Latest posts

O vaxtın söhbəti
22 Jul, 10:49
İkinci Dünya müharibəsi liderləri cizgi filmi personajı olsaydı...@ovaxtinsohbeti
O vaxtın söhbəti
3 Jul, 07:27
forwarded from @ovaxtinsohbeti_bot
3 iyul – Bakı metropolitenində terror aktı1994-cü ilin bu günü Bakı metropolitenində terror aktı baş verib. Hadisə "28 May" və "Gənclik" stansiyaları arasında hərəkət edən qatarda olub. Baş verən partlayış nəticəsində 13 nəfər həyatını itirib, 58 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Qeyd edək ki, bu, həmin il Bakı metrosunda baş verən ikinci terror aktı idi. Bundan əvvəl, 1994-cü il martın 19-da "20 Yanvar" metrostansiyasında da analoji hadisə baş vermişdi.
O vaxtın söhbəti
3 Jul, 06:32edited
Hal-hazırda @ovaxtinsohbeti_bot 17 nəfər tərəfindən istifadə olunur. İstifadəçilərimiz bu səhər məlumat mesajından sonra kiçik bir sürprizlə qarşılaşıblar. Artıq bot təkcə məlumat vermir, həmçinin sizin üçün sual hazırlayır. Yaxında botun daxilində yarışlar da təşkil olunacaq. Dəstək olan və istifadə edən hər kəsə təşəkkürlər!@ovaxtinsohbeti_bot
O vaxtın söhbəti
2 Jul, 07:19
forwarded from @ovaxtinsohbeti_bot
Bu gün Beynəlxalq İdman Jurnalistləri Günü qeyd olunur. 1924-cü ilin məhz bu günü Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının əsası qoyulub. Həmin hadisə 2 iyul tarixinin Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunmasına səbəb verib.
O vaxtın söhbəti
2 Jul, 07:08
@ovaxtinsohbeti_bot tərəfindən bu gün üçün göndərilən üç fakt.🗓 Tarixdə bu gün — 2 İyul1️⃣ 1990 — Məkkə tuneli faciəsində müqəddəs Məkkə şəhərinə aparan piyada tunelində baş verən sıxlıq və izdiham nəticəsində 1400 müsəlman zəvvar boğularaq və tapdalanaraq həyatını itirib.2️⃣ 1993 — Türkiyənin Sivas şəhərində Ələvi mədəniyyət festivalının keçirildiyi "Madımak" oteli qəzəbli kütlə tərəfindən yandırılıb, hadisə nəticəsində 37 nəfər həlak olub.3️⃣ 2005 — G8 ölkələrində və Cənubi Afrikada "Live 8" xeyriyyə konsertləri baş tutub. Konsertlərdə 1000-dən çox musiqiçi çıxış edib və bu nəhəng tədbir 182 televiziya kanalı ilə 2000 radiostansiyada yayımlanıbHər gün avtomatik olaraq əldə etmək üçün botu indi aktiv edin.@ovaxtinsohbeti_bot
O vaxtın söhbəti
1 Jul, 07:41edited
‼️ Kanalımızla bağlı yenilik!✅ Artıq @ovaxtinsohbeti_bot aktivləşdirilib. Daxil olaraq təqvimin həmin günündə baş vermiş 3 hadisə ilə bağlı gündəlik məlumat ala bilərsiniz.❓Qeyd: Bot yeni fəaliyyətə başladığı üçün müəyyən çatışmazlıqlar ola bilər. Şərhlərdə bu barədə və ya istədiyiniz yeniliklər barədə yaza bilərsiniz!P.S. Bot məlumatları avtomatik göndərdiyi üçün bəzi məlumatlar kanalın kontent siyasəti ilə üst-üstə düşməyə bilər.@ovaxtinsohbeti_bot
O vaxtın söhbəti
24 Jun, 11:59
✅ Stalinin aşağı kasta nümayəndələri ilə yarışı🟥 1936-cı ildə amerikalı jurnalist Roy Hovard Stalindən müsahibə götürür. Jurnalistin sualı belə olur:SSRİ-də yeni seçki sistemini nəzərdə tutan yeni konstitusiya hazırlanır. Əvvəllər olduğu kimi, seçkilərdə yalnız bir partiya iştirak etdiyi üçün bu yeni sistem SSRİ-dəki vəziyyəti nə dərəcədə dəyişə bilər?Suala Stalinin cavabı belə olur:Yeni konstitusiyaya əsasən, seçki hüququ universal, bərabər, birbaşa və gizli olacaq.Seçkilərdə yalnız bir partiyanın irəli çıxması sizi çaşdırır. Aydındır ki, namizədlər təkcə Kommunist Partiyası tərəfindən deyil, həm də hər cür ictimai, bitərəf təşkilatlar tərəfindən irəli sürüləcək. Bizdə yüzlərlə belə təşkilat var. Kapitalistlər tərəfindən istismar edilən işçi sinfinə qarşı mübarizə aparan kapitalist sinfimiz olmadığı kimi, bizim də rəqib partiyalarımız yoxdur.✅ SSRİ dövründə Kommunist
O vaxtın söhbəti
22 Jun, 12:59
✅ 1941-cı ilin bu günü Nasist Almaniyası SSRİ-yə hücum edib.❓Sizcə, müharibənin taleyini dəyişən və ya həll edən an hansı olub?@ovaxtinsohbeti
O vaxtın söhbəti
21 Jun, 07:50
⚽ Dünya Çempionatı haqqında film Azərbaycanda çəkilib.✅ Film 2014-cü ildə çəkilib. "United Passions" filmi ilk dünya çempionatının təşkil edilməsi və digər ilkin mərhələlərindən bəhs edir. Tim Rot və Jerar Depardye kimi aktyorlar rol alıb.✅ Filmin açılış səhnəsi Qaradağ rayonunun Sahil qəsəbəsində lentə alınıb.P.S. Filmə 32 milyon dollar xərclənsə də, cəmi 168 min dollar gəlir gətirib.@ovaxtinsohbeti
O vaxtın söhbəti
12 Jun, 07:17edited
REKLAMLAR!22 dəqiqədən bir su içmək futbolçu sağlamlığı üçün çox vacibdir! Su için!#WorldCup2026
O vaxtın söhbəti
11 Jun, 09:51
⚽ Bu gün Futbol üzrə XXIII Dünya Çempionatı start götürür.❓Lakin çempionat bəlkə də son illərin ən az maraq cəlb edən böyük turniridir. Sizcə bunun əsas səbəbləri nələrdir?@ovaxtinsohbeti
O vaxtın söhbəti
1 Jun, 07:14edited
✅ Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur.✅ Əlamətdar günün qeyd olunmasının əsas məqsədi uşaqların hüquqlarını qorumaq, onların sağlam, təhlükəsiz və xoşbəxt mühitdə böyüməsini təmin etməkdir. Bütün uşaqlara bu əlamətdar gün münasibətilə ən xoş arzulamızı çatdırırıq: Gülüşünüz heç vaxt üzünüzdən əskik olmasın, arzularınız həmişə reallığa çevrilsin!@ovaxtinsohbeti
O vaxtın söhbəti
1 Jun, 07:09
🌍🇦🇿 Bu ilin ilk üç ayı ərzində Afrikadan Azərbaycana 3380 turist gəlib.🇩🇿 Afrikadan ən çox turist göndərən ölkə Əlcəzair olub. Buradan Azərbaycana 1073 nəfər səyahət edib.🇲🇬 Madaqaskardan isə 1 nəfər gəlib.@ovaxtinsohbeti
O vaxtın söhbəti
28 May, 07:29
🇦🇿 28 may Azərbaycan tarixinin ən şanlı səhifəsidir.❓28 mayı siz bir cümlə ilə necə ifadə edərsiniz?
O vaxtın söhbəti
19 May, 07:15
🇦🇿🇬🇪 Bakı-Tbilisi qatarında maraqlı dezinfeksiya üsulu😷 1918-1920-ci illər aralığında pandemiya halını almış İspan qripinə 500 milyona yaxın insan yoluxmuşdu. Həmin vaxt dünya əhalisinin 2 milyard nəfər olduğunu nəzərə alsaq, hər 4 nəfərdən biri ispan qripindən əziyyət çəkirdi. Azərbaycanda nə qədər insanın bu qripə yoluxduğu haqqında dəqiq məlumatlar olmasa da, ondan qorunmaq üçün maraqlı bir üsulun olduğu məlumdur.🚅 Belə ki, həmin vaxt qapalı məkanlara dezinfeksiya məqsədi ilə tüstü buraxırdılar. Maraqlıdır ki, Gürcüstana gedən qatarlarda tüstüləmə prosesi həm burada, həm də qonşu ölkədə aparılırdı.
O vaxtın söhbəti
23 Apr, 11:27edited
📖 Bu gün bütün dünyada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd olunur.✅Sözügedən gün 1995-ci ildə təsis edilib. 23 aprel dünya ədəbiyyatında simvolik tarixdir. Belə ki, həmin tarix məşhur müəlliflərin doğum və anım gününə təsadüf edir. Məsələn, Vilyam Şekspir məhz bu gündə dünyasını dəyişib.✅ Ümumdünya Kitab Günü ilə əlaqədar olaraq hər il ümumdünya kitab paytaxtı seçilir. 2026-cı ildə bu statusu Mərakeşin Rabat şəhəri daşıyır. Rabat Afrikada yerləşən və bu statusu əldə edən sayca beşinci şəhərdir. Afrikada ilk dəfə ümumdünya kitab paytaxtı adını Misirin İsgəndəriyyə şəhəri daşıyıb. Qədim dünya tarixinin ən böyük kitabxanalarından birinə ev sahibliyi etmiş İsgəndəriyyənin Afrikada ilk dəfə bu adı alması təsadüfi deyil.@ovaxtinsohbeti
O vaxtın söhbəti
18 Mar, 10:43edited
⚽ Bu gün "Neftçi"nin yaranmasından 89 il ötür!❓"Neftçi"ni bir cümlə ilə necə ifadə edərdiniz?@ovaxtinsohbeti
O vaxtın söhbəti
10 Mar, 08:52
🔴 1948-ci ilin bu günü SSRİ Nazirlər Soveti Ermənistan ərazisində yaşayan azərbaycanlıların Kür-Araz ovalığına köçürülməsi ilə bağlı qərar qəbul etmişdi.🔴 Həmin qərar guya azərbaycanlıların könüllü surətdə köçü kimi göstərilirdi. Lakin, əslində, bu, deportasiya proqramı idi. Ümumilikdə 1948-1953-cü illərdə 150 minə yaxın azərbaycanlı deportasiya edilmişdi.🔴 Hadisə respublikalar arasında kolxozçuların yerdəyişməsi kimi göstərilsə də, bunu inkar edən bir fakt da var. Belə ki, hadisələrdən təxminən 25 il keçdikdən sonra Ermənistan tərəfi etiraf etmişdi ki, 500-ə yaxın kənd boş qalıb. Bu fakt köçürülmənin iqtisadi proses yox, etnik mənsubiyyətə görə deportasiya olduğunun sübutudur.@ovaxtinsohbeti
O vaxtın söhbəti
30 Jan, 20:27
🇦🇿 Bu gün Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür.❓ Rəsulzadəni bir cümlə ilə necə ifadə edərsiniz?@ovaxtinsohbeti
O vaxtın söhbəti
21 Jan, 09:26
✅ Bu gün Sakit Redaktor kanalının yaradıcısı, dostumuz Ayaz İlyasovun "Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt" adlı ilk kitabının təqdimat mərasimində iştirak etdim. Müəllifə ilk oxucularından biri olmaq fürsətini yaratdığı üçün təşəkkürlər!
Followers write to the bot, you answer by reply, your account stays hidden. Created in one tap.
How it works →Related Channels
Other channels in the same section of the catalogue.
