Latest posts

AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
22 Sept, 12:11
🚌 “Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqələri yaradılıb.Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək stansiyalardan rahat istifadəsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib.📍 “Avtovağzal” stansiyası (“Piramida” tərəfi): 500, 503, 508, 119, 135, 142, 525A, 525B, 114A, 114B, 156, 156A, 158, 159, 170 və 83A nömrəli marşrut avtobusları burada aralıq dayanacaq edəcək.🚍 Avtobusların Bakı–Sumqayıt yoluna rahat və maneəsiz çıxışı üçün ərazidə xüsusi hərəkət zolağı da təşkil edilib.📍 “Xocəsən” stansiyası: 130 və 102 nömrəli marşrut avtobusları üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib.ℹ️ Dayanacaq məntəqələri müvafiq nişanlarla işarələnib.🤝 Görülən tədbirlər sərnişinlərin metro və avtobuslardan daha rahat və səmərəli istifadəsinə şərait
AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
22 Sept, 07:42
🚲 Şəhəri birlikdə velosipedlə kəşf etdik!Avropa Mobillik Həftəsi çərçivəsində AYNA və “APAR” şirkətinin birgə təşkilatçılığı ilə Bakıda veloyürüş keçirilib.Şəhidlər Xiyabanından start götürən yürüş velosiped zolağı boyunca davam edərək Hüseyn Cavid parkında musiqi, əyləncə və xoş atmosferlə yekunlaşıb.Daha dayanıqlı şəhər və ekoloji təmiz hərəkətlilik üçün birlikdə pedal çeviririk! 💚🚲 A day of cycling, fun and exploring the city together!Starting at Martyrs’ Alley, cycling ride followed the city’s cycling lane and finished at Huseyn Javid Park, where participants enjoyed music, entertainment and a relaxed atmosphere.Pedalling towards a greener, more sustainable city! 💚
AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
21 Sept, 13:54
🚌 Metro xətlərinin ayrılması layihəsi çərçivəsində avtobus səfərlərinin yüksək intensivliyini qorumaq məqsədilə Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində xüsusi hərəkət zolaqları təşkil edilib.Bu zolaqlar sayəsində müntəzəm və ekspres marşrutların istifadəçiləri maneəsiz və vaxt itkisi olmadan daşınır.
AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
21 Sept, 11:26
🎫 “Biletim.az” portalında yeni funksiya istifadəyə verilib!Vətəndaşlar getmək istədiyi reys üzrə boş yer olmadıqda, bildiriş funksiyasını aktivləşdirə bilərlər. 🔔Boş yer yarandıqda, sistem istifadəçiyə avtomatik bildiriş göndərəcək.Beləliklə, reyslər üzrə bilet əldə etmək daha rahat və əlçatan olacaq. 🚌
AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
21 Sept, 09:32
🚍 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar “Şamaxinka” adlanan ərazidəki dayanacaq məntəqəsindən çıxarılır.📍Bu marşrutların sərnişinləri “Azərbaycanfilm Kinostudiyası” dayanacaq məntəqəsindən istifadə edə bilərlər.“Şamaxinka”da dayanacaq məntəqəsi qruplaşdırılaraq 3 hissəyə ayrılacaq və sərnişinlərin rahatlığı üçün müvafiq nişanlarla işarələnəcək.🚌 Bununla da ərazidə avtobusların dayanacaq ətrafında yaratdığı əlavə sıxlığın qarşısı alınacaq.
AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
20 Sept, 15:03
🚲 Rəşid Behbudov küçəsinin daha bir hissəsində mikromobillik zolağı təşkil edilib.Yeni zolaq digər küçələrdəki mikromobillik zolaqları ilə əlaqəni təmin edərək mövcud şəbəkəni genişləndirib.
AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
20 Sept, 08:46
🇦🇿 🛴 Xüsusi təkliflərdən yararlanmaq üçün əla fürsət!16–22 sentyabr tarixlərində JET və WINGS istifadəçiləri üçün xüsusi təkliflər təqdim olunur.JET abunəçiləri üçün: ⏱️ 100 dəqiqə — cəmi 10 AZN ⏱️ 200 dəqiqə — 19 AZNWINGS istifadəçiləri üçün: 🎁 WZAYN001 promokodunu daxil edin və balansınıza 3 AZN bonus qazanın!Təkliflərdən yararlanın və hərəkətinizi daha sərfəli edin! 🛴🇬🇧 🛴 A Great Opportunity to Enjoy Special Offers!From 16–22 September, special offers are available for JET and WINGS users.For JET subscribers: ⏱️ 100 minutes — only 10 AZN ⏱️ 200 minutes — 19 AZNFor WINGS users: 🎁 Enter the promo code WZAYN001 and receive a 3 AZN bonus in your balance!Take advantage of these offers and make your journeys more affordable! 🛴
AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
20 Sept, 06:11
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür.Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında müvafiq Sərəncamına əsasən qeyd olunan bu tarix qürur və zəfərimizi təcəssüm etdirir.
AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
20 Sept, 05:09
🇦🇿 20 Sentyabr Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə xalqımızı təbrik edirik!
AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
19 Sept, 16:59
🚗 Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran-Prisi 2026” ilə əlaqədar 20-29 sentyabr tarixlərində şəhərin mərkəzi küçələrində yerləşən müəyyən parklanma məntəqələri fəaliyyətini müvəqqəti olaraq dayandırır.🅿️ Sürücülərdən xahiş olunur ki, nəqliyyat vasitələrini park edərkən ərazilərdəki parklanma nişanlarına mütləq qaydada diqqət yetirsinlər və məhdudiyyət tətbiq olunan yerlərdə saxlamasınlar.
AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
19 Sept, 15:54
🚧 Paytaxtın Binəqədi rayonunun İbrahimpaşa Dadaşov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.🚍 Məhdudiyyət səbəbindən 6, 88, 88A və 202 nömrəli marşrutların hərəkəti alternativ olaraq Şövkət Məmmədova küçəsi ilə təşkil edilir.
AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
19 Sept, 10:12
🏎 “Formula-1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir.🚌 Müntəzəm və ekspres avtobusların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.🔗 Ətraflı məlumat üçün linkə keçid edin: https://lnkd.in/dB8rV353
AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
18 Sept, 20:02
🚲 19 sentyabrda birlikdə şəhərin ritmini dəyişirik!Siz də velosipedinizi götürün, dostlarınızı dəvət edin və bu hərəkətli günün bir hissəsi olun!Velosipediniz yoxdursa, bu da iştirakınıza mane deyil. 💚⏰ 10:00 📍 Start: Şəhidlər xiyabanı 🏁 Finiş: Elmlər Akademiyası parkıMarşrut: Şəhidlər xiyabanı – Parlament prospekti – Hüseyn Cavid prospekti – Elmlər Akademiyası parkı.📌 Qeydiyyat üçün linkə keçid edin: https://forms.gle/Wr43eabJ22GqkFScA🚲 Let’s change the rhythm of the city together on September 19!Grab your bike, invite your friends, and be part of an active day in Baku!Don’t have a bike? No problem, you can still join us! 💚
AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
18 Sept, 16:57
🚲🛴 Mikromobillik üçün ilk addımını at!Avropa Mobillik Həftəsi çərçivəsində keçiriləcək velosiped və skuter təliminə qoşulun, mikromobillik vasitələrindən təhlükəsiz və düzgün istifadə qaydalarını öyrənin.📍 Ünvan: Dədə Qorqud parkı ⏰ Saat: 10:00Daha çox hərəkət, daha çox seçim! 💚🚲🛴 Take Your First Step Towards Micromobility!Join the cycling and scooter training session and learn how to use micromobility vehicles safely and responsibly.📍 Location: Dede Gorgud Park ⏰ Time: 10:00
AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
18 Sept, 16:57
ℹ️ Avropa Mobillik Həftəsi çərçivəsində Avropa Azərbaycan Məktəbinin 10 və 11-ci sinif şagirdləri üçün mikromobillik vasitələrindən təhlükəsiz və düzgün istifadə mövzusunda interaktiv maarifləndirici infosessiya keçirilib.🚲 Tədbirin sonunda APAR təlimçiləri tərəfindən velosipeddən təhlükəsiz və düzgün istifadə qaydalarına dair praktiki təlim təşkil olunub.ℹ️ We have held an interactive awareness session on the safe and proper use of micromobility vehicles for 10th and 11th-grade students at the European Azerbaijan School.🚲 The session concluded with a hands-on training led by APAR instructors, covering the rules for safe and proper bicycle use.
AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
18 Sept, 14:02
🚌 Metro xətlərinin ayrılması layihəsinin başlanması nəticəsində yaranan böyük sərnişin axınına baxmayaraq avtobuslar fasiləsiz xidmət göstərir.🕑 Videomaterialda 17 sentyabr 07:30-19:30 saat aralığında sərnişin axını nümayiş olunub.Sərnişinlərdən bir daha xahiş olunur: 🔹 Avtobuslara minərkən növbə mədəniyyətinə riayət edin. Bu, daha sürətli girişə və avtobusun daha tez yola düşməsinə imkan verəcək. 🔹 Avtobus gözləyərkən avtomobil yolunda deyil, səkidə dayanın. Beləliklə, avtobusların dayanacağa maneəsiz və təhlükəsiz yaxınlaşması təmin olunacaq.
AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
18 Sept, 13:31
🛣️ Metro xətlərinin ayrılması layihəsi çərçivəsində avtobus səfərlərinin yüksək intensivliyini qorumaq məqsədilə Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində xüsusi hərəkət zolaqları yaradılır.🚗 Avtomobillər üçün hərəkət zolaqlarının sayı dəyişmir 🚌 Avtobuslar üçün əlavə zolaq təşkil edilir 🚲 Mikromobillik zolağı saxlanılır
AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
18 Sept, 13:30
🛴 Skuterdən istifadə edərkən təhlükəsizlik qaydalarına əməl etmək vacibdir!✅ Maarifləndirici tədbir çərçivəsində mikromobillik istifadəçilərinə əsas qaydalar bir daha izah edildi.
AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
18 Sept, 11:37
🚌 Avtobusların qrafikə uyğun gecikmədən hərəkət etməsi məqsədilə Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində ("20 Yanvar" m/st istiqamətində) avtobus zolağının qüvvədəolma müddəti axşam saatlarında 1 saat artırılıb.🕔 Əvvəl: 17:00–20:00 ❌ 🕘 Hazırda: 17:00–21:00 ✅🚍 Sürücüləri dəyişikliyi nəzərə alaraq diqqətli olmağa çağırırıq.
AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
18 Sept, 06:54
🚗❌ 20 sentyabr tarixində “Avropa Mobillik Həftəsi” çərçivəsində Məhəmməd Naxçıvani küçəsində “Avtomobilsiz gün” keçiriləcək.Tədbir çərçivəsində sağlam həyat tərzini təşviq edən maarifləndirici fəaliyyətlər, mikromobilliik vasitələrinin istifadəsi və müxtəlif əyləncəli proqramlar təşkil olunacaq.🚗❌ On September 20, "Car-Free Day" will be held on Mahammad Nakhchivani Street.The event will feature activities promoting a healthy lifestyle, the use of micromobility devices, and various entertainment programs.
Followers write to the bot, you answer by reply, your account stays hidden. Created in one tap.
How it works →Related Channels
Other channels in the same section of the catalogue.
