gram news
AbzasMedia channel avatar

AbzasMedia

@abzasmedia

AbzasMedia müstəqil və alternativ xəbər platformasıdır. Qaynar xəbərləri, gündəmlə bağlı dəqiq məlumatları bizdən oxuya bilərsiniz.

ProjectsAZNews

1,710subscribers

Open the Channel

Latest posts

  • AbzasMedia

    22 Sept, 16:02

    “Həmişə qoyun və mal-qara daşıyan yük maşınlarını görəndə onlara nifrət və qüssə ilə baxmışam ki, XXI əsrdə heyvanlara belə zülm etmək olarmı? Sən demə, bunun insan versiyası üçün bizim Penitensiar Xidmət və onun Konvoy İdarəsi var imiş”.2025-ci ilin martından ictimaiyyət arasında “QHT işi” kimi tanınan cinayət işi çərçivəsində həbsdə olan “Seçki Müşahidə” Alyansının direktoru, hüquq müdafiəçisi Məmməd Alpay “Abzas Media”ya müsahibə verib.O, müsahibəsində Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitindən, tibbi xidmətə çıxış və məhbusların daşınması ilə bağlı problemlərdən, eləcə də ailəsi ilə açıq görüşlərə qoyulan məhdudiyyətlərdən danışıb.Məmməd Alpay həmçinin Azərbaycanda məhkəmə sisteminin vəziyyəti, son illərdə QHT və media nümayəndələrinə qarşı açılan cinayət işləri, Qərb ölkələrinin Azərbaycanla münasibətlərində insan hüquqlarının yeri və ölkədə mümkün siyasi
  • AbzasMedia

    22 Sept, 15:19

    Latviya Avropa İttifaqının rusiyalı biznesmenlər Alişer Usmanov və Mixail Fridmanı sanksiya siyahısından çıxarmaqla bağlı kompromis təklifini dəstəkləməyib.Təklifə əsasən, Usmanov və Fridmana qarşı sanksiyalar ləğv edilməli, Rusiya ilə əlaqəli təxminən 3 min fiziki və hüquqi şəxsə tətbiq olunan məhdudiyyətlərin müddəti isə üç il uzadılmalı idi.Latviyanın etirazından sonra sentyabrın 21-də Aİ ölkələrinin səfirləri arasında əldə olunan ilkin razılaşma yekun qərara çevrilməyib. Sanksiyaların uzadılması üçün İttifaqın bütün 27 üzv dövlətinin razılığı tələb olunur. Məhdudiyyətlərin qüvvədə qalması ilə bağlı hazırkı müddət sentyabrın 22-si gecəyarısı başa çatır.Latviyanın Baş naziri Andris Kulbergs bildirib ki, Riqa sanksiyaların üç il müddətinə uzadılmasını dəstəkləsə də, bunun qarşılığında Usmanov və Fridmanın siyahıdan çıxarılmasını qəbul etmir:Davamını oxuyun: https://shorturl.at/1
  • AbzasMedia

    22 Sept, 13:50

    Sentyabrın 21-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə 12 ildən 15 ilədək həbs cəzasına məhkum edilmiş şəxslərin şikayətinə baxılıb.“Toplum TV”nin məlumatına görə, müdafiə tərəfinin təqdim etdiyi 8 vəsatətin heç biri məhkəmə iclasında müzakirə edilməyib. Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə heyəti müşavirədən sonra vəsatətlərin hamısının rədd olunduğunu elan edib.İclas zamanı məhkəmə heyəti ilə məhkumlar arasında mübahisə də yaranıb.Buna hakimin Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri, III Respublika Platformasının spikeri Akif Qurbanova “sən” deyə müraciət etməsi səbəb olub. Qurbanov hakimdən nəzakət qaydalarına əməl etməsini tələb etdikdən sonra zaldan çıxarılıb.III Respublika Platformasının qurucu heyətinin üzvü Ruslan İzzətli də prosesin aparılmasını və hakimlərin davranışını tənqid edib. Bundan sonra o da məhkəmə zalından
  • AbzasMedia

    22 Sept, 12:49

    “CNN”, “MS NOW” və “Politico” bildirir ki, jurnalistlərinin akkreditasiyası əvvəlcədən xəbərdarlıq edilmədən və müvafiq prosedur tətbiq olunmadan ləğv edilib. Media qurumlarının mövqeyinə görə, qərar onların administrasiyanı tənqid edən materiallarına cavab olaraq verilib.Onlar hesab edirlər ki, Ağ Evin qərarı mətbuat azadlığına və ictimaiyyətin hökumət müdaxiləsi olmadan müstəqil jurnalistikaya çıxış imkanına təhlükə yaradır.İddiaçılar məhkəmədən jurnalistlərin Ağ Evə girişinin bərpasını istəyirlər. İddiada qadağanın ABŞ Konstitusiyasının Birinci Düzəlişi ilə təmin olunan mətbuat azadlığını pozduğu bildirilir.
  • AbzasMedia

    22 Sept, 12:49

    ABŞ-nin “CNN”, “MS NOW” və “Politico” media qurumları jurnalistlərinin Ağ Evə girişinə qoyulan qadağa ilə bağlı Prezident Donald Tramp administrasiyasını məhkəməyə verib.Sentyabrın 18-də Tramp “CNN”, “MS NOW” və “Politico”-nun Ağ Evdə fəaliyyətinə qadağa qoyduğunu açıqlayıb. O, qərarını bu media qurumlarının “saxta xəbərlər” yayması ilə əsaslandırıb. “Axios”un məlumatın görə, ertəsi gün üç media qurumunun jurnalistləri Ağ Ev kompleksinə buraxılmayıb, onların akkreditasiya kartları deaktiv edilib və ya əllərindən alınıb.Media qurumları sentyabrın 21-də yaydıqları birgə bəyanatda qərara qarşı məhkəməyə müraciət etdiklərini bildiriblər.“Bu səhər hökumətə məlumat verdik ki, Birinci Düzəlişlə təmin edilən hüquqlarımızı və hökumətin mətbuatın nə barədə məlumat verəcəyinə və ya nə dərc edəcəyinə qərar verməməsi prinsipini müdafiə etmək üçün məhkəməyə müraciət edirik”, - bəyanatda deyilir.
  • AbzasMedia

    22 Sept, 11:40

    Azərbaycanda bəzi dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin, publik hüquqi şəxslərin və onlarla əlaqəli bəzi hüquqi şəxslərin müəyyən maliyyə vəsaiti hesabına həyata keçirdiyi satınalmaların “Dövlət satınalmaları haqqında” Qanunun tətbiq dairəsindən çıxarılması təklif olunur.Bununla yanaşı, həmin qurumların satınalmaları üçün ayrıca qaydaların müəyyənləşdirilməsi nəzərdə tutulur.Dəyişikliklər “Dövlət satınalmaları haqqında” Qanuna təklif edilən yeni qanun layihəsində əksini tapıb. Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılıb.Layihəyə əsasən, qanuna yeni 3.2.8-1-ci maddənin əlavə edilməsi təklif olunur. Bu maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumu, onun idarəetməsinə verilmiş dövlət müəssisələrini, dövlət payı olan təsərrüfat cəmiyyətlərini, publik hüquqi şəxsləri, eləcə də onların
  • AbzasMedia

    22 Sept, 10:31

    Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim forması ilə bağlı qaydalara dəyişiklik edib.Yeni qərara əsasən, şagirdlərin müəyyən edilmiş məktəbli formasının vahidliyini pozan, eləcə də “ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan” digər geyim elementlərindən istifadə etməsinə icazə verilməyəcək.Ancaq qərarın mətnində “dünyəvilik prinsipinə uyğun olmayan geyim elementləri”nin konkret olaraq nələr olduğu açıqlanmır.Bu qeyri-müəyyənlik sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər dəyişiklikdəki “dünyəvilik prinsipi” ifadəsinin məktəblərdə hicab və digər dini geyim elementlərinin məhdudlaşdırılmasına və ya qadağan edilməsinə işarə edə biləcəyini yazırlar. Qərarın özündə isə hicab və ya konkret hər hansı dini geyim elementi ayrıca qeyd olunmur.Davamı: https://shorturl.at/wSxkn
  • AbzasMedia

    22 Sept, 09:03

    Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun 17 saylı Cəzaçəkmə Müəssisəsində təzyiqlərlə üzləşdiyi bildirilir.Bu barədə sentyabrın 21-də onun qızı Nigar Həzi məlumat verib.Onun sözlərinə görə, Yaqublu dörd həftədir həyat yoldaşı Maya Yaqubluya etibarnamə vermək istəyir, lakin buna imkan yaradılmır.“17 saylı Cəzaçəkmə Müəssisəsində Tofiq Yaqublunun həyatını dözülməz həddə çatdırıblar. Təzyiqlər getdikcə artır. Dörd həftədir ki, həyat yoldaşı Maya Yaqubluya etibarnamə vermək istəyir, ancaq hər dəfə bir bəhanə gətirirlər. Gah deyirlər ki, bu işə Ədliyyə Nazirliyi baxır, gah da Penitensiar Xidmət. Hələ də anam etibarnaməni ala bilməyib”, - Nigar Həzi bildirib.Davamı: https://shorturl.at/0rRKP
  • AbzasMedia

    22 Sept, 07:30

    Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri rusiyalı-özbəkistanlı iş adamı Alişer Usmanov və rusiyalı iş adamı Mixail Fridmanın sanksiya siyahısından çıxarılması ilə bağlı ilkin razılığa gəliblər.“Reuters”in sentyabrın 21-də diplomatlara istinadən yaydığı məlumata görə, yaxın saatlarda Aİ-yə üzv dövlətlərdən heç biri yazılı etiraz etməsə, qərar qüvvəyə minəcək.Razılaşma daha geniş kompromisin bir hissəsidir. Buna əsasən, Rusiya–Ukrayna müharibəsi ilə əlaqədar sanksiya tətbiq edilmiş minlərlə digər fiziki və hüquqi şəxsə qarşı məhdudiyyətlərin müddəti üç il uzadılacaq. Bu, sanksiyaların adətən altı və ya 12 aylıq müddətə uzadılması praktikasından xeyli fərqlənir.Usmanovun siyahıdan çıxarılmasını əvvəlcə Slovakiya tələb edib. Sentyabrda Fransa da bu tələbə qoşulub.Xəbərin davamı: https://shorturl.at/hWfIG
  • AbzasMedia

    21 Sept, 15:33

    Onun təklifinə görə, bölgələrdə elektrik enerjisi və qaz tarifləri üç dəfə aşağı salına, ipoteka imkanları genişləndirilə, emal müəssisələri vergidən azad edilə bilər.“Onsuz da bu, büdcə üçün böyük bir itki yaratmır. Əksinə, Bakıda tunellərə və ya əhalinin məskunlaşmasına çəkilən xərclər bundan bir neçə dəfə artıqdır”, - komitə sədri bildirib.Zahid Oruc həmçinin bölgələrdə çalışan müəllim, həkim və mədəniyyət işçilərinin maaşlarının artırılmasını təklif edib. Onun fikrincə, belə güzəştlər insanların kənd və rayonlarda yaşamağa marağını artıra bilər.Deputat bölgələrdə sosial infrastrukturun zəifləməsinə də diqqət çəkib:“Əgər bölgələrdə poçtlar, tibb məntəqələri bağlanırsa, bu, məktəblərin də qapısına qıfıl vurulması təhlükəsini yaradır. Bu halda kəndin özünün varlığı sual altında qalır”.Mənbə: Demokrat
  • AbzasMedia

    21 Sept, 15:33

    Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Bakıda tıxacların yaranmasının əsas səbəblərindən biri kimi kənd və rayonlardan paytaxta gələn insanların sayının çoxluğunu göstərib.O, sentyabrın 21-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında bildirib ki, tıxac probleminin həlli üçün bölgələrə və kəndlərə qayıdışı təşviq edən proqramlar hazırlanmalıdır.“Tıxacların yaranma səbəbinə baxsaq, görərik ki, əksəriyyəti kənd rayonlarından gələn insanlardır. Bakıda tunellərə, yol qovşaqlarına, mənzil bazarına, əmək bazarına təzyiqlər artır. Hökumət büdcə maliyyələşməsində paytaxtı öndə tutduğu halda, sanki daxili miqrasiyanı da maliyyələşdirmiş olur. Əhalinin axını oradan gəlir”, - Zahid Oruc deyib.Deputat hesab edir ki, bölgələrdə yaşayışı daha cəlbedici etmək üçün kommunal xidmətlər, ipoteka, vergilər və əməkhaqları üzrə güzəştlər tətbiq edilməlidir.
  • AbzasMedia

    21 Sept, 14:15

    Ramzan Kadırov region rəhbəri seçkilərində səslərin 99,85 faizini toplayaraq yenidən Çeçenistan rəhbəri seçilib.Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının protokolların 100 faizinin hesablanmasından sonra açıqladığı nəticələrdə bildirilir.Seçkidə Kadırovla yanaşı, “Ədalətli Rusiya” Partiyasından Çeçenistan İctimai Palatasının sədri İsmayıl Denilxanov və Kommunist Partiyasından regional parlamentin deputatı Xalid Nakayev iştirak edib. Rəsmi nəticələrə görə, onların hər biri 0,05 faiz səs toplayıb.Kadırov 2016-cı il seçkilərində 97,94 faiz, 2021-ci ildə isə 99,7 faiz səs almışdı. 2026-cı ildə açıqlanan 99,85 faizlik nəticə onun indiyədək seçkilərdə qeydə alınmış ən yüksək göstəricisidir.
    9521Open in Telegram
  • AbzasMedia

    21 Sept, 13:05

    Azərbaycanda məhkəmələrin həbs qətimkan tədbirinə geniş şəkildə üstünlük verməsi yenidən gündəmə gəlib. Deputat Arzuxan Əlizadə alternativ qətimkan tədbirlərindən daha çox istifadə olunmasını təklif edib. Hüquqşünas Yalçın İmanov isə “Abzas Media”ya deyir ki, mövcud praktikanın əsas səbəblərindən biri məhkəmələrin müstəqil olmaması və istintaq orqanlarının prosesdə dominant mövqeyidir.Deputat Arzuxan Əlizadə məhkəməyədək icraat zamanı həbs qətimkan tədbirinin əvəzinə alternativ tədbirlərdən daha geniş istifadə edilməsinə ehtiyac olduğunu bildirib.O, sentyabrın 21-də Milli Məclisdə çıxışı zamanı qanunvericilikdə həbsdən başqa qətimkan tədbirlərinin də nəzərdə tutulduğunu xatırladıb.“Daha çox həbsli qətimkan tədbirinə dair qərar verilir və bu, birmənalı olaraq doğru deyil. Bu istiqamətdə məhkəmələrimizə tövsiyələrin verilməsinə çox ciddi ehtiyac var. Bununla bağlı Azərbaycan
  • AbzasMedia

    21 Sept, 11:18

    Bu sistem 2019–2025-ci illərdə tətbiq olunan güzəşt rejimini əvəz edib. Həmin dövrdə qeyri-neft-qaz sektorunun özəl bölməsində 8000 manatadək aylıq əməkhaqqı gəlir vergisindən azad idi. 2026-cı ildən isə əməkhaqlarının mərhələli şəkildə vergiyə cəlb edilməsinə başlanılıb. Dövlət Vergi Xidməti bunu vergi yükünün mərhələli tətbiqi və rəsmi məşğulluğun qorunması ilə əsaslandırır.Müstəqil iqtisadçılar isə dəyişikliklərin işçilərin real gəlirlərinə təsirinə diqqət çəkirlər. Onların fikrincə, əməkhaqqı artımı inflyasiyanı üstələmədiyi halda hətta aşağı vergi dərəcələri də ailə büdcəsinə əlavə yük yarada bilər. Ekspertlər xəbərdarlıq edirlər ki, davamlı inflyasiya şəraitində vergi yükünün artması real gəlirləri və daxili istehlakı azalda bilər.İqtisadçılar verginin tətbiqinin işçilərin aylıq gəlirlərinə təsir etdiyini bildirərək əməkhaqlarının buna uyğun artırılmasının vacibliyini
  • AbzasMedia

    21 Sept, 11:18

    2027-ci il yanvarın 1-dən Azərbaycanda qeyri-neft-qaz sektorunun özəl bölməsində çalışanların gəlir vergisi artırılacaq.Vergi Məcəlləsinə əsasən, aylıq vergitutulan gəliri 2500 manatadək olan şəxslər üçün gəlir vergisinin dərəcəsi hazırkı 3 faizdən 5 faizə yüksələcək. Aylıq gəliri 2500-8000 manat olanlardan 125 manat və 2500 manatdan artıq hissənin 10 faizi, 8000 manatdan çox gəlir əldə edənlərdən isə 675 manat və 8000 manatdan artıq hissənin 14 faizi tutulacaq. İşçinin aylıq gəliri 2500 manatadək olduqda gəlirin 200 manatlıq hissəsinin vergidən azad edilməsi qüvvədə qalacaq.Hazırda - 2026-cı ildə 2500 manatadək vergitutulan gəlir üçün dərəcə 3 faizdir. 2500–8000 manat aralığında vergi 75 manat və 2500 manatdan artıq hissənin 10 faizi, 8000 manatdan yuxarı gəlirlər üçün isə 625 manat və artıq hissənin 14 faizi əsasında hesablanır. 2028-ci ildən 2500 manatadək gəlirlər üzrə dərəcənin
  • AbzasMedia

    21 Sept, 09:16edited

    “Euronews”un məlumatına görə, Sol Partiyanın Berlin üzrə əsas namizədi 45 yaşlı Elif Eralp Türkiyə əsilli alman hüquqşünas və siyasətçidir. O, 1981-ci ildə Münhendə doğulub.Eralpın valideynləri 1980-ci ildə Türkiyədəki hərbi çevrilişdən sonra siyasi təqiblər səbəbindən Almaniyaya köçüblər. Eralp Berlin hökumətinə rəhbərlik edə bilsə, şəhərin miqrant mənşəli ilk hakim meri olacaq.Meklenburq-Ön Pomeraniyada isə AfD 38,2 faizlə seçkidə birinci olub. Baş nazir Manuela Şvezigin rəhbərlik etdiyi SPD 35,5 faiz səs toplayıb. Sol Partiya 6,5, Yaşıllar 5,7 faiz əldə edib. CDU isə cəmi 4,9 faiz səs toplayaraq 5 faizlik seçki baryerini keçə bilməyib. Beləliklə, CDU Almaniya tarixində ilk dəfə hər hansı əyalət parlamentində təmsil olunmayacaq.Kansler və CDU sədri Fridrix Merts nəticəni “fəlakət” adlandırıb. O bildirib ki, Meklenburq-Ön Pomeraniyadakı nəticəni “yaxşı göstərməyin” mümkün
  • AbzasMedia

    21 Sept, 09:16edited

    Almaniyada ilin son əyalət seçkiləri siyasi qüvvələr nisbətini dəyişib. Berlində Türkiyə əsilli alman siyasətçi Elif Eralpın rəhbərlik etdiyi Sol Partiya (Die Linke) ilk dəfə seçkidə birinci olub.Meklenburq-Ön Pomeraniyada isə “Almaniya üçün Alternativ” (AfD) ən çox səs toplayıb. Kansler Fridrix Mertsin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı (CDU) hər iki seçkidə ciddi itkilərlə üzləşib.Sentyabrın 20-də keçirilən Berlin seçkilərinin ilkin rəsmi nəticələrinə görə, Sol Partiya səslərin 25,7 faizini qazanıb. CDU 18,8 faizlə ikinci, AfD 16,3 faizlə üçüncü olub. Yaşıllar 14,3, Sosial Demokrat Partiyası (SPD) isə 12,1 faiz səs toplayıb. Bununla da Berlində indiyədək hakimiyyətdə olan CDU-SPD koalisiyası parlament çoxluğunu itirib.
  • AbzasMedia

    21 Sept, 07:42

    Həbsdə olan iqtisadçı Fazil Qasımovun sentyabrın 19-dan quru aclıq etdiyi bildirilir. Bu barədə onun yaxınları məlumat yayıb.Yaxınlarının bildirdiyinə görə, Qasımovun aclığa başlamasına səbəb Nərimanov Rayon Məhkəməsində onun şikayəti üzrə keçirilən iclaslara dəfələrlə aparılmamasıdır.İqtisadçı iddia edir ki, 2023-cü ildə istintaq zamanı onun müdafiəsinə qoşulmaq istəyən iki vəkildən imtina etməsi barədə ərizəni özü yazmayıb və sənəddəki imza ona məxsus deyil. O, bununla bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edib.Yaxınlarının sözlərinə görə, iş təxminən dörd aydır məhkəmənin icraatındadır, lakin Qasımov bir neçə dəfə təyin olunan iclaslara aparılmayıb.Xəbərin davamı: https://shorturl.at/N3EC9
  • AbzasMedia

    19 Sept, 09:54

    Azərbaycan hökuməti 2027-ci ildə iqtisadiyyatın 2,7 faiz böyüyəcəyini, ümumi daxili məhsulun (ÜDM) nominal həcminin 141 milyard manata çatacağını proqnozlaşdırır.Maliyyə Nazirliyinin açıqladığı ilkin göstəricilərə görə, gələn il iqtisadi artımın əsas mənbəyi qeyri-neft-qaz sektoru olmalıdır. Bu sektorda 4,4 faiz artım, neft-qaz sektorunda isə 1,8 faiz azalma gözlənilir. Qeyri-neft-qaz ÜDM-inin 109,1 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.Bu, o deməkdir ki, hökumətin 2,7 faizlik ümumi artım proqnozunun gerçəkləşməsi üçün qeyri-neft iqtisadiyyatı indiki templə müqayisədə nəzərəçarpacaq dərəcədə sürətlənməlidir.2026-cı ilin ilk səkkiz ayında Azərbaycan iqtisadiyyatı cəmi 1,2 faiz böyüyüb. Qeyri-neft-qaz sektorunda artım 2,2 faiz olduğu halda, neft-qaz sektorunda 0,6 faiz azalma qeydə alınıb. Hökumətin yenilənmiş proqnozuna görə, 2026-cı il bütövlükdə 1,7 faizlik iqtisadi
  • AbzasMedia

    18 Sept, 15:14

    Fransanın Avropa və Xarici İşlər Nazirliyi Azərbaycana səfərlə bağlı xəbərdarlığını ölkədə “özbaşına saxlanılma və ədalətsiz məhkəmə” riski ilə əsaslandırıb. Azərbaycan Xarici İşlər Nazirliyi isə bu iddiaları rədd edib.Fransa XİN-in mətbuat katibi Paskal Konfavrö sentyabrın 17-də keçirdiyi brifinqdə Azərbaycana səfərin niyə tövsiyə edilmədiyi barədə suala cavab verib.O bildirib ki, Fransa vətəndaşlarına, o cümlədən ikili vətəndaşlığı olan şəxslərə zəruri səbəb olmadıqca Azərbaycana səfər etməmək tövsiyə olunur. Mətbuat katibi bunu Azərbaycanda “özbaşına saxlanılma və ədalətsiz məhkəmə” riski ilə əlaqələndirib.Fransa XİN-in sentyabrın 15-də yenilənən Azərbaycan üzrə səyahət tövsiyəsində də ölkənin böyük hissəsinə zəruri səbəb olmadıqca səfər etməmək məsləhət görülür. Nazirlik iddia edir ki, Azərbaycanda olan Fransa vətəndaşları, o cümlədən turistlər və işgüzar səfərdə olan şəxslər
    16311Open in Telegram
Download the series as CSV
A feedback bot for your channel — free

Followers write to the bot, you answer by reply, your account stays hidden. Created in one tap.

How it works →
Create the bot