qarabağ Azərbaycandır!

    22 сент., 10:03

    XANKƏNDİYƏ APARAN YOLBu barədə Azərbaycan Dəmir Yolları (ADY) QSC məlumat yayıb.İnşası davam edən Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi hər gün yüzlərlə sərnişini qarşılayaraq Böyük Qayıdışa mühüm töhfə verəcək.
  • Qarabağ Azərbaycandır!

    22 сент., 09:54

    Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb.Bu mərhələdə Xankəndi şəhərinə 3 ailə – 13 nəfər, Xankəndinin Kərkicahan qəsəbəsinə 5 ailə – 22 nəfər, Xocalının Təzəbinə kəndinə 7 ailə – 31 nəfər, Xanyurdu kəndinə 5 ailə – 22 nəfər, Xanabad kəndinə 2 ailə – 10 nəfər, Ballıca kəndinə 1 ailə – 4 nəfər, Ağdərənin Vəngli kəndinə 4 ailə – 14 nəfər, Çapar kəndinə 4 ailə – 11 nəfər, Aşağı Oratağ kəndinə 4 ailə – 9 nəfər, Cəbrayılın Şükürbəyli kəndinə isə 24 ailə – 148 nəfər köçürülüb.
  • Qarabağ Azərbaycandır!

    21 сент., 11:00

    Özbəkistan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti “Birliyin Gücü – 2026” birgə hərbi təlimində iştirak etmək üçün Azərbaycan Respublikasına gəlib.Heyətin Füzuli Beynəlxalq Hava Limanında qarşılanması, təlim ərazisində yerləşdirilməsi, məişət və təminat məsələlərinin həlli üzrə müvafiq işlər yerinə yetirilib.
  • Qarabağ Azərbaycandır!

    21 сент., 08:46

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.Başsağlığında deyilir: "Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Hangu rayonunda terrorçularla baş verən atışma zamanı altı nəfər hərbi qulluqçunun həlak olması barədə xəbər məni dərindən kədərləndirdi. Terror hadisəsi nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin.”
  • Qarabağ Azərbaycandır!

    21 сент., 07:13

    Müdafiə Nazirliyinin rəhbər heyəti Hərbi Polis İdarəsinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) bölüyünün ön əməliyyat bazasında icra olunan fəaliyyətlərlə tanış olub.
  • Qarabağ Azərbaycandır!

    20 сент., 14:49изменён

    MN: Dəqiq zərbə. Sürətli qərar. Sarsılmaz iradə. Güclü Ordu!🇦🇿
    57видео31Открыть в Telegram
  • Qarabağ Azərbaycandır!

    20 сент., 11:31

    20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd, Ağdərə Şəhərləri Günüdür!🇦🇿Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, hər il 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur!
  • Qarabağ Azərbaycandır!

    19 сент., 20:40

    İlham Əliyev: Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!🇦🇿
    54видео21Открыть в Telegram
  • Qarabağ Azərbaycandır!

    19 сент., 17:44

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib!🇦🇿
  • Qarabağ Azərbaycandır!

    19 сент., 07:20

    19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı qanunsuz silahlı birləşmələrin fəaliyyətinin qarşısının alınması və konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilmişdir.Keçirilmiş tədbirlər nəticəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü tam bərpa edilmişdir.
  • Qarabağ Azərbaycandır!

    18 сент., 19:22

    Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Koreya Respublikasının Gangvon əyalətinin İnje şəhərində təşkil olunan "4-cü Koreya Beynəlxalq Döyüş Təlimi Müsabiqəsi"ndə iştrak edib.
  • Qarabağ Azərbaycandır!

    18 сент., 16:02

    Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçiriləcək.Üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunacaq.
  • Qarabağ Azərbaycandır!

    18 сент., 13:15

    General-mayor İsgəndər Allahverdiyevin dəfn mərasimi keçirilib.Hərbi Memorial Məzarlıqda keçirilən mərasimdə mərhumun ailə üzvləri və yaxınları, DSX, Müdafiə Nazirliyi və DTX rəhbərliyi, hərbçilər, veteran sərhədçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Allah rəhmət eləsin!
  • Qarabağ Azərbaycandır!

    18 сент., 11:05

    Şəhid ailələri və müharibə əlillərinə 36 mənzil verildi20 Sentyabr – Dövlət Suverenliyi Günü ərəfəsində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə MİDA-nın Hövsan Yaşayış Kompleksindən 36 mənzil təqdim edilib.Bildirilib ki, postmüharibə dövründə bu kateqoriyadan olan şəxslərə 7300-dən çox, ümumilikdə isə 16 mindən artıq mənzil verilib.
  • Qarabağ Azərbaycandır!

    15 сент., 12:08

    Yeni tədris ilinin başlanğıcı – yeni biliklərə, yeni arzulara və böyük hədəflərə aparan yolun başlanğıcıdır. Bu əlamətdar gündə bütün şagird və müəllimlərimizi Bilik Günü münasibətilə təbrik edir, hər birinizə uğurlu və məhsuldar tədris ili arzulayırıq!Biliklə qurulan gələcək daha güclü gələcəkdir!
  • Qarabağ Azərbaycandır!

    15 сент., 12:02изменён

    Doğma yurda böyük qayıdış: daha 220 nəfər Xocavəndə köçdü. Bu mərhələdə Xocavənd şəhərinə 33 ailə – 135 nəfər, Qırmızı Bazar qəsəbəsinə 9 ailə – 44 nəfər, Quzeyxırman kəndinə isə 8 ailə – 41 nəfər köçürülüb.
  • Qarabağ Azərbaycandır!

    15 сент., 11:58

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasında işgüzar səfərdədir.
Скачать ряд в CSV
Бот обратной связи для своего канала — бесплатно

Подписчики пишут боту, вы отвечаете реплаем, ваш аккаунт скрыт. Создаётся в одно касание.

Как это работает →
Создать бота