gram news
leader.az channel avatar

leader.az

@leader_az

Ayətullah Seyyid Əli Xamenei Ali Məqamlı Rəhbərin rəsmi kanali http://www.leader.ir/az

ProjectsAZ

270subscribers

Open the Channel

Latest posts

  • leader.az

    22 Sept, 12:25

    ✅Əgər bir şəxs namaz əsnasında namazın hansısa bir vacib əməlini yerinə yetirib-yetirmədiyinə şəkk etsə, sonrakı hissəyə daxil olduğu təqdirdə bu şəkkə etina etməməlidir. Məsələn, əgər bir şəxs rükuda ikən “Həmd”i oxuyub-oxumadığına şəkk etsə, bu şəkkə etina etməməlidir.#vacibəməl #şəkk 🔗leader_az Ayətullah Seyyid Əli Xamenei Ali Məqamlı Rəhbərin rəsmi kanalı
  • leader.az

    19 Sept, 17:02

    ❓Sual: Təbii saçları tamamilə örtən parikdən qadınların istifadə etmələri və bu şəkildə naməhrəm kişilərin qarşısına çıxmalarının hökmü nədir? ✅Cavab: Ehtiyat-vacibə görə, naməhrəmdən örtülməlidir.#parik #hicabtax 🔗leader_az Ayətullah Seyyid Əli Xamenei Ali Məqamlı Rəhbərin rəsmi kanalı
  • leader.az

    19 Sept, 12:55

    ✅Əgər namaz əsnasında dəstəmazı və ya qüslü və ya təyəmmümü pozan bir iş baş versə, məsələn, bir şəxs namaz qıldığı halda yatsa, yaxud ondan sidik və bu kimi bir şey xaric olsa, namaz pozulur.#hədəs #təharətipozmaq 🔗leader_az Ayətullah Seyyid Əli Xamenei Ali Məqamlı Rəhbərin rəsmi kanalı
  • leader.az

    17 Sept, 19:07

    ❓Tərəxxüs həddi ilə şəri məsafənin fərqi nədir? ✅Şəri məsafə səkkiz fərsəxdir (təxminən 41 kilometr). Bu məsafə gediş-qayıdış birlikdə də hesablana bilər, amma bu halda gediş istiqamətində ən azı 20,5 kilometr məsafə qət edilməlidir. Amma tərəxxüs həddi o yerə deyilir ki, şəhərdən uzaqlaşdıqda daha həmin yerdə şəhərin azan səsi eşidilmir.#şəriməsafə #tərəxxüshəddi 🔗leader_az Ayətullah Seyyid Əli Xamenei Ali Məqamlı Rəhbərin rəsmi kanalı
  • leader.az

    17 Sept, 11:43

    ✅Nafilələr və müstəhəb namazlar qəza namazını əvəz etmir. Əgər bir şəxsin boynunda qəza namazı varsa, onu qəza namazı niyyətilə qılmalıdır.#nafilə #qəzanamazı 🔗leader_az Ayətullah Seyyid Əli Xamenei Ali Məqamlı Rəhbərin rəsmi kanalı
  • leader.az

    16 Sept, 16:35

    ❓Mən qeyri-müsəlman bir ölkədə yaşayıram. Yağış yağarkən ümumi nəqliyyatdan istifadə edə bilərəmmi? ✅Kitab-əhli olmayan ölkələrdə yağış yağarkən paltar və bədən islandığı təqdirdə, nəqliyyat vasitəsinin oturacağının napak olduğuna yəqinlik olmayanadək orada əyləşdikdə bədən və paltar napak olmur.#qeyrimüsəlmanölkə #kafir 🔗leader_az Ayətullah Seyyid Əli Xamenei Ali Məqamlı Rəhbərin rəsmi kanalı
  • leader.az

    16 Sept, 10:51

    ✅Namazın qəzasını qılmaq o halda vacib olur ki, namazı qılmadığına və ya namazın düzgün olmadığına mükəlləfin yəqinliyi vardır. Amma əgər mükəlləf namazı qılmadığına və ya namazın düzgün olmadığına şəkk və ya güman etsə, namazın qəzasını qılmaq vacib deyildir.#mükəlləf #qəzanamazı 🔗leader_az Ayətullah Seyyid Əli Xamenei Ali Məqamlı Rəhbərin rəsmi kanalı
  • leader.az

    15 Sept, 16:59

    ❓Sual: Əgər bir gəlin toy məclisində bəzənmiş vəziyyətdə naməhrəmlərin qarşısına çıxacaqsa, bu gəlini bəzəmək qarşılığında salon ustasının aldığı pul halaldırmı? ✅Cavab: Qadın ustanın qadını bəzəməsi və bunun qarşlığında zəhmət haqqı almasının öz-özlüyündə maneəsi yoxdur, bu şərtlə ki, məqsəd özünü naməhrəmə göstərmə olmamalıdır.#gözəllik #naməhrəm 🔗leader_az Ayətullah Seyyid Əli Xamenei Ali Məqamlı Rəhbərin rəsmi kanalı
  • leader.az

    15 Sept, 11:21

    ✅Məsciddə cənazə dəfn etmək olmaz və bu məsələdə mərhumun vəsiyyəti heç bir rol oynamır. Amma əgər vəqf zamanı məsciddə cənazənin dəfn edilməsi istisna edilibdirsə, bu halda orada cənazə dəfn etmək olar.#cənazə #dəfn 🔗leader_az Ayətullah Seyyid Əli Xamenei Ali Məqamlı Rəhbərin rəsmi kanalı
  • leader.az

    14 Sept, 17:16

    ❓Sual: Avtomobil almaq üçün lombarda qızıl qoyub pul götürmək icazəlidirmi? Belə ki, avtomobil pul qazanıb ailəni dolandırmaq məqsədilə alınır. Bu məsələnin şəri baxımdan hökmü nədir? ✅Cavab: Ribalı borc (faizli pul krediti) götürmək haramdır, yəni ribalı borc götürən şəxs günah edir. Amma o, borc (ya kredit) götürdüyü pulun sahibi olur. Bu şəxs harama düşməmək üçün artıq məbləği verməyi niyyət etməyə bilər, baxmayaraq ki, bu məbləği ondan alacaqlarını bilir.#kredit #lombard 🔗leader_az Ayətullah Seyyid Əli Xamenei Ali Məqamlı Rəhbərin rəsmi kanalı
  • leader.az

    14 Sept, 10:48

    ✅Yerdən çıxan və yalnız heyvan yemi olan bitkilərin, məsələn, ot və samanın üzərinə səcdə etmək düzgündür.#bitki #səcdə 🔗leader_az Ayətullah Seyyid Əli Xamenei Ali Məqamlı Rəhbərin rəsmi kanalı
  • leader.az

    13 Sept, 17:42

    ❓Sual: Üzərində xarici yazılar və şəkillər olan geyimləri geyinmək olarmı? Bu geyimlər qərb mədəniyyətini yaymaq hesab olunurmu? ✅Cavab: Əgər ictimai fəsadı olmazsa, bu geyimləri geyinməyin öz-özlüyündə maneəsi yoxdur. Amma İslam mədəniyyətinə zidd olan qərb mədəniyyətini yaymaq hesab olunub-olunmaması ürfə həvalə olunur.#ictimaifəsad #geyim 🔗leader_az Ayətullah Seyyid Əli Xamenei Ali Məqamlı Rəhbərin rəsmi kanalı
  • leader.az

    13 Sept, 09:39

    ✅Dünya işləri üçün bilərəkdən səsli ağlamaq namazı pozur. Amma Allah qorxusundan ağlamaq və ya axirət işləri üçün ağlamağın iradı yoxdur, hətta ən yaxşı əməllərdən hesab olunur.#Allahqorxusu #axirət 🔗leader_az Ayətullah Seyyid Əli Xamenei Ali Məqamlı Rəhbərin rəsmi kanalı
  • leader.az

    11 Sept, 17:48

    Gənc ailələrə tövsiyələr Şəhid rəhbərin tövsiyələri #kişi #qadın https://t.me/leader_az 🔗leader_az Ayətullah Seyyid Əli Xamenei Ali Məqamlı Rəhbərin rəsmi kanalı
  • leader.az

    10 Sept, 11:19

    ✅Yaxşı olar ki, insan namazın sözləri və zikrlərinin mənasına diqqət yetirsin və onları hüzuri-qəlb ilə dilə gətirsin. Bununla da ruhun paklanması və qəlbin Mütəal Allaha yaxınlaşması təsirinə malik olan namazdan bəhrələnsin.#namaz #hüzuriqəlb 🔗leader_az Ayətullah Seyyid Əli Xamenei Ali Məqamlı Rəhbərin rəsmi kanalı
  • leader.az

    9 Sept, 17:47

    ❓Sual: Qeyri-islami bankda debet hesab yaradıb vəsait yatırıram. Lakin mənim istəyimdən kənar bank tərəfindən hesabda olan vəsaitə əlavə gəlir (illik 2 %) hesablanır və hesaba əlavə olunur. Bu vəsaitin hökmü nədir və onu harada istifadə etmək olar? ✅Cavab: Əgər faiz gəliri almaq niyyətilə vəsait yatırmamısınızsa, bunun maneəsi yoxdur.#bank #depozit 🔗leader_az Ayətullah Seyyid Əli Xamenei Ali Məqamlı Rəhbərin rəsmi kanalı
  • leader.az

    8 Sept, 18:09

    Şəhrivər ayının 17-si əziz rəhbərimiz Ayətullah Seyyid Müctəba Hüseyni Xameneinin mövlüd günüdür. Təbrik edirik. #təvəllüd #imammüctəba https://t.me/leader_az 🔗leader_az Ayətullah Seyyid Əli Xamenei Ali Məqamlı Rəhbərin rəsmi kanalı
    77811Open in Telegram
  • leader.az

    8 Sept, 10:46

    ✅Əgər bir şəxs namazın sözləri və ya bir sözün hərfləri arasında səhvən normal olmayan fasilə etsə, amma bu, namazın surətinin aradan gedəcəyi bir tərzdə olmasa və bunu növbəti rüknə daxil olduqdan sonra başa düşsə, namaz düzgündür və həmin sözləri və cümlələri təkrar etmək lazım deyildir. Amma əgər bunu növbəti rüknə daxil olmamışdan qabaq başa düşsə, geri qayıdıb onları yenidən deməlidir.#fasilə #namazınsözləri 🔗leader_az Ayətullah Seyyid Əli Xamenei Ali Məqamlı Rəhbərin rəsmi kanalı
  • leader.az

    7 Sept, 16:24

    ❓Sual: Dövlət idarələrində və ümumi məkanlarda tütün məmulatlarından istifadə etməyin hökmü nədir? ✅Cavab: Əgər idarələrin daxili qanunlarına və ümumi məkanların qaydalarına zidd olarsa, yaxud başqalarının narahatlığına və ya onlara ziyan dəyməsinə səbəb olarsa, buna icazə verilmir.#idarə #siqaret 🔗leader_az Ayətullah Seyyid Əli Xamenei Ali Məqamlı Rəhbərin rəsmi kanalı
  • leader.az

    7 Sept, 10:01

    ✅Əgər bir şəxs namaz əsnasında namazın hansısa bir vacib əməlini yerinə yetirib-yetirmədiyinə şəkk etsə, sonrakı hissəyə daxil olduğu təqdirdə bu şəkkə etina etməməlidir. Məsələn, əgər bir şəxs rükuda ikən “Həmd”i oxuyub-oxumadığına şəkk etsə, bu şəkkə etina etməməlidir.#əməl #şəkk 🔗leader_az Ayətullah Seyyid Əli Xamenei Ali Məqamlı Rəhbərin rəsmi kanalı
Download the series as CSV
A feedback bot for your channel — free

Followers write to the bot, you answer by reply, your account stays hidden. Created in one tap.

How it works →
Create the bot