Latest posts

Azərbaycan iqtisadiyyatı
22 Sept, 13:58
📊 Sement istehsalında artım var🟦Bu ilin yanvar-avqust aylarında ölkədə 2 833,4 min ton sement istehsal olunub.🟦Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 6,5 faiz artıb.🟦2026-cı ilin sentyabr ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 243,8 min ton təşkil edib.
Azərbaycan iqtisadiyyatı
22 Sept, 13:24
Ötən il təkrar mənzil bazarında dəyəri 5,4 milyard manatdan çox 41,6 min əqd bağlanıb🟦2025-ci ildə Azərbaycanın təkrar daşınmaz əmlak bazarında dəyəri 5,4 milyard manatdan çox olan 41 606 əqd bağlanıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən təkrar mənzil bazarı üzrə aparılan təhlildə bildirilir.🟦Mənzilin orta qiyməti 129 835 manat təşkil edib, kvadratmetrin qiyməti isə il ərzində 11,2 faiz artaraq 1 889 manatdan 2 099 manata yüksəlib, bununla belə alınan mənzillərin orta sahəsi 68 kv.m-dən 63 kv.m-ə qədər azalıb. Alıcıların ən yüksək aktivliyi 11 751 əqdin rəsmiləşdirildiyi üçüncü rübə təsadüf edib.🟦Ümumi əqdlərin 52 faizini və bazarın pul həcminin 62
Azərbaycan iqtisadiyyatı
22 Sept, 12:30
“AzerGold”un Dövlət Proqramı üzrə 4 strateji layihəsinin investisiya həcmi 3,63 milyard manatdır“AzerGold”un Dövlət Proqramı çərçivəsində həyata keçirəcəyi 4 əsas strateji layihə üzrə ümumi investisiya həcmi təxminən 3,63 milyard manat təşkil edir və bu investisiyaların yalnız təxminən 10 faizinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi planlaşdırılır.Bu barədə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov Prezident İlham Əliyev sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə deyib.Z.İbrahimov qeyd edib ki, “AzerGold” milli dağ-mədən sahəsinin aparıcı dövlət şirkəti kimi Dövlət Proqramına uyğun olaraq 4 əsas strateji istiqamət üzrə irəliləyir:- Birinci istiqamət qızıl hasilatı və emalıdır. “Söyüdlü” və “Ortakənd” üzrə
Azərbaycan iqtisadiyyatı
22 Sept, 11:59
🗣️ Zakir İbrahimov: "Ölkənin mineral resurs potensialının xəritəsi hazırlanacaq"Hazırda “AzerGold” tərəfindən mineral resurs bazasının artırılması və yeni mədənlərdə istismara başlanılması məqsədilə genişmiqyaslı işlər görülür. Proses 4 əsas mərhələdə həyata keçirilir.Bu barədə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov Prezident İlham Əliyev sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə deyib.Z.İbrahimov qeyd edib ki, ilkin axtarış-qiymətləndirmə mərhələsində dövlət büdcəsi hesabına 15 min kvadratkilometr ərazidə tədqiqatlar davam etdirilir və işlərin 2027-ci ildə tamamlanması planlaşdırılır: “Nəticədə işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, ölkənin mineral resurs
Azərbaycan iqtisadiyyatı
22 Sept, 11:32
Uzunmüddətli məqsədlərdən biri Azərbaycanın strateji minerallar üzrə regional emal mərkəzinə çevrilməsi imkanını qiymətləndirməkdir. Son 10 ildə seçilmiş strateji metalların qiymətlərində ciddi artım müşahidə edilib. Növbəti 10 ildə isə bu metallara qlobal tələbatın daha da artacağı gözlənilir. Alüminium üzrə 23 faiz, mis üzrə 21 faiz, sink üzrə 15 faiz, qızıl üzrə isə 10 faiz artımın olacağı proqnozlaşdırılır. Azərbaycanın burada bir sıra imkanları və üstünlükləri var. Biz Mərkəzi Asiya–Avropa dəhlizi üzərində yerləşirik və siyasətiniz nəticəsində açar rolunu oynayırıq. Bakı Limanı və Bakı–Tbilisi–Qars dəmir yolu mühüm logistika imkanları yaradır. Ələt Azad İqtisadi Zonası və digər sənaye zonalarımız isə əlavə imkanlar təmin edir. Rəqabətqabiliyyətli enerji qiymətləri də ölkəmizin mühüm üstünlüyüdür. Bundan başqa, Mərkəzi Asiya və Cənubi Qafqazın xammal potensialına çıxış imkanları
Azərbaycan iqtisadiyyatı
22 Sept, 11:22edited
“Dəyər zəncirinin inkişafına toxunaraq demək istəyirəm ki, proqramın əsas prinsiplərindən biri filizdən son məhsuladək dəyər zəncirinin ölkə daxilində qurulmasıdır. Təbii olaraq bu, bütün xammal növləri üzrə mümkün olmayacaq. Amma əminliklə deyirik ki, bir sıra istiqamətlər üzrə bu mümkündür və həyata keçiriləcək. Yəni kəşfiyyat və hasilatdan başlayaraq zənginləşdirmə, emal, yarımfabrikat və hazır məhsul istehsalına keçməliyik”.Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədəki çıxışında bildirib.Nazir deyib ki, ilk mərhələdə yerli xammal potensialını reallaşdırmaq və mövcud yataqlar üzrə hasilatı artırmaq nəzərdə tutulur. “Dəmirli”, “Söyüdlü”, “Filizçay”,
Azərbaycan iqtisadiyyatı
22 Sept, 11:15edited
🗣️ “Daxili potensiala nəzər saldıqda, ölkəmizdə qara, əlvan və qiymətli metallar üzrə təsdiqlənmiş ehtiyatlar mövcuddur. Alüminium, mis və qara metallurgiya üzrə müəyyən istehsal bazası artıq formalaşıb. Enerji infrastrukturu və kadr potensialı da mühüm üstünlükdür. İşğaldan azad edilmiş ərazilərdə yeni resurs imkanları var. Burada nəqliyyat infrastrukturunun inkişafı da yeni layihələr üçün artıq əlavə üstünlük yaradıb. Digər mühüm üstünlüyümüz Azərbaycanın əsas nəqliyyat dəhlizlərinə çıxışıdır. Bu, həm xammalın, həm də hazır məhsulların regional və beynəlxalq bazarlara çıxarılmasını asanlaşdırır”.Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr
Azərbaycan iqtisadiyyatı
22 Sept, 11:02edited
🗣️ “Azərbaycan Respublikasında 2027−2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın əsas məqsədləri sadədir: bu, daha çox xammal hasil etmək deyil, bu, xammalı ölkə daxilində daha çox emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır.Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədəki çıxışı zamanı deyib.Nazir bildirib ki, proqram bu məqsədə çatmaq üçün əsas istiqamətləri müəyyən edir. Bunlar mineral xammal bazasının genişləndirilməsi, mövcud istehsal güclərinin artırılması və yeni layihələrin həyata keçirilməsidir.Dəmir filizi, alüminium, mis və qızıl əsas
Azərbaycan iqtisadiyyatı
22 Sept, 10:21edited
🇦🇿 Azərbaycan Prezidenti: “Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır”Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır. Burada təbii ki, filiz hasilatı və bir neçə zavodun yaradılması nəzərdə tutulur.bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə deyib.Dövlətimizin başçısı əlavə edib: “Zənginləşdirmə, pelet və breketlənmiş dəmir zavodları yaradılmalıdır. Burada, təbii ki, bu filizin daşınması önəmli yer tutur. Ona görə bu daşınmada, yəni tariflərdə güzəştlər edilməlidir ki, iqtisadi cəhətdən səmərəli olsun. Maksimum ekoloji ekspertiza aparılmalıdır və bütün ekoloji normalar gözlənilməlidir”.AZƏRTAC
Azərbaycan iqtisadiyyatı
22 Sept, 10:12
🇦🇿 Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunubPrezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub.Dövlətimizin başçısı bununla bağlı deyib: “Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi”.Prezident, həmçinin əlavə edib ki, sovet vaxtında müəyyən dərəcədə kəşfiyyat işləri aparılmışdır. Amma o vaxt sovet hökuməti üçün bu bölgə, xüsusilə
Azərbaycan iqtisadiyyatı
22 Sept, 10:05
🇦🇿 Prezident: “Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür”Biz elektrik enerjisi ilə bağlı bütün məsələləri həll etdik və çox güclü potensial yaratdıq. Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür.Bu barədə Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə bildirib.“Müəyyən həcmdə ixrac da edilir, amma növbəti illərdə bu ixrac genişmiqyaslı olacaq, xüsusilə nəzərə alsaq ki, dünya bazarlarında enerji resursları ilə bağlı – elektrik enerjisi, yanacaq, təbii qaz, bütün bu əsas enerji təhlükəsizliyini təmin edən bu məhsullarla bağlı böyük narahatlıq var, qıtlıq var. Yəni dünya mənzərəsi göz önündədir”, - deyə dövlətimizin başçısı əlavə edib.AZƏRTAC
Azərbaycan iqtisadiyyatı
22 Sept, 09:59
🇦🇿 Prezident İlham Əliyev: "Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Proqram cəmi 4 il ərzində icra edilməlidir. 2027–2030-cu illərdə proqram tam icra edilməlidir.Bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə deyib.Dövlətimizin başçısı bildirib ki, qəbul ediləcək bu yeni proqram, eyni zamanda, bizim regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir.AZƏRTAC
Azərbaycan iqtisadiyyatı
22 Sept, 09:48
Dəmir yolları tezliklə yenidən Xankəndiyə aparacaqİnşası davam edən Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi hər gün yüzlərlə sərnişini qarşılayaraq Böyük Qayıdışa mühüm töhfə verəcək.
Azərbaycan iqtisadiyyatı
22 Sept, 08:57
🇦🇿🇧🇬 Bolqarıstanla ticarət dövriyyəsinin ümumi həcmi açıqlanıb🟦Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Bolqarıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 14,6 faiz artaraq 616,8 milyon dolları üstələyib.🟦Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Bolqarıstanla ticarətin payı 1,85 faiz təşkil edib.▶️ Mənbə: Dövlət Gömrük Komitəsi
Azərbaycan iqtisadiyyatı
22 Sept, 08:04
🇦🇿 Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib.Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Azərbaycan iqtisadiyyatı
22 Sept, 07:48
📊 Ölkə üzrə ictimai iaşə dövriyyəsi 8 faiz artıb🟦Bu ilin yanvar-avqust aylarında ölkə üzrə ictimai iaşə dövriyyəsi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8 faiz artaraq 2031,0 milyon manat olub.🟦Dövlət Statistika Komitəsinin hesabatına əsasən, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,1 faizi hüquqi şəxslərin, 49,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.🟦Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artaraq 1012,1 milyon manat təşkil edib.
Azərbaycan iqtisadiyyatı
22 Sept, 06:51
2025-ci ilin təkrar mənzil bazarı təhlil edilib🟦“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən təkrar mənzil bazarında müşahidə olunan əsas trendləri və bazar dinamikasını müəyyən etmək məqsədilə 2025-ci ili əhatə edən geniş təhlil (Təkrar mənzil bazarının təhlili) aparılıb.🟦Aparılan təhlil notariuslar tərəfindən təsdiqlənərək daşınmaz əmlakın dövlət reyestrinə ötürülmüş alqı-satqı qiymətləri, ipoteka kreditləşməsi məbləğləri, mənzillərin yerləşdiyi mərtəbə və binaların xüsusiyyətləri (otaq sayı, kvadratmetr, qiymət və s.) kimi məlumatlar əsasında aparılıb. Eyni zamanda coğrafi olaraq Bakı şəhəri, Abşeron rayonu, Sumqayıt şəhəri və Gəncə şəhəri ayrı-ayrılıqda təhlil edilib, digər rayon və şəhərlər isə bir başlıq altında qiymətləndirilib. Mənzillərin yerləşdiyi binalar tikilmə dövrünə
Azərbaycan iqtisadiyyatı
22 Sept, 05:57
Bakıda payız beynəlxalq sərgilər mövsümü başlayır🟦Bakıda müvafiq dövlət qurumlarının dəstəyi, “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətlərinin təşkilatçılığı ilə beynəlxalq sərgilərin payız mövsümü başlayır.🟦“Caspian Event Organisers”dən verilən məlumata görə, sərgi proqramı dövlət sektorunun, biznesin və ekspertlərin nümayəndələrini bir araya gətirərək investisiyaların cəlb edilməsi, texnologiyaların transferi və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi üçün əsas platformaya çevriləcək. Mövsümü 30 sentyabr – 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX 2026” açacaq. Bu sərgi ilə paralel olaraq 15-ci Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Vasitələri Sərgisi “Securex Caspian” da baş tutacaq. Bu il “ADEX” 5-ci pavilyonun cəlb edilməsi
Azərbaycan iqtisadiyyatı
22 Sept, 05:25

Azərbaycan iqtisadiyyatı
22 Sept, 05:25
Followers write to the bot, you answer by reply, your account stays hidden. Created in one tap.
How it works →Related Channels
Other channels in the same section of the catalogue.
