gram news
Maide.Az/MaideTV channel avatar

Maide.Az/MaideTV

@maidetv

Maide.Az saytının rәsmi telegram kanalına xoş gəlmisiniz!📒 İslami maarif, moizə və İslam təqvimi. #maide #xeber #islam Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın. Bu süfrədən geri qalmayın!

ProjectsAZReligion

4,880subscribers

Open the Channel

Latest posts

  • Maide.Az/MaideTV

    18 Aug, 04:43

    Cabir Cöfidən nəql olunur ki, İmam Baqirdən (ə) soruşdum:مَتَى يَكُونُ فَرَجُكُمْ "Fərəciniz haçan olacaq?" İmam (ə) buyurdu: هَيْهَاتَ هَيْهَاتَ لاَ يَكُونُ فَرَجُنَا حَتَّى تُغَرْبَلُوا ثُمَّ تُغَرْبَلُوا ثُمَّ تُغَرْبَلُوا يَقُولُهَا ثَلاَثاً حَتَّى يُذْهِبَ [اَللَّهُ تَعَالَى] اَلْكَدِرَ وَ يُبْقِيَ اَلصَّفْوَ. ""Heyhat, heyhat! Bizim fərǝcimiz siz ələnməyənədək olmayacaq. Sonra ələnəcəksiz, yenə də ələnəcəksiz!" - İmam (ə) bunu üç dəfə təkrarladı. - "Nəhayət, Allah bulanıqlığı aparacaq, saflığı isə saxlayacaq.""Əl-qeybət", Şeyx Tusi, c.1, səh.339@MaideTV
    Image from a post by Maide.Az/MaideTVImage from a post by Maide.Az/MaideTV
    3,350106109432Open in Telegram
  • Maide.Az/MaideTV

    17 Aug, 16:56

    Gündəlik təqvim və günün zikrləri#namazvaxtı #təqvim #gündəlikzikr #azan @MaideTV
    Image from a post by Maide.Az/MaideTVImage from a post by Maide.Az/MaideTV
    3,20045101Open in Telegram
  • Maide.Az/MaideTV

    17 Aug, 13:20

    GÜNAH ETMƏYİN! - Şəhid Rəhbər Ayətullah XameneiMəna əhli olanların hamısının, bəzən hüzuruna çatdığımız məna böyüklərinin tövsiyəsi bu idi ki, günah etməyin. Bəziləri deyirlər ki, ağa, hansı zikri oxuyaq ki, məsələn, çox yaxşı olsun və uca məqamlara çataq? Onlar deyirdilər: "Ağa, hələlik zikr qalsın,, günah etməyin!" İlk addım budur! Əgər bu addım təmin olunsa, sizin bir çox çətinlikləriniz - ruhi, mənəvi və maddi problemləriniz aradan qalxacaq.@MaideTV
    3,120video56221Open in Telegram
  • Maide.Az/MaideTV

    17 Aug, 10:19

    “Ali-İmran” surəsi , ayə 5 إنَّ اللَّهَ لَا يَخْفَىٰ عَلَيْهِ شَيْءٌ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ Şübhəsiz, yerdə və göydə olanlardan heç bir şey (o cümlədən sizin iman və küfrünüz) Allaha gizli deyildir.@MaideTV
    2,350video52521Open in Telegram
  • Maide.Az/MaideTV

    17 Aug, 05:17

    Namaza diqqətli olmaq üçün nə etməliyik? @MaideTV
    Image from a post by Maide.Az/MaideTVImage from a post by Maide.Az/MaideTV
    2,0405554Open in Telegram
  • Maide.Az/MaideTV

    16 Aug, 18:59

    🗓 Gündəlik təqvim və günün zikrləri#namazvaxtı #təqvim #gündəlikzikr #azan @MaideTV
    Image from a post by Maide.Az/MaideTVImage from a post by Maide.Az/MaideTV
    1,8503632Open in Telegram
  • Maide.Az/MaideTV

    15 Aug, 18:06

    🕌 Gündəlik təqvim və günün zikrləri#namazvaxtı #təqvim #gündəlikzikr #azan @MaideTV
    Image from a post by Maide.Az/MaideTVImage from a post by Maide.Az/MaideTV
  • Maide.Az/MaideTV

    15 Aug, 14:56

    Şübhəsiz, (səmimi qəlbdən) «bizim Rəbbimiz Allahdır!» deyən, sonra (əməldə) möhkəm duran kəslərə mələklər nazil olarlar (və deyərlər): «Əsla qorxmayın və qəmgin olmayın; (dünyada) sizə vəd olunmuş Cənnət müjdəsi ilə sevinin!» "FUSSİLƏT" / 30. @MaideTV
    1,700video64Open in Telegram
  • Maide.Az/MaideTV

    15 Aug, 06:22

    İmam Səccad (ə):إنّي أكرَهُ أن أعبُدَ اللّهَ لا غَرَضَ لي إلاّ ثَوابَهُ، فَأَكونَ كَالعَبدِ الطَّمِعِ المُطيعِ، إن طَمِعَ عَمِلَ وإلاّ لَم يَعمَل. وأكرَهُ أن أعبُدَهُ (لا غَرَضَ لي) إلاّ لِخَوفِ عِقابِهِ، فَأَكونَ كَالعَبدِ السَّوءِ إن لَم يَخَف لَم يَعمَل. قيلَ لَهُ: فَلِمَ تَعبُدُهُ؟ قالَ: لِما هُوَ أهلُهُ بِأَياديهِ عَلَيَّ و إنعامِهِ.“Mənim Allaha yalnız savab üçün ibadət etməkdən xoşum gəlməz. Çünki o vaxt müti, eyni halda tamahkar bir köləyə bənzəyərəm. Eləcə də, yalnız başı üzərində şallaq olduqda işləyən pis bir qul kimi, Onun əzab və cəzasından qoxaraq ibadət etməyi də xoşlamıram.” İmam Səccaddan (ə) “Onda Allaha nə üçün ibadət edirsən?” – deyə soruşulduqda, buyurdu: “Mənə mərhəmət etdiyi və nemət verdiyi üçün Onu ibadətə layiq bilirəm.”“Ət-təfsirul-mənsub iləl-İmamil-Əskəri (ə)”, səh.328, hədis 180. @MaideTV
    Image from a post by Maide.Az/MaideTVImage from a post by Maide.Az/MaideTV
    1,60048211Open in Telegram
  • Maide.Az/MaideTV

    14 Aug, 17:08

    🕌 Gündəlik təqvim və günün zikrləri#namazvaxtı #təqvim #gündəlikzikr #azan @MaideTV
    Image from a post by Maide.Az/MaideTVImage from a post by Maide.Az/MaideTV
  • Maide.Az/MaideTV

    13 Aug, 18:33

    🕌 Gündəlik təqvim və günün zikrləri#namazvaxtı #təqvim #gündəlikzikr #azan @MaideTV
    Image from a post by Maide.Az/MaideTVImage from a post by Maide.Az/MaideTV
    1,6304321Open in Telegram
  • Maide.Az/MaideTV

    13 Aug, 18:23

    Rəbiül-əvvəl ayı üçün əlamətdar günlər1 Rəbiül-əvvəl - 14 avqust “Leylətul-məbit hadisəsi” - Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrəti.3 Rəbiül-əvvəl - 16 avqust - Kəbənin Müaviyə oğlu Yezid tərəfindən yandırılması.5 Rəbiül-əvvəl - 18 avqust - İmam Hüseynin (ə) qızı xanım Səkinənin (s.ə) vəfatı.8 Rəbiül-əvvəl - 21 avqust - İmam Həsən Əskərinin (ə) şəhadəti.9 Rəbiül-əvvəl - 22 avqust - On ikinci imamımız həzrət Sahibəz-Zamanın (ə.c) imamətinin başlanğıc günü.10 Rəbiül-əvvəl –23 avqust - Peyğəmbəri Əkrəmin (s) xanım Xədicə ilə evliliyi.12 Rəbiül-əvvəl - 25 avqust - Peyğəmbəri- Əkrəmin (s) mövludu (əhli-sünnə mənbələrinə əsasən) – Vəhdət həftəsinin başlanması.17 Rəbiül-əvvəl - 30 avqust - Peyğəmbəri-Əkrəmin (s) mövludu (şiə mənbələrinə əsasən).17 Rəbiül-əvvəl -30 avqust - İmam Sadiqin (ə) mövludu. @MaideTV
    Image from a post by Maide.Az/MaideTVImage from a post by Maide.Az/MaideTV
    1,5802012Open in Telegram
  • Maide.Az/MaideTV

    13 Aug, 18:08

    Rəbiül-əvvəl ayının əməlləri1-ci gün:Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s) peyğəmbərliyindən on üç il keçdikdən sonra, Əbu Cəhlin təklifi və Qüreyş qəbiləsinin böyüklərinin qərarı ilə bir dəstə o həzrətin evinə hücum edib o həzrəti qətlə yetirmək istədikdə, Cəbrail-Əmin Allah-Taala tərəfindən o həzrətin Məkkədən Mədinəyə hicrət etməsi əmrini gətirir. İmam Əli (ə) Peyğəmbərin (ə) yatağında yatır və Peyğəmbər (s) tərəfdarları ilə birlikdə Məkkədən çıxıb, üç gün “Sur” mağarasında qaldıqdan sonra Mədinəyə doğru hərəkət edir. Həmin gün imam Əli (ə) canını Peyğəmbərin (s) yolunda təhlükəyə ataraq o həzrətin yerində yatdığı üçün tarixdə “Leylətül-məbit” adlanır.Həmin gün oruc tutmaq, eləcə də, Peyğəmbər (s) və imam Əlini (ə) ziyarət etmək tövsiyə olunur.9-cu gün: Rəbiül-əvvəl
    1,6002131Open in Telegram
  • Maide.Az/MaideTV

    13 Aug, 18:08

    Image from a post by Maide.Az/MaideTVImage from a post by Maide.Az/MaideTV
  • Maide.Az/MaideTV

    13 Aug, 09:37

    Höccətül-İslam Nasir Rəfii: İmam Rzadan (ə) soruşdular ki, Allahın ən yaxşı bəndəsi kimdir? Buyurdu ki, beş xüsusiyyəti olan kəs: ​......‌ 1. الَّذِينَ إِذَا أَحْسَنُوا اسْتَبْشَرُوا O kəslər ki, insanlara xidmət edəndə (yaxşılıq edəndə), sözün əsl mənasında xidmət edirlər, sevinirlər və minnət qoymurlar. Allaha həmd olsun ki, o, məndən ona zamin olmağımı istədi. Allaha həmd olsun ki, məndən ona borc pul verməyimi istədi. Şükür Allaha ki, maşınımın qabağını kəsdi ki, onu mindirim. İnsan böyük qəlbə sahib olmalıdır ki, həm xidmət etsin, həm də təşəkkür etsin: "Ağa, çox sağ ol ki, məndən kömək istədin, lütf etdin məndən maşın istədin." الَّذِينَ إِذَا أَحْسَنُوا اسْتَبْشَرُوا Yaxşılıq edəndə, nə minnət qoyurlar, nə əziyyət verirlər, nə də kobudluq edirlər, üstəlik sevinirlər. ​....‌‌....... 2: Bu sizin daha çox işinizə yarayar. Bu ikinciyə daha çox diqqət edin. وَ إِذَا أَسَاءُوا
  • Maide.Az/MaideTV

    13 Aug, 09:37

    Höccətül-İslam Nasir Rəfii: İmam Rzadan (ə) soruşdular ki, Allahın ən yaxşı bəndəsi kimdir? Buyurdu ki, beş xüsusiyyəti olan kəs:
    1,860video157Open in Telegram
  • Maide.Az/MaideTV

    13 Aug, 03:39

    Şəhid Rəhbər Ayətullah Xamenei: Həqiqətən də, mənim və mənim kimilərin dili Peyğəmbəri-Əkrəm (s) haqqında danışmaqdan acizdir. Mənim və mənim kimilərin zehni və qəlbi də o Həzrətin uca şəxsiyyətini dərk etməkdə acizdir. Bu, həqiqətən də belədir! ​Varlıq aləminin bu parlayan günəşinin bütün bəşəriyyət üzərində haqqı var. Bütün bəşəriyyət, istər bu dinə inananlar olsun, istərsə də inanmayanlar, Peyğəmbəri-Əkrəmə (s) borcludur. ​Bu böyük şəxsiyyətin bəşəriyyət üzərindəki böyük haqqı nədir? O budur ki, Peyğəmbəri-Əkrəm (s) bəşəriyyətin bütün əsas dərdlərinin müalicə nüsxəsini bəşərə təqdim etmişdir. @MaideTV
    1,330video45211Open in Telegram
  • Maide.Az/MaideTV

    12 Aug, 18:32

    🕌 Gündəlik təqvim və günün zikrləri#namazvaxtı #təqvim #gündəlikzikr #azan @MaideTV
    Image from a post by Maide.Az/MaideTVImage from a post by Maide.Az/MaideTV
    1,3502715Open in Telegram
  • Maide.Az/MaideTV

    12 Aug, 17:49

    Təvəssül duasındanيَا أَبَا الْحَسَنِ يَا عَلِيَّ بْنَ مُوسَى أَيُّهَا الرِّضَا يَا ابْنَ رَسُولِ اللَّهِ يَا حُجَّةَ اللَّهِ عَلَى خَلْقِهِ يَا سَيِّدَنَا وَ مَوْلانَا اِنَّا تَوَجَّهْنَا وَ اسْتَشْفَعْنَا وَ تَوَسَّلْنَا بِكَ إِلَى اللَّهِ وَ قَدَّمْنَاكَ بَيْنَ يَدَيْ حَاجَاتِنَا يَا وَجِيها عِنْدَ اللَّهِ اشْفَعْ لَنَا عِنْدَ اللَّهِEy Əbəlhəsən! Ey Əli ibn Musa! Ey Rza (razı olan)! Ey Rəsulullahın oğlu! Ey Allahın Öz yaratdıqları üzərində hüccəti! Ey bizim sərvərimiz və mövlamız! Həqiqətən, biz Allaha sənin vasitənlə üz tutur, şəfaət diləyir və təvəssül edirik. Hacətlərimizi sənə təqdim edirik. Ey Allah yanında hörməti olan! Allah yanında şəfaətçimiz ol! #dua #təvəssülduası #peyğəmbər #peyğəmbəri_əkrəm @MaideTV
    1,240video302Open in Telegram
  • Maide.Az/MaideTV

    12 Aug, 17:07edited

    29 səfər (13 avqust) İmam Rzanın (ə) şəhadəti. (Hicri qəməri 203-cı il)@MaideTV
    Image from a post by Maide.Az/MaideTVImage from a post by Maide.Az/MaideTV
    1,200461Open in Telegram