Latest posts

Operativ Məlumat Mərkəzi
14 Nov, 06:30
🇦🇲🇹🇷 Paşinyan: Ermənistan və Türkiyə diplomatik münasibətləri normallaşdırmağa yaxındır❗️ Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın gələcəkdə Türkiyə ilə münasibətlərin tam normallaşacağına əmin olduğunu bildirib.🤝 O qeyd edib ki, bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla müsbət görüş keçirib. Tərəflər irəliləyişin olduğunu və diplomatik münasibətlərin qurulması, sərhədlərin tam açılması istiqamətində son mərhələyə yaxınlaşdıqlarını bildiriblər.4,810Open in Telegram
Operativ Məlumat Mərkəzi
14 Nov, 06:16
• TƏBİB: Tovuzda qardaşı tərəfindən bıçaqlanan hamilə qadın əməliyyat edilib.Bildirilib ki, qadının əməliyyatı normal keçib, hazırda həkim nəzarətindədir.
Operativ Məlumat Mərkəzi
14 Nov, 05:50
⚡️ “AP”: Tramp, Putin və Si Cinpin arasında ilk dəfə üçtərəfli görüş keçiriləcək• Ağ Ev Tramp, Si Cinpin və Putinin noyabrın 19-da Çində APEC sammiti çərçivəsində görüşəcəyini təsdiqləyib. Əsas mövzular nüvə silahlarının məhdudlaşdırılması və İranla bağlı vəziyyət olacaq.
Operativ Məlumat Mərkəzi
14 Nov, 05:25
🇦🇲🇷🇺 Paşinyan dekabrda Rusiyaya 3 dəfə səfər edəcək❗️ Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 3-də, 11-də və 22-də Rusiyaya səfər etməyi planlaşdırır.📍 O, bu barədə Dublində çıxışı zamanı məlumat verib.
Operativ Məlumat Mərkəzi
14 Nov, 05:03
🚨 Füzulidə ağır qəza: 3 nəfər ölüb, 5 nəfər yaralanıb🚗 Noyabrın 13-də saat 23 radələrində Füzulinin Böyük Bəhmənli kəndində “Opel” və “VAZ-2104” markalı avtomobillər toqquşub.💔 Qəza nəticəsində “Opel”in sürücüsü və iki sərnişini hadisə yerində həyatını itirib. Həmin avtomobilin daha iki sərnişini, eləcə də “VAZ-2104”ün sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.⚖️ Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Operativ Məlumat Mərkəzi
14 Nov, 04:47
✈️ ABŞ-də bütün uçuşlar dayandırıldı – Səbəb rabitə nasazlığı olub🇺🇸 ABŞ-də noyabrın 13-də Federal Aviasiya Administrasiyası (FAA) təhlükəsizlik səbəbindən ölkə üzrə hava limanlarından uçuşları müvəqqəti dayandırıb.“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, buna 22 regional hava hərəkətinə nəzarət mərkəzinin rabitə sistemində yaranan nasazlıq səbəb olub.⚠️ Problem dispetçerlərin təyyarələrlə əlaqə saxlamasında çətinlik yaradıb. Buna görə də uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə məhdudiyyət tətbiq edilib.🚫 Qərar havada olan təyyarələrə şamil edilməyib. Onların təyinat məntəqələrinə enməsinə icazə verilib.🛫 Noyabrın 14-də FAA məhdudiyyətin aradan qaldırıldığını və uçuşların bərpa olunduğunu açıqlayıb. Bununla belə, yaranan gecikmələrin və reys ləğvlərinin təsirinin bir müddət davam edə biləcəyi bildirilir.
Operativ Məlumat Mərkəzi
14 Nov, 04:14
⚠️ Naxçıvanda deputat qəzaya düşüb, ölən var🚨 Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında “Hyundai” markalı avtomobil aşıb. Qəza nəticəsində qazi kapitan Hüseynalı Hüseynəliyev həyatını itirib.📌 Naxçıvan MR Ali Məclisinin deputatı Təbriz Zeynalov və Əmrah Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.❗️Qəzaya düşən hər üç şəxs qazidir. Faktla bağlı araşdırma aparılır.
Operativ Məlumat Mərkəzi
13 Nov, 17:12
Bu gün axşam saatlarında paytaxtın Nizami rayonu, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Belə ki, yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən qaçaraq keçməyə çalışan piyadanı minik avtomobillərindən biri vurub. Piyada aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.
Operativ Məlumat Mərkəzi
22 Sept, 19:15
🇦🇿🇮🇷 Ceyhun Bayramov Abbas Əraqçi ilə görüşüb🤝 Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüş keçirilib.🌍 Görüşdə ikitərəfli və çoxtərəfli gündəlik, həmçinin regional proseslər müzakirə olunub.🕊️ Tərəflər regional təhlükəsizlik məsələlərini nəzərdən keçirib, diplomatiya və dialoqun, eləcə də sülh və sabitliyin təşviqinin əhəmiyyətini vurğulayıblar.
Operativ Məlumat Mərkəzi
22 Sept, 18:27
🇮🇷✈️ İran aviaşirkətlərinin Azərbaycana reysləri dayandırılır 🛫 Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri sentyabrın 22-dən dayandırılacaq. 🇺🇸 AZAL-ın məlumatına görə, qərar ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni sanksiya paketi
Operativ Məlumat Mərkəzi
22 Sept, 16:18
🇹🇷 Ərdoğan: “Haqsızlıq qarşısında susmayacağıq”🗣️ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan:💬 “Lazım gələrsə, çətinlik çəkərik, lazım gələrsə, bədəl ödəyərik, amma haqsızlıq qarşısında susmayacağıq, zülmə əsla razı olmayacağıq”.🗣️ “Türkiyə Prezidenti olaraq, böyük bir millətin Prezidenti kimi bu kürsüdən məzlumların haqqını müdafiə etməyə, onların səsi olmağa davam edəcəyəm”.
Operativ Məlumat Mərkəzi
22 Sept, 15:43
🏎️ Bakıda universitetlərdə tədris distant olacaq🎓 Formula 1 üzrə Azərbaycan Qran-Prisi ilə əlaqədar 23-25 sentyabr tarixlərində Bakıdakı ali təhsil müəssisələrində tədris distant formada keçiriləcək.📚 Qərar tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə Elm və Təhsil Nazirliyinin əmri ilə qəbul edilib.
Operativ Məlumat Mərkəzi
22 Sept, 15:06
🇮🇷✈️ İran aviaşirkətlərinin Azərbaycana reysləri dayandırılır🛫 Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri sentyabrın 22-dən dayandırılacaq.🇺🇸 AZAL-ın məlumatına görə, qərar ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna yönəlmiş məhdudiyyətlərlə əlaqədardır.📌 AZAL bildirib ki, yaranmış vəziyyətlə əlaqədar İran aviaşirkətlərinin Azərbaycana uçuşlarının dayandırılması barədə qərar qəbul edilməli olub.
Operativ Məlumat Mərkəzi
22 Sept, 13:30
🚇 “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş pulsuz olacaq 📅 23 sentyabrdan “Xocəsən” və “Avtovağzal” metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq. 📍 Bu imkan Sumqayıt, Xırdalan, Bakı–Şamaxı yolu istiqamətindəki yaşayış məntəqələri, həmçinin
Operativ Məlumat Mərkəzi
22 Sept, 13:24
⚡️ Ermənistanın kəşfiyyat rəhbəri Bakıya gəlib🇦🇲 Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristin Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir.✈️ O, bu gün səhər Bakıya gəlib.📍 Forum Bakıda keçirilir və müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının nümayəndələrini bir araya gətirir.
Operativ Məlumat Mərkəzi
22 Sept, 13:09
🏎 Hökumət Evində dövlət qurumları distant iş rejiminə keçəcək💻 23 sentyabrdan Hökumət Evində yerləşən dövlət qurumlarının əməkdaşları Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar distant iş rejimində çalışacaqlar.📅 Distant iş rejimi 28 sentyabradək davam edəcək.🏁 Qərar Formula 1 yarışının keçirilməsi və yarış trasının Hökumət Evinin yerləşdiyi ərazidən keçməsi ilə əlaqədardır. (Report)
Operativ Məlumat Mərkəzi
22 Sept, 11:56
🚇 “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş pulsuz olacaq📅 23 sentyabrdan “Xocəsən” və “Avtovağzal” metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq.📍 Bu imkan Sumqayıt, Xırdalan, Bakı–Şamaxı yolu istiqamətindəki yaşayış məntəqələri, həmçinin Abşeron və Qaradağın bəzi ərazilərindən gələn sərnişinlərin “Şamaxinka” və “20 Yanvar” ərazilərinə daxil olmadan metrodan istifadəsini asanlaşdıracaq.🚇 Sərnişinlər “Xocəsən” və “Avtovağzal” stansiyalarından daxil olaraq “8 Noyabr”, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami” stansiyalarına qədər ödənişsiz hərəkət edə biləcəklər.🚌 Həmçinin bəzi avtobus marşrutlarının birbaşa bu iki metro stansiyasına yönləndirilməsi nəzərdə tutulur.
Operativ Məlumat Mərkəzi
22 Sept, 11:37
💰 Lənkəranda evdən 75 500 manat oğurlanıb🚨 Lənkəranda yaşayış evlərindən birindən 500 manat pul və içərisində 75 000 manat olan seyf oğurlanıb.👮♂️ Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev saxlanılıblar.⚖️ Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.🔎 Faktla bağlı cinayət işi üzrə araşdırma davam etdirilir.
Operativ Məlumat Mərkəzi
22 Sept, 11:10edited
✈️ “İran Air” Bakı reysləri ilə bağlı açıqlama yayıb🇮🇷 “İran Air” İstanbul, Bakı və Nəcəf istiqamətlərində uçuşların davam etdiyini açıqlayıb.📌 Şirkət bildirib ki, Türkiyə, Azərbaycan və İraqın aviasiya qurumlarından bu reyslərin dayandırılması və ya təxirə salınması ilə bağlı rəsmi bildiriş almayıb.🛫 “İran Air” qeyd edib ki, hər hansı rəsmi göstəriş daxil olana qədər uçuşlar mövcud cədvəl üzrə həyata keçiriləcək.
Operativ Məlumat Mərkəzi
22 Sept, 10:18
⚡️Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
Followers write to the bot, you answer by reply, your account stays hidden. Created in one tap.
How it works →Related Channels
Other channels in the same section of the catalogue.
