Latest posts

SətiraltıTV
22 Sept, 19:26
🇷🇺🇺🇦💥 Odessada Rusiya hücumundan sonra "Nova Poşta" terminalı yanır.🇦🇿https://t.me/satiralti
SətiraltıTV
22 Sept, 19:23
🇦🇿🇮🇷 Nyu-Yorkda Abbas Araqçi ilə Ceyhun Bayramov arasında görüş olub.Görüş zamanı ikitərəfli və çoxtərəfli gündəlik, regional proseslər nəzərdən keçirilib.Tərəflər diplomatiya və dialoqun əhəmiyyəti, həmçinin sülh və sabitliyin təşviq edilməsi vurğulanmaqla regional təhlükəsizlik məsələlərini də müzakirə edib.🇦🇿https://t.me/satiralti
SətiraltıTV
22 Sept, 18:26
🇦🇿✈️🇮🇷 Azərbaycan İran aviaşirkətlərinin reyslərini dayandırır. Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri sentyabrın 22-dən dayandırılır. Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib ki, qərar ABŞ-nin İrana qarşı tətbiq etdiyi
SətiraltıTV
22 Sept, 16:39
🇨🇺🇺🇸🇺🇳 Kuba nümayəndə heyəti Tramp Kubanı "tamamilə uğursuz dövlət" adlandırdıqdan sonra BMT Baş Assambleyası zalını tərk edib.🇦🇿https://t.me/satiralti
SətiraltıTV
22 Sept, 16:36
🇪🇺🇷🇺 Avropa İttifaqı iki rusiyalı milyarderi — Əlişir Usmanov və Mixail Fridmanı sanksiya siyahısından çıxarıb - "Reuters"🇦🇿https://t.me/satiralti
SətiraltıTV
22 Sept, 16:32
🇹🇷🇺🇳🇮🇱 Türkiyə Prezidenti Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışı zamanı İsrail nümayəndə heyəti Assambleyanı tərk edib.🇦🇿https://t.me/satiralti
SətiraltıTV
22 Sept, 16:27
🇹🇷🇺🇳🇺🇦 Ərdoğan BMT tribunasından Ukraynanı dəstəkləyib."Ümid edirik ki, Ukrayna ilə Rusiya arasındakı müharibə Ukraynanın suverenliyi və ərazi bütövlüyü qorunmaqla başa çatacaq".🇦🇿https://t.me/satiralti
SətiraltıTV
22 Sept, 15:13
🇺🇸🇺🇦🇷🇺 Tramp Ukraynadakı müharibənin "insanların düşündüyündən daha tez" bitəcəyini bildirib.O, bunun üçün Zelenski və Putinlə işlədiyini deyib.Bundan əlavə, Tramp BMT tribunasından digər ölkələri İranın tam iqtisadi təcridinə qoşulmağa çağırıb.🇦🇿https://t.me/satiralti
SətiraltıTV
22 Sept, 15:06
🇦🇿✈️🇮🇷 Azərbaycan İran aviaşirkətlərinin reyslərini dayandırır.Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri sentyabrın 22-dən dayandırılır.Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib ki, qərar ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədardır.🇦🇿https://t.me/satiralti
SətiraltıTV
22 Sept, 14:40
🇺🇸🇺🇳 ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının ümumi siyasi debatlarında çıxış etmək üçün təşkilatın Nyu-Yorkdakı binasına gəlib.Jurnalistlərin “Putinə mesajınız nədir?” sualına Tramp qısa cavab verib:“Müharibəni dayandırın.”🇦🇿https://t.me/satiralti
SətiraltıTV
22 Sept, 14:36
🇩🇪🇺🇸✈️ Almaniyada ABŞ aviasiyasında F-16 qəzaya uğrayıb.Məlumata görə çərşənbə axşamı günorta Almaniyanın qərbindəki Şpanqdalem Amerika aviabazasında F-16 qırıcısı qəzaya uğrayıb.Şahidlər təyyarənin kəskin şəkildə aşağı endiyini gördüklərini, bundan sonra uçuş-enmə zolağının yaxınlığında böyük qara tüstü sütununun yarandığını bildiriblər.Yerli KİV-lərin məlumatına görə, havaya iki təyyarə qalxıb, onlardan biri qəzaya uğrayıb. İlkin məlumata görə, pilot katapult etməyə müvəffəq olub və sağ qalıb.🇦🇿https://t.me/satiralti
SətiraltıTV
22 Sept, 14:32
🇵🇪🚨 Peruda 44 yaşlı siyasətçi və jurnalist Aponte Polo bazara səfəri zamanı başından güllələnərək öldürülüb. Hücum nəticəsində daha beş nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Atışma anı kameraya düşüb - həmin vaxt Polo sosial şəbəkələrdə canlı yayım aparırmış. 🇦🇿https://t.me/satiralti
SətiraltıTV
22 Sept, 14:28
🇦🇿🇹🇷🇺🇿 Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub.🇦🇿https://t.me/satiralti
SətiraltıTV
22 Sept, 13:26
🇦🇲🇦🇿⚡️Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristina Qriqoryan Bakıdadır.O, IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir.🇦🇿https://t.me/satiralti
SətiraltıTV
22 Sept, 12:43
🇺🇸⚡ ABŞ-nin Dövlət katibi Marko Rubio:Son bir neçə ay ərzində bir neçə dəfə ABŞ ilə əlaqəli gəmilər Ukrayna tərəfindən hədəfə alınıb.Yəqin ki, bu, qəsdən edilməyib, lakin buna baxmayaraq, həmin gəmilər hədəfə alınıb.Bunun baş verməsinə yol verə bilmərik. Bu məsələ həll edilməlidir.🇦🇿https://t.me/satiralti
SətiraltıTV
22 Sept, 12:09
🚇 “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş pulsuz olacaq.23 sentyabrdan “Xocəsən” və “Avtovağzal” metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq.Bu imkan Sumqayıt, Xırdalan, Bakı–Şamaxı yolu istiqamətindəki yaşayış məntəqələri, həmçinin Abşeron və Qaradağın bəzi ərazilərindən gələn sərnişinlərin “Şamaxinka” və “20 Yanvar” ərazilərinə daxil olmadan metrodan istifadəsini asanlaşdıracaq.Sərnişinlər “Xocəsən” və “Avtovağzal” stansiyalarından daxil olaraq “8 Noyabr”, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami” stansiyalarına qədər ödənişsiz hərəkət edə biləcəklər.Həmçinin bəzi avtobus marşrutlarının birbaşa bu iki metro stansiyasına yönləndirilməsi nəzərdə tutulur.🇦🇿https://t.me/satiralti
SətiraltıTV
22 Sept, 11:41
🥀😢 Paytaxtın Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan iki gəncin meyiti tapılıb.Dənizdə bataraq həyatını itirənlər Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmrəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü olan Əlipaşa Əlizadədir. Onların hər ikisi tələbə idi və Milli Aviasiya Akademiyasında təhsil alırdılar.🇦🇿https://t.me/satiralti
SətiraltıTV
22 Sept, 11:36edited
🇮🇱🇺🇸 Netanyahu BMT-yə səfərindən əvvəl Mamdaniyə əsəbləşib.İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasına səfəri ərəfəsində Nyu-York meri Zohran Mamdanini kəskin tənqid edib. Onlar arasında artıq Mamdaninin İsrail və Qəzza ilə bağlı mövqeyinə görə ictimai münaqişə yaranmışdı."Ayıb olsun sizə, cənab Mamdani. Xalqımızı öldürən HƏMAS-dan olan bədheybətləri dəstəklədiyinizə görə ayıb olsun sizə.Nyu-York yəhudilərinə qarşı iğtişaşlara təhrik etdiyinizə görə ayıb olsun sizə.Mən BMT-yə gedirəm. Qəhrəman əsgərlərimiz haqqında həqiqəti danışacağam və sizin haqqınızda həqiqəti danışacağam", - deyə Netanyahu bildirib.🇦🇿https://t.me/satiralti
SətiraltıTV
22 Sept, 11:26
🇷🇺🔥 Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak şəhərində ticarət-servis kompleksində yanğın baş verib.İnsanlar alovdan xilas olmaq üçün binanın pəncərələrindən yerə atılıblar.Hadisə nəticəsində azı 4 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb.Yanğın dördmərtəbəli binanın ikinci mərtəbəsində başlayıb, 17 nəfər təxliyə edilib.🇦🇿https://t.me/satiralti
SətiraltıTV
22 Sept, 11:10
🇺🇸😊 "Fox News" Vensin çıxışını "Əgər vacib bir şey danışmağa başlasa, geri qayıdacağıq" sözləri ilə kəsib.Bundan sonra kanal BMT Baş Assambleyasına keçid edib və bir daha Vensin çıxışıba qayıtmayıb.Fraqment sosial şəbəkələrdə sürətlə yayılıb. "Fox News" ABŞ-nin Trampa dost olan ən böyük telekanallarından biri hesab olunur.Kəsinti Tramp administrasiyası ilə Amerika KİV-ləri arasında münaqişə zamanı baş verib.🇦🇿https://t.me/satiralti
Followers write to the bot, you answer by reply, your account stays hidden. Created in one tap.
How it works →Related Channels
Other channels in the same section of the catalogue.
