gram news
ustad_tahriri channel avatar

ustad_tahriri

@ustad_tahriri

💠Ayətullah Məhəmməd Baqir Təhriri cənablarının azərbaycan dilində olan yeganə rəsmi kanalı. 🔴Kanala istinad zəruridir.Kanaldakı məlumatları kanala istinad olmadan, başqa yerlərdə paylaşmaq, şəri cəhətdən icazəli deyil.

ProjectsAZ

229subscribers

Open the Channel

Latest posts

  • ustad_tahriri

    25 Aug 2025, 00:44

    ‍ ‍ ✍Hədislərə əsasən, əgər qəməri aylardan biri bazar ertəsi günü başlasa, hacətlərin yerinə yetməsi üçün "Vaqiə" surəsini xətm etmək təcrübə olunmuşdur (təcrübə bu xətmin çox təsirli olduğunu sübut etmişdir). Yəni başlanan ayın 1-ci günündən (ayın 1-indən) 14-cü gününə qədər (14-də daxil olmaqla) hər gün "Vaqiə" surəsi oxunur və günlər artdıqca surənin oxunma sayı da artırılır.✍Məsələn 1-ci gün 1 dəfə, 2-ci gün 2 dəfə, 3-cü gün 3 dəfə.....beləcə 14-cü gün 14 dəfə "vaqiə" surəsi oxunur.📌 Hər dəfə surəni xətm etdikdən sonra aşağıdakı linkdəki dua oxunur :👉 t.me/ustad_tahriri/314📌 Hər cümə axşamına yetişdikdə isə xətmdən sonra aşağıdakı linkdəki dua oxunur :👉 t.me/ustad_tahriri/287@ustad_tahririP.S. Qeyd edək ki, bu gün Rəbiül-əvvəl ayının 1-ci günüdür və bazar ertəsidir...
  • ustad_tahriri

    25 Jul 2025, 20:47

    forwarded from @ustad_tahriri

    💢Səfər” ayı “ağır ay” (böyük ehtimal ilə Peyğəmbərin(s), İmam Həsənin (ə) şəhadəti və İmam Hüseynin (ə) ərbəini bu ayda olduğuna görə) adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on dəfə oxumaq tövsiyə olunur:يَا شَدِيدَ الْقُوَى وَ يَا شَدِيدَ الْمِحَالِ يَا عَزِيزُ يَا عَزِيزُ يَا عَزِيزُ ذَلَّتْ بِعَظَمَتِكَ جَمِيعُ خَلْقِكَ فَاكْفِنِي شَرَّ خَلْقِكَ يَا مُحْسِنُ يَا مُجْمِلُ يَا مُنْعِمُ يَا مُفْضِلُ يَا لا إِلَهَ إِلا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَ كَذَلِكَ نُنْجِي الْمُؤْمِنِينَ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّيِّبِينَ الطَّاهِرِينَYa şədidəl quva və ya şədidəl mihal, ya əzizu ya əzizu ya əziz, zəllət biəzəmə­tikə cə­miu xəlqikə fəkfi­ni şərrə xəl­qik, ya muhsinu ya mucmilu ya munimu ya mufzil, ya la ilahə illa ənt, subhanəkə
  • ustad_tahriri

    6 Jul 2025, 13:46

    forwarded from @ustad_tahriri

    💢‍Ustad Ayətullah Təhriri öz ustadı mərhum Ayətullah Səadətpərvərdən və o da öz ustadı mərhum Əllamə Təbatəbaidən belə nəql edir :"Aşura günündən Ərbəin gününə (İmamın qırxına) qədər 40 gün Aşura ziyarətini oxumaqla (imkan daxilində 100 lənət və 100 salamı da deməklə) çillə saxlamaq yaxşıdır". [Aşura ziyarətində olan 100 lənət və 100 salamı hərəkət edərkən, uzanan halda da demək olar]@ustad_tahriri
  • ustad_tahriri

    5 Dec 2024, 03:25edited

    Elan 🏴▪️Bakı vaxtı ilə 13:00-da (zöhr və əsr namazından sonra) Həzrət Fatimənin (s) şəhadəti ilə əlaqədər keçiriləcək əza məclisinə canlı qoşulmaq üçün aşağıdakı linkə keçid edin :www.seratemostaghim.ir/live
  • ustad_tahriri

    17 Jun 2024, 10:08edited

    🔸İnsanın etiqadının (əqidəsinin), inancının onun davranışına və xasiyyətinə təsiri vardır. Hətta insan özü bu təsirdən xəbərsiz olsa və ona xüsusi diqqət etməsə belə (yəni, istəsə də, istəməsə də, xəbəri olsa da, olmasa da, hər bir halda insanın etiqadı onun davranışına ‌və xasiyyətinə təsir edir).@ustad_tahriri
  • ustad_tahriri

    16 Jun 2024, 13:28

    #ərəfə📌Ərəfənin gecə və gündüzü, qədr gecələrinə yaxın olan bir həddə çox önəmlidir.📌Ərəfə gecəsinin duaları da yaddan çıxmasın.📌İmam Hüseynin (ə) Ərəfə duası, xüsusilə də duanın son hissəsi çox önəmlidir.📌İmamın zühuru üçün dua etdikdən sonra, dində sabit qədəm olmaq, sona qədər İmam Zamanla (ə) birgə olmaq ən yaxşı dualardandır.📌Bütün Əhli Beyt şiələri və sevənləri üçün də dua unudulmamalıdır .@ustad_tahriri
  • ustad_tahriri

    8 May 2024, 16:45

    ÖZÜNÜTƏRBİYYƏ MƏŞQİHəzrət Məhəmməd (s) buyurur :"Qırx gün əməllərini Allah üçün ixlasla yerinə yetirən şəxsin hikmət çeşmələri qəlbindən dilinə axar".Allahın Zilqədə ayında Musaya (ə) verdiyi 40 günlük vədəsi münasibətilə məna və tərbiyyə əhlindən olan böyük alimlər nəfsin islahı üçün bu 40 günə (Zilqədə ayının 1-dən Qurban bayramına qədər) xüsusi diqqət göstərmişlər. Həmin diqqət aşağıdakı formadadır :1 - Muraqibə (özünədiqqət) və muhasibə (nəfsi hesaba çəkmək), ictimai işlərlə yanaşı vacibləri də dəqiq yerinə yetirib, haramlardan uzaq durmaq.2 - Qırx gün günahı tərk etmək. Xüsusilə də insanın mübtəla olduğu günahları.3 - İlahi dərgaha xuzu (təvəzökarlıq) və yalvarış.4 - Bu 40 günün ən önəmli əsası əməldə ixlaslı olmaqdır.5 - Allaha təvəkkül etmək və imdad diləmək. Əhli-Beytə (ə) təvəssül etmək. Nəfsi islaha ciddi qərar vermək. İbadi əməlləri davamlı olaraq yerinə
    65963Open in Telegram
  • ustad_tahriri

    2 Apr 2024, 21:37edited

    https://heyatonline.ir/MARVI/3-cü Qədr gecəsi. Canlı yayım...
    heyatonline.irپخش زنده مراسم عزاداری و سخنرانی ها
  • ustad_tahriri

    12 Oct 2023, 11:39edited

    Qohumluq əlaqəsi (sileyi-rəhm)İslam dinində qohumluq əlaqələri dedikdə, qohumlar ilə duyğusal bir ünsiyyət nəzərdə tutulur.Bu ünsiyyətin müxtəlif formalarda ola bilər :1-Maddi və fiziki yardım etməklə 2-Məsləhət verməklə 3-Töhmət, qeybət və insanı söz ilə incitməkdən çəkinməklə 4-Duyğusal kömək (misal üçün ürək-dirək vermək, dərdinə şərik olmaq...) 5-Sırf məhəbbət və sevgi göstərməklə 6-Səbirli olmaqla(xülasə qohumluq əlaqəsinin müxtəlif formaları ola bilər)@ustad_tahriri
  • ustad_tahriri

    10 Oct 2023, 14:45

    Bu gün ustad Təhririnin anası xanım Xədicə Əbdülkərim qızı dəfn olunub. İmkanı olanlar bu axşam həmin mərhumə üçün vəhşət namazı qılsınlar.Allah ölənlərinizə rəhmət etsin.
  • ustad_tahriri

    21 May 2023, 07:29

    Zilqədə ayının bazar günləri qılınan "tövbə namazı"📌Bu ayın bazar günü üçün Peyğəmbərdən (s) "Tövbə namazı" adlı bir namaz nəql olunmuşdur. Qısası belədir ki, hər kəs bu namazı qılarsa, tövbəsi qəbul olar, günahları bağışlanar, qiyamət günü düşmənləri ondan razı olar, imanla ölər, dini əlindən alınmaz, qəbri geniş və nurani olar, valideynləri ondan razı olar, bu məğfirətdən valideylərinə və övladlarına da qismət olar, ruzisi çoxalar, Əzrail onun canını alan zaman onunla müdara edər və asanlıqla canını tapşırar. Namazın qılınma qaydası belədir:Bazar günü qüsl və dəstəmaz alıb, dörd rükət (2 ədəd 2 rükət), hər rükətdə “Həmd”dən sonra üç dəfə “İxlas” surəsini, “Fələq” və “Nas” surələrini oxuyaraq namaz qılırsan. Sonra yetmiş dəfə istiğfar edib, istiğfarı “La həvla və la quvvətə illa billahil əliyyil əzim”lə başa vurursan. Sonra deyirsən:Ya əzizu, ya ğəffar. İğfir li zunubi və zunubə
  • ustad_tahriri

    13 Apr 2023, 20:17

    3-cü əhya mərasimi canlı :👇👇👇http://seratemostaghim.ir/live
  • ustad_tahriri

    3 Apr 2023, 06:20

    İnsan bu dünyada yaşadığı müddət ərzində nəfsinin müxtəlif şeylərə tərəf rəğbəti və meyli olur. Yəni, insanı özünün xoşladığı və bəyəndiyi mənfi istək və əməllərə tərəf çəkir. Allah Taala insanı elə yaratmışdır ki, əgər insan öz varlığına münasib şəkildə hərəkət etsə və ağlını işlətsə, icmali də olsa nəfsin pisliklərə əmr etməsini dərk edəcəkdir. Çünki, Allah nəfsi yaradan zaman ona həm yaxşılıqları və həm də pislikləri ilham etmişdir (Şəms surəsi, 7-8). Odur ki, yaxşını və pisi dərk etmək bəşər övladının fitri dərklərindən hesab olunur. Yəni, insan ədalət, ehsan, əmanətin yaxşı və zülm, haqsızlıq, yalanın da pis olduğunu dərk edir. Əgər davranışında da öz dərkinə münasib əməl etsə, Allah onun dərkini daha da genişləndirəcək...@ustad_tahriri
  • ustad_tahriri

    2 Apr 2023, 06:01

    Bu gündən başlayaraq 15 gün ərzində ustad Ayətullah Təhriri cənablarının moizə və münacatı ilə mübarək Ramazan gecələri...Bakı vaxtı ilə saat 23:30-dan 01:30-a qədər👉İzləmək üçün aşağıdakı linkə keçid edin :http://seratemostaghim.ir/live
  • ustad_tahriri

    1 Apr 2023, 15:20

    💢 Ramazan ayından daha səmərəli istifadə üçün ustad Təhririnin tövsiyyələri1 - Günahlara diqqət edək. Bədən üzvlərinin müxtəlif günahlarından paklanaq2 - Quranla ünsiyyət tapaq3 - Ramazan ayının gündüz və gecə dualarını oxuyaq4 - Ay ərzində istiğfar edək5 - Ehtiyacı olanlara yardım edək və sədəqə verək6 - Moizə məclislərində iştirak edək7 - Müsəlmanların problemlərinin həlli və zühurun təcili olması üçün dua edək, xüsusilə də imsak və iftar zamanı8 - İslam və rəhbərliyin düşmənlərinin məhvi, əziz rəhbərimizin salamatçılığı və ömrünün uzun və bərəkətli olması üçün dua edək@ustad_tahriri
  • ustad_tahriri

    1 Apr 2023, 07:07edited

    💢Allaha şikayətİnsanın Allaha şikayət etməsinin mənası Allah ilə dərdləşmək deməkdir. Bu formada ki, insan öz Rəbbinə üz tutaraq belə şikayət edir :"İlahi, mənim bəzi problemlərim vardır. Sən də mənim vəziyyətimə məndən daha yaxşı agahsan. Mənə bu vəziyyətdən yalnız Sən nicat verə bilərsən".Quran'i Kərim bu məsələyə işarə edərək Həzrət Yəqubun (ə) dilindən belə buyurur :"Mən qəm-qüssəmi yalnız Allaha deyirəm və Allah haqqında elə şeyləri bilirəm ki, sizin ondan xəbəriniz yoxdur" (Yusif surəsi, 86)@ustad_tahriri
  • ustad_tahriri

    21 Dec 2022, 06:28

  • ustad_tahriri

    29 Aug 2022, 14:39

    💢Səfər” ayı “ağır ay” (böyük ehtimal ilə Peyğəmbərin(s), İmam Həsənin (ə) şəhadəti və İmam Hüseynin (ə) ərbəini bu ayda olduğuna görə) adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on dəfə oxumaq tövsiyə olunur:يَا شَدِيدَ الْقُوَى وَ يَا شَدِيدَ الْمِحَالِ يَا عَزِيزُ يَا عَزِيزُ يَا عَزِيزُ ذَلَّتْ بِعَظَمَتِكَ جَمِيعُ خَلْقِكَ فَاكْفِنِي شَرَّ خَلْقِكَ يَا مُحْسِنُ يَا مُجْمِلُ يَا مُنْعِمُ يَا مُفْضِلُ يَا لا إِلَهَ إِلا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَ كَذَلِكَ نُنْجِي الْمُؤْمِنِينَ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّيِّبِينَ الطَّاهِرِينَYa şədidəl quva və ya şədidəl mihal, ya əzizu ya əzizu ya əziz, zəllət biəzəmə­tikə cə­miu xəlqikə fəkfi­ni şərrə xəl­qik, ya muhsinu ya mucmilu ya munimu ya mufzil, ya la ilahə illa ənt, subhanəkə
  • ustad_tahriri

    28 Aug 2022, 16:03edited

    ‍ ‍ ✍Hədislərə əsasən, əgər qəməri aylardan biri bazar ertəsi günü başlasa, hacətlərin yerinə yetməsi üçün "Vaqiə" surəsini xətm etmək təcrübə olunmuşdur (təcrübə bu xətmin çox təsirli olduğunu sübut etmişdir). Yəni başlanan ayın 1-ci günündən (ayın 1-indən) 14-cü gününə qədər (14-də daxil olmaqla) hər gün "Vaqiə" surəsi oxunur və günlər artdıqca surənin oxunma sayı da artırılır.✍Məsələn 1-ci gün 1 dəfə, 2-ci gün 2 dəfə, 3-cü gün 3 dəfə.....beləcə 14-cü gün 14 dəfə "vaqiə" surəsi oxunur.📌 Hər dəfə surəni xətm etdikdən sonra aşağıdakı linkdəki dua oxunur :👉 t.me/ustad_tahriri/314📌 Hər cümə axşamına yetişdikdə isə xətmdən sonra aşağıdakı linkdəki dua oxunur :👉 t.me/ustad_tahriri/287@ustad_tahririP.S. Qeyd edək ki, sabah səfər ayının 1-ci günüdür və bazar ertəsidir...
    TelegramHər gün "Vaqiə" surəsinin qiraətindən sonra oxunan və mərhum ayətullah uzma Bəhcətdən nəql olunan dua : يا مُسَبِّبَ الْأَسْبابِ وَ يَا مُفَتِّحَ الْأَبْوابِ، اِفْتَحْ لَنا الْأَبْوابَ وَ يَسِّرْ عَلَيْنَا الْحِسابَ وَ سَهِّلْ عَلَيْنَا الْعِقابَ [الصِّعابَ]،…
  • ustad_tahriri

    29 Jul 2022, 09:29edited

    Övlada sahib olmağın (say baxımından daha çox körpə dünyaya gətirmək) islam ümmətinə faydası vardır. Amma övladı düzgün tərbiyə etmək də çox əhəmiyyətli məsələdir.Övlada sahib olmaq (övlad dünyaya gətirmək və onu yaxşı tərbiyə etmək) əgər düzgün şəkildə baş versə :Valideynin məsuliyyət hissinin artmasına və ruhi-mənəvi tərəqqisinə səbəb olacaq. Habelə ailə münasibətlərinin möhkəmlənməsinə və cəmiyyətdə ruhi-psixoloji təhlükəsizliyin artmasına gətirib çıxaracaqdır.@ustad_tahriri
Download the series as CSV
A feedback bot for your channel — free

Followers write to the bot, you answer by reply, your account stays hidden. Created in one tap.

How it works →
Create the bot