Последние посты

sosial.gov.az
22 сент., 11:35
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev yeni Dövlət Proqramının 2027–2030-cu illərdə tam icra edilməli olduğunu, bu Proqramın yeni iş yerlərinin yaradılması, məşğulluğun artırılması baxımından da əhəmiyyətini vurğulayıb.➡️ https://president.az/az/articles/view/73549


sosial.gov.az
22 сент., 10:56
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan Əlilliyi olan şəxslərin Bərpa Mərkəzinə mediatur təşkil edilib.ℹ️ Bildirilib ki, 20 çarpayılıq Mərkəzdə əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası həyata keçirilir. Onlara müalicəvi bədən tərbiyəsi, fizioterapiya (elektrostimulyasiya, induktotermiya, fonofarez, elektrofarez, ultrasəslə müalicə, lazer müalicəsi, müalicəvi vannalar, parafinlə müalicə və s.), müalicəvi masaj və s. istiqamətlərdə xidmətlər göstərilir.2026-cı il yanvar-avqust ayları ərzində Mərkəzdə ötən ilin müvafiq dövrünə nisbətən 34 faiz çox olmaqla 📈 613 nəfər əlilliyi olan şəxs #reabilitasiya xidmətləri ilə təmin edilib.➡️ https://sosial.gov.az/az/media/xeberler/naxcivanda-reabilitasiya-merkezine-mediatur-teskil-olunub-9771#ƏƏSMN #NMRƏƏSMN




sosial.gov.az
22 сент., 06:57
📊 Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-avqust aylarında əlilliyi olan 100 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.Reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları – robotik, sosial-psixoloji reabilitasiya, 🧘♀️ yoqa, 🏇 hippoterapiya, 💃🕺 rəqs terapiyası və s. tətbiq edilir.➡️ https://sosial.gov.az/az/media/xeberler/yanvar-avqust-aylarinda-elilliyi-olan-100-min-sexse-reabilitasiya-xidmetleri-gosterilib-9770#ƏƏSMN #SXA #ReabilitasiyaXidmətləri


sosial.gov.az
22 сент., 06:18
❗️❗️ Respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. ✅Sentyabrın 8-də 📍 Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin bu ay üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.➡️ https://sosial.gov.az/az/media/xeberler/respublika-uzre-sentyabr-ayinin-pensiya-odenisleri-yekunlasib-9769#ƏƏSMN #DSMF #PensiyalarÖdənildi


sosial.gov.az
21 сент., 15:55
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillərin təqdim edilməsi tədbirindən hazırladığımız videoçarxı təqdim edirik.#ƏƏSMN #SXA #MənzilləTəminat
sosial.gov.az
21 сент., 13:31
📩 Özünüməşğulluq proqramı iştirakçıları ölkə Prezidentinə ünvanladıqları məktublarda onlar üçün kiçik biznesə çıxış imkanı yaradıldığına görə minnətdarlıqlarını ifadə ediblər.➡️ https://president.az/az/articles/view/73504➡️ https://president.az/az/articles/view/73543


sosial.gov.az
21 сент., 12:53
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür. 🕊️ℹ️ Bu əlamətdar gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən təsis edilərək, qlobal atəşkəs və zorakılıqdan imtina günü elan olunmuşdur.#ƏƏSMN #21Sentyabr #BeynəlxalqSülhGünü #SülhAylığı #PeaceMonth


sosial.gov.az
21 сент., 12:03
Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində indiyədək respublikamızın regionlarında 93 min şəxs üçün kiçik ailə təsərrüfatları yaradılıb.ℹ️ Ümumilikdə ölkə üzrə 115 mindən çox şəxs özünüməşğulluq proqramının dəstəyi ilə kiçik bizneslərini qurub.Proqram çərçivəsində işsiz və işaxtaran şəxslərə istehsal, kənd təsərrüfatı və xidmət sahələri üzrə 30-dan çox iqtisadi fəaliyyət sahəsi üzrə mal və materiallar formasında 📦 aktivlər təqdim olunur.➡️ https://sosial.gov.az/az/media/xeberler/ozunumesgulluq-proqrami-uzre-regionlarda-93-min-sexs-ucun-kicik-teserrufatlar-qurulub-9765#ƏƏSMN #DMA #Özünüməşğulluq


sosial.gov.az
21 сент., 07:35
❗️❗️ “Sosial saat”ın budəfəki qonağı Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Namiq Məmmədovdur.Hazırda DOST TV-də 🔴 canlı yayımlanan verilişdə peşə hazırlığından danışırıq.❓ Suallarınızı canlı yayımın rəy bölməsinə qeyd edə bilərsiniz.🌐 https://www.youtube.com/watch?v=Sjo9NWb2VFc#ƏƏSMN #DostTV #DMA #SosialSaat


sosial.gov.az
21 сент., 06:46
📊 Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-avqust aylarında 1 milyon 100 min şəxsə 1 milyard 503 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.Onlardan: 🔹 515 min nəfərə müavinət olaraq 844 milyon manat, 🔹 406 min nəfərə Prezident təqaüdü olaraq 542 milyon manat, 🔹 179 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 117 milyon manat ödəniş həyata keçirilib.➡️ https://sosial.gov.az/az/media/xeberler/yanvar-avqust-aylarinda-dsmf-1-milyon-100-min-sexse-1-milyard-503-milyon-manat-muavinet-ve-teqaud-odeyib-9760#ƏƏSMN #DSMF #SosialGöstəricilər


sosial.gov.az
20 сент., 07:58
#Həftəninİcmalı
sosial.gov.az
20 сент., 07:02
Dövlət Məşğulluq Agentliyi📍Xankəndi şəhərinə, Xocalı, Xocavənd və Ağdərə rayonlarına köçürülmüş sakinlərin məşğulluğunun təminatı istiqamətində tədbirlərini davam etdirir.✅ Artıq 3867 şəxs məşğulluq tədbirlərinə cəlb olunub.ℹ️ Hazırda daha 660-dək sakinin məşğulluğunun təmin edilməsi istiqamətində işlər aparılır.➡️ https://sosial.gov.az/az/media/xeberler/xankendi-xocali-xocavend-ve-agdereye-kocurulmus-sakinlerden-3867-sexs-mesgulluq-tedbirlerine-celb-edilib-9759#ƏƏSMN #DMA #BöyükQayıdış




sosial.gov.az
20 сент., 04:59
Bu gün həm də Neftçilər Günüdür. 🎉Zəhmətkeş neftçilərimiz, sizi təbrik edir, çətin və şərəfli peşənizdə uğurlar arzu edirik!#ƏƏSMN #NeftçilərGünü


sosial.gov.az
20 сент., 04:30
🔹 Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və böyük səyləri nəticəsində Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın 8 ölkəsinin aparıcı neft şirkətləri arasında neft kontraktlarından ibarət olan, mühüm tarixi, siyasi və beynəlxalq əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür.#ƏƏSMN #NeftçilərGünü #ƏsrinMüqaviləsi


sosial.gov.az
20 сент., 03:59
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür!#ƏƏSMN #ŞəhərGünləri


sosial.gov.az
19 сент., 20:20
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşıb.➡️ https://www.facebook.com/share/r/19G9kHK7vc/
sosial.gov.az
19 сент., 17:16
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.➡️ https://www.facebook.com/share/p/19moGC28qE/


sosial.gov.az
19 сент., 14:21
🇦🇿 20 Sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günüdür!Dövlət suverenliyinin tam bərpasının tarixi əhəmiyyətini ifadə edən bu əlamətdar gün münasibətilə xalqımızı təbrik edirik!#ƏƏSMN #DövlətSuverenliyiGünü


sosial.gov.az
19 сент., 14:10
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.➡️ https://www.facebook.com/share/p/1DcVM1Kh7u/?mibextid=wwXIfr


sosial.gov.az
19 сент., 09:31
📩 Naxçıvan Regional DOST Mərkəzinə müraciət edən Vətən müharibəsi iştirakçısı ölkə Prezidentinə ünvanladığı məktubda göstərilən xidmətlərdən razı qaldığını vurğulayaraq, şəhid ailələri və müharibə iştirakçılarına davamlı dövlət qayğısına görə minnətdarlığını ifadə edib.➡️ https://president.az/az/articles/view/73535

