gram news
Sakit Redaktor channel avatar

Sakit Redaktor

@sakit_redaktor

"Sakit Redaktor" maraqlı söhbətlər yeridir.

ProjectsAZ

882subscribers

Open the Channel

Latest posts

  • Sakit Redaktor

    30 Aug, 11:20

    ✅ Sən demə, 1989-cu ilin sentyabrında Bakıda süni intellektlə bağlı beynəlxalq elmi seminar keçirilib.Mənbə: "Kommunist" qəzetinin 27 sentyabr 1989-cu il tarixli sayı.
    3821971Open in Telegram
  • Sakit Redaktor

    18 Aug, 10:19

    ✅ Axır ki, İspaniyadakı vətəndaş müharibəsində solçuların məğlubiyyətinin əsl səbəbi bilindi. Deməli, Stalin yoldaş bildirmişdi ki, bu məsələ İspaniyanın şəxsi işi deyil, bütün tərəqqipərvər bəşəriyyətin ümumi işidir.✅ Xızı camaatı Stalin yoldaşın həmin fikrindən ilhamlanıb və İspaniya solçularına 1256 manat yardım edib. Amma və lakin! Problem gözlənilməz yerdən çıxıb. Həmkəndlilərim — Zərgərli kəndinin əhalisinin pul verməklə arası olmayıb. Beləcə, İspaniya solçuları Zərgərlinin köməyindən yararlana bilməyib. Nəticədə, İspaniyada sovet quruluşu bərqərar olmadı. Bu da sizə bir kəndin dünya siyasətinə təsiri.Mənbə: "Qızıl Ulduz" qəzeti. 28 oktyabr 1936-cı il.
    6441881Open in Telegram
  • Sakit Redaktor

    22 Jul, 14:15

    ✅ Bu gün telefon vasitəsi ilə “Naxçıvan Radiosu”na kiçik müsahibə verdim. Həmkarlarımı Milli Mətbuat Günü münasibəti ilə təbrik etdim. Zəngi gözləyəndə bir də görürəm ki, “Naxçıvan Radiosu”nun efirində “ürəyimdə Ayaz var” mahnısı səslənir. Bu nə gözəl jest idi. ❤️
  • Sakit Redaktor

    15 Jul, 09:02

    ✅ Həmkarım mənim haqqımda vikipediya səhifəsi yaradıb. Orada əsasən “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt” kitabından bəhs edilib. Bu gün həmkarım deyir ki, vikipediya adminləri məqaləni silməyə namizəd göstəriblər. Səbəb kimi “hər kitab müəllifi, jurnalist ensiklopedik deyil” göstərilib.✅ Açığı, bu vaxta kimi maraqlanmamışdım. Siyahıya baxdım ki, vikipediyada hansı məqalələr yazılıb, hansılar isə silinməyə namizəd göstərilib. Hazırda silinməyə namizəd məqalələr arasında Radiasiya Problemləri İnstitutu, Biofizika İnstitutu, Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu və digər elm ocaqları barədə yazılar yer alır.✅ Bundan savayı, bəstəkar və aranjimançı Emin Kərimi haqqında məqalə var. Onu da silmək istəyirlər.✅ “Azərbaycanda repressiya qurbanlarının siyahısı (1937–1938)” məqaləsi də silinməyə namizəddir.✅ Və nəhayət – Birinci Qarabağ müharibəsinin
    93094Open in Telegram
  • Sakit Redaktor

    2 Jul, 10:50

    ✅ Bəlkə stenoqrafçı tanışınız olar? Stenoqrafik işarələri anlayan adama 1-2 sualım vardı. Ola bilsin ki, iş yerinizdə bu sahə ilə məşğul adam var. Varsa, desəniz, əla olardı. P.S. Azərbaycan dilində yazan adam yox, sırf stenoqrafik işarələrlə yazan adamı nəzərdə tuturam.
  • Sakit Redaktor

    1 Jul, 11:14

    🇦🇿 Bakı Şəhəri Günü üçün ən uyğun tarix təbii ki, 15 sentyabr olardı. Qafqaz İslam Ordusunun Bakını azad etməsi tariximizin ən şanlı səhifələrindəndir. Bakısız Azərbaycanın müstəqilliyinə elə 1918-ci ildəcə son qoyula bilərdi.🇦🇿 Amma 15 sentyabrda həmçinin dərslərin başlaması həmin tarixi qeyd etdiyim tədbirlər üçün qeyri-münasib edə bilər. Bu üzdən ikinci variant kimi 17 sentyabr da var. 1918-ci ilin sentyabrın 17-də Bakı Azərbaycanın paytaxtı olmuşdu. Beləcə, Bakı şəhəri tarixində ilk dəfə adı Azərbaycan olan dövlətin paytaxtı roluna seçilmişdi. Artıq 108 ilə yaxındır ki, Bakı bu funksiyanı yerinə yetirir.
    656191Open in Telegram
  • Sakit Redaktor

    30 Jun, 11:26edited

    ✅ Azərbaycanda həqiqətən də çox dəyərli alimlər və tədqiqatçılar var. Bu günlərdə Bakı Slavyan Universitetinin “Azərbaycan Tarixi və İctimai Elmlər” kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Taleh Hacıyevin məqaləsini oxudum. Məqalə “Sovet Azərbaycanında dinə qarşı aparılan siyasətin xüsusiyyətləri (1920-1940)” adlanır. Təsəvvür edin ki, müəllif təkcə bir məqaləyə 160 mənbə göstərib. Məqaləni böyük zövqlə oxudum.✅ Müəllif bolşeviklərin Azərbaycanda dinə qarşı necə mübarizə apardıqları addım-addım tədqiq edib. Məqalədə deyilir ki, 1917-ci ilə kimi Azərbaycanda 3 minə yaxın məscid vardı. 1927-ci ilin başlanğıcına qədər ölkədə 1700 qədər məscid qalmışdı. 1933-cü ildə isə Azərbaycanda cəmi 17 məscid saxlanılmışdı. ✅ Şirvanşahlar sarayındakı iki məscid “Dinsizlik muzeyi” adlanmışdı.✅ Maraqlıdır ki, bolşeviklərin məscidlər üzərinə hücumuna rəğmən bəzən əhalinin dirənişi
    62683Open in Telegram
  • Sakit Redaktor

    27 Jun, 08:11edited

    ✅ Sən demə, Polşada yəhudilər hələ 1938-ci ilin martında, alman işğalından öncə vətəndaşlıqdan məhrum olunub.✅ Qulaq gündə bir söz eşitməzsə, kar olar. Mən elə bilirdim bu proses Polşada alman işğalından sonra başlayıb. Deyilmiş.
    1,470771Open in Telegram
  • Sakit Redaktor

    11 Jun, 14:19

    🇳🇴 Deyəsən, Norveç yığması ABŞ yeməyinə etibar etmir.🇳🇴 Norveçlilər futbol üzrə dünya çempionatına öz yeməyini özləri gətiriblər. Skandinavlar Amerikaya 300 kilo balıq, 116 kilo pendir və 6 min ədəd portağal gətiriblər.
    1,710137411Open in Telegram
  • Sakit Redaktor

    7 Jun, 11:51

    ✅ Ermənistan parlamentinə ilk seçkilər 1919-cu ildə keçirilib.✅ Seçkilərdə “Daşnaksütyun” 90 faiz səs toplamışdı. Maraqlıdır ki, həmin vaxt Ermənistan parlamentinə azərbaycanlılar da seçilmişdi. İndiki prizmadan baxanda bu, qəribə görünsə də, o zaman üçün kifayət qədər normal hadisə idi. Axı hazırkı Ermənistan ərazisində yüz minlərlə azərbaycanlı yaşayırdı. Ermənistan parlamentinə 80 deputat seçilmişdi. Onlardan 2-si azərbaycanlı idi.✅ Azərbaycanlı əhalinin Ermənistan parlamentindəki yeganə səsləri Mir Bağır Mirbabayev və Əsəd bəy Ağabababəyov idilər.
    1,980124211Open in Telegram
  • Sakit Redaktor

    4 Jun, 08:38

    ✅ 1918-ci ilin bu günü Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı imperiyası arasında Batum müqaviləsi imzalanmışdı. Beləcə, Osmanlı AXC-i rəsmi olaraq tanımışdı.✅ Həmin gün Osmanlı Gürcüstan və Ermənistanla da müqavilələr imzalamışdı. Ermənistanla imzalanmış sazişdə bir məqam diqqətimi çəkdi. Orada deyilir ki, Ermənistanda bütün müsəlmanların din və adətlərinə hörmət edilməlidir. Osmanlı padşahının adı Ermənistan məscidlərində, xütbələrdə zikr olunmalıdır. Baş müfti İrəvanda oturacaq ve Ermənistandakı müsəlmanların hüququnun digər dinlərə mənsub şəxslərdən az olmamasına nəzarət edəcəkdi.✅ Maraqlıdır ki, bu barədə yazan professor Enis Şahin öz məqaləsini “Osmanlı’nın ‘Unutulmuş Son Diplomasi’ Zaferi” adlandırıb.@sakit_redaktor
  • Sakit Redaktor

    3 Jun, 11:18

    ✅ Milyonçu Şəmsi Əsədullayevin nəvəsi Züleyxa Əsədullayeva yazır ki, “Anamın 18 qulluqçusu və bir ləzgi aşpazı var idi. Bütün bunlara baxmayaraq, anam heç vaxt bizə icazə verməzdi ki, qulluqçulara əmr edək. Bizə öyrətmişdi ki, həmişə nəzakətli olaq və bütün xahişlərimizi "zəhmət olmasa" ifadəsi ilə başlayaq”.
    744238Open in Telegram
  • Sakit Redaktor

    2 Jun, 13:18

    ✅ Maraqlıdır ki, adam çox oxuduğu, filmlər izlədiyi, podkast dinlədiyi məsələlər haqqında nə qədər çox yeni məlumat əldə edirsə, bir o qədər həmin mövzuya az bələd olduğunu anlayır.✅ Bu günlərdə 1919–1921-ci illərdə baş vermiş Rusiya–Polşa müharibəsi haqqında mühazirə dinlədim. Həmin müharibə Polşanın qələbəsi ilə bitmişdi. Özü də maraqlıdır ki, bolşeviklər Varşavaya qədər gəlib çatmış və qələbənin bir addımlığında məğlub olmuşdular.✅ Həmişə tarixçilər deyirdilər ki, bolşeviklər gərək bütün qüvvələri birləşdirib Varşavaya hücum edərdilər. Bunun əvəzinə Lvov istiqamətində də ayrıca cəbhə açılmışdı. Mühazirəni deyən tarixçi danışır ki, son illərdə bunun səbəbi bilindi. Səbəb də unikal səbəbdir!✅ Deməli, o vaxt Lvov istiqamətinə gedən qoşunun siyasi rəhbərliyində Stalin də vardı. 1920-ci ilin iyulunda Lenin Stalinə teleqram vurur ki, o tərəfə getmişkən İtaliyanı da tuta bilərsiniz?
    7062053Open in Telegram
  • Sakit Redaktor

    28 May, 08:01

    🇦🇿 Azərbaycan tarixində onlarla dövlət olub: Albaniya, Şirvanşahlar, xanlıqlar və s. Biri əsrlərlə, biri on illərlə yaşayıb. Amma maraqlıdır ki, tariximizdə cəmi 23 ay yaşamış dövlətə qarşı xüsusi hörmət, xüsusi sevgi var...🇦🇿 Azərbaycan Xalq Cümhuriyyəti bu sevgini niyə qazanıb? Onlarla səbəb göstərmək mümkündür. Səbəblərdən birini deyim: Həmin dövləti quranların əksəriyyətinin niyyəti elə səmimi, elə içdən idi ki, bunu indiyə kimi hiss edirik.🇦🇿 Atasından pul istəyən Nəsib bəyi, ömrü boyu bir pencəkdə gəzən Xudadat bəyi, ağır mühacirət illərində amalından dönməmiş Əlimərdan bəyi olub həmin dövlətin. Vətəndən ayrı düşsə də, həyatının sonuna kimi müstəqillik uğrunda mübarizə aparan lideri — Məhəmməd Əmin Rəsulzadəsi olub həmin cümhuriyyətin.🇦🇿 Azərbaycan Respublikası məhz belə təməllər üzərində qurulub. Və buna görə də biz Azərbaycan Xalq Cümhuriyyəti ilə fəxr edir, həmin
  • Sakit Redaktor

    19 May, 08:04

    ✅ RƏSMİ!✅ Azərbaycan və Gürcüstan hökumətləri arasında Birgə Kommünikeyə əsasən, 26 may 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq.✅ Azərbaycan Dəmir Yolları yazıb ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlər yaxın zamanda satışa təqdim olunacaq.
    795132Open in Telegram
  • Sakit Redaktor

    18 May, 18:38

  • Sakit Redaktor

    18 May, 18:37edited

    ✅ Niyə Üzeyir Hacıbəyliyə bağışlanan xalçada tank təsvir olunub? 🚜
    586voice message53Open in Telegram
  • Sakit Redaktor

    18 May, 12:32

    ✅ Ümumdünya Şəhərsalma Forumuna gələn qonaqlardan biri - Fələstinin Yerli İdarəetmə naziri Sami Həccavi bildirib ki, o, Bakıda təhsil alıb və 10 il Yasamalda yaşayıb.
    1,4402211Open in Telegram
  • Sakit Redaktor

    15 May, 11:21

    ✅ Kitab yazarkən bir sıra məqamları araşdırmaq çox çətin idi. Onlardan bəzilərini bölüşmək istərdim.✅ Azərbaycan Xalq Cümhuriyyəti dövründə — 30 yanvar 1920-ci ildə hərbi ordenlərin layihələrinin hazırlanması haqqında qərar qəbul edilmişdi. Müsabiqəyə “Müstəqillik” ordeninin 100-ə yaxın eskizi təqdim olunmuşdu. Həmin eskizlərə baxanda bəzi məsələləri anlamadım.✅ Məsələn, eskizlərdən birinin üstündə “Yuliya devizi altında Müstəqillik ordeni” yazılıb. Kimdir bu Yuliya? Nəyə görə onun adı yazılıb? Bilmədim, açığı.✅ Daha sirli bir məsələ: Orden eskizlərinin birində “1857-ci il devizi altında” sözləri var. Nə qədər axtarsam da, həmin ilin niyə bu qədər əhəmiyyətli olduğunu anlamadım.✅ Yazdığım məsələlərə dair bir fikriniz varsa, bölüşsəniz, sevinərəm.
    74342Open in Telegram
  • Sakit Redaktor

    28 Apr, 08:17

    🟥 1920-ci ilin bu günü Azərbaycan Sovet Sosialist Respublikası yaradılmışdı. Bir neçə gün sonra — mayın 5-də Lenin Azərbaycanın Sovet hökumətinə teleqram göndərmişdi. Teleqramda “Yaşasın MÜSTƏQİL Azərbaycan Sovet Respublikası“ sözləri də yazılmışdı. Leninin bu teleqramı yerli bolşeviklər tərəfindən Azərbaycan SSR-in RSFSR tərəfindən tanınması kimi qarşılandı.🟥 Bir müddət sonra Azərbaycanın tamamilə Rusiyanın tərkibinə daxil edilməsi məsələsi qalxanda Nəriman Nərimanov Leninə məktub yazacaqdı: “Əziz Vladimir İliç, məgər " müstəqil Azərbaycan" Sizin dilinizdən çıxmamışdırmı?... "
    1,93017221Open in Telegram
Download the series as CSV
A feedback bot for your channel — free

Followers write to the bot, you answer by reply, your account stays hidden. Created in one tap.

How it works →
Create the bot