Latest posts

alleqoriya
7 Sept, 11:52
Sənət müharibəni dayandıra bilməz. Bəs səhnə münaqişəni anlamaq və anlatmaq üçün bir vasitəyə çevrilə bilərmi?Dramaturq İlqar Aydın səhnə vasitəsilə münaqişənin necə araşdırılmasından, fərqli tərəflərin qarşılaşdırılmasından və dialoq imkanının yaradılmasından danışır.Tam versiyası üçün klikləyə bilərsiniz.
alleqoriya
4 Sept, 19:50
Solmaz Neragi - NobahariYataqda yatan adam iranlı senarist, kinorejissor və fotoqraf Abbas Kiyarüstəmidir. Filmləri böyük ölçüdə həyat fəlsəfəsindən, hisslərin dərin mənalarının ifadəsindən bəhs edir. On il bundan qabaq 4 iyul vəfat edib və vəfat etməzdən əvvəl son dəfə bu mahnını dinləmək istəyir. Solmaz Neragi musiqini səsləndirərkən Abbas Kiyarüstəmi göz yaşlarının axdığı görünür.Onun göz yaşları məni bir mövzuda düşündürür: o qədər fəlsəfi filmlərin yaradıcısı bu adam nə üçün ağlayırdı? Həyatın mənasını tapa bilmişdi? Tapa bilməmişdi? Yoxsa, ümumiyyətlə, həyatın mənası yox idi?İnsan həyatı sorğulayanda və cavab tapmayanda pisdir, yoxsa ümumiyyətlə, sorğulamamaq lazımdır? Xoş, mən sorğulamadan dayana bilmirəm, suallarıma da cavab tapa bilmirəm.
alleqoriya
4 Sept, 06:11
Van Qoqun bu əsəri Ulduzlu Gecədən daha yaxşıdır (şəxsi)
alleqoriya
4 Sept, 06:09
Van Qoq nə qədər əsər yaradıbsa, hər dəfə fərqli bir üslubda başqa birini görürəm.
alleqoriya
4 Sept, 06:08

alleqoriya
4 Sept, 05:50
Bu formada işləri təhlil/tənqid etməyin tərəfdarı deyiləm. Amma iddialı iş kimi təqdim olunursa, bir-iki söz demək olar. Məsələn, heyvan-insan obrazı yaradılıb, amma burdakı hibrit forma bayağı simvolika ilə verilib. Bu cür işləri peşəkar rəssamlarda görmək
alleqoriya
4 Sept, 05:48
Bu formada işləri təhlil/tənqid etməyin tərəfdarı deyiləm. Amma iddialı iş kimi təqdim olunursa, bir-iki söz demək olar. Məsələn, heyvan-insan obrazı yaradılıb, amma burdakı hibrit forma bayağı simvolika ilə verilib. Bu cür işləri peşəkar rəssamlarda görmək
alleqoriya
4 Sept, 05:48
Bu formada işləri təhlil/tənqid etməyin tərəfdarı deyiləm. Amma iddialı iş kimi təqdim olunursa, bir-iki söz demək olar. Məsələn, heyvan-insan obrazı yaradılıb, amma burdakı hibrit forma bayağı simvolika ilə verilib. Bu cür işləri peşəkar rəssamlarda görmək birmənalı qarşılanmır. Risunok onsuz da zəifdir, rəng-kolorit də partlayıb, yəni harmoniya yoxdur. İsti-soyuq münasibəti də itib tamamilə. Bu texnika ilə işləmək onsuz da çətindir, bəlkə də, bu səbəbdən daha da qarışıq olub iş. Adətən fon soyuq rənglər olur ki, bədii obraz daha diqqəti çəksin, amma burada tamamilə isti rənglər vurulub, riskli, həm də təqdirəlayiq manevrdı, amma uğurlu olmayıb. Bədii əsər kimi zəifdir, estetik yöndən ələ alanda da banal qalır, xaltura işi kimi baxsaq, sənətşünas aspektindən yenə tutarlı nəsə demək olmur. İddia oluna bilər ki, təbiət-mədəniyyət dixotomiyası, yaxud şamanist ünsürlər var və məzmunu o
alleqoriya
4 Sept, 05:47
Uzun müddətdir ki, artıq bir rəsm görən kimi sənətşünas Cavidana göndərirəm və fikirlərini soruşuram. Bu səfərki fikirlərini sizinlə də paylaşım.
alleqoriya
3 Sept, 15:09
Dənizdəki insanlar boğulmur. Onlar sevgi və gözəllik ilahəsi Afroditanın doğuluşuna şahidlik edirlər.Yunan mifologiyasına görə, Afrodita dəniz köpüyündən yaranıb. Ayvazovski bu doğuluşu sakit və işıqlı bir səhər kimi deyil, qaranlıq və dalğalı gecədə təsvir edib. Afrodita tablonun mərkəzindədir, amma rəssam onu böyüdüb əsas fiqura çevirməyib. İlahə də dənizin böyüklüyü içində kiçik görünür.İvan Ayvazovski “The Birth of Aphrodite” əsərini 1887-ci ildə yağlı boya ilə çəkib. Rəssam yunan mifini özünün əsas mövzusu olan dənizlə birləşdirib: burada Afrodita dənizdən sadəcə çıxmır, sanki onun içində yaranır.
alleqoriya
2 Sept, 15:40
Onun öldüyünü biz görmürük. Amma qadının barmağındakı nikah üzüyü, qara libası və solmuş qızılgüllər bunu bizim yerimizə danışır.1866-cı ildir. Amerika Vətəndaş müharibəsi yenicə bitib. Minlərlə əsgər evinə qayıtsa da, minlərlə qadının gözlədiyi adam geri dönməyib.Qadın gülləri möhkəm saxlamır. Sadəcə buraxmır.Constant Mayer bu əsəri 1866-cı ildə çəkib və adını “Love’s Melancholy” qoyub. Rəsm hazırda Çikaqo İncəsənət İnstitutundadır. Qara libas, nikah üzüyü və solmuş qırmızı güllər qadının müharibədə itirdiyi həyat yoldaşına yas tutduğunu göstərir.
alleqoriya
31 Aug, 07:48
Video kontentləri sevmədiyinizi bilirəm amma maraqlı olma ehtimalını düşünərək müsahibənin tam versiyasının linkini sizinlə bölüşürəm. 👇https://youtu.be/gbzxgsRrMus?si=yk9rSmDi5jrpsdJJYouTubeSənətin münaqişələrin həllindəki rolu | sənətşünas Ülkər ƏliyevaSənət sülh yarada bilərmi? Yoxsa onun gücü müharibələri dayandırmaqda deyil, insanın “digərini” görmək və anlamaq qabiliyyətini dəyişməkdədir? Tarix boyu sənət müharibələrin, qarşıdurmaların və kollektiv travmaların həm şahidi, həm də ifadə vasitəsi olub.…
alleqoriya
30 Aug, 15:58
Sənət müharibəni dayandıra bilməz. Bəs sülhü mümkün edən düşüncə tərzini yarada bilərmi?Sənətşünas Ülkər Əliyeva sənətin sülhə təsirindən, cəmiyyətlər arasında dialoq yaratmaq və qarşındakını anlamaq imkanından danışır.Müsahibəni tam izləmək üçün YouTube kanalımızı izləməyə alın.
alleqoriya
30 Aug, 15:56
Məni ən çox maraqlandıran sualı sənətçilərdən soruşmağa başladım və sizinlə də paylaşmağı unutmadım
alleqoriya
30 Aug, 11:50

alleqoriya
26 Aug, 15:58
Moldovada olanda çəkmişdim bunu. Sizin çəkdiyiniz maraqlı heykəllər hansılardır? ⬇️
alleqoriya
26 Aug, 15:09
Hərdən bəyənmədiklərimi də paylaşım. Gözlərinizdən üzr istəyirəm.Belə əsərlərə rəng qusmağı✨ deyirəm
alleqoriya
25 Aug, 06:00
IELTS-ə hazırlaşıram. Belə maraqlı məqalə çıxdı. Sizinlə də paylaşmaq istədim. Neyroestetika adlanan yeni yaranan bir elm sahəsi incəsənətin öyrənilməsinə elmi obyektivlik gətirməyə çalışır və artıq bir çox şah əsərləri daha yaxşı anlamağımıza kömək edib.
alleqoriya
25 Aug, 05:48
IELTS-ə hazırlaşıram. Belə maraqlı məqalə çıxdı. Sizinlə də paylaşmaq istədim.Neyroestetika adlanan yeni yaranan bir elm sahəsi incəsənətin öyrənilməsinə elmi obyektivlik gətirməyə çalışır və artıq bir çox şah əsərləri daha yaxşı anlamağımıza kömək edib. Məsələn, İmpressionist tabloların bulanıq təsvirlərinin beynin amigdala hissəsini qıcıqlandırdığı görünür. Amigdala hisslərimizdə mühüm rol oynadığı üçün, bu kəşf bir çox insanın nə üçün bu əsərləri bu qədər təsirli hesab etdiyini izah edə bilər.
alleqoriya
24 Aug, 17:49
Bir ölkədə sənət və ədəbiyyatdan daha çox siyasət müzakirə edilirsə, ora üçüncü sinif bir ölkədir. - Fridix Nitsşe Nitsşe filozof yox, rəssam olmaq istəyirdi. Gənc yaşlarından musiqiyə həvəsi var idi və ömrünün son on ilinə qədər musiqi bəstələyirdi. Tarixdə
Followers write to the bot, you answer by reply, your account stays hidden. Created in one tap.
How it works →Related Channels
Other channels in the same section of the catalogue.
