Latest posts

Böyüklərdən Kəlamlar
22 Sept, 16:45
Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.@toplu_admini
Böyüklərdən Kəlamlar
22 Sept, 08:14
İbadət – ailəyə xidmət etməkdən başqa bir şey deyil!Allaha yaxınlaşmağın əsas yolu ailə mühitindən keçir. Yəni hər gün gördüyün və bəlkə də onlara sevgi göstərməkdə çətinlik çəkdiyin eyni insanlarla ünsiyyətdə olmaqdır.Eşitmisən ki, "İbadət, insanlara xidmət etməkdən başqa bir şey deyil" deyirlər? Bunun daha doğrusu belədir: "İbadət – ailəyə xidmət etməkdən başqa bir şey deyil!"Əsl gözəl əxlaq – əvvəlcə evdə özünü göstərməlidir.Kənarda tanımadığımız insanlarla mehriban davranırıq, gülərüz oluruq və elə zənn edirik ki, xoş əxlaq sahibiyik.Amma evə daxil olduqda ailə üzvləri ilə kobud rəftar edirik. Ailədəki rəftar əxlaqın göstəricisidir,nəinki ailəndən kənardakı rəftarlarımız.Höccətül-islam Pənahiyanhttps://t.me/kelamlardan
Böyüklərdən Kəlamlar
22 Sept, 05:04
☘️ Ayətullah Behcət(r.ə):Dünyada ən yaxşı və ən üstün şey budur ki, insan: nə etməli olduğunu düzgün dərk etsin və ondan da daha üstün olanı – həmin dərk etdiyinə əməl etsin.📖 Rəsaili-İrfani, səh. 175.https://t.me/kelamlardan
Böyüklərdən Kəlamlar
21 Sept, 09:03
✍ Ayətullah Haqqşünas(r.ə):Mən mərhum Əllamə Təbatəbaidən soruşdum: "Yol hansıdır?"Buyurdu: "Əvvəli də, ortası da, sonu da – hamısı muraqibədir."Muraqibə o deməkdir ki, insan daim öz əməllərinə, düşüncələrinə və niyyətlərinə nəzarət etsin.Mənəvi kamilliyə çatmaq üçün əsas yol davamlı şəkildə özünü qorumaq, nəfsinə nəzarət etmək və Allahın razılığını qazanmaqdır.📚 "ZeMehr Afruxtə", səh. 174.https://t.me/kelamlardan
Böyüklərdən Kəlamlar
21 Sept, 04:58
Ayətullah Dolabi (r.ə):Namaz qılırsan, ibadət edirsən və Allahı çağırırsan ,de : "İlahi, şükür" Dörd-beş dəfə "İlahi, şükür" de ki, heç olmasa, şükrün şirinliyi dodaqlarına dəysin. Yavaş-yavaş Allaha minnətdar olmağa başlayırsan. Qəlb və ruhun təbiəti belədir. Sən Allahdan razı olduqca, Allah da səndən razı olar. Beləcə "Raziyə" və "Mərziyyə" (Allahdan razı və Allahın razı olduğu) olarsan. Şükür edən və şükürə layiq bilinən bir bəndəyə çevrilərsən.📚"Tuba-yi Məhəbbət", cild 3, səhifə 145-146https://t.me/kelamlardan
Böyüklərdən Kəlamlar
20 Sept, 12:01
"İmam Hüseynin (ə) türbəti üzərinə çox səcdə etmək insanın əxlaqını dəyişdirir".Hacı İsmayıl Dulabihttps://t.me/kelamlardan
Böyüklərdən Kəlamlar
20 Sept, 08:59
Ayətullah Cavadı Amuli:Bizim çoxumuz nə zaman susmalı, nə qədər danışmalı və necə danışmalı olduğumuzu bilmək üçün sükut dərsi öyrənməliyik".https://t.me/kelamlardan
Böyüklərdən Kəlamlar
20 Sept, 04:51
Ayətullah Fatıminiya (r.ə) buyurur:Sübh çağılarını əldən verməyin; heç olmasa iki rükət gecə namazı qılın. Bu dövrdə isə, mobil telefon və internetin sayəsində insanların çoxu gecə yarısına qədər oyaq qalırlar və sübh çağı yatırlar. Sübh çağılarını hədər etməyək. Əgər nafilə namazı da qılmadınızsa, heç olmasa 10 dəfə "Ya ərhəmər-rahimin" deyin. Əgər bunu da etmədinizsə, ən azından qibləyə tərəf oturub deyin:"Subhənallahi vəlhəmdulillahi və la ilahə illəllahu vəllahu əkbər." Əgər bir neçə sübh bunu qəlbən desəniz, imanınız artar".https://t.me/kelamlardan
Böyüklərdən Kəlamlar
19 Sept, 07:49
✅ Ayətullah şəhid Dəstğeyb:"Heç nədən və heç kəsdən qorxma, yalnız günahından qorx".https://t.me/kelamlardan
Böyüklərdən Kəlamlar
19 Sept, 04:48
Ayətullah Ziyaabadi:Namazı tərk etmək olmaz!Cavanlar və gənc yeniyetmələr, namaza diqqət edin... Hər halda, cavanlıq dövründəsiniz, nəfsani istəkləriniz var və günah işlətməyiniz də mümkündür... Günah insan üçün ölümcül bir zəhərdir...Lakin, günaha batsanız belə, namazı tərk etməyin! Çünki axırda namaz sizi islah edəcək... Qoyun bu incə bağ sizinlə Allah arasında qorunsun... Əgər namazınız əvvəlcə ruhsuz qılırsınızsa, zamanla düzələcək və kamilləşəcək.https://t.me/kelamlardan
Böyüklərdən Kəlamlar
18 Sept, 15:41
“Əgər bir kəsdə bu 2 xüsusiyyət olsa, onunla dostluq et...”İmam Sadiq (ə) buyurur: "Əgər bu iki xüsusiyyət bir nəfərdə olsa, onunla dostluq et, əks halda ondan uzaq ol, uzaq ol!”. İmamdan (ə) soruşurlar ki, bu iki xüsusiyyət nədir? İmam (ə) buyurur: 1. Namazı əvvəl vaxtında qılmaq və onu davamlı etmək. 2. Başqaları ilə həmdərd olmaq”.Hədislərin bir çoxunda namazı əvvəl vaxtda qılmağın bir çox fəzilətləri bəyan edilmişdir. O cümlədən: aqibəti xeyirli edər, müşkilləri həll edər, hacətləri yerinə yetər, rahat can verər, dərd və qəmi aradan gedər, cəhənnəm atəşindən nicat tapar...Hədislərdə oxuyuruq ki, o kəs ki, namazı əvvəl vaxtda qılmaz, Həzrət Peyğəmbərin (s) şəfaətinə nail olmaz.Hüccətil-İslam Seyyid Abbas Hüseyni deyir: "Məşhəddə Hacı Şeyx Hüseynəli Noxudəki İsfəhaninin xidmətinə getdim və soruşdum ki, xeyirli aqibət və ruzinin artması üçün nə etməliyəm? Buyurdu: "Əvvəl vaxtda
Böyüklərdən Kəlamlar
18 Sept, 09:47
"İnsan yalnız təvəkkül və Allahı yad etməklə qəlbi aramlıq tapar. Allahı yad etməkdən üz çevirmək və qəflət isə həyatı acı və dözülməz edər."Ayətullah Behcət(r.ə)https://t.me/kelamlardan
Böyüklərdən Kəlamlar
18 Sept, 07:45
"Əgər imanınızın artmasını istəyirsinizsə, imkanınız çatan qədər malınız və abrınızla Allahın bəndələrinə xidmət edin".✍ Ustad Şeyx Hüseyn Ənsariyanhttps://t.me/kelamlardan
Böyüklərdən Kəlamlar
14 Sept, 11:31
🌷 Ayətullah Muctehidi Tehrani (r.h.): "Allah bizi ağvalideyn və ağövlad qərar verməsin" "Valideynə ağ olmaq nə deməkdir, bu aydındır. Yəni, elə bir şey etməyək ki, ata-ana bizdən narazı olsun. Amma çoxları övladlarına ağ olmağın nə olduğunu bilmir." "Əgər övladına haram bir şey yedizdirsən, övladına pis tərbiyə versən, qəlbinə dəysən ağ valideyn olubsan. Hədislərdə gəlib Peyğəmbər (s.a.s) buyurur: "Ey Əli (ə)! Övladın valideynlərə ağ olması ilə valideynlərin övlada ağ olmasının günah və nəticəsi eynidir".https://t.me/kelamlardan
Böyüklərdən Kəlamlar
14 Sept, 04:32
✅ Höccətül-İslam Cəfər Nasiri:✍ Bu yol sabitlik tələb edir. Çətin və çınqıllı bir yoldur; Çox eniş-yoxuşları var. Daim yalvarmaq lazımdır; Daim Allaha sığınmaq lazımdır. Bəzi günahlar insanın qarşısına maneələr qoyur. Onları tanıyıb tərk etmək lazımdır. İnsan o qədər yalvarmalıdır ki, nəhayət diqqətə layiq görülsün və uğur qazansın. Mərhum Ayətullah Behcət (r.ə) Mübarək Ramazan ayında o qədər təvazökarcasına yalvararaq Həzrət Məsuməyə (s.ə) üz tuturdu ki, onu görən hər kəs halına ürək yanğısı ilə baxardı.Bu cür yalvarış və təvazökarlıq, uğur qazanmaq üçün vacibdir.https://t.me/kelamlardan
Böyüklərdən Kəlamlar
13 Sept, 11:29
🌷 Ayətullah Miyanəci (r.ə) buyurur:"Ustad lazım deyil. Siz yalnız günah etməyin, yolu sizə göstərəcəklər.""Kim bir qüsurunu islah etsə, Allah ona on qüsurunu göstərər."https://t.me/kelamlardan
Böyüklərdən Kəlamlar
13 Sept, 05:28
✅ Ayətullah Müctəhidi:✍ Bu dünya çıxılmaz bir küçədir. Sonda alnımız qəbir daşına dəyəcək! O zaman peşman olub deyəcəyik: "İlahi, bizi yenidən dünyaya qaytar!" Amma cavab gələcək: "Xeyr... Sus!"Fərqindəyikmi?İstədiyimiz yerə gedirik, istədiyimiz şeyə toxunuruq, istədiyimiz insana yalan deyir, böhtan atırıq... Və daha bir çox şeylər...Qorxmuruqmu? Yoxsa inanmırıq ki, hər gün dünyadan daha da uzaqlaşır, ölümə isə bir addım da yaxınlaşırıq?..https://t.me/kelamlardan
Böyüklərdən Kəlamlar
12 Sept, 11:27
Ölümü yad etdikdə bütün qəm və kədərin yox olub gedər, həyat mənasızlaşar!Ölümü yad etməklə dünya gözündə kiçilər, axirəti isə böyüyər...Hacı İsmayıl Dulabihttps://t.me/kelamlardan
Böyüklərdən Kəlamlar
12 Sept, 04:26
"İnsanların arxasınca danışmaq qəlbi qaraldır insanı ilahi tovfiqatdan məhrum edir və ibadətin sevincini əlindən alır" .Ayətullah Fatiminiyahttps://t.me/kelamlardan
Böyüklərdən Kəlamlar
11 Sept, 12:24
"Şeytanın vəsvəsəsi nemət və rəhmətdir! Çünki hər kim hər nəyə nail olubsa, bu, vəsvəsə ilə mübarizə aparmaqla cihadi - əkbər meydanında qalib olub".Ayətullah Cavadi Amulihttps://t.me/kelamlardan
Related Channels
Other channels in the same section of the catalogue.
