Latest posts

KULİS.AZ
22 Sept, 15:40
Kulis.az APA-ya istinadən Nadir Yalçının “Nəsimi bağları”ndan reportajını təqdim edir– Elə bilirəm, Şamaxı dəhşətli zəlzələlərdən sonra heç vaxt bu qədər bərpa edilməyib, – uzaqdan görünən Nəsimi abidə-instalyasiyasına tərəf boylanıb səfər yoldaşlarıma deyirəm. Ətrafı heyranlıqla izlədikləri üçün reaksiya gəlmir.“Nəsimi bağları”na ekskursiyamızı kompleksin girişindən başlamağı təklif etsələr də, maşınla birbaşa abidəyə tərəf getməyin daha düzgün olduğunu bildirirəm, razılaşırlar.DAVAMI...
KULİS.AZ
22 Sept, 09:16
Kulis.az Sadiq İsmayılın yazısını təqdim edir.Ötən günlərdə yüksək, ali sənətə birmənalı biganə cəmiyyətimizin “tənqid nəzəriyyəsi”ndən və “tənqid tarixi”ndən bixəbər, lakin bu idraki kifayətsizliyə baxmayaraq fitri və radikal tənqidkar profili cızan nümayəndələri yenidən məntiqdən, sistemli analitik düşüncədən kənar “fikir”lərini itiləyib, şəxsi söhbətlərində, sosial medianın şərh guşələrində “hər sözü az demək daha xoş olar” şüarına müxalif şəkildə açdılar ağızlarını, yumdular gözlərini.ƏTRAFLI
KULİS.AZ
22 Sept, 07:57
"Deixa-me Rir" və "A Gente Vai Continuar" kimi məşhur mahnıların müəllifi, Portuqaliya musiqisinin nüfuzlu simalarından biri olan Jorj Palma 76 yaşında ürək-tənəffüs çatışmazlığından dünyasını dəyişib.
KULİS.AZ
21 Sept, 17:59
Aktrisa Mehriban Zəki Bakıdakı tıxacdan gileyləndi.Aktrisa sosial şəbəkə hesabında tıxacda 1 saat 23 dəqiqə hərəkətsiz qaldığını bildirib.🗣 “1 saat 23 dəqiqə tərpənmədən bir nöqtədə qalmaq… artıq səbrdən də o yana… Bütün bildiyim-bilmədiyim şeirlər keçdi beynimdən, çıxdı yadımdan”, – deyə Mehriban Zəki paylaşımında yazıb.
KULİS.AZ
21 Sept, 10:55
Bu gün Atatürk Mərkəzinin direktoru, filologiya elmləri doktoru , professor Nizami Cəfərovun doğum günüdür.Kulis.az akademiki təbrik edir və onun "Azərbaycan türkologiyasının təməlləri" məqaləsini təqdim edir.ƏTRAFLI
KULİS.AZ
21 Sept, 08:56
Kulis.az Ülvi Bahadırın Xalq artisti Alim Qasımovla müsahibəsini təqdim edir.– Alim bəy, Üzeyir Mehdizadə ilə duetiniz, belə deyək, cəmiyyətdə şok effekti yaratdı. Təklif necə gəldi?– Üzeyir bəy mənimlə əlaqə saxladı. Bir mahnı var, musiqisini yazanda səni düşünmüşəm dedi. Qulaq asdım, sözlərini, müsiqisini bəyəndim və oxudum. Əsas da mahnının sözləri ürəyimə yatdı.– Ancaq duet insanlar tərəfindən birmənalı qarşılanmadı. Əvvəlcədən təxmin etmişdiniz?– Yox. Daha doğrusu, bu qədər yox. Ancaq Üzeyirlə duetimizin belə qarşılanacağı təxmin edirdim, amma bu da bir yenilikdir. Kim tənqid edir, özü bilər.Davamı...
KULİS.AZ
21 Sept, 08:08
Parisdəki məşhur Luvr muzeyində Leonardo da Vinçinin "Mona Liza" əsərinin nümayiş olunduğu salonda növbəti xoşagəlməz hadisə baş verib.Kulis.az xəbər verir ki, iki Almaniya vətəndaşı iki tablonu yapışqan lentlə salonun divarına sabitləyib.Muzeyin təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılan şəxslər divara kiçikçaplı zərər vurduqları üçün polisə təhvil veriliblər.İfadələri alınan şübhəlilər bu əməli sadəcə "əyləncə məqsədilə" etdiklərini deyiblər.
KULİS.AZ
21 Sept, 06:48
#GÜNÜNŞEİRİGedirsən, məni də apar! Gəlim saçını darayım. Bir də nə vaxt əlim çatar? Olar səni qucaqlayım?Oturum səninlə bir az, Gələcəyi varaqlayım. Fonda bir bayatı-şiraz, Olar səni qucaqlayım?Sən gülümsə, heç nə demə. Mən öz halıma ağlayım. Heç nəyi soruşma, bilmə, Olar səni qucaqlayım?Dönə-dönə, dəfə-dəfə, Öz-özümü aşağılayım. Heç olmazsa bircə dəfə,
KULİS.AZ
20 Sept, 15:55
Kulis.az “KinoMuz” rubrikasında 1981-ci ildə çəkilən “Belə bir kənd var” filmini təqdim edir.Film Ağdam rayonunun Xındırıstan kəndindən bəhs edir. Ekran əsərinin çəkilişləri də məhz həmin kənddə aparılıb.
KULİS.AZ
20 Sept, 10:42
Qulu Əsgərovun ifasında səslənən “Dolanaram başına” mahnısı Azərbaycan musiqisinin sevilən nümunələrindəndir.Ustad sənətkarın özünəməxsus ifası bu mahnıya xüsusi rəng qatır.Sizcə, indi niyə belə mahnılar yoxdur?
KULİS.AZ
20 Sept, 08:34
Kulis.az Vilayət Quliyevin "Mühacirətdə istiqlal məktubları" məqaləsini təqdim edir.Əlimərdan bəy Topçubaşov və Məhəmməd Əmin Rəsulzadə...Xalqımızın iki böyük oğlu, XX yüzillikdə milli dövlətçiliyimizin iki möhtəşəm sütunu, Cümhuriyyətin iki qurucu atası...Onları nə birləşdirir, nə ayırır?Tale ikisinə də 71 il ömür yazmışdı. Əlimərdan bəy 1863-cü ildə Tiflisdə doğulub, 1934-cü ildə Parisdə vəfat etmişdi. 1884-cü ildə Bakıda dünyaya göz açan Məhəmməd Əmin 1955-ci ildə Ankarada həyatla vidalaşmışdı.BURADAN OXU
KULİS.AZ
19 Sept, 11:07
Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Milli Qəhrəman Pəncəli Teymurovun anasını ziyarət etdi
KULİS.AZ
18 Sept, 16:41
Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə 95 yaşında vəfat edib.
KULİS.AZ
18 Sept, 13:26
Milli Musiqi Günü ilə əlaqədar Bakıda sürücülər məşhur “İntizar” (“Vəfadarım mənim”) mahnısını ifa ediblər.İfaçı - 500 nömrəli avtobusun sürücüsü Elçin Budaqovu tarda 1 nömrəli avtobusun sürücüsü Tərlan Naqdaliyev, pianoda 139 nömrəli avtobusun sürücüsü Ramiz İbrahimov müşayiət edib.
KULİS.AZ
18 Sept, 13:08edited
🎭 Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilibDərbənddə fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrına Xalq artisti Müslüm Maqomayevin adı verilib.Bununla bağlı Dağıstan rəhbəri vəzifəsini icra edən Fyodor Şukin fərman imzalayıb.APA
KULİS.AZ
18 Sept, 09:51
"Çox həsəd aparmışam güllə altında yatanlara..." - Qulu Ağsəsin şeiriKulis.az Qulu Ağsəsin "Bircə rəng var - AĞ!" şeirini təqdim edir.ŞEİRİ OXU
KULİS.AZ
18 Sept, 07:49
🚀 APA Group yeni mövsümə yeniliklərlə başlayıb📱 Yeni mövsümdə saytların sosial media ilə inteqrasiyası gücləndirilir, qısa və dinamik video formatların həcmi artırılır. Vesti.az, Lent.az və Kulis.az saytlarının mobil versiyalarının dizaynı yenilənib, “Reels” formatında videolar əlavə olunub.🤖 Süni intellekt APA Group-un yeni inkişaf istiqamətlərindən biridir. Şirkət süni intellektdən istifadəyə dair Etik Kodeks qəbul edib, redaksiya və media proseslərində yeni AI həllərinin tətbiqinə başlayıb.📺 APA TV yeni mövsümdə “Xəbəraparan”, “İmpuls”, “Sözüm var”, “İman”, “Sözqaytaran”, “APA Sport”, “Ekstra müsahibə”, “Yerində”, “Ulucayla gündəm”, “Şəxsi əşyalar” və “Künc-Bucaq” proqramlarını təqdim edəcək.🌐 Eyni zamanda APA Group-un korporativ saytının yenilənmiş versiyası istifadəyə verilib, sosial media fəaliyyəti və video kontentin inkişafı genişləndirilib.
KULİS.AZ
17 Sept, 11:41
Bakı Beynəlxalq İncəsənət Festivalına gələcək tanınmış qonaqlar məlum olduBakının nüfuzlu mədəniyyət ocaqlarında 28 oktyabr–8 noyabr 2026-cı il tarixlərində keçiriləcək Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) builki proqramının əsas iştirakçılarını elan etməyə davam edir.Onların arasında musiqi, müasir xoreoqrafiya, dram teatrı və vizual sənətlərin dünyaca tanınmış ulduzları yer alır.ƏTRAFLI
KULİS.AZ
17 Sept, 06:29edited
Türkiyəli aktyor Münir Canar vəfat edib.Kulis.az xəbər verir ki, aktyor 81 yaşında dünyasını dəyişib.Qeyd edək ki, əsasən teatrda çalışan M.Canar "Kaynanalar", "Oflu Hocanın şifresi 2" kimi ekran işlərindən izləyicilərə tanışdır.
KULİS.AZ
17 Sept, 06:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcəkhttps://kulis.az/xeber/media/v-seki-beynelxalq-teatr-festivali-kecirilecek-69400
Followers write to the bot, you answer by reply, your account stays hidden. Created in one tap.
How it works →Related Channels
Other channels in the same section of the catalogue.
