Latest posts

dazed and confused
19 Sept, 20:46
məncə, hamımızın oturub 3 saat aralıqsız bir animasiya filminə baxmağa ehtiyacımız var.3 saatlıq animasiya filmi məsləhət görə bilmərəm, amma bu animasiya filmini sizin üçün bura əlavə edirəmhttps://youtu.be/rbZ7BLfQrZE?si=Gy1AvgkVvgNn-PXaYouTubeBurnoutUn artista, al brindar su total energía al progreso de su arte y dejarse a sí mismo por completo en el proceso, termina consumido por aquello que al inicio era su fuente de motivación. Tipo: Cortometraje Título: Burnout Técnica: Animación 2D Género: Drama…
dazed and confused
9 Sept, 12:21
https://farsight.cifs.dk/have-we-enslaved-the-machines/FarsightHave We Enslaved the Machines? - FarsightThe 20th century French philosopher Gilbert Simondon believed that humankind harbours a primitive and xenophobic attitude to the technologies it creates. Today, we are surrounded by conversations about acceleration and automation, with the philosopher’s thought…
dazed and confused
2 Aug, 14:17
2024-cü il, 1 avqustda yaratdığım "maşının nəbzi" media təşəbbüsü bu gün 2-ci ilini tamamladı. ilk başladığı vaxtdan bu yana məqsəd media savadlığı və media tənqidini gündəlik bir mövzuya çevirmək, gözümüzə görünən media halusinasiyasının real tərəfilərini görmək bacarıqlarını sizə qazandırmaq idi.bu 2 il ərzində o qədər gözəl bir icma bizə qucaq açdı ki, bunu necə ifadə edim, bilmirəm."maşının nəbzi" ilə medianı bir "maşın", "mexanizm", "ətraf-mühit" kimi qəbul etdik, təşəbbüsün daxilində yaratdığım onlayn kursla onlarla insan məzun oldu.istədim bu gözəl momenti sizinlə də bölüşüm, çünki "dazed and confused" kanalımızın da "maşının nəbzi"nin böyüməyində çox rolu olub.təşəbbüsü bilməyənlər üçün: https://www.instagram.com/thepulseofa.machine/
dazed and confused
24 Jul, 15:59
ilk izlədiyim bell hooks müsahibəsidir. yazı tərzi kimi danışır: sakit, anlayışlı, bir az da üsyankar. yəni onun kitablarını oxuyanda elə belə bir insan təsəvvür edirdim, amma düşündüyümdən daha da realdır.müəllif personası ilə real personasını yan-yana gətirəndə oxşarlıqlar çox olsa da, müsahibəsində hər dəfə səsi qalxıb endikcə üsyankarlığını bir az daha yaxşı görə bilirdim (məncə).hələ 90-larda reallıqlardan danışdığı üçün kitablarına heç bir qəzet, jurnalda resenziya yazılmadığını bildirir. deyir ki, mənə heç bir jurnalist zəng edib hansısa mövzu haqqında fikrimi soruşmur, çünki onlar üçün "dedikləri insanlar tərəfindən qəbul edilməyən" bir qadınam.ağıllı insanların bir çoxu üçün deyildiyi kimi, zamanının çox sonrasında yaşayan bir aydın.https://youtu.be/g2bmnwehlpA?si=wDSZXCaSazU75kJkYouTubeSpeaking Freely: Bell HooksS03 E25 www.newseuminstitute.org Originally aired on
dazed and confused
20 Jul, 09:53edited
kriminal, ölm və qan olmayan komiks tapmaq çox çətindir. iki gündür oxuduğum "4 kids walk in to a bank" bank yarmaq prosesini sakit, gülməli, maraqlı bir hadisəyə çevrir.4 "nerd" məktəblinin Peige adlı əsas qəhrəmanın atasını qurtarmaq üçün dəridən qabıqdan çıxıb özlərinə plan cızmaqlarını izləyirik.komiksin çox super, bomba olduğunu deyə bilməyəcəm. amma çərəzlik və lazımi yerlərdə üzünüzə gülüş qondura bilən hekayədir.xüsusilə, hər bölümün başlığı bir-birindən müəyyən qədər fərqlənir.oxumaq istəyənlər üçün: https://readcomicsonline.ru/comic/4-kids-walk-into-a-bank-2016
dazed and confused
9 Jul, 20:32
https://youtu.be/USW8yf4L-R4?is=UGzrRjacgoPOv6nSYouTubeWhat happens to your brain without any social contact? - Terry KupersExplore the effects that isolation has on your body and brain, and how a lack of interaction and activity can impact our well-being. -- Everyone needs time to themselves, and peaceful solitude has stress-relieving benefits. But when being alone is forced…
dazed and confused
6 Jul, 23:08edited
sabah səhər oyanıb "dünən axşam nə paylaşdım e mən" deyib siləcəyim o yazı (bunu yazıram ki, bunu yazmağımdan utanıb silməyim).bayaq "Telegram" kanalıma baxırdım və daha əvvəl qeyd etdiyim kimi, son iki ayda 20 nəfərə yaxın adam kanalı tərk edib. belə şeyləri şəxsi qəbul etdiyim tək yer, yəqin ki, yalnız "Telegram" kanalımdır, çünki buranı icma kimi görürəm. "Instagram"dakı izləyiciləri də çox önəmsəsəm də, "dazed and confused" kanalı və buranın abunələri ayrıdır.nəysə, sonra öz-özümə dedim ki, nə edim axı, bu qədər paylaşmağa vaxtım, səbrim, enerjim qalıb.enerjim bir az bitib, çünki (dəfələrlə deyib təkrar edirəm sorry) 2013-cü ildən bəri internetə müxtəlif formatlarda kontentlər yaradıram - hərəsinin də məqsədi fərqli olub (ümumi amal eyni olsa da).və 2013-dən bu yana hər şey o qədər yavaş gedir ki. istər-istəməz enerjini bərpa etmək üçün aralar vermək mütləq olur.işlərin
dazed and confused
4 Jul, 20:44
yeniyetməlik dövrümdə çox sevərək izlədiyim "variety" jurnalının "Behind the Song" YouTube seriyası çox diqqətimi çəkir, çünki çox sevdiyim və çox danışılığını düşünmədiyim R&B mahnılarının hazırlanma prosesini bu seriyanın videolarında çox rahat şəkildə görə bilirəm.məsələn Leon Thomasın "Mutt" mahnısı (eyniadlı albomundan) həftələrlə "replay"imdə qalmış mahnılardandır. və təsəvvür edin ki, klipini belə izləməmişəm. sadəcə random şəkildə tapmışam və aşiq olmuşam.bu seriyada mahnının hazırlıq prosesini və bütün kiçik detallarını öyrənmək çox zövqlü oldu:https://youtu.be/LH_DmvTB4vQ?si=SVWWkXWTWpJLfTuZYouTubeLeon Thomas - Mutt | Behind the SongLeon Thomas and his producers, D Phelps and Rob, show us what went into the making of their hit "Mutt" and reveal how the song is technically not in key. Watch more Behind the Song videos from Variety: https://www.youtube.com/playlist?list=PLLx_Nt-I7Viq…
dazed and confused
2 Jul, 09:21

dazed and confused
28 Jun, 09:03
keçən səfər 18 gün kanal aktiv olmadığı üçün 10 abunəçi itirdiyimizi demişdim. son 10 gündə 10 nəfər daha itirdik hahaəlbəttə, buna üzüləcək vaxtı, yaşı keçmişik.gəldim sizə (böyük ehtimalla) sizin də gördüyünüz deniz göktaşın son stand-up şousu haqqında bir-iki kəlmə deyim.deniz göktaşa "podbee" ilə əməkdaşlıq çərçivəsində hazırladığı "deniz göktaşa ayıracak vaktim yok" podkastından (təxminən 2021, səhv etmirəmsə) bəri qulaq asıram. internetdə yayımlanan bəzi stand-up şoularına 2 dəfədən çox belə baxdığım vaxtlar olub.deniz göktaş çox yaxşı standapçıdırmı? səsini, danışıq tərzini nəzərə alsaq, yox. ilk dinləyən insan üçün tamamilə əlaqəsiz bir insan kimi gəlir.amma toxunduğu mövzuları nəzərə alsaq, ciddi, ağır, qaranlıq mövzulara güldürə bilən biri kimi, janrının təklərindəndir.hələ türkiyədə heç olmazsa, deniz var, məsələn azərbaycanda o janr, ümumiyyətlə, mövcud deyil,YouTubeDeniz Göktaş - Ölü Deniz (2026)Merhaba ben Deniz, Selam Selam’dan sonra, ikinci gösterimi 1 Haziran 2026'da Harbiye'de kaydettik. 2023 Haziran'dan bu yana matbaa icat edilmemiş, internet diye bir şey yokmuş gibi şehir şehir gezerek bizzat anlattığım bu gösterim birçok ülke, şehir ve…
dazed and confused
8 Jun, 15:42
cəmi 18 gün kanal boş qalıb, 10 nəfər itirmişik ahaha belə özünüz necəsiniz?bu səfər siz maraqlı məqalələrdən, mahnılardan, filmlərdən göndərin, mən baxım
dazed and confused
19 May, 20:59

dazed and confused
15 May, 19:52
https://aeon.co/videos/why-millennia-of-history-echo-in-each-strum-of-a-persian-taraeon.coWhy millennia of history echo in each strum of a Persian tar | Aeon VideosFor a tar player, each strum offers a connection with Iranian classical music, some of which was lost after the revolution
dazed and confused
11 May, 18:17
son vaxtlar bir az gerilərə qayıdıram, köhnə işlərimə baxıram tez-tez, 2024-cü ildə yazdığım podkast epizodu qarşıma çıxdı. yadıma düşdü ki, bu podkastları edərkən çox utanırdım, elə bilirdim, çox pisdi, amma qulaq asıram, heç pis səslənmir :D əməlli araşdırma etmişəm də, day nə edim bıyhttps://youtu.be/JvkWb3KGHVM?si=pZ8-TIN10BqKEoahYouTubeFEMSÖHBƏTLƏR | İqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu“Femmekan”ın növbəti epizodunda hər birinizi xoş gördük. Qarşıdakı dəqiqələrdə iqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu haqqında danışacağıq. Epizodumuz ərzində “Chicks for Climate” təşəbbüsünün qurucusu, “Planeti xilas etməyin…
dazed and confused
6 May, 19:35edited
2018-ci ildə yazdığım və 65 nömrəli avtobusa həsr etdiyim yazımı sizinlə bölüşmək istəyirəm ahah"Yenə bir altmış beş səyahəti kimi görünsə də, hər şey avtobusun yarım saat gecikməsi ilə başlamışdı. Son dayanacağında sərnişinləri boşaldan bir avtobusun 1 dəqiqə ərzində ağzınacan dolmağı bir o qədər normal görünmürdü. Xüsusən, biz 6-cı gündən danışırıqsa.Mən, öz adıma, çox sakit şəkildə lirika müşaiyətində kitab oxumağı düşünürdüm və ilk gözümə dəyən yerə qarmaq atdım, yerləşdim.Digərləri də yerləşmişdi və hekayənin normal irəliləməyi arzuolunan idi. Fəqət bütün planlarını 70+ üstü bir nənə pozdu; əvvəlcə, “sür, ay şofiyer (bunu özü vurğulamışdı)” deyərək ya zarafat etdi, ya etməyə çalışdı, daha sonra “day saxlama, bir də 20 yanvarda saxlayarsan” deyib digər sərnişinlərin gülüşünə səbəb oldu. Uğurlu sayıla biləcək bir zarafat etmişdi.O, bütün qüruru ilə qarşımda otururdu. Üzü çox3-cü küçəAltmış beşlərYenə bir altmış beş səyahəti kimi görünsə də, hər şey avtobusun yarım saat gecikməsi ilə başlamışdı. Son dayanacağında sərnişinləri boşaldan bir avtobusun 1 dəqiqə ərzində ağzınacan dolmağı bir o q…
dazed and confused
29 Apr, 20:04
bütün ikonik film, komiks, manqa, animasiya, anime, kitab personajları eyni yerdə yaşayır.oturub 1 saat bir-bir otaqlara baxmışam ahahahtəkcə bir nəfər bütün bu kainatı (giflərdən ibarət) hazırlamaq üçün düz 2018-ci ildən bəri çalışırmış.https://floor796.com/Floor796A huge animation scene with many references to memes, games, films, series, anime, music groups
dazed and confused
27 Apr, 08:45
hər şey haqqında fikriniz var? bəs bu fikirlər həqiqətən sizə aiddir? sosial mediada, gündəlik söhbətlərdə, xəbərlərdə - demək olar ki, hər mövzu haqqında fikir bildiririk. amma çox vaxt dayanıb düşünmürük: bu fikirlər haradan gəlir? əgər siz də bəzən özünüzə
dazed and confused
25 Apr, 10:18
yazdım e, uşaqlar. "podkastlarla bağlı"LinkedInBu qədər podkastda bu qədər adam danışır. Və? Sonra?Bu qədər podkastda bu qədər adam danışır. Və? Sonra? Tam bir "podcast nerd" kimi Azərbaycanda podkastların potensialından düzgün istifadə edilməyini düşünürəm. Çünki podkast "danışan başlar" formatına bir alternativ idi, amma Azərbaycanda o, növbəti…
dazed and confused
24 Apr, 13:00edited
zara larsson "call me daddy" podkastına çıxıb deyə həyatımda cəmi ikinci dəfə bu podkasta öz istəyimlə qulaq asdım.bilməyənlər üçün, "call me daddy" qadınlara münasibətlər haqda məsləhətlər verən, ümumilikdə münasibətlər, insanlar, partnerlik təcrübələrindən danışan və illərdir (dəqiq neçə il - bilmirəm) fəaliyyətdə olan "one woman show" podkastdır.ilk 50 dəqiqədə üç dəfə reklam getdi. biri "starbucks", ikincisi "tinder", üçüncüsü nə qədər məşhur olduğunu bilmədiyim bir mebel şirkətidir idi.adi bir insanın podkast başladıb hazırda bu qədər böyük şirkətlərdən reklam almağı, podkastla başlayıb hazırda öz şirkətinə, ofisinə sahib olmağının nə demək olduğunu başa düşürsünüzmü? yəni ümid edirəm, mənim kimi bunun ciddi bir hadisə olduğunu düşünürsünüz.Azərbaycandakı podkast icmasına ürəyim ağrıdığını daha əvvəl yazmışdım. tapsam, bu mesajdan sonra göndərərəm bura.əvvəldən bəri
dazed and confused
22 Apr, 20:12
hər şey haqqında fikriniz var? bəs bu fikirlər həqiqətən sizə aiddir?sosial mediada, gündəlik söhbətlərdə, xəbərlərdə - demək olar ki, hər mövzu haqqında fikir bildiririk.amma çox vaxt dayanıb düşünmürük: bu fikirlər haradan gəlir?əgər siz də bəzən özünüzə bu sualları verirsinizsə, "fikirlərimiz həqiqətən bizə aiddir?" adlı vebinar sizin üçündür.birlikdə müzakirə edəcəyik:niyə hər şey haqqında fikir bildirmək ehtiyacı hiss edirik? sürətli reaksiyalar necə “düşünmək” kimi təqdim olunur? sosial media fikirlərimizi necə formalaşdırır? dünyagörüşümüz nə dərəcədə özümüzə məxsusdur? əgər sadəcə məlumatlı yox, daha şüurlu olmaq istəyirsinizsə, gəlin bu mövzuya birlikdə daha dərindən baxaq.Google Docsniyə hər şey haqqında fikrimiz var? | vebinar | maşının nəbzihər şey haqqında fikriniz var? bəs bu fikirlər həqiqətən sizə aiddir? sosial mediada, gündəlik söhbətlərdə, xəbərlərdə - demək olar ki, hər mövzu haqqında fikir bildiririk. amma çox vaxt dayanıb düşünmürük: bu fikirlər haradan gəlir? əgər siz də bəzən özünüzə…
Followers write to the bot, you answer by reply, your account stays hidden. Created in one tap.
How it works →Related Channels
Other channels in the same section of the catalogue.
