Latest posts

İqtisadiyyat.az
13 Nov, 15:37
⚡️DİN:Tələbələrin fotolarını montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs həbs edilib.
İqtisadiyyat.az
13 Nov, 13:20
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclasları noyabrın 16,17, 18-i keçiriləcək.
İqtisadiyyat.az
13 Nov, 11:01
Məktəblərdə 5 günlük payız tətili başlayır▪️ Payız tətili noyabrın 16-dan 20-dək davam edəcək.▪️ Altıgünlük iş həftəsi ilə işləyən məktəblərdə dərslər noyabrın 21-də, beşgünlük iş həftəsi ilə işləyənlərdə isə noyabrın 23-də başlayacaq.▪️ Tətil məktəbəhazırlıq qruplarına da şamil olunur.
İqtisadiyyat.az
13 Nov, 08:32edited
📍Müəllimlərin orta aylıq maaşı nə qədərdir?▪️Sertifikasiya imtahanında 51-dən çox bal toplayan müəllimlərin orta aylıq əməkhaqqısı 1320 manata çatdırılıb.▪️Bu ilin sentyabrına olan məlumata görə, vergilər daxil olmaqla, müəllimlərin orta aylıq əməkhaqqısı 1030 manat təşkil edir.- Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.
İqtisadiyyat.az
13 Nov, 07:48
⚡️Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabrın pensiyaları ödənilib.
İqtisadiyyat.az
13 Nov, 06:09
📍Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib▪️Özünüməşğulluq proqramı çərçivəsində əmlakın verilməsi iki mərhələli inzibati prosedur əsasında həyata keçirilir.▪️İlkin mərhələdə şəxsin özünüməşğulluğa cəlb edilməsi barədə inzibati akt qəbul olunur, sonrakı mərhələdə isə həmin akt əsasında inzibati müqavilə bağlanılır.▪️Vətəndaş müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə inzibati orqan ilk növbədə əvvəlki əlverişli inzibati aktın ləğvi, müqaviləyə xitam verilməsi və əmlakın, yaxud onun dəyərinin geri tələb edilməsi barədə müvafiq inzibati akt qəbul etməlidir.Məhkəmə vurğulayıb ki, inzibati orqanlar qanunvericiliklə onlara verilmiş səlahiyyətlərdən istifadə edərək müvafiq qərarları özləri qəbul etməli, məhkəməyə müraciət isə yalnız qanunla nəzərdə tutulmuş hallarda sonuncu hüquqi vasitə kimi çıxış etməlidir. Ali Məhkəmə özünüməşğulluq proqramı üzrə verilmiş əmlakın geri tələb edilməsi zamanı inzibati prosedurlara riayət olunmasının və inzibati orqanların öz səlahiyyətləri çərçivəsində qərar qəbul etməsinin vacibliyini vurğulayıb.
İqtisadiyyat.az
13 Nov, 05:31
Aeroport yolunda yük avtomobili aşıbBakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.İqtisadiyyat.az-ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib.Belə ki, hava limanı istiqamətində hərəkətdə olan kiçik tutumlu yük avtomobili idarəetmədən çıxaraq aşıb.Hadisə nəticəsində yolda sıxlıq yaranıb.
İqtisadiyyat.az
13 Nov, 05:18
⚡️MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlax yaşayış komplekslərində ümumilikdə 1 049 mənzili güzəştli şərtlərlə satışa çıxarır.1,650Open in Telegram
İqtisadiyyat.az
22 Sept, 15:43edited
⚡️Bakıda ali təhsil müəssisələrində tədris distant olacaq- Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar 23–25 sentyabr tarixlərində Bakıdakı ali təhsil müəssisələrində tədris distant formada təşkil olunacaq.- Qərar Elm və Təhsil Nazirliyinin əmri ilə qəbul edilib.
İqtisadiyyat.az
22 Sept, 15:10edited
AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılırBuna səbəb ABŞ-nin İranın aviaviasiya sektoruna tətbiq etdiyi yeni sanksiyalardır.
İqtisadiyyat.az
22 Sept, 14:26
⚡️XİN: Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımırıq
İqtisadiyyat.az
22 Sept, 12:47
⚡️ “Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün yeni dayanacaqlar yaradılıb-“Avtovağzal” stansiyasının qarşısındakı dayanacaqdan 500, 503, 508, 119, 135, 142, 525A, 525B, 114A, 114B, 156, 156A, 158, 159, 170 və 83A nömrəli marşrutlar istifadə edəcək.- Avtobusların Bakı-Sumqayıt yoluna rahat çıxışı üçün ərazidə xüsusi hərəkət zolağı təşkil olunub.- “Xocəsən” stansiyası isə 130 və 102 nömrəli marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib.
İqtisadiyyat.az
22 Sept, 11:56edited
⚡️ Sabahdan “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş ödənişsiz olacaq▪️Sərnişinlər “Xocəsən” və “Avtovağzal” stansiyalarından daxil olaraq “8 Noyabr”, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami” stansiyalarına qədər ödənişsiz hərəkət edə biləcəklər.▪️Həmçinin bir sıra avtobus marşrutlarının birbaşa “Xocəsən” və “Avtovağzal” stansiyalarına yönləndirilməsi nəzərdə tutulur.
İqtisadiyyat.az
22 Sept, 10:55
Mikayıl Cabbarov: 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 2025-ci ilin orta dünya qiymətləri əsasında 3,4 milyard manata çatdırılması nəzərdə tutulur.- 2027–2030-cu illərdə bu nəticələrin əldə edilməsi üçün bu dövr ərzində ümumilikdə 5,3 milyard manat investisiya nəzərdə tutulur.
İqtisadiyyat.az
22 Sept, 10:37
Prezident: Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır- Prezident İlham Əliyev alüminium istehsalının inkişaf etdirilməsinin nəzərdə tutulduğunu bildirib.- Ölkə iqtisadiyyatına səmərə verəcək mexanizmlər tətbiq edilməli və bu sənaye istiqaməti Azərbaycanın öz imkanları hesabına inkişaf etdirilməlidir.- Qəbul olunacaq proqram əsasında alüminium istehsalının 2030-cu ilin sonuna qədər 100 min tona çatdırılması nəzərdə tutulur.- Bu məqsədlə bir neçə zavodun yaradılması planlaşdırılır.
İqtisadiyyat.az
22 Sept, 10:25edited
Dövlət başçısı: Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır.- Çünki “Daşkəsən” filiz yatağının istismarı və ona yaxın olan bölgələrdə digər layihələrin icra edilməsi, əlbəttə ki, məhz Qərb Sənaye Parkının yaradılmasını şərtləndirdi.- Burada, ilk növbədə, tezliklə infrastruktur yaradılmalıdır və bu məqsədlə büdcədə lazımi vəsait nəzərdə tutulmalıdır.
İqtisadiyyat.az
22 Sept, 10:24
Prezident: Bizim bir çox yataqlarımız, yəni perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir.- Bunun, əlbəttə ki, bu tərəfi müsbətdir. Çünki bu ehtiyatlar bu gün yerin altındadır. Biz bu məsələlərin həlli üçün Dövlət Proqramında çox konkret mexanizmlər tətbiq edəcəyik.- Birinci növbədə, işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması məsələləridir.- Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Ağdərə rayonunda artıq işlərə başlanılmışdır.- Ümid edirəm ki, yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan, yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq.
İqtisadiyyat.az
22 Sept, 10:24
İlham Əliyev: Biz elektrik enerjisi ilə bağlı bütün məsələləri həll etdik və çox güclü potensial yaratdıq.- Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür.- Müəyyən həcmdə ixrac da edilir, amma növbəti illərdə bu ixrac genişmiqyaslı olacaq, xüsusilə nəzərə alsaq ki, dünya bazarlarında enerji resursları ilə bağlı – elektrik enerjisi, yanacaq, təbii qaz, bütün bu əsas enerji təhlükəsizliyini təmin edən bu məhsullarla bağlı böyük narahatlıq var, qıtlıq var.- Yəni dünya mənzərəsi göz önündədir.
İqtisadiyyat.az
22 Sept, 10:06
Prezident Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub
İqtisadiyyat.az
22 Sept, 10:01
⚡️ Prezident: Azərbaycanda ehtiyat generasiya gücləri kifayət qədər böyükdür- Prezident İlham Əliyev bildirib ki, Azərbaycan elektrik enerjisi ilə bağlı bütün məsələləri həll edib və güclü potensial yaradıb.- Onun sözlərinə görə, hazırda ölkədə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür.- Prezident qeyd edib ki, müəyyən həcmdə elektrik enerjisi ixrac edilir və növbəti illərdə ixracın genişmiqyaslı olması gözlənilir.- İlham Əliyev dünya bazarlarında elektrik enerjisi, yanacaq və təbii qazla bağlı qıtlıq və narahatlığın artdığını bildirib.
Followers write to the bot, you answer by reply, your account stays hidden. Created in one tap.
How it works →Related Channels
Other channels in the same section of the catalogue.
