Latest posts

Sumqayıt 24
22 Sept, 17:00
Günün əsas xəbərləri:- Gündəlik qəza təhlükəsi ilə üzləşən saraylılardan təklif.- Sumqayıtda gecə saatlarında tikinti: deputatdan SƏRT İRAD.- 500, 503 və 508 nömrəli avtobuslar üçün YENİ DAYANACAQ.- Bakıya gedən sumqayıtlılara şad xəbər - PULSUZ OLACAQ.- Sumqayıtda kanalizasiya qəzaları aradan qaldırılacaq.- Sumqayıtda iki gənc 37 yaşlı kişini xəstəxanalıq etdi.- Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama.- Sumqayıtda sürücü qaydaları heçə sayıb, "protiv" sürdü.- Sumqayıt və Malayziya arasında təhsil körpüsü.
Sumqayıt 24
22 Sept, 15:03
🗣Payız Azərbaycana bu gecə daxil olacaq2026-cı ildə payız fəsli Azərbaycana 23 sentyabr saat 04:05-də daxil olacaq və beləliklə, şimal yarımkürəsində astronomik payız, cənub yarımkürəsində isə astronomik yaz başlayacaq. Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.Qeyd edilib ki, Günəş illik hərəkəti zamanı iki nöqtədə - yaz və payız bərabərliyi nöqtələrində göy ekvatorunu kəsir. Payız bərabərliyi nöqtəsindən keçməklə, Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Bu andan etibarən isə şimal yarımkürəsində payız fəsli, cənub yarımkürəsində isə yaz fəsli başlayır. Həmin gün Günəşin şüaları Yerə düz bucaq altında düşdüyünə görə gecə ilə gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Şimal yarımkürəsində günlər qısalmağa, gecələr uzanmağa, havalar tədricən soyumağa başlayır. Cənub
Sumqayıt 24
22 Sept, 14:50
"Sumqayıt"dan getdi, Suriya klubu ilə anlaşdı"Sumqayıt"ın sabiq futbolçusu Tresor Mossi özünə yeni klub tapıb.Son olaraq "kimyaçılar"ın formasını geyinən yarımmüdafiəçi karyerasını Suriyada davam etdirəcək.Burundi millisinin 25 yaşlı üzvü "Hutteen" klubu ilə müqavilə imzalayıb.Yeni “Instagram” hesabımız@sumqayit24_az
Sumqayıt 24
22 Sept, 14:20
Sumqayıtda gecə saatlarında tikinti: deputatdan SƏRT İRADMilli Məclisin deputatı gecə saatlarında Sumqayıtda və digər iri şəhərlərdə tikinti işlərinin aparılmasına etiraz edib.🔗ƏTRAFLIYeni “Instagram” hesabımız@sumqayit24_az
Sumqayıt 24
22 Sept, 13:50edited
"Sumqayıt" basketbol klubu Kamran İmanovla yeni müqavilə bağlayıb.Sumqayit24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.Ötən mövsüm də komandanın şərəfini qorumuş basketbolçu ilə daha 1 illik anlaşma əldə olunub.Qeyd edək ki, K.İmanov klub yarandığı ildən müəyyən fasilələrlə hər üç mövsümdə "Sumqayıt"ın formasını geyinib.Yeni “Instagram” hesabımız@sumqayit24_az
Sumqayıt 24
22 Sept, 13:42edited
Bakıya gedən sumqayıtlılara şad xəbər - PULSUZ OLACAQ 🔗ƏTRAFLI Yeni “Instagram” hesabımız @sumqayit24_az
Sumqayıt 24
22 Sept, 13:20
Saray qəsəbəsində küçə işıqlandırılması ilə bağlı şikayətlər davam etməkdədir.Sumqayit24.az-a daxil olan məlumata görə, qəsəbənin Yol Patrul Xidməti (YPX) postu tərəfdən giriş hissəsində, Məhəmməd Əmin Rəsulzadə küçəsində işıq dirəkləri olsa da, ərazidə yolun işıqlandırılması təmin edilmir.Qeyd olunub ki, bu vəziyyət xüsusilə gecə saatlarında piyadaların və avtomobillərin hərəkətində çətinlik yaradır, həmçinin ərazidə qəza riskini artırır.Sakinlər aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və problemin tezliklə aradan qaldırılmasını tələb edirlər.Qeyd edək ki, redaksiyamız müxtəlif vaxtlarda Saray qəsəbəsinin fərqli ərazilərində küçə işıqlandırılması ilə bağlı şikayətlər işıqlandırıb.Yeni “Instagram” hesabımız@sumqayit24_az
Sumqayıt 24
22 Sept, 13:00
🏀"Sumqayıt" basketbol klubunun məşqçilər korpusu müəyyənləşib.Sumqayit24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.Yeni mövsümdə məşqçilər korpusunda təcrübəli mütəxəssis Vadim Kuramşın və gənc məşqçi Allahverdi Yusifov yer alacaq.V.Kuramşın baş məşqçi Uğur Özdemirin köməkçisi kimi fəaliyyət göstərəcək. Mütəxəssis klubun yarandığı 3 il ərzində komandada çalışıb. O, ötən iki mövsümdə baş məşqçi kimi fəaliyyət göstərib.Allahverdi Yusifov isə buna qədər aşağı yaş qruplarından ibarət komandalarda məşqçilik edib. O, FIBA və ABL-nin B kateqoriyası üzrə məşqçilik sertifikatına sahibdir.Yeni “Instagram” hesabımız@sumqayit24_az
Sumqayıt 24
22 Sept, 12:40
🚌500, 503 və 508 nömrəli avtobuslar üçün YENİ DAYANACAQ🔗ƏTRAFLIYeni “Instagram” hesabımız@sumqayit24_az
Sumqayıt 24
22 Sept, 12:14
Bakıya gedən sumqayıtlılara şad xəbər - PULSUZ OLACAQ🔗ƏTRAFLIYeni “Instagram” hesabımız@sumqayit24_az
Sumqayıt 24
22 Sept, 11:50
Sumqayıtda kanalizasiya qəzaları aradan qaldırılacaq“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsi kanalizasiya infrastrukturunda baş vermiş qəzaların aradan qaldırılması ilə bağlı satınalma prosedurunu yekunlaşdırıb.Məlumata görə, işlərin icrası “Avroasiya İnşaat Korporasiyası “Evrascon” Açıq Səhmdar Cəmiyyətinə həvalə olunub. Bağlanmış müqavilənin ümumi maliyyə dəyəri 5 201 558 manat təşkil edir.Layiha çərçivəsində Bakı şəhərinin Xətai, Nizami, Binəqədi və Sabunçu rayonlarında, eləcə də Sumqayıt şəhərinin inzibati ərazilərində yerləşən kanalizasiya kollektorlarında baş vermiş qəzaların aradan qaldırılması üçün cari təmir və bərpa işləri həyata keçiriləcək.Mənbə: Banker.аzYeni “Instagram” hesabımız@sumqayit24_az
Sumqayıt 24
22 Sept, 11:15
Sumqayıtı iki gün toz bürüyəcəkBakıda və Sumqayıt şəhərinin də yerləşdiyi Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.Sumqayit24.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 1, 2-1. 3 dəfə artıqdır.Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan bildirilib ki, müşahidə edilən toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.Yeni “Instagram” hesabımız@sumqayit24_az
Sumqayıt 24
22 Sept, 10:45edited
❗️Sumqayıtda iki gənc 37 yaşlı kişini xəstəxanalıq etdiSumqayıt şəhərində 37 yaşlı kişi döyülüb.Hadisə 9-cu mikrorayonda restoranlardan birinin qarşısında qeydə alınıb.Belə ki, 37 yaşlı Coşqun Adıgözəlov 25 yaşlı Ayxan Əlizadə və 20 yaşlı Tofiq Xəlilov tərəfindən döyülüb.Yaralı dərhal xəstəxanaya çatdırılıb.Hadisənin başvermə səbəbləri araşdırılır.Mənbə: Şəmistan FikrətliYeni “Instagram” hesabımız@sumqayit24_az
Sumqayıt 24
22 Sept, 10:08
Qiyabi təhsil məsələsi gündəmdə: SDU-dan açıqlama🔗ƏTRAFLIYeni “Instagram” hesabımız@sumqayit24_az
Sumqayıt 24
22 Sept, 09:40
“Qurtuluş”un rəhbəri və iki əməkdaşı barədə qərar verilib🔗ƏTRAFLIYeni “Instagram” hesabımız@sumqayit24_az
Sumqayıt 24
22 Sept, 09:01edited
🌬Sumqayıtda sabah hava dumanlı olacaqSumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi səhər mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 19-21° isti, gündüz 27-30° isti olacaq.Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.Yeni “Instagram” hesabımız@sumqayit24_az
Sumqayıt 24
22 Sept, 08:35
Sumqayıt şəhəri, Çerkassı küçəsində sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qəza şəraiti yaradıb.Sumqayit24.az-a müraciət edən vətəndaşın sözlərinə görə, o, iki istiqamətli yolda hərəkətdə olarkən qarşısına qəfil “Ford” markalı avtomobil çıxıb.Bildirilir ki, avtomobil öz hərəkət istiqamətinin əksinə, qarşı zolaqla hərəkət edib.Sürücünün bu manevri nəticəsində qarşıdan gələn avtomobil üçün qəza təhlükəsi yaranıb.Yeni “Instagram” hesabımız@sumqayit24_az
Sumqayıt 24
22 Sept, 07:57edited
Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsində yaranan sıxlıq narahatlıq doğurur.Məlumata görə, poliklinikada müraciət edənlərin sayı çox olduğundan insanlar növbədə çətinlik çəkirlər.Bildirilib ki, növbə sistemi üçün sıra nömrələri verilmir və prosesi tənzimləyən əməkdaş yoxdur. Bu səbəbdən insanlar arasında sıxlıq yaranıb.Sakinlər aidiyyəti qurumlardan poliklinikada növbə sisteminin təşkil edilməsini və vəziyyətə nəzarətin gücləndirilməsini xahiş edirlər.Məsələ ilə bağlı müvafiq quruma sorğu ünvanlanıb.Yeni “Instagram” hesabımız@sumqayit24_az
Sumqayıt 24
22 Sept, 07:43
🚴🏻Avtomobilsiz gün Sumqayıtda belə qeyd olunduSumqayıt şəhərində 22 sentyabr – “Ümumdünya Avtomobilsiz günü” münasibətilə veloyürüş keçirilib.Sumqayit24.az xəbər verir ki, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin və "Sağlam Düşüncə" Gənclər Təşkilatının təşkil etdiyi tədbirin məqsədi sağlam nəqliyyat vasitəsi olan velosipeddən istifadəni stimullaşdırmaq, yeniyetmə və gənclər arasında velosiped idman növünün kütləviləşdirilməsi, ona marağın artırılması və sağlam həyat tərzinin təbliğidir.Yürüşdə 100 nəfərdən artıq həvəskar velosipedçi iştirak edib.Yeni “Instagram” hesabımız@sumqayit24_az
Sumqayıt 24
22 Sept, 07:05
Coratda avtomat tapılıbSumqayıt şəhərinin Corat qəsəbəsində çimərlik ərazisində avtomat silah aşkarlanıb.Məlumata görə, ərazidə aparılan tədbirlər zamanı istifadəyə yararlı 7,62 çaplı "Kalaşnikov" avtomatı tapılıb.Aşkar edilən silah aidiyyəti üzrə təhvil verilib, faktla bağlı araşdırma aparılır.Yeni “Instagram” hesabımız@sumqayit24_az
Followers write to the bot, you answer by reply, your account stays hidden. Created in one tap.
How it works →Related Channels
Other channels in the same section of the catalogue.
