gram news
MÜSİOBA ilə Tarix channel avatar

MÜSİOBA ilə Tarix

@musiobatarix

Kanalda tarixi məlumatlar, şəkillər və videolar paylaşılacaqdır. Əlaqə: @IdrakMuseyibli @musioba @musiobatedris @musiobatweets @musiobadunyakosmos @musiobapishik @Quizbutunfenler @ourteamahsdm @biobizimleasan ©MÜSİOBA

ProjectsAZ

43subscribers

Open the Channel

Latest posts

  • MÜSİOBA ilə Tarix

    14 Jul, 12:59

  • MÜSİOBA ilə Tarix

    27 Jul 2023, 20:06

    forwarded from @musioba

    Bu gün "MÜSİOBA" Korporasiyasının yaranmasından 2️⃣il ötür🍾.Bu münasibətlə özümüzü təbrik edirik🍰.Bu 2 ildə bizə qoşulan , "Biz" 🤗 olan hər kəsə təşəkkür edirik😘.Unutmayaq ki , Biz bizsiz (sizsiz) bir heçik 😢.Bu 2 ildə bəzi kanallarımızın fəaliyyətini müvəqqəti dayandırmağa məcbur olduq 🚫 , səbəb isə görülən və görünən işin bir-birlərinə uyğunlaşmaması oldu😟.Kanalları yenidən geri qaytarmaq və aktiv kanallarımızın daha da aktiv olması üçün bizə olan dəstəklərinizin qüvvətlənməsini arzulayırıq.Yeni yaşa özəl olaraq MÜSİOBA ilə Şərhlər 💬 ( 🔞 ) adlı
  • MÜSİOBA ilə Tarix

    27 Jul 2022, 20:00

    forwarded from @musioba

    Bəli , bu gün " MÜSİOBA " Korporasiyasının " Telegram " sosial şəbəkəsində rəsmi olaraq yaranmasından 1 il ötür.Bu 1 il ərzində bizə dəstək olan , kanallarımızda idarəçilik edən və kanalların bütün abunəçilərinə " MÜSİOBA " olaraq təşəkkürümüzü bildiririk✨️. Yaxşı ki , bizimlə oldunuz, bizimlə qalırsınız və bizimlə davam edəcəksiniz✊️ .Yeni yaşa YENİLİKLƏRLƏ daxil oluruq.Növbəti günlərdə yeniliklər sizlərə təqdim olunacaq.Hörmətlə MÜSİOBA 🖋 .
    752211Open in Telegram
  • MÜSİOBA ilə Tarix

    27 May 2022, 20:57

    28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötür. 1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilirdi. Lakin Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib. Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb. 1917-ci ildə baş vermiş Fevral inqilabı nəticəsində Çar Rusiyası süqut etdi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci
  • MÜSİOBA ilə Tarix

    27 May 2022, 20:57

    28 MAY - MÜSTƏQİLLİK GÜNÜ.
  • MÜSİOBA ilə Tarix

    10 May 2022, 05:25

    Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb.
  • MÜSİOBA ilə Tarix

    10 May 2022, 05:25

    10 MAY - HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜ.
  • MÜSİOBA ilə Tarix

    8 May 2022, 20:00

    XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına aldı.İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan
    15921Open in Telegram
  • MÜSİOBA ilə Tarix

    8 May 2022, 20:00

    9 MAY - FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ GÜNÜ.
    150video1Open in Telegram
  • MÜSİOBA ilə Tarix

    1 May 2022, 20:07

    Müqəddəs Ramazan ayı müsəlmanlara hicrinin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur.Orucluq hicrinin ikinci ilində Məhəmməd Peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir. Deyilənə görə, bu hadisə ayın 23-dən 24-nə keçən gecə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir. Bu gecə "laylat alkadr" — qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: "Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sülhdür" (97:1-5).
  • MÜSİOBA ilə Tarix

    1 May 2022, 20:07

    11 AYIN SULTANI - RAMAZAN BAYRAMI.
  • MÜSİOBA ilə Tarix

    31 Mar 2022, 10:06edited

    Həmin dəhşətli günlərin şahidi olmuş Kulner soyadlı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirlər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılmasına xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası tərəfindən 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyası yaradılmışdır.Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı keçirən erməni
  • MÜSİOBA ilə Tarix

    31 Mar 2022, 10:06

    Хalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda — Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması üçün hər cür şərait yaradılması nəzərdə tutulmuşdur. Ermənilər bu fürsətdən istifadə edərək, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişdilər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə
    10711Open in Telegram
  • MÜSİOBA ilə Tarix

    31 Mar 2022, 10:06

    31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ .
  • MÜSİOBA ilə Tarix

    20 Mar 2022, 20:01

    qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Beləliklə Bahar bayramı başlandı".Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə adları da "S" hərfindən başlayan yeddi növ xörək olmalıdır. Süfrədə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa masanın üstünə güzgü və şamlar qoyulur, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam - od, işıq deməkdir (hansı ki, insanı bədnəzərdən qoruyur), güzgü aydınlıq rəmzidir.Ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır. Xalq arasında deyirlər: "Əgər bayram günü evdə olmasan, yeddi il evdə olmayacaqsan". Keçmişdə bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir.Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini: quru və yaxud yağıntılı, məhsuldarlığın
  • MÜSİOBA ilə Tarix

    20 Mar 2022, 20:00

    Novruz bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala — qışın qurtarmasına və baharın gəlişinə həsr olunur.Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar Novruz bayramının ibtidasını çox əski çağlarla — Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər.Qədim Vavilonada bu bayram Nisanın (mart, aprel) 21 günü qeyd olunurdu və 12 gün davam edirdi. Bununla belə bu 12 günün hər birisinin öz ritualları (mərasim, ayin), öz əyləncələri mövcüd idi. İlk yazılı mənbədə qeyd olunur ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildə yaranmışdır.İslam xadimləri bu bayrama həmişə dini rəng verməyə çalışırlar. Ancaq
  • MÜSİOBA ilə Tarix

    20 Mar 2022, 20:00

    NOVRUZ BAYRAMI.
  • MÜSİOBA ilə Tarix

    15 Mar 2022, 02:24

    forwarded from @musiobatarix

    ərazilərdə özünün təntənəsi ilə Novruz şənliyinin özünü belə kölgədə qoyur. İlaxır çərşənbədə tonqallar qalanar, gənclər, uşaqlar, böyüklər odun üstündən yeddi dəfə atlanarkən ürəklərində arzu tutub “Atıl-batıl çərşənbə , Ayna tək bəxtim açıl çərşənbə” deyərdilər, bununla adamlar köhnə ilin azar-bezarını , dərd-bəlalarını özlərindən qovub təzə ilə sağlam cisimlə, sağlam canla qədəm qoyacaqlarına, gələcək azar-bezardan qorunacaqlarına inanarlar. Bu bayram axşamı tonqal üzərindən atılan adamların öz çilə və ağırlıqlarını yanan odun üstünə tökmələri sübuta yetirir ki, od elementi daşıdığı simvolikasına görə müqəddəs bilinib ilahi anlam verildiyi, hətta insan nəfəsi toxunmağının yasaq eləndiyi zərdüştilik etiqadı ilə deyil, odun saflığa, təmizliyə, arınmaya aparan yolda bir vasitə sayıldığı türk düşüncəsi ilə bağlıdır. Sınayıblar ki, çərşənbə ocağı muradı hasil edər. İlaxır çərşənbədə
  • MÜSİOBA ilə Tarix

    15 Mar 2022, 02:24

    forwarded from @musiobatarix

    Novruz təbiətə bağlılıq və sevgidən təşəkkül tapan bahar bayramıdır. Bu bayramın özünəməxsus xüsusiyyətlərindən biri də onun çərşənbələrdir.Çərşənbələrin adları və sıralanması heç də təsadüf deyil, xüsusi məna və tarixi səciyyə daşıyır: “Çərşənbələrin birincisi “Əzəl çərşənbə”, “Su çərşənbəsi”, “Müjdəçi çərşənbə”, “Toz çərşənbəsi” və s. adlarla tanınır.Yazın yaxınlaşmasını xəbər verən ilk çərşənbədə - Toz çərşənbəsində ev-eşik təmizlənir, pal-paltarın, xalça-palazın tozu çırpılır. Hətta evdəki köhnə taxta qab-qacaq da Toz çərşənbəsinin axşam tonqalında yandırılıb əvəzinə təzəsi alınır. Su çərşənbəsi adı ilə tanınan bu çərşənbəni azərbaycanlılar təmtəraqla qarşılayırlar. Səhər tezdən axar suyun üstünə gedər, çillə kəsdirər, niyyət edib suyun üstündən tullanar və bu sözləri deyərdilər: “Ağırlığımı su götürsün”. Bu çərşənbədə hamı bulaqda, axar çayda əl-üzünü yuyar, bir-birinin üstünə su
  • MÜSİOBA ilə Tarix

    14 Mar 2022, 20:02

    NOVRUZ ÇƏRŞƏNBƏLƏRİ .
A feedback bot for your channel — free

Followers write to the bot, you answer by reply, your account stays hidden. Created in one tap.

How it works →
Create the bot