Latest posts

Azərbaycan Tarixi
21 Sept, 11:16edited
Məşhurdur ki, monqol hökmdarı Çingiz xan Nişapurda törətdiyi fəlakətlərdən sonra Həmədana getdi və oradakı insanlara dedi:“Bir sual verəcəyəm. Əgər düzgün və yaxşı cavab versəniz, aman içindəsiniz.”Sonra soruşdu:“Mən Allah tərəfindən göndərilmişəm, yoxsa özüm gəlmişəm?”Camaatın içindən cəsur və qorxmaz bir çoban Çingiz xana üz tutaraq dedi:“Sən nə Allah tərəfindən gəlmisən, nə də öz istəyinlə. Səni bura gətirən bizim öz əməllərimizdir. Biz öz alimlərimizə və ağıllı insanlara hörmət göstərmədik, bir qrup alçaq və cahilə məqam və nüfuz verdik, onlara hörmət etdik. Bunun nəticəsi isə sənin ordunun bura yürüş etməsidir...”Azərbaycan Tarixi
Azərbaycan Tarixi
20 Sept, 13:37
Dünyanın ən qüdrətli şahlarından - Şah Abbas (İmam Əlinin nökəri)Azərbaycan Tarixi
Azərbaycan Tarixi
19 Sept, 06:38
⚠️ADR himnini bəstələyən Üzeyir Hacıbəyov daha sonra ADR hökumətini devirən bolşeviklərin himnini bəstələmişdir.Mənbə: Prezident Kitabxanası — Azərbaycan Respublikasının Dövlət Himni Prezident Kitabxanası — Azərbaycan SSR-in HimniAzərbaycan Tarixi
Azərbaycan Tarixi
18 Sept, 06:37
⚠️Rəsulzadənin Azərbaycanda Mart-Sentyabr qırğınları törədilən vaxt Türkiyədə gizlənməsi haqqında Nəsiman Yaqublu yazır; Bakı uğrunda çoxlu qurbanlar verilirdi. Rəsulzadə isə həmin vaxt İstanbulda idi. O yazırdı; "O dövrün Hərbiyyə naziri bulunan Ənvər Paşa həzrətləri telefon edirdilər: Əmin bəy, Bakı alındı!"Mənbə: Rəsulzadə — “Azərbaycan Cümhuriyyəti: keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti”, İstanbul, 1990, səh. 51.Azərbaycan Tarixi
Azərbaycan Tarixi
17 Sept, 07:39
Əhmədli və Mahmudlu kəndinin tarixAzərbaycan Tarixi
Azərbaycan Tarixi
17 Sept, 06:36
⚠️Stalin Rəsulzadənin vaxtilə onu həbsdən azad etmək üçün xeyriyyə cəmiyyətinin pullarını xərcləməsinin əvəzi olaraq 1920-ci ildə Rəsulzadəni həbsdən azad edərək özü ilə Rusiyaya aparır. Rəsulzadə Rusiyada olduğu müddət ərzində Lazarev İnstitutunda fars dilindən dərs deyir...Mənbə: Nəsiman Yaqublu, Məhəmməd Əmin Rəsulzadə səhifə 29Azərbaycan Tarixi
Azərbaycan Tarixi
16 Sept, 06:35
⚠️Rəsulzadənin təşəbbüsü əsasında 1919-cu il 15 noyabrda Bakı Dövlət Universitetində Osmanlı ədəbiyyatı tarixindən mühazirələr oxunmuşdur...Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası, səhifə 29Azərbaycan Tarixi
Azərbaycan Tarixi
15 Sept, 06:34
⚠️Rəsulzadə Stalinin tapşırığı əsasında məqalə yazırdı. Yəni onun göstəriş verəni Stalin idi.Mənbə: Məqalə Volna jurnalının birinci sayında nəşr olunubAzərbaycan Tarixi
Azərbaycan Tarixi
15 Sept, 04:52
⚠️ADR hakimiyyəti dövründən bu yana son 100 ildə Azərbaycan 12 bayraq dəyişdirmişdir. Bunlardan ikisi ADR zamanında mövcud olub. Mənbə: Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən 2005-ci ildə nəşr olunan "Azərbaycan bayraqları”adlı
Azərbaycan Tarixi
14 Sept, 06:33
⚠️Rəsulzadəni Stalin ilə tanış edən ilk şəxs Rəsulzadənin əmisi oğlu M.Ə.Rəsuloğlu olmuşdur. Sonradan bu dostluq dərinləşmişdir. Stalin törətdiyi cinayət və quldurluq fəaliyyətinə görə Bayıl həbsxanasına aparılan zaman onun həbsxanadan qaçırılmasında Rəsulzadə mühüm rol oynamışdır.Mənbə: Rəsulzadənin öz xətti ilə rus dilində yazdığı tərcümeyi halı. Rəsulzadə ensiklopediyası, səhifə 17Azərbaycan Tarixi
Azərbaycan Tarixi
13 Sept, 06:32
⚠️Rəsulzadə xeyriyyə cəmiyyətinə yığılan pulu o dövrdə quldurluqla məşğul olan Stalinin həbsxanadan qaçırılması üçün xərcləmişdi...Mənbə: Nəsiman Yaqublunun “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası” səhifə 19Azərbaycan Tarixi
Azərbaycan Tarixi
12 Sept, 06:31
⚠️Qubada cuhud ravvin İshaqla görüşdə Rəsulzadənin çıxışı;“Oxuduğunuz Tövrat bizcə Kitabi-İlahidir. Türk dövlətlərində yəhudi ziddliyi görülməmişdir. Yəhudiləri himayə edən dövlət Türkiyədir. Cümhuriyyət olan dövlətimizdə siz yəhudilər gərək şəxs və gərək millət etibarilə əmin və amanda olub, rahət yaşayacağınızdan əmin ola bilərsiniz!Mənbə: Rəsulzadənin 1919-cu ilin sentyabrında Qubaya səfəri haqqında “Azərbaycan” qəzetində dərc edilmiş “M.Ə. Rəsulzadə Qubada” adlı məqalə, 279 və 280-ci nömrə, 22–23 sentyabr tarixiAzərbaycan Tarixi
Azərbaycan Tarixi
11 Sept, 06:34
⚠️M.Ə.Rəsulzadə 1918-ci ildə Nuru Paşanın şərəfinə verilmiş ziyafətdə Səfəviləri işğalçı adlandırır və Osmanlıları 1578-ci ildə Şirvan və Azərbaycanı işğaldan azad edən imperiya kimi təqdim edir;-Osman Paşa (1526 – 1585) Bakı qalasını təmir etdirərək müdafiəsini Əhməd bəy adlı bir komandana tapşırmış, özü Dəmirqapı Dərbəndə çəkilmişdi. Bu surətlə Bakı 6 ay tamam mühasirəyə dayanmış, nəhayət, düşməni (Səfəvi ordusunu) dəf edə bilmişdi.Tarix yenə təkrar edə bilər, həm etməlidir!”Mənbə: “Azərbaycan qəzeti, 14 .11.1918, sayı 39, səh.63Azərbaycan Tarixi
Azərbaycan Tarixi
10 Sept, 05:03edited
⚠️ADR hakimiyyəti dövründən bu yana son 100 ildə Azərbaycan 12 bayraq dəyişdirmişdir. Bunlardan ikisi ADR zamanında mövcud olub.Mənbə: Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən 2005-ci ildə nəşr olunan "Azərbaycan bayraqları”adlı kataloq. Müəllif: Nailə Vəlixanlı və başqaları; nəşriyyat “Elm”, Bakı, 2005Azərbaycan Tarixi
Azərbaycan Tarixi
9 Sept, 06:38edited
ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #14İslam ümmətinin şəhid rəhbəri Seyyid Əli Xameneinin birbaşa təbliğ olunmasına göstəriş verdiyi yeganə dövlət Səfəvi dövlətidir. Şəhid Rəhbərin Əliəkbər Vilayətiyə ünvanladığı məktubundaAzərbaycan Tarixi
Azərbaycan Tarixi
9 Sept, 05:02edited
⚠️Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 10 mart 1919-cu il tarixli qərarı ilə yəhudi məktəblərinə birdəfəlik 25 min rubl maliyyə ayrılır.Mənbə: “Как правительство АДР поддерживало еврейские школы” — Вестник Кавказа. Məqalənin arxiv istinadı: ГААР, ф. 51, оп. 2, д. 4, л. 27.Azərbaycan Tarixi
Azərbaycan Tarixi
8 Sept, 05:01edited
⚠️1919-cu ilin noyabrında ADR Hökumətinin Maarif Nazirliyi Bakının orta təhsil müəssisələrinin direktorlarına göndərdiyi sərəncamda bildirir ki, yəhudi uşaqlar olan siniflərdə yəhudi dini dərsləri keçirilsin.Mənbə: Вестник Кавказа, “Как правительство АДР поддерживало еврейские школы” — sənədin arxiv göstəricisi ГААР. Ф. 51. Оп. 1. Д. 33. Л. 276Azərbaycan Tarixi
Azərbaycan Tarixi
7 Sept, 05:03edited
⚠️Rəsulzadə yazır ki, birinci dünya müharibəsinə qədər Təbriz və ətrafı Azərbaycan adlanırdı. Müharibədən sonra mərkəzi Bakı olan Qafqaz bölgəsi Azərbaycan adlanmağa başlanıb. Yəni Azərbaycan Respublikasının yaradılmasında məqsəd İranın Azərbaycan adlanan ərazilərinə torpaq iddiası olub.Rəsulzadə Azərbaycan dilini Osmanlı türkcəsi ilə qarışdırdığı üçün müəyyən qədər yazdıqları çətin başa düşülür. Amma təqribi oxunuşdan yuxarıdakı mətləbləri özünüz də anlaya bilərsiniz;[hərbi ümumidən əvvəlki cofrafya görə azərbaycan şomali iranda vaqe təbriz ilə həvalisi diyilirdi, hərbidən və buyuk rusiye ihtilasindən sokra dillərdə dolaşan azərbaycan salef zikr azərbaycan ke şomalında cənub şərqi qafqaz qitəsindən ibarətdir ke mərkəzi bakudur]Mənbə: Azərbaycan cümhuriyyəti, keyfiyyət təşkili və şimdiki vəziyyəti, səh. 11Azərbaycan Tarixi
Azərbaycan Tarixi
6 Sept, 04:59edited
⚠️Xəzər donanması, dəmiryolu, pul sistemi – hamısı Britaniya nəzarətində idi. Britaniya Bakının bütün neftini də öz nəzarətinə aldı – 30 milyon pud neft çıxarıldı. Tomsonun idarəçiliyi dövründə ingilislər Bakının neft sənayesini tam nəzarətə götürdülər və 1918–1919 arasında 30 milyon pud (təxminən 500 min ton) neft Britaniyaya daşındı. Bu, ADR iqtisadiyyatına ağır zərbə idi.Mənbə: Kitab: Баку в период английской оккупации (1918–1919) Müəllif: А. А. Бабаев Nəşriyyat: Баку: Азернешр Nəşr ili: 1964 Səhifələr: 54–60Azərbaycan Tarixi
Azərbaycan Tarixi
5 Sept, 09:52edited
ŞAH İSMAYIL HAQQINDA BİLİNMƏYƏN 100 FAKT #13Şah İsmayıl məktublarında apardığı mübarizənin məqsədinin "şəriəti bərqərar etmək" olduğunu bəyan etmişdir.Şah İsmayılın Əlvənd Mirzəyə məktubundanAzərbaycan Tarixi
Followers write to the bot, you answer by reply, your account stays hidden. Created in one tap.
How it works →Related Channels
Other channels in the same section of the catalogue.
