Latest posts

Papirus
22 Sept, 19:32
🇺🇸🇬🇧❗️Tramp Britaniya haqqında:Siz buna Birləşmiş Krallıq və ya Britaniya deyirsiniz, bəzən isə İngiltərə adlandırırlar. Köhnə adlara qayıdırlar. Dünyadakı istənilən digər yerdən daha çox adı var.
Papirus
22 Sept, 19:32
🇺🇸🇨🇺❗️Tramp Kuba haqqında:Kubada nələrin baş verdiyini bilmirəm. Vəziyyətləri elə də yaxşı görünmür.
Papirus
22 Sept, 19:20
🇺🇦🇷🇺❗️Zelenski:Düşünürəm ki, Putin üçtərəfli görüşə və müharibəni bitirməyə hazır deyil.
Papirus
22 Sept, 19:17
🇺🇦🇷🇺❗️Zelenski Putin haqqında:Başqa bir ölkənin ərazisində döyüş meydanında bir milyon insanınız olduqda və onlar ayda minlərlə olmaqla həlak olduqda, heç bir qələbə qazanmadan bunun nə üçün olduğunu necə izah edə bilərsiniz?!
Papirus
22 Sept, 19:17
🇺🇦🇷🇺❗️Zelenski Putin haqqında:Putin döyüş meydanında qalib gəlmir və bu, onun üçün problemdir, çünki o, bunu öz ölkəsinin ictimaiyyətinə göstərməlidir.Məsələ bizdə, amerikalılarda və ya ukraynalılarda deyil. O, heç kimə hörmət etmir. Onun üçün əsas məsələ Rusiya xalqıdır.O, yalnız öz xalqından qorxur.
Papirus
22 Sept, 19:16
🇺🇦❗️Zelenski:İnsanlar müharibənin bitməsindən və tarixi səbəblərdən danışanda... bu, əslində boşboğazlıqdır.Əgər müharibəni bitirmək istəyirsənsə, ümumiyyətlə müharibəyə başlamırsan.Əgər problemi həll etmək istəyirsənsə, onu həll edirsən.
Papirus
22 Sept, 19:16
🇺🇦🇺🇸❗️Zelenski:Tramp liderlərin bütün həssas məsələləri müzakirə edə və müharibəyə son qoymağa çalışa biləcəkləri üçtərəfli görüş təşkil edə bilər.Mən istənilən vaxt Putinlə görüşməyə hazıram.
Papirus
22 Sept, 19:16
🇺🇦🚀❗️Zelenski:"Patriot" sistemlərinin istehsalı üçün lisenziyalara ehtiyacımız var."Raytheon" şirkəti buna hazırdır. Biz prezidentdən prosesi sürətləndirmək üçün kömək istədik, o, lisenziyalar məsələsinə müsbət yanaşır.Biz layihəyə başlayacağıq, amma yenə dəqiq deyə bilmərəm. Bir il, il yarım... hər halda, bu, gələcəyə hesablanmış bir addımdır.
Papirus
22 Sept, 19:15
🇺🇦❗️Zelenski:Rusiya enerji infrastrukturumuza hücum etməyəcəyi təqdirdə, biz də enerji sahəsində atəşkəsə hazırıq.
Papirus
22 Sept, 19:01
🇫🇷❗️Fransa Prezidenti Makron:Nikbinliyimizdə cəsarətli olmalıyıq.Hər birimizin rifahı naminə təslim olmaq əvəzinə, faydalı addımlar atmaq üçün səfərbər olmalıyıq.Yaşasın Birləşmiş Millətlər!
Papirus
22 Sept, 18:57
🇫🇷🧠❗️Fransa Prezidenti Makron süni intellekt haqqında:Heç kəsin böyük dövlətlərdən birinin vassalı olmasını istəmirəm.Əksinə, biz birləşərək açıq kodlu, qabaqcıl və innovativ süni intellekt modeli yaratmalıyıq.
Papirus
22 Sept, 18:56edited
🇫🇷🧠❗️Fransa Prezidenti Makron süni intellekt haqqında:Bəziləri bizi inandırmaq istəyir ki, qərarları yalnız iki güc - ABŞ və Çin - verəcək.Onlar deyirlər ki, hansı cəmiyyətdə yaşayacağımızı yalnız bir neçə tərəf müəyyən edəcək.Xeyr! Xeyr! Bu belə deyil.
Papirus
22 Sept, 18:48
🇫🇷🇮🇱❗️Fransa Prezidenti Makron İsrail haqqında:İsrailin təhlükəsizliyinin onun bütün qonşu dövlətlərinin suverenliyinin pozulmasını tələb etdiyini iddia edənlərin hamısı səhvə yol verir.Onlar bu gün İsrailin təhlükəsizliyini zəiflədir və gələcəkdə onu təhlükə altına atırlar.
Papirus
22 Sept, 18:47
🇫🇷❗️Fransa Prezidenti Makron Fələstin məsələsi ilə bağlı:İordan çayının qərb sahilində baş verənlərə bir nəzər salın. Biz hər gün hüquq pozuntularının şahidi oluruq.Bəs bütün bunlar nəyin naminə? Həmas İordan çayının qərb sahilində heç vaxt fəaliyyət göstərməyib.Bizə lazım olan şey Fələstin xalqının qanuni hüquqlarına - onların mövcudluq hüququna hörmət edilməsidir. Bu, İsrail xalqının həm bu gün, həm də gələcək təhlükəsizliyi üçün zəruri şərtdir.
Papirus
22 Sept, 18:46
🇫🇷❗️Fransa Prezidenti Makronun Qəzza ilə bağlı:Bir il əvvəl məhz bu zalda onlarla dövlət Fələstini tanıdı. Başa düşürəm ki, bəziləri buna çox skeptik yanaşır.Siz onu kağız üzərində tanıdınız. Reallığa nəzər salın, bəs Qəzza məsələsində hərəkətsiz qalsaq, bizim nüfuzumuzun nə dəyəri olacaq?Bəziləri sülhün əldə edildiyini iddia edir, lakin bu, humanitar yardımların çatdırılmasına yol açmayıb.Bu, utancvericidir.
Papirus
22 Sept, 18:45edited
🇫🇷❗️Fransa Prezidenti Makronun Livanla bağlı:Yalnız tam suverenliyə malik Livan "Hizbullah"ı tərksilah edə və bütün Livan vətəndaşları, eləcə də qonşuları üçün təhlükəsizliyi bərpa edə bilər.Livan və onun xalqı üçün suverenlik, fələstinlilər üçün suverenlik.Onların ən təməl hüquqları yenidən pozulur.
Papirus
22 Sept, 18:42
🇫🇷🇺🇦❗️Fransa Prezidenti Makron Ukrayna məsələsi ilə bağlı:Rusiya və Ukrayna arasında faydalı danışıqların mümkün qədər tez başlamasını təmin etmək üçün əlimizdən gələni edəcəyik.Ukraynalıları hər zamankından daha çox müdafiə etməliyik. Qış yaxınlaşdığı üçün onları enerji cəbhəsində qorumalıyıq. Onlara daha çox hava hücumundan müdafiə raketləri verməliyik.Mülki əhalini qorumalıyıq və məhz buna görə də ikili moratoriuma dəstəyimizi ifadə etmək istəyirəm.Birincisi, enerji və mülki infrastruktura zərbələr endirilməsinə dair moratorium, ikincisi isə Qara dənizdə moratorium - bu, ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqları aradan qaldıraraq taxıl daşınmalarını həyata keçirməyimizə imkan verəcək.
Papirus
22 Sept, 18:40
🇫🇷❗️Fransa Prezidenti Makron:Bəzi dövlətlər sistemi dəyişmək və ya rejimi devirmək məqsədilə müəyyən xalqların iradəsini tapdalamaq istəyirlər, bu isə hər dəfə daha böyük xaosla nəticələnir.İkili standartlara yol verilməməlidir. Hər bir insan həyatı dəyərlidir. Sülh və təhlükəsizlik bölünməzdir və hər kəsin bunlara hüququ var.
Papirus
22 Sept, 18:39
🇫🇷❗️Fransa Prezidenti Makron:Hörmüz boğazında gəmiçilik azadlığının bərpasına yönəlmiş müstəqil və çoxmillətli bir koalisiyamız var. Bu məsələ şantaj üçün istifadə edilməməlidir.Gəmilərin boğazdan təhlükəsiz keçə bilməsi və bütün ölkələrimizin enerji maraqlarının təmin olunması beynəlxalq hüququn əsas prinsipidir və hamımızın mənafeyinə uyğundur.Hprmüz boğazının yenidən açılması prioritet məsələdir.
Papirus
22 Sept, 18:35
🇫🇷❗️Fransa Prezidenti Makron:Biz Beynəlxalq Ədalət Məhkəməsinə dəstək verməyə və onun oynadığı mərkəzi rolu dəstəkləməyə davam edəcəyik.Bəzilərinin yaratmağa çalışdığı bu yeni cəzasızlıq nizamını sadəcə qəbul edə bilmərik.
Followers write to the bot, you answer by reply, your account stays hidden. Created in one tap.
How it works →Related Channels
Other channels in the same section of the catalogue.
