gram news
Mashalli channel avatar

Mashalli

@mashalli

Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana

ProjectsAZBusiness

1,833subscribers

Open the Channel

Latest posts

  • Mashalli

    22 Sept, 15:15

    Bakı metropoliteni: ""Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq".Elə sabah "20 yanvar"a getməli idim və rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov tövsiyəsini nəzərə alaraq, bu məqsədlə "Xocəsən"ə gedəcəyəm.P.s. rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov vaxtilə "Bakı Metropolitenində xətlərin ayrılması layihəsi çərçivəsində ekspres avtobuslardan istifadənin pulsuz olması nəzərdə tutulmur, çünki belə bir addım atılsa, biz hər kəsin avtobuslara yönəlməsinə şərait yaratmış olarıq" demişdi.
  • Mashalli

    21 Sept, 16:04edited

    Planlama haqqında Hələ keçən ilin yanvarında elan olunmuşdu ki, metroda Qırmızı və Yaşıl xətlər ayrılacaq. Düzdür bu barədə çoxdan danışılır, amma 2025-ci ilin əvvəlindən artıq elan olunmuşdu ki, müvafiq tədbirlər planı hazırlanıb, artıq tender işləri aparılır
  • Mashalli

    21 Sept, 06:01

    Maraqlı faktlar sırasından: texnoloji sektorda çalışan və ABŞ universitetlərin birində son 20 il ərzində PHD səviyyəsinə yiyələnən iqtisadçıların 42%-i Amazonda işləyir (144 nəfər!). Niyə Amazona bu qədər iqtisadçı, özü də PHD səviyyəsi ilə, lazımdır - izah olunmur. Hətta maliyyə sahəsində çalışan bir sıra bank və konsaltinq şirkətində bu qədər iqtisadçıya ehtiyac müşahidə olunmur.
    25621Open in Telegram
  • Mashalli

    20 Sept, 06:15

    Bir az Bakı tarixindən: 1913-cü ildə Bakının rayonları və onların yerləşməsi. Bəs indi siz Bakını hansı rayonlara bölərdiniz?
  • Mashalli

    19 Sept, 12:11

    Bir az Azərbaycan tarixindən: 1931-ci ilə aid Azərbaycanın ərazi-inzibati bölgüsü (cədvəldə hər rayon üzrə kəndlərin sayı və əhalisi qeyd olunub). Yeri gəlmişkən, 1931-ci ildə ölkənin ən böyük kəndi Balakən idi - əhalisi 10 mini keçirdi (müqayisə üçün, Tovuz şəhərinin əhalisi 3 min idi), amma buna baxmayaraq kənd olaraq hesablanırdı (əsas meyarlardan biri əhalinin əsas hissəsinin fəaliyyət növü idi). O zaman ölkə üzrə cəmi 19 şəhər var idi.p.s. mənbə: Перепись населения Азербайджана 1931 года. Вып. 2. Народность, пол, возраст, грамотность / Нар. комиссариат просвещения АССР. - Баку : Азернешр, 1932. - 280, [1] с. : табл.
    27091Open in Telegram
  • Mashalli

    18 Sept, 06:18

    Maraqlı faktlar sırasından: düzünü fikir verməmişdim, amma bu ilin may ayında bizim KİV-lər xəbər vermişdilər ki, "Azərbaycan mayın 26-da Ermənistana 5 911,21 dollar dəyərində, 1 ton 497 kiloqram çəkidə ekstruziya olunmuş polistirol köpük lövhələr ixrac edib". Ondan sonra məlum olmuşdu ki, bu ixracı həyata keçirən Rusiyanın Penoplex şirkətidir. Onlar müvafiq məhsulu Hacıqabulda istehsal edirdilər.Görünür o zamandan bəri Ermənistan bazarı ilə davamlı əlaqələr əldə ediblər və artıq aydan-aya ixracı artırırlar.p.s. İxrac "392590. Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən digər plastmas inşaat detalları" kodu üzrə həyata keçirilir. Yeri gəlmişkən, müvafiq kod üzrə bizim bu ilin 7 ayı ərzində idxalatımız 3 min ton təşkil edib. İxracımız isə 878 ton və bunun 15% Ermənistanın payına düşür.
  • Mashalli

    17 Sept, 06:27

    Yeri gəlmişkən, xətlər arasında keçid bağlanandan bəri avqustun ikinci yarısında metrodan istifadə edən sərnişin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 milyon nəfər azalıb. Bu dövr ərzində AYNA-nın 6 ekspress marşrut xəttindən 962 min nəfər istifadə edib. Bəs qalan 1.5 milyon nəfər nə edib? Əlbəttə ki, digər marşrutlara təzyiq artıb, nəticədə bütün digər istiqamətlər üzrə avtobusların yüklülüyü artıb.Yeri gəlmişkən, "28 May" stansiyası bu söhbətdən daha az zərər hiss edib (azalma cəmi 15.5% təşkil edib). Sərnişin sayının ən çox azalan stansiyaları əsasən Yasamala aiddir. Deməli bu istiqamətdə gedən avtobuslarda ciddi sıxlıq yaranıb. Əks istiqamətdə stansiyalar daha az hiss ediblər. Misal üçün, Gənclik üzrə sərnişin axını cəmi 7.7% azalıb.
  • Mashalli

    17 Sept, 06:27

    Maraqlı faktlar sırasından: 2026-ci ilin sentyabrın 15-də Bakı nəqliyyatından 2.66 milyon sərnişin istifadə edib. Bu əvvəlki ilin eyni günü ilə müqayisədə 1.1% çoxdur. Əsas məsələ metro ilə bağlıdır - metro üzrə itki 32.2% təşkil edib. Təxmin etmək olar ki, AYNA-nın əldə etdiyi 18%-lik artımın əhəmiyyətli hissəsi (bəlkə də bütövü, iki xətt arasında əlaqə bağlı olduğu üçün eyni adamlar iki fərqli avtobusdan istifadə etməli olurlar) metro hesabına baş verib.
  • Mashalli

    16 Sept, 06:28

    Varlandıqca qeyri-etik davranışlar artırYenə də mənim “sevdiyim” davranış iqtisadiyyatına qayıdaq. Deməli 2012-ci ildə Pol Piff və həmkarları isbat etdilər ki, daha yüksək sosial status qeyri-etik davranışlara yol açır. 2012-ci ildə dərc olunan “Higher social class predicts increased unethical behavior” (“Daha yüksək sosial sinif qeyri-etik davranışların artacağını proqnozlaşdırır”) məqalədə müəlliflər qeyd edirlər ki, daha yuxarı sinif aşağı sinif ilə müqayisədə daha çox qeyri-etik münasibət göstərməyə meyllidir. Bunu fərqli yeddi eksperiment əsasında müəyyən ediblər.Eksperimentlərdən biri avtomobillər ilə bağlı idi. Belə ki, Kaliforniyada çox istifadə olunan yol kəsişmələrində dayanıb, avtomobillərin hərəkətini, tənzimlənməyən piyada keçidlərini və s. müşahidə edirdilər. Gördükləri maşınları marka, istehsal ili və dəyərinə görə beş qrupa böldülər. Məlum oldu ki, bahalı maşın
    32762Open in Telegram
  • Mashalli

    15 Sept, 14:51

    Planlama haqqındaDeməli bir müddət əvvəl AAYDA biz tərəflərdə demək olar ki, bütün küçələrdə asfaltı yenilədi. Bundan sonra bir ay keçdi və deyəsən indi yadlarına düşdü ki, lükları açmaq lazımdır. Görünən odur ki, indi onların işləmə prinsipi dəyişib: əvvəl asfaltlayırlar, sonra lükları açırlar.İş prinsipinə dair sözüm yoxdur, amma bu işlərin planlanması maraqlı gəldi. Deməli şəhərin mərkəzində yolun ortasında olan lükların açılmasını sentyabrın 15-i günorta saatlarına salıblar. Belə şəraitdə iş rejimini dəyişdir ya yox, heç bir effekti olmayacaq.
  • Mashalli

    15 Sept, 06:14

    Yəni məktəb bizdən nə tələb edir? İtaətsizlik etsən, cəzalandırılacaqsan, qaydalara əməl etsən, mükafatlandırılacaqsan. Bununla da uşaqlara cəmiyyətdə özlərini “təvazökar” göstərməyin lazım olduğunu aşılamaq idi. Başqa sözlə müəllif israr edir ki, məktəb dünyanın necə dəyişməyi deyil, insanın bu dünyadaki vəziyyəti ilə necə barışmalı olduğunu öyrədir – mövcud qaydalara əməl et, kənar nəsə istəsən icazə istə və s. Bu tərəfi bəllidir. Amma reallıq ki, bir qədər başqadır. Yəni çox belə dərinə getsən, kazarmada, məktəbdə, həbsxanada və s. orta cəhətlər tapmaq mümkündür, amma bu onların eyni məqsəd daşıdığı demək deyil, sadəcə bəzi üsullar prinsipcə bir çox sahələrdə effektiv istifadə oluna bilər. Yəni dərs zamanı danışmaq üçün əl qaldırmaq qaydası sadəcə dərsin daha effektiv keçirilməsinə xidmət edə bilər (yəni sadə icazə istə söhbəti deyil).Başqa tərəfdən müəllif özü də qeyd edir ki,
  • Mashalli

    15 Sept, 06:13

    Tədris ilin başlamasına dairMəktəb nədir? Qorxu ya idarəetmə alətidir? Ya əksinə qorxu ilə mübarizə alətidir? Ya real olaraq cəmiyyəti gələcəyə aparan yoldur? Əslinə qalsa məktəbin funksiyasına dair daim müzakirələr gedirdi. Mövcud məktəb sistemi və ümumiyyətlə təhsil sistemi hansı məqsəd daşıyır? Tədris sistemi cəmiyyəti inkişaf etdirir ya hökumətin təzyiq aləti kimi çıxış edir? Suallar çoxdur və cəmiyyət olaraq inkişaf məhz bu suallara cavablardan asılıdır. Təəssüflər olsun ki, Azərbaycan cəmiyyətinə belə bir müzakirələr hələ ki, xas deyil. Bizdə deyəsən klassik məktəb və tədris sistemi daha çox ən azı təhsil funksiyası yerinə yetirmək uğrunda mübarizə aparır. Görünən odur ki, bu mübarizədə uduzur, amma yenə də mübarizəyə davam edir. Sağ olsun, Təhsil nazirliyi, DİM və digər qurumlar, əllərinə düşən bütün imkanlardan istifadə edərək, tədris sistemini məhv etməyə çalışırlar, amma
  • Mashalli

    14 Sept, 14:21

    AYNA: "Bakıda marşrut xətlərinə sentyabrın 15-dən cəlb edilən avtobusların sayı rekord həddə – 2 530-ə çatdırılacaq".Görünür sabah bunu təmin etmək üçün bu gün avtobusların sayı azaldılıb. Gənclikdən Nizamiyə kimi gəzdiyim ərazilərdə bütün dayanacaqlar (hətta adətən heç kimin olmadığı dayanacaqlarda) insanlarla dolu idi. Hətta gəzdiyim dövrdə bir sıra marşrutlar üzrə heç bir avtobus belə görmədim.
    345832Open in Telegram
  • Mashalli

    14 Sept, 06:51

    Qəribə faktlar sırasından: #MeToo gənc qadın tədqiqatçılar tərəfindən yazılan işlərin sayının azalmasına gətirdi. Bunu Marina Gertsberg "The Unintended Consequences of #MeToo: Evidence from Research Collaborations in Economics and Finance" ("#MeToo hərəkatının gözlənilməz nəticələri: İqtisadiyyat və maliyyə sahəsindəki tədqiqat əməkdaşlıqlarından əldə edilən sübutlar") məqaləsində iddia edir.Müəllifin iddiasına görə #MeToo hərəkatı qadınları qorumaq baxımından müsbət məqsəd daşısa da, bəzi gözlənilməz nəticələrə də səbəb olub: — #MeToo-dan sonra gənc qadın tədqiqatçıların kişi həmkarları ilə yeni layihələrə başlama ehtimalı azalıb; — Xüsusilə eyni universitet və ya institutda çalışan daha yüksək vəzifəli kişilərlə əməkdaşlıqda nəzərə çarpır; — Bunun nəticəsində qadınların məqalələrinin sayı azalıb. Amma daha az layihə etmələrinin qarşılığında layihələrin keyfiyyəti və ya karyera
  • Mashalli

    13 Sept, 06:15

    Bazar günü oxumaq üçün: son dörd il ərzində Rusiyada hələ də mövcud olan sol hərəkatda (sol hərəkat haqqında əsas medialarda çox az danışılır, amma kifayət qədər siyasi məhbus və s. var) əsas mövzulardan biri "Nə etməli?" sualıdır. Bu suala cavab tapmaq üçün əslinə qalsa indiki dövrdə Çernişevski və ya Lenin formalaşmalıdır, amma hələ ki, yoxdur. Faktiki nəticədə Rusiya sol hərəkatında aşağı-yuxarı eyni işi (maarifçilik) yerinə yetirən bir neçə qrup var və onların sayı elə də çox deyil (düzdür, repressiyaların miqyasına baxanda əslinə qalsa daha şiddətlidir). Əslinə qalsa Lenin dövründə də belə tipli sol qrupların sayı az deyildi, amma hərəsi bu və ya digər formada mübarizə aparırdı (müəssisələrdə həmkarlar ittifaqları qururdular, gizli medialar yaradırdılar, bələdiyyələrə daxil olurdular, məktəblərdə təbliğat aparırdılar və s.). İndiki imkanlar çərçivəsində, niyəsə yalnız maarifçilik
    spichka.media — Марксистский интернет-журналСоциализм: перспектива вместо утопии — spichka.mediaПри новом социализме ГУЛАГа не будет — статья Кагарлицкого
  • Mashalli

    12 Sept, 09:08

    Maraqlı faktlar sırasından: 2026-ci ilin yanvar-iyulu ərzində Ermənistanın Türkiyəyə ixracatı 2.4 dəfə artıb. Düzdür söhbət hələ ki, cəmi 5 milyon dollardan gedir, amma maraqlı tendensiyadır. Türkiyənin Ermənistana ixracatı isə 4.3 dəfə artıb, amma hələ ki, ümumi həcmi 1 milyon dollar təşkil edir.
    35321Open in Telegram
  • Mashalli

    11 Sept, 05:35

    Statistik uçota dairBu yaxınlarda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti maraqlı bir məlumat paylaşıb. Məlumata görə, "rəqəmsal iqtisadiyyatın inkişafı və sosial media platformaları üzərindən gəlir əldə edən şəxslərin (blogerlərin və influenserlərin) fəaliyyətinin hüquqi çərçivədə tanınması, eləcə də uçotun şəffaflaşdırılması istiqamətində rəqəmsal vergi inzibatçılığını bir qədər də təkmilləşdirib". Xəbərin ilk cümləsini oxuyarkən mən düşündüm ki, indi hesabatlardan, yığılan vəsaitlərdən və s. danışılacaq, amma... "qurumun yaydığı məlumata görə, uçot məlumat bazasında fəaliyyət növləri üzrə təsnifata "Rəqəmsal platforma təsirçisi" (kod 6312003) adlı yeni fəaliyyət növü əlavə edilib". Yəni sadəcə statistik uçot üçün faydalı olan bir dəyişiklikdi.Mənə bəlli olmayan səbəbə görə, bu xəbəri bizim medialar "Azərbaycanda bloger və influenserlərlərdən vergi tutulacaq" başlığı
  • Mashalli

    10 Sept, 07:47

    Deməli Den Arieli adlı nisbətən məşhur bir iqtisadçı var. Hətta azərbaycan dilində Vikipediyada ona həsr olunmuş bir səhifə də var. Mənim araşdırdığım sahədən həddindən çox uzaqdır (yazılana görə psixologiya və davranış iqtisadiyyatı sahəsində fəaliyyət göstərir) deyə yaxşı tanımıram. Mağaza rəflərində onun bir neçə kitabını görmüşdüm və daha çox "kouç" fason olduğunu düşünürdün. Sən demə iqtisadçı imiş və çox qəribə adlı bir kitabları var: "Predictably Irrational", "The Upside of Irrationality" və "The Honest Truth about Dishonesty". Elə sonuncusunu mən rəfdə görmüşdüm. Düzünü desəm bu davranış iqtisadiyyatı çox rahat sahədir, ürəyi istəyən hər bir şəxs ozünü "davranış iqtisadiyyatı" sahəsində məşğulam elan edir və bununla da ona iqtisadçı kimi baxırlar. Təxmin edirəm ki, bir çox hallarda heç elementar iqtisadi anlayışlardan belə xəbərdar deyillər.Yeri gəlmişkən, Den Arieli bir dəfə
    41041Open in Telegram
  • Mashalli

    9 Sept, 06:22

    Sadə insanlar ölür, amma iri şirkətlərin/varlıların/oliqarxların qazancları daha sürətlə artmağa davam edir - bütün dövrlərə aid müharibələrin sadə təsviridir. Əslinə qalsa əgər məktəbdə hər hansı müharibə haqqında danışılanda məhz bu faktor və bu təsvir istifadə olunsa, düşünürəm gələcəkdə müharibə ehtimalı azala bilər, amma hələ ki, bütün dünyada (Azərbaycan da, əlbəttə ki, burada istisna deyil) müharibə xüsusi bir hadisə kimi təsvir olunur.Nəsə.. Rusiya-Ukrayna müharibəsi çərçivəsində, Rusiya tərəfində baş verən korrupsiya haqqında biz davamlı olaraq məlumatları əldə edirik. Bunu həm Rusiya hökuməti özü edir (periodik olaraq bu və ya digər məmuru və ya iri sahibkarı həbs edir), həm də kifayət qədər geniş yayılmış rus təhqiqatçıları vasitəsilə öyrənirik. Bəs Ukrayna tərəfində vəziyyət necədir? Müharibədən əvvəl korrupsiya səviyyəsinə görə Ukrayna Rusiyadan ciddi sürətdə
    386432Open in Telegram
  • Mashalli

    8 Sept, 08:19

    Dövlət Statistika Komitəsi İstehlakçı Qiymətlər İndeksini hesablayarkən müəyyən sayda məhsul və xidmətlərin qiymətinə əsaslanır. Hər il bu məhsul və xidmətlərin siyahısında dəyişikliklər olmalıdır. Hər şey əhalinin istehlak tərzindən asılıdır. Dövlət Statistika Komitəsinin istifadə etdiyi məhsul və xidmət səbəti müəyyən qədər suallar yaratsa da, o da illər keçdikcə dəyişir. Düzdür bunu biz DSK-nın rəsmi saytında dərc olunan məlumatlara əsasən deyirik. Bəlkə reallıqda əlavə məhsul və xidmətlər də nəzərə alınır.DSK-nın saytının arxivindən istifadə edərək, hesabladım ki, 2001-2004-cü illərdə DSK-nın istifadə etdiyi məhsul və xidmət növlərin sayı 358 idi. 2005-ci ildə müvafiq rəqəm 586-ə kimi artdı. Siyahıda maraqlı yeniliklər var idi. Misal üçün, 2004-cü ildə "mal əti" qeyd olunub, amma artıq 2005-ci ildə bu məhsul iki əmtəə növünə - sümüklü və sümüksüz mal əti - bölünüb. 2004-2005-ci
Download the series as CSV
A feedback bot for your channel — free

Followers write to the bot, you answer by reply, your account stays hidden. Created in one tap.

How it works →
Create the bot