Latest posts

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
22 Sept, 18:08
Təhlükəsizliyiniz üçün hər addımda yanınızdayıq 👮 🚔



Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
22 Sept, 09:44
Daxili İşlər Nazirliyi Bakı şəhərində yerləşən müvafiq qurumlarında vakant olan texnik-operator vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.🌐 Ətraflı məlumat DİN-in rəsmi internet saytında yerləşdirilib:https://mia.gov.az/az/vacancies/21/daxili-isler-nazirliyi-vakant-olan-texnik-operator-vezifelerine-xidmete-qebulla-elaqedar-musabiqe-elan-edir/


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
22 Sept, 08:42
🚨 Polis Daşkəsəndə çətin relyef şəraitində narkotik əməliyyatı keçirib - 6️⃣ kiloqram yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
22 Sept, 06:47
📊 Sentyabrın 21-də polis əməkdaşları tərəfindən:- 51 cinayətin açılması təmin olunub (45-i cari, 6-sı əvvəlki dövrlərdən).- 118 axtarışda olan şəxs saxlanılıb (100-ü borclu şəxs).- 49 cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.- 10 itkin kimi axtarılan şəxs tapılıb.- 18 narkotik, 8 qanunsuz silah-sursat faktı aşkarlanıb.- Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılıb.- 21,6 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.- 570 ədəd (ümumi çəkisi 1 ton) yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.- 1 avtomat, 1 tapança, 9 qumbara, 9 alışdırıcı, 6 tüfəng, 1 patron darağı və 75 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
21 Sept, 13:38
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 21-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 203 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
21 Sept, 11:03
📢 “Dəbilqəsiz yola çıxma - həyat ən böyük qələbədir” ictimai maarifləndirmə kampaniyasına start verilib.Gənclər və İdman Nazirliyi ilə Daxili İşlər Nazirliyi yol təhlükəsizliyinə həsr olunan birgə maarifləndirmə kampaniyasına başlayır. Kampaniyada əsas çağırış 🛴skuter, 🚲velosiped və 🏍️motosiklet istifadəçilərinə ünvanlanıb.Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dəbilqədən düzgün istifadə kəllə-beyin zədəsi riskini 74%, ağır baş xəsarəti riskini 60% azaldır. Məqsəd dəbilqə istifadəsini hər bir sürücü üçün gündəlik qaydaya çevirmək və onun təhlükəsizlikdəki rolunu vurğulamaqdır.Kampaniyaya qoşulan Azərbaycan idmanının tanınmış simaları öz mesajları ilə xatırladırlar: idmanda olduğu kimi, yolda da diqqət, intizam və düzgün qərar həyati əhəmiyyət daşıyır.🌍 Qeyd edək ki, təşəbbüs BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisinin mandatı çərçivəsində həyata




Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
21 Sept, 08:49
21 Sentyabr – Beynəlxalq Sülh Günüdür 🕊️ 🌍Ölkəmizdə sülh və sabitliyin daim möhkəmlənməsini, xalqımızın hər zaman təhlükəsiz şəraitdə yaşamasını diləyirik.


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
21 Sept, 07:21
7 il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib ⤵️Daxili işlər orqanlarının və prokurorluğun birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb.2019-cu ildə Cəlilabad rayonunun Göytəpə şəhər sakini Nadir Məmmədov yaşadığı evdən çıxdıqdan sonra itkin düşüb.Davam etdirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun qəsdən öldürüldüyü müəyyən edilib.Cinayəti törətməkdə əsaslı şübhəli bilinən, Nadir Məmmədovu əvvəldən tanıyan Ramiz Ələkbərov saxlanılıb və ifadəsində cinayəti etiraf edib.Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.🌐 Ətraflı: https://mia.gov.az/az/news/2030/7-il-evvel-itkin-dusmus-sexsin-qesden-oldurulmesi-mueyyen-edilib/


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
21 Sept, 06:54
📊 Sentyabrın 19-u və 20-də polis əməkdaşları tərəfindən:- 76 cinayətin açılması təmin olunub (68-i cari, 8-i əvvəlki dövrlərdən).- 84 axtarışda olan şəxs saxlanılıb (57-si borclu şəxs).- 82 cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.- 30 narkotik, 14 qanunsuz silah-sursat faktı aşkarlanıb.- Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb.- 39,1 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.- Kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd narkotik tərkibli bitki aşkarlanaraq götürülüb, 1 347 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.- 2 avtomat, 11 tüfəng, 2 patron darağı və 35 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
20 Sept, 11:58
20 Sentyabr – Azərbaycan Neftçiləri Günü münasibətilə neftçilərimizi təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
20 Sept, 07:57
Bu gün həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür 🇦🇿


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
20 Sept, 05:33
Tarixi missiya, Güclü Ordu, Dəmir iradə, Şanlı Zəfər! 🇦🇿Dövlət Suverenliyimiz əbədi!
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
19 Sept, 20:45
Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
19 Sept, 18:41
🇦🇿 Zəfərə doğru - Antiterror tədbirləri: 19.09.2023#19Sentyabr #AntiterrorTədbirləri #TarixiZəfər #QarabağAzərbaycandır #DaxiliQoşunlar #PolisAzerbaycan




Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
19 Sept, 15:23
“Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır”.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev🇦🇿 20 Sentyabr – Dövlət Suverenliyi Günü


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
19 Sept, 14:06
20 Sentyabr - Dövlət Suverenliyi Günü


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
19 Sept, 09:29
Tarixə yazılan 24 saat - Dövlət suverenliyimizin bərpası 🇦🇿Polis Akademiyasının böyük sıra meydanında yerbəyer mərasimində lokal xarakterli antiterror əməliyyatının ildönümü ilə əlaqədar tədbir keçirilib.




Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
19 Sept, 07:22
🇦🇿 Qarabağda son döyüş:Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirlərində döyüşmüş hərbi qulluqçuları AZƏRTAC-a həmin günlərdə gedən döyüşlərdən, qarşıya qoyulan tapşırıqların icrasından və göstərdikləri şücaətdən danışıblar.https://azertag.az/xeber/qarabagda_son_doyus_daxili_isler_nazirliyinin_daxili_qosunlarinin_herbi_qulluqchulari_danisir-4420719
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
19 Sept, 05:10edited
Sentyabrın 19-da başlanan lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpası ilə nəticələndi.🇦🇿 Vətən uğrunda canından keçən əməkdaşlarımızı qürurla anırıq!
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
19 Sept, 03:52
Bir gün, şanlı tarix, əbədi zəfər 🇦🇿Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələnən lokal xarakterli antiterror tədbirlərindən 3 il ötür.

Related Channels
Other channels in the same section of the catalogue.
