Latest posts

Ormilitarism
22 Sept, 17:19
Almaniya-Ukrayna ortaq şirkəti Quantum WIY Industries tərəfindən hazırlanmış SPYS dron-interseptorunun “Geran-5”ə qarşı tətbiqi.Artıq 3 belə bilinən reaktiv dron əleyhinə dron var.


Ormilitarism
22 Sept, 16:02
Donetsk istiqamətində gözləmə rejimində Ukrayna dronları.
Ormilitarism
21 Sept, 17:09
Cənubi Taiz cəbhəsi, Yəmən.Son xəritə yenilənməsi:Ənsarullah (Husilər) Ət-Turbə və Taiz–Ədən yolu istiqamətində Cəbəl Rasin və Əd-Damdam bölgələrini ələ keçirib.Ənsarullah həmçinin Taiz və Ləhic vilayətləri arasındakı sərhəddə Əl-Əsvəd, Əl-Əğbirə, Mənan, Əz-Zərifə və Uqbət əl-Mənsurə bölgələrini ələ keçirib.Onlar Bireen istiqamətində Əl-Əkkad və Safiya yolayrıcına doğru Əl-Əcram üzərində nəzarətlərini möhkəmləndiriblər. Bununla da qərb istiqamətindən Taiz–Ədən yoluna doğru bütün tərəflərdən təzyiqi artırırlar.


Ormilitarism
21 Sept, 16:28
Moskvanı hədəf alan 250 kiloqramlıq FAB-250 aviasiya bombası daşıyan E-300 Enterprise iri ölçülü Ukrayna kamikadze PUA-sının qalıqları.Ukrayna tərəfi yüngül mühərrikli təyyarələr əsasında hazırlanmış E-300 seriyalı kamikadze PUA-larında aviasiya bombalarından mütəmadi olaraq faydalı yük kimi istifadə edir.


Ormilitarism
21 Sept, 16:25
Dünən İran hava hücumundan müdafiə qüvvələri tərəfindən Hörmüz boğazı yaxınlığında vurulan pilotsuz uçuş aparatının döyüş təyyarələrindən buraxılan ABŞ istehsalı ADM-160 MALD aldadıcı hədəfi olduğu məlum olub.Bu, ABŞ-ın bölgədəki İran hava hücumundan müdafiə qüvvə və vasitələrinin lokasiyasını müəyyənləşdirmək məqsədilə ilə edilib.Bu isə qarşıdakı dövrdə həmin hava hücumundan müdafiə sistemlərinə qarşı yeni zərbələrin endirilməsi ehtimalının olduğunu göstərir.




Ormilitarism
21 Sept, 16:21edited
Moskvada PUA-nın qarşısını almaq üçün DZRK heyətinin qaldırıcı platformanın səbətində yerləşdirilməsi.


Ormilitarism
21 Sept, 13:42edited
Maraqlı bir sual mövzusu var.Hərbi qulluqçu döyüşə hazır təchizat ilə yəni silah əlində olarkən niyə görə hərbi salam verməməlidir?
Ormilitarism
21 Sept, 09:49
Estoniya Rusiyanın ümumi səfərbərlik elan edəcəyi təqdirdə yarana biləcək təhlükəsizlik risklərinə hazırlaşdığını, o cümlədən sərhədin bağlanması variantını nəzərdən keçirdiyini açıqlayıb.Baş nazir Kristen Mixael bildirib ki, Rusiya müharibəni davam etdirmək üçün gələcəkdə əlavə tədbirlərə ehtiyac duya bilər.


Ormilitarism
21 Sept, 09:47
Sudan ordusunun bazasına 28 kamikadze dronla hücum edilib. Hücum nəticəsində heç bir zərər qeydə alınmayıb.Dronların Çində istehsal olunan ARES-TMID-0014 olduğu bildirilir. Bu sistemlər qəlpəli-fuqas döyüş başlığı ilə təchiz olunub.Bildirilir ki, bu dronlar BƏƏ tərəfindən Efiopiya üzərindən RSF qrupuna çatdırılıb. Eyni tip dronlardan Yəməndə husilər tərəfindən də istifadə edildiyi qeyd olunur.


Ormilitarism
21 Sept, 09:46
Moskva vilayətinə endirilən zərbələrdə “Flamingo” raketindən istifadə edilib. Əməliyyatda “Flamingo”, FP-1, RZ-100, “Palyanitsa”, “Lyutıy”, “Pelikan” və digər PUA və raket sistemlərindən istifadə edildiyini bildirib.


Ormilitarism
20 Sept, 20:49
Çinin Sincan-Uyğur Muxtar Rayonunda yerləşən Lop Nor poliqonunun peyk görüntülərində ABŞ və Yaponiyanın hərbi sistemlərinin tam ölçülü maketlərinin yerləşdirildiyi yeni sınaq sahəsi aşkarlanıb.Koordinatlar: 40.916, 89.714.Onların arasında F-35 və F-16 qırıcıları, “Patriot” zenit-raket kompleksi, həmçinin yalnız Yaponiyanın Özünümüdafiə Hava Qüvvələri tərəfindən istifadə olunan E-767 uzaqmənzilli radiolokasiya aşkarlama təyyarəsi maketləri var.Yaponiyanın silahlanmasında cəmi dörd E-767 təyyarəsi var. Bu təyyarələr hava və dəniz hədəflərinin aşkarlanmasını təmin edir, aviasiyanın fəaliyyətini koordinasiya edir və Sakit okeanın qərb hissəsində müttəfiqlərin idarəetmə sisteminin mühüm elementlərindən biri hesab olunur.Bu cür poliqonlardan yüksək dəqiqlikli silahların sınaqları, tuşlama alqoritmlərinin yoxlanılması və zərbələrin effektivliyinin qiymətləndirilməsi üçün istifadə


Ormilitarism
20 Sept, 20:47edited
Polşanın Baş naziri Donald Tusk ötən gün Ukraynaya səfəri zamanı JW GROM xüsusi təyinatlılarının operatorları ilə birlikdə. Tusk səfər çərçivəsində “Karpat Səkkizliyi” diplomatik sammitində iştirak edib.Şəkildə görünən operatorlar səfər zamanı onun mühafizə dəstəsinin tərkibində olublar.


Ormilitarism
20 Sept, 15:58
Ukraynanın Moskva regionuna raket və PUA-larla həyata keçirdiyi kütləvi kombinə edilmiş hücum nəticəsində yaşayış binalarına dəymiş zərbələrin fəsadları.Moskva vilayətində azı iki nəfər həlak olub.
Ormilitarism
20 Sept, 15:56
Moskva vilayətində vurulan FP-5 “Flaminqo” raketinin qalıqları.




Ormilitarism
20 Sept, 15:53
Ənsərullah :"İstanbulu və İslamabadı vurarıq. Əgər Türkiyə və Pakistan Səudiyyə Ərəbistanı ilə birbaşa müharibəyə daxil olsalar, raketlərimiz İstanbula və İslamabada çatacaq".
Ormilitarism
20 Sept, 15:29edited
Ötən gecə Moskva vilayəti kütləvi hücumlara məruz qalıb. Hücumu zamanı Moskva Neft Emalı Zavodunun ərazisindəki obyektlərdən biri zədələnib. Bu zavod Moskvanın benzin və aviasiya yanacağına olan tələbatının böyük hissəsini təmin edən əsas strateji obyektlərdən
Ormilitarism
20 Sept, 15:28
Ötən gecə Moskva vilayəti kütləvi hücumlara məruz qalıb.Hücumu zamanı Moskva Neft Emalı Zavodunun ərazisindəki obyektlərdən biri zədələnib.Bu zavod Moskvanın benzin və aviasiya yanacağına olan tələbatının böyük hissəsini təmin edən əsas strateji obyektlərdən biridir.
Ormilitarism
19 Sept, 23:34
Almaniya yeni hərbi qeydiyyat sistemi çərçivəsində 2008-ci ildə doğulmuş 18 yaşlı kişilər üçün məcburi tibbi müayinələrə başlayıb.Bundesverə qoşulmaq üçün könüllü maraq bildirməyən təxminən 1000 kişi artıq tibbi müayinədən keçirilib.Ölkə üzrə 24 qiymətləndirmə mərkəzindən ibarət genişmiqyaslı müayinə sisteminin 2027-ci ilin iyulunda fəaliyyətə başlaması planlaşdırılır.


Ormilitarism
19 Sept, 23:29edited
Çinin 6-cı nəsil “J-50” qırıcısının növbəti sınaq uçuşu keçirilib.
Ormilitarism
19 Sept, 23:26
Related Channels
Other channels in the same section of the catalogue.
