gram news
TodayPress TV channel avatar

TodayPress TV

@todaypresstvaz

"TodayPress" müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur https://youtube.com/@todaypress-tv?si=Z8X9LUhg1cmg8W https://www.facebook.com/@todaypress.tv https://www.instagram.com/todaypress.tv https://www.tiktok.com/@todaypresstv

ProjectsAZ

240subscribers

Open the Channel

Latest posts

  • TodayPress TV

    22 Sept, 20:46edited

    🇺🇲🇺🇦 Tramp Zelenski ilə görüş zamanı demək olar ki, ona ağzını açmağa imkan verməyib və bütün çıxışı özü edib
  • TodayPress TV

    22 Sept, 20:46

    💬 Azərbaycan və Kolumbiya qarşılıqlı şəkildə sadə vətəndaşları viza tələbindən azad ediblərAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Kolumbiyanın xarici işlər naziri Omar Bula Eskobar ilə görüşüb.Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.Görüşün yekununda Azərbaycan Respublikası Hökuməti ilə Kolumbiya Respublikası Hökuməti arasında "Adi pasportlara malik şəxslərin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" imzalanıb ki, bu da Azərbaycan və Kolumbiya arasında hüquqi və institusional bazanı daha da möhkəmləndirib.
  • TodayPress TV

    22 Sept, 20:01

    🇦🇿🇮🇷 Ceyhun Bayramov Abbas Əraqçi ilə görüşüb🤝 Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüş keçirilib.🌍 Görüşdə ikitərəfli və çoxtərəfli gündəlik, həmçinin regional proseslər müzakirə olunub.🕊️ Tərəflər regional təhlükəsizlik məsələlərini nəzərdən keçirib, diplomatiya və dialoqun, eləcə də sülh və sabitliyin təşviqinin əhəmiyyətini vurğulayıblar.
  • TodayPress TV

    22 Sept, 19:45

    🇺🇦🇷🇺 Zelenski: “Rusiya enerji obyektlərimizə hücum etməsə, enerji sahəsində atəşkəsə hazırıq”Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla enerji obyektlərinə qarşı hücumların qarşılıqlı dayandırılması və müharibənin başa çatdırılması yollarını müzakirə etdiyini bildirib.Zelenskinin sözlərinə görə, Rusiya Ukraynanın enerji və su infrastrukturuna zərbələri dayandıracağı təqdirdə, Ukrayna da Rusiyanın neft emalı və digər enerji obyektlərinə hücumları dayandırmağa hazırdır.
  • TodayPress TV

    22 Sept, 19:44edited

    Tovuza dolu düşüb
  • TodayPress TV

    22 Sept, 19:16

    Ömər Baba 15 il sonra prokurorluqda
  • TodayPress TV

    22 Sept, 18:48

    🇫🇷❗️Fransa Prezidenti Makron Fələstin məsələsi ilə bağlı:İordan çayının qərb sahilində baş verənlərə bir nəzər salın. Biz hər gün hüquq pozuntularının şahidi oluruq.Bəs bütün bunlar nəyin naminə? Həmas İordan çayının qərb sahilində heç vaxt fəaliyyət göstərməyib.Bizə lazım olan şey Fələstin xalqının qanuni hüquqlarına - onların mövcudluq hüququna hörmət edilməsidir. Bu, İsrail xalqının həm bu gün, həm də gələcək təhlükəsizliyi üçün zəruri şərtdir.
  • TodayPress TV

    22 Sept, 18:28

    ⚡️Reyslərin ləğv olunması səbəbindən İranda qalan Azərbaycan vətəndaşlarının quru yolla ölkəyə qayıtmasına şərait yaradılacaq.
  • TodayPress TV

    22 Sept, 18:05

    🇷🇺🇺🇦 Tramp: Putin və Zelenski Ukraynadakı müharibənin başa çatmasını istəyirABŞ Prezidenti bildirib ki, “müharibə başa çatmalıdır”. O, çox sayda insanın həyatını itirdiyini qeyd edərək, nə Putinin, nə də Zelenskinin bu vəziyyəti istəmədiyini deyib.
  • TodayPress TV

    22 Sept, 18:03

    Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İƏT-in Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib.Nazir Azərbaycanın məsələnin beynəlxalq hüquq və BMT qətnamələri əsasında sülh yolu ilə həllini dəstəklədiyini bildirib.O, Hindistan və Pakistan arasında münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulayıb.
  • TodayPress TV

    22 Sept, 17:39

    🇦🇿 Prezident İlham Əliyevin sosial media hesablarında dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədən paylaşım edilib.
  • TodayPress TV

    22 Sept, 17:29

    🇮🇷İran parlamentinin təhlükəsizlik komitəsi Hörmüz boğazı ilə bağlı yeni qaydaları təsdiqləyib.🔻Qaydalara əsasən, icazəsiz keçid edən gəmilərə yük dəyərinin 20%-i həcmində cərimə tətbiq olunacaq.🔻Pozuntu edən gəmilər cərimə ödənilənədək müvəqqəti saxlanıla bilər.
  • TodayPress TV

    22 Sept, 16:47

    Prezident 1000-lərlə vətəndaşı sevindirəcək ŞAD XƏBƏRİ VERDİ: Dövlət başçısından MÜHÜM AÇIQLAMA
  • TodayPress TV

    22 Sept, 16:07edited

    Türkiyə Prezidenti Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışı zamanı İsrail nümayəndə heyəti Assambleyanı tərk edir.
  • TodayPress TV

    22 Sept, 16:06

    ⚡️Ərdoğan BMT kürsüsündə Azərbaycan və Ermənistan arasında sülh prosesindən danışıb:● Cənubi Qafqaza baxışımız son dərəcə netdir.● Azərbaycanla Ermənistan arasında qalıcı sülhü dəstəkləyirik.● Cənab İlham Əliyev ilə Paşinyanın ortaya qoyduğu həll yolunu təqdir edirik.
  • TodayPress TV

    22 Sept, 16:00

    ⚡️Ərdoğan BMT-də:● Gəlin qəbul edək ki, 190-dan çox ölkənin iradəsinin 5 ölkənin iradəsindən asılı olduğu bir struktur nə ədalətlidir, nə də tam etibar yarada bilər.● BMT Təhlükəsizlik Şurası "dünya beşdən böyükdür" prinsipinə uyğun olaraq yenidən təsis edilməlidir.
  • TodayPress TV

    22 Sept, 15:44

    🏎️ Bakıda universitetlərdə tədris distant olacaq🎓 Formula 1 üzrə Azərbaycan Qran-Prisi ilə əlaqədar 23-25 sentyabr tarixlərində Bakıdakı ali təhsil müəssisələrində tədris distant formada keçiriləcək.📚 Qərar tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə Elm və Təhsil Nazirliyinin əmri ilə qəbul edilib.
  • TodayPress TV

    22 Sept, 15:37

    Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib.
  • TodayPress TV

    22 Sept, 15:35

    🇺🇸 Tramp: İranın nüvə proqramını dayandırmaq üçün diplomatik yol təklif etdim, Tehran qəbul etmədi☢️ ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın nüvə proqramını dayandırması müqabilində Tehrana tam iqtisadi əməkdaşlıq təklif edib.🔹 Onun sözlərinə görə, İran bu təklifi qəbul etməyib və bununla “böyük səhvə” yol verib.💥 Tramp qeyd edib ki, bundan sonra ABŞ “Operation Midnight Hammer” əməliyyatı çərçivəsində İranın nüvə obyektlərinə zərbələr endirib.
  • TodayPress TV

    22 Sept, 15:32

    🎓 BDU-da dərslər üç gün onlayn keçiriləcək💻 “Formula 1” tədbiri ilə əlaqədar Bakı Dövlət Universitetində dərslər 23–25 sentyabr tarixlərində məsafədən təşkil olunacaq.📅 Tələbələr üç gün ərzində dərslərə onlayn qoşulacaqlar.
Download the series as CSV
A feedback bot for your channel — free

Followers write to the bot, you answer by reply, your account stays hidden. Created in one tap.

How it works →
Create the bot