Latest posts

İnsan yönümlü şəhərlər ️
21 Sept, 09:35
🚲 Bakıda artıq 70 km-ə yaxın veloinfrastruktur var. Bəs bu çoxdurmu? ⠀ Təhlillərdə 100 000 sakinə düşən veloinfrastrukturun uzunluğu müqayisə olunur. Bu göstəriciyə görə Bakı bəzi postsovet şəhərlərindən belə geri qalır. Məlumatlar əsasən 2024–2026-cı illərə aiddir və bəzi şəhərlərdə veloşəbəkə artıq daha da genişdir. Məsələn, Almatıda ilin sonuna qədər velozolaqların uzunluğunu 126 km-ə çatdırılması planlaşdırılır. ⠀ 🇦🇹 Bəs niyə Vyana? Çünki Baş planda Vyana şəhəri müqayisə və inkişaf üçün benchmark kimi götürülüb. Vyanadakı göstəriciyə çatmaq üçün təxminən 4 milyon əhalisi olan Bakı şəhərində 756 km velosiped zolaqları olmalıdır. ⠀ #velosipedzolaqları #infoqrafika


İnsan yönümlü şəhərlər ️
20 Sept, 09:51
❎ Rəşid Behbudov küçəsində zolaqları sildilər, sonra eyni yerdə eyni xətləri çəkdilər.Fotolarda görünür ki, velozolaq üçün yer ayrılmışdır, amma nəticədə velozolaq çəkilmədi.


İnsan yönümlü şəhərlər ️
19 Sept, 13:09
🚲 Rəşid Behbudov küçəsinin daha bir hissəsində velozolaq çəkilib.İzləyicilərin göndərdiyi fotolardan yaxşı görünmür, amma deyəsən Sahil Bağının ətrafını əhatə etmir.Orada parkın içində bir dənə bərbad velozolaq var deyə, bəlkə də ona görə təşkil etmirlər. Amma bu səhv yanaşmadır, o tərəflərdə olanda gedib ətraflı foto/video çəkib izah edəcəm.#velosipedzolaqları



İnsan yönümlü şəhərlər ️
18 Sept, 13:40
❌ Bir neçə il əvvəl Azadlıq prospektində yerləşən bu tarixi binanı hansısa elektronika dükanı reklamlarla eybəcər etmişdir.İndi də POPEYES gəldi binanı bu vəziyyətə saldı.


İnsan yönümlü şəhərlər ️
18 Sept, 07:05
🇰🇿 Qazaxıstan ilk oldu.🚊 Post-sovet məkanında sökülmüş tramvay xətlərinin indi yenidən bərpa olunduğu ilk şəhər Almatıdır.📍 Bakı və Tiflisdə hələ layihələndirmə gedir, bu şəhərdə isə artıq küçələrə relslər qoyulur.❎ Almatıda tramvay xətləri 2015-ci ildə sökülmüşdür. Yeni relsli nəqliyyatın adı “Almaty LRT”-dir.📸: @lrt.almaty
İnsan yönümlü şəhərlər ️
17 Sept, 10:04
🚇 Bəs “20 Sentyabr” (kod adı “B4”) stansiyası nə vaxt açılacaq?Hazırda tikinti işləri son mərhələdədir. Yeni vloqda metro stansiyasında tikintinin son vəziyyəti və onun digər stansiyalardan nə ilə fərqləndiyini görə bilərsiniz.https://youtu.be/aFqzlP_G9OA#vloq #metroYouTubeBakı metrosunun növbəti stansiyası bu olacaqBu yaxınlarda Bakı metrosunun yeni stansiyasının adı açıqlanıb. Bənövşəyi xətt üzərində yerləşəcək stansiya “20 sentyabr” adlanacaq. Bəs sərnişinlər bu stansiyadan nə vaxt istifadə edə biləcəklər? Hazırda tikinti işləri son mərhələdədir. Videoda həm tikintinin…
İnsan yönümlü şəhərlər ️
17 Sept, 07:59edited
🚇 Deyilənə görə, "Həzi Aslanov"da təmir işləri noyabr ayında bitəcək.Ekspert Azər Axundov qrupumuzda fotolar paylaşıb: https://t.me/iyqrup/130892#metroTelegramAzer Akhundov in İnsan yönümlü qrupHəzi Aslanov dalan yolunda bu gün
İnsan yönümlü şəhərlər ️
16 Sept, 11:12
Bura Almaniyanın ilk 10-luqda belə olmayan Bremen şəhərində kənar qəsəbələrindən birində adi bir məhəllədir.Amma baxın:- yaşıllıq - səkilər - velozolaq - səliqə səhman - evlərin quruluşuAdam həsəd aparır. Çox heyif
İnsan yönümlü şəhərlər ️
15 Sept, 12:14
🚇 Məncə, bu gün ictimai nəqliyyatın yenidən həddindən artıq yüklənməsində təəccüblü heç nə yoxdur.Bakı və onun aqlomerasiyasında 4 milyondan çox insan yaşayır. Bu qədər əhali üçün cəmi iki ictimai nəqliyyat növümüz var - metro və avtobus. Bu, fiziki olaraq kifayət deyil. ⠀ ⚠️ Ona görə də hazırda hansısa “möcüzəvi həll” gözləmək düzgün deyil. Pik günlərdə yüklənmələr qaçılmaz olacaq. Problem sərnişin sayının çoxluğunda deyil, alternativlərin kifayət qədər olmamasındadır. ⠀ 🚆 Bəli, Abşeron dairəvi dəmir yolu da var, sürətlidir, amma onun intervallarını metro ilə müqayisə etmək olmur. ⠀ 🚊 Vəziyyətin dəyişməsi üçün 2030-cu ilə qədər yeni metro stansiyaları ilə yanaşı, tramvay sisteminin də istifadəyə verilməsi vacibdir. O zaman yük ən azı iki nəqliyyat növünün üzərində qalmayacaq. Bəzi digər böyük şəhərlərdə olan nəqliyyat növlərini bu infoqrafikada müqayisə etmək olar. ⠀ #ictimainəqliy


İnsan yönümlü şəhərlər ️
14 Sept, 14:20

İnsan yönümlü şəhərlər ️
14 Sept, 07:22
🚶♂️ Naxçıvani küçəsinin piyadalaşması.📊 Sorğunun nəticələrindən görünür ki, mini-vloqları heç də hamı görmür.📱 Əvvəllər bu qısa vloqları birbaşa bura yükləyirdim. Şəxsi təcrübəmdən bilirəm ki, böyük video fayllar mobil internet trafikinə əlavə yük yaradır. Buna görə bundan sonra videoları burada link şəklində paylaşacağam.📍 Məhəmməd Naxçıvani (el arasında "6-cı parallel") küçəsinin hazırda necə göründüyünə və planaşdırılan piyadalaşma haqqında belə video hazırladım.📅 Bu planların ilk dəfə ilin əvvəlində açıqlanmışdır. İcra tarixi məlum olmasa da, 16-22 sentyabr tarixlərində keçirilən "Avropa Mobillik Həftəsi"ndə çox güman ki keçən il olduğu kimi bu küçə həmin günlərdə avtomobillər üçün bağlanacaq.▶ https://www.youtube.com/shorts/YL_Z62SgM_0YouTubeDaha bir küçə belə dəyişəcəkEnjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.
İnsan yönümlü şəhərlər ️
13 Sept, 16:13

İnsan yönümlü şəhərlər ️
11 Sept, 07:21
🚌 Daha bir qonşu paytaxt BRT tətbiq edəcək. Bu dəfə İrəvan.🚍 Komitas prospektində avtobus zolaqlarını yolun ortasında təşkil edəcəklər.🏗️ Prospekt tamamilə yenidən qurulacaq. Səkilər, yaşıllaşdırma, kommunikasiya xətləri, velosiped zolaqları və yol infrastrukturu yenilənəcək.📍 Xatırladım ki, oxşar həlləri Tiflis və Daşkənddən sizə göstərmişdim. İstanbuldakı metrobus da eyni prinsiplə işləyir. BRT-nin (Bus Rapid Transit) əsas üstünlüyü odur ki, avtobuslar tramvay prinsipi ilə yolun ortası ilə hərəkət edir, sağa-solan dönən avtomobillər onlara maneə olmur.#BRT



İnsan yönümlü şəhərlər ️
9 Sept, 11:56
🌳 Bir parkın deqradasiyası.Ağ Şəhərin yaxınlığında, İzzət Orucova və Nəcəfqulu Rəfiyev küçələri arasında çox da böyük olmayan bir park var.🔹 Mən bu ərazidə böyümüşəm. Yaxşı yadımdadır, uşaqlarla bu parka gəlib samokat, rolik, velosiped sürərdik. Valideynlərimiz isə skamyalarda əyləşib söhbət edərdilər.🚗 Təxminən 2000-ci illərdən başlayaraq park tədricən baxımsız vəziyyətə düşdü. Sonra isə park tədricən parkinqə çevrildi. Google Earth-də tarixi görüntülərə baxanda bu dəyişiklikləri aydın görmək mümkündür.📹 Parkın indiki vəziyyətini keçən il bu videoda göstərmişdim.#parklar




İnsan yönümlü şəhərlər ️
8 Sept, 13:44
✍ Bir pandusun hekayəsi.🛣️ 23 iyul tarixində Şəmsi Bədəlbəyli küçəsində səkilərin yenilənməsinə fikir verdim. Qeyd etdim ki, burada köhnədən qalan pandus var, onun yerini dəyişmək lazımdır.📅 12 avqustda buradan bir daha keçəndə gördüm ki, dəyişən heç nə olmadı. Səki yeniləndi, pandus isə köhnə yerində qaldı.📩 25 avqust tarixində Bakı Şəhər İcra Hakimiyyətinə bu məsələ ilə bağlı geniş müraciət yazdım. Müraciətdə pandusların təşkili ilə bağlı dövlət proqramında müvafiq bəndin olmasını (8.1.6.7) və yeni standartların qəbul edildiyini vurğuladım. Surəti AYNA, RİNN və ƏƏSMN-ə göndərdim. Müraciətin tam mətnini sponsorlar üçün Telegram qrupunda paylaşmışam.🎥 Bu gün isə müzakirə qrupumuzda bir izləyici həmin yerdən video paylaşdı və problem öz əksini tapır.🤦♂️ İndi təsəvvür edin, Bakıda minlərlə buna oxşar misal var. Hər birinin dalınca bir urbanist qaçsın və müraciət yazsın?


İnsan yönümlü şəhərlər ️
8 Sept, 08:03
💬 “Aidiyyəti qurum” termini artıq bir memə çevrilib. ⠀ 🏙️ İllərdir deyilir ki, Bakıda vahid bələdiyyə orqanı, bir növ “meriya” olmalıdır ki, şəhər infrastrukturu ilə bağlı məsələlər bir yerdən həll olunsun. Faktiki olaraq isə nəqliyyata baxan qurum ayrı, səkilərə baxan ayrı, yollara baxan ayrı, memarlığa baxan ayrı qurumdur. ⠀ 🌍 İstanbul, Tbilisi, Almatı və Moskva kimi şəhərlərdə isə illərdir vahid bələdiyyə orqanı fəaliyyət göstərir. Vətəndaş problemini bir ünvana bildirir, bələdiyyənin daxilində isə müraciət artıq aidiyyəti idarəyə yönləndirilir. ⠀ 📩 Bizdə isə problem olan kimi “aidiyyəti üzrə müraciət etmək” tövsiyə olunur. Əksər hallarda isə həmin “aidiyyəti” qurumun adı belə çəkilmir. ⠀ 🔴 Nəticədə bütün bu prosesin əziyyətini vətəndaş çəkir. Tipik misalı Linkedin-də paylaşılan bu postda görmək olar.


İnsan yönümlü şəhərlər ️
6 Sept, 13:44
❎ Şərhsiz rubrikası.Cəfər Cabbarlı küçəsində #səkilər. Əgər buna “səki” demək olarsa.Nədənsə jurnalistlər belə mövzuları işıqlandırmağa tələsmirlər.




İnsan yönümlü şəhərlər ️
5 Sept, 19:14
🍃 Həyət dəmir-dümür saxlamaq əvəzinə sakinlərin istifadəsinə veriləndə, belə mənzərəyə də rast gəlmək olar.Buradan götürdüm.#həyətlər #gecəxronikası
İnsan yönümlü şəhərlər ️
4 Sept, 14:29edited
Bu stansiyadan bu yaxınlarda minivloq da çəkdim (hələ ad verilməmişdir). Daha geniş video isə gələn həftə olacaq.https://youtube.com/shorts/eg4NIeduXVg?si=jY6_xEofDOEn0NeHYouTubeMetronun yeni stansiyasına baxınEnjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.
İnsan yönümlü şəhərlər ️
4 Sept, 13:59
🚇 Bütün təqvimi metroya yığacağıq deyəsən.Yeni metrostansiyasının adı (bənövşəyi xəttə) "20 sentyabr" olacaq.#metro

Related Channels
Other channels in the same section of the catalogue.
