Latest posts

Şəbəkə
22 Sept, 15:57
🏎️📚 Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakıdakı universitetlər 23-25 sentyabr tarixlərində distant təhsilə keçir.
Şəbəkə
22 Sept, 15:05
⚡️🇮🇷🇦🇿 Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri sentyabrın 22-dən dayandırılır.📍 Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib ki, qərar ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədardır.©️ APA
Şəbəkə
22 Sept, 12:34edited
⚡️🚇 Sabahdan müvəqqəti olaraq metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş ödənişsiz olacaq.
Şəbəkə
22 Sept, 06:46
forwarded from @iqtisadiyyataz
⚡️“Formula-1”ə görə Bakı Bulvarının bir hissəsinə giriş məhdudlaşdırılır- Sentyabrın 22-si saat 16:00-dan Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılacaq.- Ağ Şəhər bulvarına, Azneft meydanından Bayıl bulvarına qədər olan hissəyə və Bayıl bulvarına giriş-çıxış sərbəst olacaq.
Şəbəkə
22 Sept, 05:56edited
⚡️ Türkiyədə məktəbə silahlı hücum olub.📍 Hadisə ölkənin Manisa vilayətinin Turgutlu rayonunda baş verib.🚑 Hadisə nəticəsində yaralananlar var.Upd: 5 nəfərin yaralandığı bildirilir.
Şəbəkə
22 Sept, 04:19edited
🇷🇺 Ruslar bu gecə Kiyev, Dnepr və digər şəhərlərə pua və raketlərlə hücum ediblər.🚑 Kiyevdə iki nəfər xəsarət alıb. Dneprdə 4 ölü, 2 yaralı var.🚀 Ukrayna puaları bu gecə Samarada Kuybışevsk neft emalı zavodunu vurub.


Şəbəkə
22 Sept, 04:11
⚡️ Bu gündən Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələri başlayır.📍 Ümumi müzakirələr sentyabrın 22-dən 26-dək davam edəcək və sentyabrın 28-də başa çatacaq.⏳ Bu axşam Trampla Zelenskinin görüşü də gözlənilir.
Şəbəkə
22 Sept, 04:08
⚡️ Bu gün Xankəndi şəhəri, Xankəndinin Kərkicahan qəsəbəsi, Xocalı rayonunun Təzəbinə, Xanyurdu, Xanabad və Ballıca kəndləri, Ağdərə rayonunun Vəngli, Çapar, Aşağı Oratağ kəndləri və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb.🚌 Bu mərhələdə Xankəndiyə 3 ailə (13 nəfər), Kərkicahana 5 ailə (22 nəfər), Təzəbinəyə 7 ailə (31 nəfər), Xanyurdu kəndinə 5 ailə (22 nəfər), Xanabada 2 ailə (10 nəfər), Ballıcaya 1 ailə (4 nəfər), Vəngliyə 4 ailə (14 nəfər), Çapar kəndinə 4 ailə (11 nəfər), Aşağı Oratağa 4 ailə (9 nəfər), Şükürbəyliyə isə 24 ailə (148 nəfər) köçürülüb.
Şəbəkə
21 Sept, 17:09edited
⚡️🫑 Evdə hazırlanan konservləşdirilmiş qida məhsulları satan şəxslərdən sertifikat tələb olunacaq.📍 Yeni yanaşma xüsusilə bazarlarda ev üsulu ilə hazırlanan konservləşdirilmiş məhsullara, mürəbbələrə və digərlərinə aid ediləcək.📜 Sertifikatın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən veriləcəyi bildirilir.©️ Banker


Şəbəkə
21 Sept, 16:47
⚽️ “Turan Tovuz” Bakıda “Fənərbağça” ilə yoxlama oyunu keçirəcək.📅 Oyun 3 oktyabrda T.Bəhramov Stadionunda keçiriləcək və 20:00-da başlayacaq.📍 Oyunun biletləri sabahdan satışa çıxarılacaq.
Şəbəkə
21 Sept, 16:45
forwarded from @p_apirus
🇺🇦⚡️Putinin qarşısında oturmaq həyatımın ən yaxşı günü olmayacaq. Lakin sülhü yaxınlaşdırmaq naminə bunu edəcəyəm, - Zelenski
Şəbəkə
21 Sept, 16:07
forwarded from @operativmedia
⚡️“Sabah”ın UEFA Çempionlar Liqasında keçirəcəyi dörd ev oyunu üçün vahid biletlər satışa çıxarılıbBileti alanlar:● Slaviya● Borussiya● Barselona● Napoli ilə oyunu izləyə biləcəklər.Biletlərin qiyməti kateqoriyadan asılı olaraq 35-285 manat arasında dəyişir.
Şəbəkə
21 Sept, 15:52edited
⚡️🗣️ Tramp:“Rusiya Ukrayna ilə müharibə səbəbindən neft emalı sənayesi üzərində nəzarəti itirib. Rusiyanın çoxsaylı neft emalı zavodları partladılıb və müvəqqəti olaraq sıradan çıxarılıb.Ukrayna ilə bu mənasız və sonu olmayan müharibəyə son qoyulmalıdır. Bu müharibədən bütün dünya əziyyət çəkir.Hər ay əksəriyyəti əsgər olmaqla 25 min insan həlak olur. Biabırçılıqdır!"


Şəbəkə
21 Sept, 15:21edited
🗣️ Zahid Oruc:▪️ Tıxacların yaranma səbəbinə baxsaq görərik ki, əksəriyyəti kənd və rayonlardan gələn insanlardır.▪️ Həll yolları sadədirmi? Xeyr, amma buna cəhd eləmək lazımdır. 3, 5, 7 ildən sonra nəticələrini verəcək.▪️ Bölgələrdə elektrik enerjisinin tarifini 3 dəfə azaldacaqsan.▪️ Qaz – əgər o kənddə mövcuddursa – onu 3 dəfə azaldacaqsan. Onsuz da bu, büdcə üçün böyük bir itki yaratmır. Əksinə, Bakıda tunellərə və ya əhalinin məskunlaşmasına çəkilən xərclər bundan bir neçə dəfə artıqdır.▪️ İpotekanı bölgələrdə verəcəksən.▪️ Emal müəssisələrini vergidən tam azad etmək lazımdır. Bu sahədə sıfır vergi siyasəti həyata keçirilməlidir.▪️ Müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin əməkhaqqını bir neçə əmsal artıracaqsan.❗️ Vətəndaş kənddə yaşamağın üstünlüyünü və cazibəsini hiss edəcək. Bu, dünyada keçilmiş yoldur.
Şəbəkə
21 Sept, 13:32edited
❗Şiddət var. Bakıda kişi marketdə həyat yoldaşını döyüb.


Şəbəkə
21 Sept, 12:54
forwarded from @iqtisadiyyataz
💵Bakıda 10 ildən çoxdur alıcısı tapılmayan məşhur malikanənin satış qiyməti daha 3 milyon endirildi


Şəbəkə
21 Sept, 07:16
⚡️❗️ Bakıda bəzi marşrutların dayanacaq yeri dəyişdirilir.🚌 Şamaxinkadan keçən 130, 142, 500, 503 və 508 nömrəli avtobuslar hazırkı dayanacaqdan çıxarılıb.📍 Bu avtobusların sərnişinləri “Azərbaycanfilm Kinostudiyası” dayanacağından istifadə edəcək.
Şəbəkə
21 Sept, 06:06edited
🇷🇺📊 Kadırov Çeçenistanda keçirilən seçkilərdə 99,85% səs toplayıb.


Şəbəkə
21 Sept, 05:31edited
⚡️ Bu gün Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ilk məhkəmə iclası keçiriləcək.❗️ 88 yaşlı sabiq məmur hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərə, dövlətə xəyanətə, külli miqdarda rüşvət almağa və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmağa görə təqsirləndirilir.🚨 Təqsiri sübuta yetiriləcəyi təqdirdə onu 20 ilədək həbs cəzası gözləyir.


Şəbəkə
21 Sept, 05:27
⚡️ Bilgəhdə 2 nəfər dənizdə nəzarətsiz ərazidə batıb. ❗️ FHN-in dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub. 📍 Axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Related Channels
Other channels in the same section of the catalogue.
