Latest posts

XALQ
22 Sept, 17:14
🚇 Sabahdan müvəqqəti olaraq metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş ödənişsiz olacaq.
XALQ
22 Sept, 17:14
🏎️📚Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakıdakı universitetlər 23-25 sentyabr tarixlərində distant təhsilə keçir.
XALQ
22 Sept, 15:53
🇮🇷İran aviaşirkətlərinin Azərbaycana reysləri dayandırılır.🛫 Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri sentyabrın 22-dən dayandırılacaq.✈️AZAL-ın məlumatına görə, qərar ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna yönəlmiş məhdudiyyətlərlə əlaqədardır.‼️AZAL bildirib ki, yaranmış vəziyyətlə əlaqədar İran aviaşirkətlərinin Azərbaycana uçuşlarının dayandırılması barədə qərar qəbul edilməli olub.
XALQ
18 Sept, 13:44
🇦🇿Azərbaycan XİN: Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" iddiaları ilə əsaslandırmağa çalışmasını qətiyyətlə pisləyir və rədd edirik.● Ayrı-ayrı cinayət işləri üzrə Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirilən məhkəmə proseslərinin siyasi mülahizələr əsasında təqdim edilməsi və Azərbaycan məhkəmə sisteminə müdaxilə cəhdləri qəbuledilməzdir.● Fransanın Azərbaycanla bağlı belə ittihamlar səsləndirərkən öz hüquq-mühafizə və penitensiar sistemində mövcud problemləri nəzərə almaması diqqətdən kənarda qala bilməz. Bununla yanaşı, Fransa tərəfinin beynəlxalq hüquqi pozuntuları, irqçilik, diskriminasiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur.● Fransa tərəfini Azərbaycanla bağlı əsassız və
XALQ
18 Sept, 11:19
🇷🇺🇯🇵Rusiya Yaponiyadan tələb edib ki, ABŞ-nin təlimlər üçün Yaponiyada yerləşdirdiyi “Typhon” raket sistemlərini ABŞ-yə geri qaytarsın.1,300Open in Telegram
XALQ
18 Sept, 10:36
🧧Paşinyan Hessen Sülh Mükafatına layiq görülüb.Mükafat Ermənistan hökumətinin başçısına “Cənubi Qafqazda sülhün bərqərar olması və Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına yönəlmiş səylərinə görə” verilib.


XALQ
18 Sept, 07:42
🇦🇿Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi tədbirlər zamanı terrorçuluğa hazırlıq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət əməlləri aşkarlanıb.
XALQ
17 Sept, 14:57
🇩🇪🇷🇺 Almaniyanın Peterburqdakı Baş Konsulluğu bağlanıb.✔️ 1972-ci ildən fəaliyyət göstərən konsulluğun işçiləri sabaha qədər Rusiya ərazisini tərk etməlidirlər.Bununla əlaqədar Almaniya gerbi, o cümlədən Almaniya və Avropa İttifaqının bayraqları binadan götürülüb.
XALQ
17 Sept, 10:11
🇸🇪🇮🇷İsveç və İran bir-birlərinin diplomatlarını “persona non grata” elan ediblər.1,170Open in Telegram
XALQ
17 Sept, 10:10
🗣Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu:● Rusiya və Azərbaycan münasibətlərindəki böhranı aradan qaldırıblar.● İndi ortaq məqsəd Rusiya-Azərbaycan əməkdaşlığının liderlərin razılaşmalarına uyğun olaraq davamlı şəkildə inkişaf etməsini təmin etməkdir.1,220Open in Telegram
XALQ
17 Sept, 09:38
🇦🇿 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxı rayonuna səfər ediblərDövlət başçısı və birinci xanım xalqın Ümummilli Lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.1,170Open in Telegram
XALQ
17 Sept, 08:53
🟥Prezident İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının rəhbər və nümayəndələrini qəbul edib.

1,070Open in Telegram
XALQ
17 Sept, 08:52
‼️Azərbaycanda COVİD-19 səbəbi ilə karantin rejimi yanvara qədər uzadılıb.
XALQ
16 Sept, 15:08
🇦🇲 Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan:“Biz mümkün olan hər yerdən qaz almaq niyyətindəyik. Əgər Rusiya bizə qaz tədarük edərsə, Rusiyadan alacağıq, Azərbaycan tədarük edərsə, Azərbaycandan alacağıq, İran etsə, İrandan alacağıq. Əgər Türkiyədən qaz almaq imkanı yaranarsa, ondan da alacağıq”1,290Open in Telegram
XALQ
16 Sept, 13:12
🗣Rusiya XİN rəhbəri Sergey Lavrov:“Ermənistan hökumətinin Nikol Paşinyanın rəhbərliyi ilə Avropa İttifaqına can atmasından danışsaq, düşünürəm ki, Aİ onları aldada bilər və böyük ehtimalla aldadacaqlar. Mən Türkiyə və Serbiyanın Aİ-yə üzv olmaq üçün növbədə gözlədiyi bir vaxtda Ermənistanın Avropa İttifaqına necə üzv ola biləcəyini təsəvvür etmirəm”.1,300Open in Telegram
XALQ
16 Sept, 11:08
🗣Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan:"Məndə Hikmət Hacıyevin nömrəsi var, onda da mənim nömrəm. Biz mütəmadi əlaqə saxlayırıq".
XALQ
16 Sept, 10:49
‼️Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək.✔️Dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərə şamil ediləcək və mobil rabitə ilə mobil internet paketlərinə təsir göstərməyəcək.
XALQ
16 Sept, 09:42
🇦🇲Ermənistan Konstitusiya Məhkəməsi “Tramp marşrutu” layihəsini operativ şəkildə nəzərdən keçirərək təsdiqləyib.Məsələnin müzakirəsi üçün 3 gün vaxt ayrılsa da, Konstitusiya Məhkəməsi araşdırmanı 24 saatdan az müddətdə başa çatdırıb.Məhkəmə Azərbaycanın Ermənistandan keçməklə Naxçıvana bağlantısını nəzərdə tutan TRIPP layihəsinin ölkənin Konstitusiyasına zidd olmadığı qənaətinə gəlib.
XALQ
16 Sept, 09:40
🇦🇿Prezident İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.
1,150Open in Telegram
XALQ
16 Sept, 06:25
🛢Dünya bazarlarında “Azeri Light” markalı neftin qiyməti 128 dolları keçib.
Related Channels
Other channels in the same section of the catalogue.
